Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1209/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri 15 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ № ******* nömrəli, xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzil satıcı Cavabdeh3 tərəfindən alıcı Ömərov Şakif Ömər oğluna satılmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ № ******* nömrəli xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küç, ev 31, 9 saylı mənzil Ömərov Şakif Ömər oğlu tərəfindən İddiaçı satılmışdır. Əmlak hazırda İddiaçı mülkiyyətindədir. Mənzilin əvəlki mülkiyyətçisi Cavabdeh3 və qeydiyyatda olan digər şəxslər alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı ərizə təqdim edərək mənzilin satılmasına etiraz etmədiklərini bildirsələr də, bu günədək həmin mənzildə qeydiyyatdadır. Onların həmin mənzildə qeydiyyatda olmaları isə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaradır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan satıcı qismində Cavabdeh3 və alıcı qismində Ömərov Şakif Ömər oğlu arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzil satıcı Cavabdeh3 tərəfindən alıcı Ömərov Şakif Ömər oğlunun mülkiyyətinə verilmişdir. Müqavilənin 12-ci bəndinə əsasən müqavilə notarial qaydada təsdiq olunduqdan sonra satıcı satdığı evdən qeydiyyatdan çıxamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı qismində Ömərov Şakif Ömər oğlu və alıcı qismində İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küç, ev 31, 9 saylı mənzil satıcı Ömərov Şakif Ömər oğlu tərəfindən alıcı İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, o, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzilin satılmasına və bağışlanmasına razılıq vermişdir. İş materiallarında olan Cavabdeh2 Bəxtiyar qızı tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, o, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzilin satılmasına və bağışlanmasına razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur, cavabdehlərin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 31, 9 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1209/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1209/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver