Məhkəmə qərarları › İş №e-2(004)-1214/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1214/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1214/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı "mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin təqdim edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 64 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərin, o cümlədən maliyyə arayışının və müqavilənin notarial qaydada təsdiq edilməklə İddiaçı təhvil verilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Yazıçılar Birliyinin ilə Cavabdeh Mənzil-Tikinti-Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilən hündür mərtəbəli yaşayış binasından təmənnasız olaraq 10 faizindən az olmayaraq, yəni 930 (doqquz yüz otuz) kv.m mənzil sahəsinin Azərbaycan Yazıçılar Birliyinə verilməsini öz öhdəsinə götürmüşdür. Bu müqavilənin icrası olaraq, Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2012-ci il tarixli, k-13/135 saylı müraciəti əsasında 2012-ci ildə Cavabdeh MTK tərəfindən Yazıçılar Birliyinin üzvlərinə təmənnasız olaraq verilməsi üçün 9 mənzil ayrılmışdır. Həmin müraciətdə, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı, Mənzil Komissiyası və Azərbaycan Yazıçılar Birliyində mənzil növbəsində dayanmış şəxslərin birgə iclasının qərarı ilə Cavabdeh MTK-nın müqavilə əsasında Azərbaycan Yazıçılar Birliyinə ayırdığı 9 mənzilin bölünməsi məsələsinin həll edildiyi göstərilmişdir. Qeyd edilən bölünməyə əsasən 42 saylı mənzil (hazırda 64 saylı mənzil) X1 ayrılmışdır və bununla bağlı Cavabdeh MTK ilə X3 arasında həmin mənzilin sonuncuya verilməsi barədə xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Bundan sonra, həmin mənzil X3 tərəfindən 135000 manata İddiaçı satılmışdır. Bu prosesdə Cavabdeh MTK iştirak etmişdir və baş vermiş alqı-satqıdan tam məlumatlıymış. Qeyd edilənlərə əsasən, Cavabdeh MTK İddiaçı arasında Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 42 saylı (hazırda 64 saylı mənzil) İddiaçı verilməsi barədə müqavilə bağlanmışdır və mənzil İddiaçı sahibliyinə verilmişdir. Hal-hazırda sözügedən mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı məxsus, qeyd edilən daşınmaz əmlaka dair mülkiyyət hüququnu əldə edə bilməmişlər. Belə ki, mülkiyyət hüququnu əldə etmək üçün, hüquqi şəxs tərəfindən inşa olunmuş çoxmənzilli binada yerləşən mənzilə dair müvafiq sənədlər, o cümlədən maliyyə arayışı və notarial qaydada təsdiq olunmuş müqavilənin təqdim olunması tələb olunur. Lakin, Cavabdeh MTK qeyd edilən sənədləri iddiaçıya təqdim etməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallaırnda olan: “Payçı” adlandırılacaq Cavabdeh MTK-nın üzvü İddiaçı, “sifarişçi” adlandırılacaq Cavabdeh MTK-nın idarə heyətinin sədri A.Mədətov arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, “sifarişçi” podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə “payçı” qarşısında məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə görə “payçı” 42 saylı evdə 2 otaqlı, tam sahəsi 105 kv.m olan mənzil təmannasız verilmişdir. Cavabdeh Mənzil-Tikinti-Kooperativinin xx.xx.2023-cü il 106 nömrəli arayaşına görə, İddiaçı (ş/c AA*******) (Payçı) ondan ötür ki, Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə və Zərgərpalan, küçələrinin kəsişməsi, 252 saylı məhəllədə ünvanında Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış kompleksində 2 saylı blokun 4cü mərtəbəsində yerləşən, 2 otaqlı 64 saylı mənzilin müvafiq sayğacların (elektrik ,qaz və su) quraşdırılması ilə bağlı Cavabdeh MTK-ya borcu yoxdur. xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, müqavilə ilə Cavabdeh MTK -i təkrarən Bakı şəhəri, Zərgərpalan. L.Tolstoy, M.Muxtarov, S. Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilən hündür mərtəbəli yaşayış binasından təmənnasız olaraq 10 (on) faizindən az olmayaraq yəni 930 kv.m mənzil sahəsinin Azərbaycan Yazıcılar Birliyinə verilməsi öz öhdəsinə götürülməsini bir də təsdiq edir və buna öz zəmanətini verir. Azərbaycan Respublikası Azərbaycan Yazıçılar Birliyinin 03 may 2012-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı, Mənzil Komissiyası və Azərbaycan Yazıçılar Birliyində mənzil növbəsində dayanmış şəxslərin birgə iclasının qərarı ilə "xxxx" MTK-nın müqavilə əsasında Azərbaycan Yazıçılar Birliyinə ayırdığı 9 (doqquz) mənzilin bölünməsi məsələsi həll edilmişdir. Qərara müvafiq olaraq mənzillərin göstərilən qaydada rəsmiləşdirilməsini xahiş edilmişdir: 1. 34 (otuz dörd) №-li mənzilin müqaviləsi X5 ilə bağlansın; 2. 38 (otuz səkkiz) №-li mənzilin müqaviləsi X10 ilə bağlansın; 3. 42 (qırx iki) №-li mənzilin müqaviləsi X2 ilə bağlansın; 4. 46 (qırx altı) №-li mənzilin müqaviləsi X6 bağlansın; 5. 50 №-li mənzilin müqaviləsi X12 bağlansın; 6. 54 (əlli dörd) №-li mənzilin müqaviləsi X4 ilə bağlansın; 7. 58 (əlli səkkiz) №-li mənzilin müqaviləsi X7 bağlansın; 8. 62 (altmış iki) №-li mənzilin müqaviləsi X8 bağlansın; 9.66 (altmış altı) №li mənzilin müqaviləsi X11 ilə bağlansın. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “payçı” müqaviləsinə əsasən Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan mənzil təmənnasız İddiaçı təmənnasız verilmişdir. Hazırda İddiaçı daşınmaz əmlaka dair mülkiyyat hüququnu əldə edə bilmir. Belə ki, mülkiyyət hüququnu əldə etmək üçün, hüquqi şəxs tərəfindən inşa olunmuş çoxmənzilli binada yerləşən maliyyə arayışının təqdim olunması tələb olunur. Lakin,Cavabdeh MTK qeyd edilən sənədləri iddiaçıya təqdim etməkdən imtina edir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 64 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 64 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar