Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1197/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı “X2” MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 cəlb olunmaqla Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 4660 manat məbləğində pulun “X2” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 21.02.2022-ci il tarixdə etiraz ərizəsi verərək iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 21.02.2022-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 29 aprel 2017-ci il tarixində işçinin ərizəsinə əsasən, iki tərəfli qaydada əmək müqaviləsinə vəzifə dəyişikliyi edilərək Cavabdeh asistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanarkən işçinin əmək haqqı 226 manat, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi müddətli əmək müqaviləsi olaraq 8 ay müddətinə bağlanmışdır. Müqavilə müddətinin bitməsindən 7 gün ərzində tərəflərdən müqavilənin xitam edilməsi tələb edilmədiyindən müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. 04 yanvar 2018-ci il tarixində işçinin əmək haqqı artırılaraq 307,97 manat, 11 yanvar 2019-cu il tarixində 312,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını Neft Daşları adasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin TSH-də assistans xidməti üzrə mütəxəssis köməkçisi olaraq icra etmişdir. 08 yanvar 2021-ci il tarixdə işçi Cavabdeh əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə ki, işçi Cavabdeh 15 oktyabr 2020-ci il tarixdə əsas iş yeri olan İddiaçı MMC-dən xəbərsiz olaraq "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq işə başlamış və bunu əsas gətirərək əsas iş yerində işə çıxmaqdan imtina etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı Yasamal rayon Məhkəməsində pozulmuş əmək hüquqları ilə bağlı maddi ziyan və işə bərpa tələbi ilə iddia qaldırmışdır. Yasamal rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixi, 2(004)-1903/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMCdə işlədiyi müddət ərzində Cavabdeh heç bir əmək hüququ pozulmamışdır və işəgötürən əmək müqaviləsinə xitam verərkən qanunun tələblərini pozmamışdır. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7503/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmadan, Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya icraatı zamanı Cavabdeh nümayəndəsi vəsatətlə çıxış edərək davamiyyət jurnallarının məhkəməyə təqdim edilməsini istədi. Bütün illər üzrə davamiyyət jurnalları Neft Daşları adasında arxivdən təmin edilərək məhkəməyə təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına baxış keçirilərkən bizə məlum olmuşdur ki, Cavabdeh Neft Daşları adasında işə çaxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 1403 manat, 2018-ci il üzrə 771 manat, 2019-cu il üzrə 950 manat, 2020-ci il üzrə 1536 manat olmaqla artıq pul almış və toplamda 4660 manat şirkətə maddi ziyan vurmuşdur. Suala cavab olaraq bildirir ki, cavabdeh fiziki olaraq iş yeri kimi Neft Daşlanına gəlməli idi. Onlar iş yerinə toplanma yerindən şirkətin gəmisi və ya vertolyotu ilə gedirdi. İşçinin işə gəlmə vaxtı qrafiklə müəyyən olunur. Həmin iş yerində xəstənin olub olmamasından asılı olmayaraq asistant xidməti orada olmalıdır. İş vaxtının uçotu iddiaçı tərəfindən jurnallar vasitəsilə aparılırdı. Mühasibatlıq işçinin işdə olduğunu zənn edərək ona pul ödəmişdir. Qeydiyyat jurnalları isə mühasibatlıq üçün əlçatmaz idi. İşçilərin işə gəlməsinə toplanma yerində olan şöbə rəisi nəzarət edirdi. Həmin rəhbər isə cavabdehin işə gəlmədiyi barədə məlumat verməmişdir. O, ehtimal edir ki, cavabdeh quruda işə çıxmış, lakin Neft Daşlarında işə çıxmamışdır. Hazırki mübahisə ilə bağlı iyun ayında, Apelyasiya məhkəməsində cavabdehin vəkilinin jurnallara baxılması ilə bağlı vəsatətindən sonra bu barədə məlumatları olmuşdur. Onlara məlum olduqdan sonra isə həmin vaxt cavabdehin quruda hansı məntəqədə olmasını araşdıra bilməmişlər. Mühasibat ödəniş edərkən cavabdehin adada olduğunu güman etmişdir və o, özü də yalnışlıq etdiyini etiraf edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirir ki, iddia əsassız və sübutsuzdur, verilən məlumatlar ehtimallar üzərində qurulmuşdur. İddia müddəti keçmişdir. Jurnalda imzanın nəyə görə olması göstərilməmişdir. Mühasib məhkəməyə dəvət edilməlidir. Suala cavab olaraq bildirir ki, 2019-cu ilin may ayında cavabdeh işdə olmuşdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “X2” MMC ilə Cavabdeh arasında bağlanmış 25.04.2017-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh 31.12.2017-ci il tarixədək aylıq əmək haqqı 226 manat olmaqla işə qəbul edilmişdir. İş materiallında olan “X2” MMC-nin işə qəbul olunma haqqında 25.04.2017-ci il tarixli, 083/k nömrəli əmrinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh 25.04.2017-ci il tarixdən “X2” MMC-də vəzifə maaşı müqaviləyə uyğun olaraq tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallında olan “X2” MMC-nin işə qəbul olunma haqqında 29.04.2017-ci il tarixli, 272/k nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən Cavabdeh 29.04.2017-ci il tarixdən “X2” MMC-də vəzifə maaşı müqaviləyə uyğun olaraq asistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “X2” MMC-nin 08.01.2021-ci il tarixli, 009/21/k nömrəli əmrinə əsasən Cavabdeh ilə əmək müqaviləsinə 08.01.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi və Cavabdeh istifadə edilməmiş 22 gün məzuniyyət üçün pul əvəzi olaraq son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmişdir. İşin müəyyən edilmiş halları odur ki, Cavabdeh 29.04.2017-ci ildə X2” MMC-də işə qəbul edilmiş və X2” MMC-nin 08.01.2021 il tarixli, 009/21/k nömrəli əmrinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə 08.01.2021-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı 2017-ci ilin may ayından 2020-ci ilin avqust ayı üzrə cavabdehə ödənilmiş ezamiyyə xərci, dəniz əmsalı və yolda keçən vaxta görə ödənilmiş pulları geri tələb edir. İddiaçı ona əsaslanır ki, 2021-ci ildə tərəflər arasında başqa mülki iş üzrə apelyasiya instansiya məhkəməsində verilmiş vəsatət əsasında əldə edilən davamiyyət jurnallarına nəzər saldıqda müəyyən olunmuşdur ki, cavabdeh Neft daşlarında olmadığı halda ona ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında suala cavab olaraq bildirmişdir ki, mühasib səhvən davamiyyət jurnallarına baxmadan cavabdehə əlavə ödənişlər etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 2017-ci ilin may ayından 2020-ci ilin avqust ayı üzrə ezamiyyə xərci, dəniz əmsalı və yolda keçən vaxta görə cavabdehə ödənilmiş 4660 manat məbləğində pul tələb etsə də, həmin ödənişlərlə bağlı rəsmi sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəməyə imzasız və möhürsüz bir cədvəl təqdim etmişdir. İddiaçı qeyd edir ki, illər üzrə davamiyyət jurnalları olsa da mühasib ödənişləri edərkən həmin jurnallardan xəbərsiz olmuşdur. Belə olan təqdirdə davamiyyət jurnallarından nə üçün istifadə olunduğu anlaşılmazdır. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçı əmək haqqına olan əlavələri cavabdehdən tələb edir. Əmək qanunvericiliyinə əsasən əmək haqqı dedikdə işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu başa düşülür. Əmək qanunvericiliyə görə səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 175-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. Həmin Məcəllənin 175-ci maddəsinin 5-ci bəndinə əsasən hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı “X2” MMC-nin Cavabdeh qarşı Cavabdeh 4660 (dörd min altı yüz altmış) manat məbləğində pulun “X2” MMC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2” MMC-nin Cavabdeh qarşı Cavabdeh 4660 (dörd min altı yüz altmış) manat məbləğində pulun “X2” MMC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1197/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1197/2022
14.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver