Məhkəmə qərarları › İş №e-2(004)-1231/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1231/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1231/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV zaminlik müqaviləsi əsasında Cavabdeh Salman oğlunun zamini kimi tərəfindən ABB ASC-nin Nizami Rayon filialına ödədiyi 39 456,06 AZN pul vəsaitinin, gecikdirilmiş məbləğ üçün illik beş faiz 1972,80 AZN və 214,90 AZN məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun Cavabdeh Salman oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ABB ASC-nin Nizami filialı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana borcalanla AVİQ MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 00001№ li müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 faiz olmaqla, 120 ay müddətinə, 40463,00 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada kreditin əsas məbləğini borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə ABB ASC-nin Nizami filialı ilə yuxarıda qeyd edilən müqaviləyə əsasən, xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək sonuncu ay 518,83 manat olmaqla, hər ay 534,80 manat, ümumilikdə 64160,03 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. Onunla ABB ASC-nin Nizami filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli 1-xx.xx-2016-ET-AV saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 40463, 00 (qırx min dörd yüz altmış üç) manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz amlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 40463 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz amlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh 2021-ci ildən kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Nəhayət 2022-ci ildə məsələ ilə bağlı ABB ASC-nin Nizami rayon filialı Bakı şəhəri Yasamal Rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1076/2022 saylı qətnaməsi ilə ondan 31442,71 manat əsas, 7982,95 manat faiz borcu, cəmi 39425,66 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə etdiyi ABB ASC-nin Nizami Rayon filialı tərəfindən verilmiş 6-2-54/2-134/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, onun tərəfindən banka 39 456,06 AZN pul məbləği ödənilmiş, qətnamə tam olaraq icra edilmiş və kredit müqaviləsi üzrə heç bir öhdəlik qalmamışdır. Dəfələrlə cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərini vicdanlı şəkildə yerinə yetirməyi və onu zərərə salmaması barədə söhbətlər aparmışdır. Lakin o hər dəfə boş vədlər verərək onu aldatmışdır. Nəticədə o, qətnaməni tam şəkildə icra etməli olmuşdur.. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keşirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC, Cavabdeh və İddiaçı (zamin) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli Zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsinə əsasən 40463 manat məbləğində 120 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC, Cavabdeh və "xxxx" MTK (zamin) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli Zaminlik müqaviləsinə əsasən kreditorla borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsinə əsasən 40463 manat məbləğində 120 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, "xxxx" ASC ilə zamin İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli Zaminlik müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016- ET-AV nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında olan öhdəliklərin lazımınca icra edilməsinə zamin durmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə qalıq 23513,74 USD (39456,06 AZN) məbləğində kredit borcu (əsas borc və ödəniş tarixinə hesablanmış faiz) zamin İddiaçı tərəfindən banka tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyil. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı, AVİQ MTK-dan 31442,71 manat əsas, 7982,95 manat faiz borcu, cəmi 39425,66 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5736/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyun 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC və Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə 40463 manat t məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda hazırki iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli zaminlik müqaviləsinə əsasən zamin qismində borcalanın xx.xx.2016-cı il tarixli, 1-xxxx-2016-ET-AV nömrəli kredit müqaviləsinə əsasən bankdan 120 ay müddətinə aldığı 40463 manat məbləğində kredit, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və icranın gecikdirilməsi ilə vurulmuş zərərin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, nə borcalan, nədəki zaminlər tərəfindən borc ödənilmədiyindən "xxxx" ASC məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, İddiaçı, AVİQ MTKdan 31442,71 manat əsas, 7982,95 manat faiz borcu, cəmi 39425,66 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, sözügedən xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulan borc ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsi üzrə qalıq 23513,74 USD (39456,06 AZN) məbləğində kredit borcu (əsas borc və ödəniş tarixinə hesablanmış faiz) zamin İddiaçı tərəfindən banka tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyil. Hazırda İddiaçı xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsi üzrə borcun zamin qismində onun tərəfindən ödənildiyini qeyd edərək, Cavabdeh Salman oğlunun zamini kimi tərəfindən ABB ASC-nin Nizami Rayon filialına ödədiyi 39 456,06 AZN pul vəsaitinin, gecikdirilmiş məbləğ üçün illik beş faiz 1972,80 AZN və 214,90 AZN məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun Cavabdeh Salman oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu baxımdan xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016-ET-AV nömrəli kredit müqaviləsi üzrə zamin İddiaçı həmin müqavilə üzrə yaranmış və onun tərəfindən ödənilmiş borcu borcalandan tələb etməkdə haqlı olmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, iddiaçının iddia tələbi tələb etdiyi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-xx-xx-2016- ET-AV nömrəli kredit müqaviləsi üzrə qalıq 23513,74 USD (39456,06 AZN) məbləğində kredit borcu (əsas borc və ödəniş tarixinə hesablanmış faiz) həqiqətən zamin İddiaçı tərəfindən banka tam ödənilmişdir. Bu baxımdan iddia tələbi Cavabdeh 39456,06 (otuz doqquz min dörd yüz əlli altı manat altı qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “gecikdirilmiş məbləğ üçün illik beş faiz 1972,80 manat məbləğində pulun Cavabdeh Salman oğlundan tutularaq ona ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı tələbini əsaslı edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 204,67 (iki yüz dörd manat altmış yeddi qəpik) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 10,23 (on manat iyirmi üç qəpik) manat (214,90-204,67=10,23) iddiaçıya aid edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 39456,06 (otuz doqquz min dörd yüz əlli altı manat altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 204,67 (iki yüz dörd manat altmış yeddi qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 39456,06 (otuz doqquz min dörd yüz əlli altı manat altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 204,67 (iki yüz dörd manat altmış yeddi qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 10,23 (on manat iyirmi üç qəpik) manat (214,90-204,67=10,23) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar