Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-119/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndədsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması, əmlak və digər” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması, əmlak və digər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra isə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək 1) 28 mart 2019-cu il tarixli Y/90 saylı müqaviləyə əsasən ünvan 1 ünvanındakı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən iddiaçıya verilməli olan 280 kv.m sahəsi olan mənzilin təhvil verilməyən 35 kv.m ölçüdə sahəsinin cavabdehdən alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi; 2) onunla Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2020-ci il tarixli Y/3 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilərək, qeyri-yaşayış sahəsinin giriş qapıları (dəmir-seyf), PVC tipli metoplastik pəncərələr quraşdırılması və arakəsmə işlərinin görülməsi, eləcə də binanın fasadının üzlüyünün eskiz layihəyə uyğun olaraq təmir edilməsi; 3) iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 avqust 2020-ci il tarixli 71 saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən binanın zirzəmisindəki 21 nömrəli qaraja dair ölçüsü 15.3 kv.m göstərilməklə yeni müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması; 4) ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC-nin inşa etdiyi binanın həyətində yerləşən iddiaçıya məxsus WJ 100/100 markalı 0597 zavod nömrəli, 2007-ci il buraxılışlı yük liftinin cavabdehin hesabına sökülərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin təsis sənədlərinə əsasən şirkətin 30% paya malik olan təsissçisi olmuş və iddia ərizəsində qeyd edilən yaşayış və qeyri-yaşayış sahələri onun şirkətin təsisçisi olduğu vaxt nizamnamə kapitalındakı ona məxsus pay haqqına uyğun olaraq mənfəət məbləği şəkilində verilmişdir. Bağlanmış müqavilələrin və ondan irəli gələn öhdəliklərin icrasına dair hazırkı tələbin məhz təsisçilər arasında olan korporativ fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar yaranması aşkar görünür. Məhkəmə aidiyyət qaydalarına riayət edilməsi məqsədi ilə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı iddiaçının fikrini öyrənir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirir ki, mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz edir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən mübahisə predmetinə daxil olan yaşayış sahəsi və eləcə də qeyri-yaşayış sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə keçmişdir. Etiraf edir ki, qeyd olunan daşınmaz əmlaklar iddiaçının şirkətdəki payına uyğun olaraq ona verilmişdir. Müqavilələr bağlanan zaman iddiaçı MTKnın təsisçilərindən biri olmuşdur, lakin 2021-ci ildə o, təsisçilikdən çıxmışdır. Hazırda iddiaçının MTK-nın fəaliyyəti ilə hər hansı hüquqi bağlılığı yoxdur. Eləcə də iddiaçı fərdi sahibkar olaraq qeydiyyatdan keçməklə VÖEN-ü olmasına baxmayaraq, onun hazırkı sahibkarlıq fəaliyyətinin MTK-nın fəaliyyəti ilə bağlılığı yoxdur. Həmçinin qeyd edir ki, iddia tələbinin predmetinə daxil olan yükdaşıyıcı lift iddiaçıya məxsus olmaqla, MTK-nın təsisçisi olduğu müddətdə hər hansı gəlir əldə etmək müqabilində deyil, yalnız MTK-nın işinin qurulması məqsədilə iddiaçı tərəfindən əvəzsiz olaraq verilmişdir. Yəni iddiaçı liftin istifadəsindən gəlir əldə etməmişdir. İddiaçının hazırkı tələbindən də görünür ki, o, şirkətdəki təsis payını və pay müqabilində ona təhvil verilmiş əmlakı mübahisələndirmir, onun tələbi texniki xarakter daşımaqla müqavilə əsasında ona verilmiş mənzil və qeyriyaşayış sahəsinin müqavilələrdə göstərilən ölçülərinə uyğun verilməsi tələbidir. Dolayısı ilə tələb kommersiya xarakterli olmadığından hesab edir ki, iddia ərizəsinə Yasamal Rayon Məhkəməsində baxılmalı və cavabdehin aidiyyətlə bağlı verdiyi vəsatət rədd edilməlidir. Verilmiş suallara əsasən iddiaçının nümayəndəsi-vəkili əlavə olaraq bildirmişdir ki, iddiaçıya mənzil və qeyri-yaşayış sahəsi onun şirkətdəki payı müqabilində verilməklə alqısatqı müqaviləsi kimi rəsmiləşdirilməsinə baxmayaraq iddiaçı tərəfindən heç bir məbləğdə vəsait ödənilməmişdir. Daşınmaz əmlaklar tərəflər arasında şifahi qaydada payların bölünməsi müqabilində iddiaçıya verilib, bununla bağlı mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ərizənin təmin edilməsini və mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Y/90 saylı müqaviləyə əsasən MMC ünvan 3 ünvanında yaşayış binasının tikintisi başa çatdıqdan sonra, həmin binada 1-ci girişin 17-ci mərtəbəsinin 113 saylı 4 otaqlı ümumi sahəsi 280 m2 olan mənzili İddiaçı (mənzilin son kalkulyasiya dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada tam ödənildikdən sonra) verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədən həmçinin görünür ki, müqavilənin predmeti olan mənzilin dəyəri tərəflər arasında dəqiq müəyyənləşdirilməmiş, yalnız 5.1-ci maddədə qeyd edilmişdir ki, "xxxx" tikinti başladığı tarixdə mənzilin təqribi planlaşdırılmış qiymətinin razılaşdırılmış məbləğində vəsaiti ilk ödəniş məbləği olaraq MMC-nin ya hesabına, ya da kassasına nağd pulla ödəməlidir. Təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini "xxxx" bərabər hissələrlə hər ay MMC-nin ya hesabına, ya da kassasına nağd pulla ödəməlidir. Hər ayın ödəmə məbləği müqaviləyə əlavə olunmuş cədvəlinə əsasən MMCyə ödənilir. - Cavabdeh MMC tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş 119 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında MMC tərəfindən inşa edilmiş yaşayış binasının 17-ci mərtəbəsində, 113 saylı, ümumi sahəsi 280 m2 olan mənzil İddiaçı (qalan maliyyəsi hesabına ödənilməklə) verilir və onun MMC-yə borcu yoxdur. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən müəyyən edilir ki, ümumi sahəsi 245,2 m2 olan Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 215 mənzil 113 xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Y/3 saylı müqaviləyə əsasən MMC ünvan 3 ünvanında ona ayrılmış torpaq sahəsində yüksək mərtəbəli yaşayış binasını “Payçıların” vəsaiti və öz imkanları hesabına inşa edərək binanın tikintisi başa çatdıqdan sonra, “Payçılara” müqavilə əsasında, ödədikləri məbləğə uyğun ölçüdə qeyri-yaşayış sahəsi verməlidir. Qeyd olunan müqavilənin 1-ci bəndinə əsasən MMC həmin binada 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 m2 olan sahəni İddiaçı (sahənin son kalkulyasiya dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada tam ödənildikdən sonra) verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədən həmçinin görünür ki, müqavilənin predmeti olan qeyriyaşayış sahəsinin dəyəri tərəflər arasında dəqiq müəyyənləşdirilməmiş, yalnız 5.1-ci maddədə qeyd edilmişdir ki, "xxxx" tikinti başladığı tarixdə Sahənin təqribi planlaşdırılmış qiymətinin razılaşdırılmış məbləğində vəsaiti ilk ödəniş məbləği olaraq MMC-nin ya hesabına, ya da kassasına nağd pulla ödəməlidir. Təhvil veriləcək sahənin ümumi dəyərinin qalan hissəsini "xxxx" bərabər hissələrlə hər ay MMC-nin ya hesabına, ya da kassasına nağd pulla ödəməlidir. Hər ayın ödəmə məbləği müqaviləyə əlavə olunmuş cədvəlinə əsasən MMC-yə ödənilir. - Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 158 saylı maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 m2 olan qeyri-yaşayış sahəsini İddiaçı almışdır və onun MMC-yə borcu yoxdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş reyestrdən çıxarışa əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 418,70 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. - "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə fiziki şəxs olaraq İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin 1 saylı əlavəsinə əsasən müəyyən edilir ki, 2007-ci il istehsalı, zavod nömrəsi 0597 olan WJ 100/100 markalı yük liftini İddiaçı MMC-dən almışdır. "xxxx" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli kassa mədaxil orderindən müəyyən edilir ki, İddiaçı tərəfindən MMC-yə 11.000 manat vəsait ödənilmişdir. -xx.xx.2022-ci il tarixli aktdan görünür ki, binanın və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş sahə və avadanlıqlar sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən sədr seçilmiş X1 tərəfindən təhvil alınmışdır. -Kommersiya hüquqi şəxslərinin Dövlət Resyestrindən xx.xx.20212-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, İddiaçı təsisçi olaraq Cavabdeh MMC-də 30% pay hüququna sahib olmuş, xx.xx.2021-ci il tarixli Çıxarışdan isə müəyyən edilir ki, İddiaçı təsisçilər siyahısından çıxarılmış və MMC-nin nizamnamə kapitalındakı tam pay hüququ -100% olmaqla X3 adına qeydə alınmışdır. - İddiaçı xx.xx.2021-ci il tarixli notarial qaydada verilmiş ərizəsindən görünür ki, o, fəaliyyəti dayandırılmış Cavabdeh MMC onun tərəfindən pay haqqı qismində yatırdığı maya məbləğləri Cəmiyyətin fəaliyyəti nəticəsində əldə olunan mənfəətdən nizamnamə kapitalındakı pay haqqına uyğun olaraq ona ödənilməli olan mənfəət məbləğini almış, gələcəkdə onun və ailə üzvlərinin Cavabdeh MMC-yə, onun icra orqanlarına qarşı heç bir iddia və tələb olmayacaqdır. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.20212-ci il tarixdə Cavabdeh MMC-də təsisçi olmaqla 30% pay hüququna sahib olmuş, xx.xx.2021-ci il tarixdə isə o, təsisçi siyahısından çıxmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli notarial qaydada verdiyi ərizəsi ilə müəyyən edilir ki, o, Cavabdeh MMC-dən onun tərəfindən pay haqqı qismində yatırdığı maya məbləğlərinə uyğun olaraq Cəmiyyətin fəaliyyəti nəticəsində əldə olunan mənfəətdən ona ödənilməli olan vəsaiti almışdır. Tərəflərin məhkəmədə verdiyi izahatlardan müəyyən edildiyi kimi, iddiaçı pay haqqı müqabilində hazırda mübahisə predmetinə daxil olan mənzil və qeyri-yaşayış sahəsini əldə etmişdir. Həmçinin iş materiallarında olan müqavilələrdən görünür ki, mənzil və qeyri-yaşayış sahəsi alqı-satqı kimi rəsmiləşdirilməsinə baxmayaraq, müqavilənin predmetinə daxil olan daşınmaz əmlakın qiyməti müqavilədə tərəflər arasında dəqiq müəyyənləşdirilməmiş, eləcə də iddiaçı tərəfin izahatında da etiraf etdiyi kimi həmin əmlaklar müqabilində pul vəsaiti ödənilməmiş, əmlaklar iddiaçıya onun Cəmiyyətdəki payı və mənfəəti müqabilində verilmişdir. Mübahisə predmetinə daxil olan yük liftinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi-vəkili iddiaçının qeyd olunan lifti hər hansı mənfəət müqabilində deyil, təsisçisi olduğu müddətdə əvəzsiz olaraq müvəqqəti istifadə üçün Cəmiyyətin sahibliyinə verməsini iddia etməsinə baxmayaraq, cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında həmin liftin iddiaçının Cəmiyyətdəki payı olaraq yatırdığı əmlak olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tələb tərəflər arasında mübahisə kommersiya hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 №-li qərarının 3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması, əmlak və digər” tələbinə dair Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-119/2023 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-119/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-119/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver