Məhkəmə qərarları › İş №e-2(004)-1239/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1239/2025

07.02.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1239/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Cavabdeh yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə hesab edir ki, aşağıdakı hüquq normalarına əsaslanmaqla mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh şəxsin yaşayış ünvanı Səbail rayonu ərazisi olduğundan mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Hazırki iddia tələbi ilə bağlı mülki prosessual qanunvericilikdə iddiaçının seçməsinə görə aidiyyət yaxud müstəsna aidiyyat qaydalarının şamil edilməsinə heç bir əsas yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından mülki iş MPM-in 36-cı maddəsinin tələblərinə əsasən iddiaçının seçiminə görə “müqavilənin icra yeri üzrə” məhkəməyə verilə bilməz. İddia tələbinə ümumi qaydaya uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən cavabdehin yaşadığı yerin məhkəməsində baxılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35-ci və 45ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar