Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-124/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Kamran Mustafanın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər Kamran Mustafa və Abşeron rayon İcra şöbəsinə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər Kamran Mustafa və Abşeron rayon İcra şöbəsinə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və sonradan dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən tərtib olunmuş hərrac yekunları barədə 142/23 saylı 26 may 2023-cü il tarixli protokolun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X10 və İddiaçı arasında Abşeron rayon 1 saylı notariat kontorunda başlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaitinin tutulması qət olunmuşdur. Həmin qətnamə üzrə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixində icraata başlanılmışdır. Bundan sonra tələb icra edilmədiyindən borclunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi icra məmurunun “qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il qərarı əsasənda "xxxx" MMC tərəfindən 125000 manat məbləğində qiymətləndirilmiş, həmin əmlak icra sənədi üzrə tələbkara təklif edilmiş, daha sonra isə icra məmurunun təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin 8(012)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuş, həmin daşınmaz əmlak xx.xx.2023-cü il tarixli, 27/22 335 3O saylı “hərracın keçirilməsi haqqında” şifarişlə Cavabdeh MMC-yə göndərilmiş və hərracın keçirilməsi xahiş olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən hərracın keçirilməsi “İpoteka Haqqında” Qanununun tələblərinə uyğun müəyyən edilmiş və ilkin hərrac xx.xx.2023-cü il tarixində keçirilmiş və həmin zaman daşınmaz əmlakın ilkin satış qiyməti 125.000 manat müəyyən edilmişdir. Lakin hərrac baş tutmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixə yenidən hərracın keçirilməsi üçün hərrac prosesi təyin edilmiş və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satış dəyəri bu səfər azaldılaraq 112.500 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində yenidən hərrac baş tutmamış və təkrarən hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş və daşınmaz əmlakın hərracda satış dəyəri bir daha azaldılmış və 100.000 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının mülkiyyətində olan daşınmaz əmlak 101.000 manata icra sənədi üzrə X7 Mehmetə satılmışdır. Daha sonra qeyd olunan hərrac üzrə xx.xx.2023-cü il tarixində hərrac yekunları barədə 142/23 nömrəli protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görsənir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini icra sənədi üzrə tələbkar X5 101.000 (bir yüz bir min) manata açıq hərrac vasitəsilə almışdır. Protokol sifarişçi Abşeron rayon İcra şöbəsinin naməlum əməkdaşı, hərracın təşkilatçısı Cavabdeh MMC-nin direktor müavini X4, Cavabdeh MMC-nin sənədlərlə iş üzrə bölmə rəhbəri Nümayəndə, qalib alıçı, tələbkar X5 tərəfindən imzalanmışdır. Yuxarıda qeyd edilən və qanunvericiliyin tələblərinə zidd keçirilən hərrac nəticəsində iddiaçı mülkiyyətində olan əmlakdan məhrum edilmişdir. Hesab edir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Belə ki, hərrac prosesi tamamilə yalnış yəni “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçirilmiş və qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadının tələbləri nəzərə alınamış, ərizəçinin mülkiyyətində olan daşınmaz əmlak icra icraatı çərçivəsində icra məmuru tərəfindən üzərinə həbs qoyularaq cavabdeh tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun açıq hərrac vasitəsilə satışı həyata keçirilmişdir. Həmçinin iddiaçının keçirilmiş hərraclar barəsində hər hansı bir məlumatı olmamış, icraata başlamaq haqqında qərar ona rəsmi olaraq təqdim edilməmiş, əmlakının qiymətləndirilməsindən və üzərinə həbsin qoyulmasından xəbəri olmamış, cavabdehin göndərdiyi məktublar ümumilikdə ona çatmamış nəticədə mülkiyyətindən qanunsuz keçirilmiş hərrac nəticəsində məhrum olmuşdur. Cavabdeh MMC etirazla məhkəməyə müraciət edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3145/2021 saylı iсrа vərəqəsinə əsasən Abşeron rayon icra şöbəsi tərəfindən verilmiş 27/223353O saylı xx.xx.2023-cü il tarixli sifarişi üzrə ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin açıq hərrасdа satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan fərdi yaşayış evinin açıq hərrасdа ilkin satış dəyəri 125.000 manat məbləğində müəyyənləşdirilmişdir, sözügedən hərrас sifarişi Cavabdeh MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərrac keçirilməsi 28 аprеl 2023-cü il tarixə saat 10:00-da təyin edilmiş və hərracın qeyd olunan tаriхə təyin edilməsi barədə elan xx.xx.2023-сü il tarixində kütləvi informasiya kimi Azərbaycan Ədliyya Nazirliyində qeydiyyata alınmış "Birjanyus" X2 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaklara dair açıq hərracın keçirilməsinə dair 721/23 saylı xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə bоrсlu İddiaçı еləсə də iсrа sənədi üzrə tələbkar X3 poçt vasitəsi ilə göndərilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 28 aprel 202З-cü il tarixli protokolun suratindən görünür ki, yuxarıda göstərilən tаriхə təyin edilmiş hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 28 арrеl 202З-сü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi sifarişçi icra şöbəsi ilə bağlanmış Müqavilə və ona aid "Əmlakın açıq hərrасdа satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin рrоsеdur Qaydalarına uyğun оlаrаq ilkin satış qiymətindən 10% aşağı qiymətə, yəni 112.500 manata olmaqla, 12 mау 202З-сü il tаriхinə, saat 10:00-a təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın keşirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tаriхində kütləvi informasiya vasitəsi olan "Birjanyus" internet iпfоrmаsiуа Ehtiyatında (Portalında) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Daha sопrа sifariş оlunan torpaq sаhəsinə dair açıq hərracın kеçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisinə, bоrсlu İddiaçı еləсə də iсrа sənədi üzrə tələbkar X3 poçt vasitəsi ilə gönədrilmişdir. Hazırki etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 12 mау 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tаriхə təyin edilmiş hərrас hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 12 mау 202З-сü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin fərdi yaşayış evi ilkin satış qiymətindən 20% aşağı qiуmətə, уəni 100.000 manata olmaqla, 26 mау 2023-сü il tаriхinə, Saat 10:00-а təkrаr açıq hərrаса çıxarılmış və təkrаr hərracın kеçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan "Вirjаnуus" X2 dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Daha sопrа sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsinə dair 991/2З saylı, xx.xx.2023-cü il tarixli bildiriş həracın sifarişçisinə, еləсə də icra sənədi üzrə tələbkara və bогсluуа poçt vasitəsi ilə göndərilmişdir. Yuxarıda sözügedən tаriхə təyin olunmuş təkrаr açıq hərrасdа iştirak еtmək üçün tələbkar Mustafa Kаrаmаn Mehmet oğlu, еləсə də X11 оğlu 25 mау 202З-сü il tarixli ərizələri ilə Cavabdeh MMC-yə müraciət еdərək iştirakçılarının təmin olunmasını xahiş еtmişdirlər. xx.xx.2022-ci il tarixdə kеçirilən açıq hərrасdа hərracda predmeti olan fərdi yaşayış evinin təkrаr hərracdakı satış dəyərindən 1000 manat məbləğində artıq qiymətə, yəni 101.000 manata tələbkar X1. Bununla əlaqədar olaraq hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. xx.xx.2023-сü il tarixli hərracın yekunları barədə protokol qalibi alıcı, еləсə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbərinin və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sоnrа elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumunа göndərilmişdir. Hərrac sifariş üzrə keçirilən hərrас qanuni və əsassızdır. Odur ki, həmin hərracın nəticələrinə dаir tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsаs yoxdur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 1 dəfə hərrac keçirilməklə yekunlaşmışdır. Keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun deyildir. İcra hərəkətləri zamanı da nöqsanlara yol verilmişdir. Tələbkara təklif olunduqdan sonra üzərinə həbs qoyulmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə etirazla eyni məzmunlu izahat verərək izahatında bildirmişdir ki, hazırki iş üzrə hərrac qanunvericiliyin tələblərinə uyğyn keçirilmişdir. Odur ki, iddia təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Kamran Mustafanın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tələbdə göstərilən əsasları sübut edə bilmir. Hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulmasını bildirsə də, hansı maddələrin tələblərinin pozulmasını iddiaçı sübut edə bilməmişdir. Hərracda qiymət aşağı salınmalıdır. İcra məmurunun qanunsuz hərəkətləri var idisə icra məmurunun hərəkətlərindən şikayət edə bilərdi. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3145/2021 xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X10 və İddiaçı arasında Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqviləsinin ləğv edilməsi və İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə borclu İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq X6 xeyrinə ödənilməli və tutma İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə yönəldilməlidir. "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 125000 manat müəyyən edilmişdir. Abşeron rayon İcra şöbəsinin X8 göndəridiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə tələb icra sənədi üzrə olan 110000 manat, maddi ziyan üçün 13291 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun borclu İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evi tutulmalı olan borcun əvəzləşdirilməsi üçün X8 təklif olunmuşdur. X7 Mehmet tərəfindən göndərilən məktubdan görünür ki, X10 ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evini ona olan borcun əvəzi olaraq götürməkdən imtina etmişdir. Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-17/2023 saylı qərardadına əsasən borclu İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında şifarişdən görünür ki, tələb borclu İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə yönəldilmişdir və "xxxx" MMC tərəfindən əmlak 125000 manat qiymətləndirilib. Sifariş barədə məktub X10 və İddiaçı göndərilmişdir. 10 aprel 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ilkin hərrac 28 aprel 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı göndərilmişdir. Cavabdeh MMC-nin 28 aprel 2023-cü il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, 28 aprel 2023-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 12 may 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı göndərilmişdir. Hərracın baş tutmamasına dair 12 may 2023-cü il tarixli protokoldan görünür ki, 12 may 2023-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 26 may 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı göndərilmişdir. 26 may 2023-cü il tarixli hərracın yekunları barədə 142/23 saylı protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evi 101000 manata X8 satılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X10 və İddiaçı arasında Abşeron rayon 1 saylı notariat kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqviləsinin ləğv edilməsi və İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat və 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, icra sənədi üzrə borclu İddiaçı əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq X6 xeyrinə ödənilməli və tutma İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə yönəldilməlidir. Abşeron rayon İcra şöbəsinin X8 göndəridiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə tələb icra sənədi üzrə olan 110000 manat, maddi ziyan üçün 13291 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun borclu İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evi tutulmalı olan borcun əvəzləşdirilməsi üçün X8 təklif olunmuşdur. X7 Mehmet tərəfindən göndərilən məktubdan görünür ki, X10 ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evini ona olan borcun əvəzi olaraq götürməkdən imtina etmişdir. Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(012)-17/2023 saylı qərardadına əsasən borclu İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ilkin hərrac 28 aprel 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı göndərilmişdir. Cavabdeh MMC-nin 28 aprel 2023-cü il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, 28 aprel 2023-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 12 may 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı göndərilmişdir. Hərracın baş tutmamasına dair 12 may 2023-cü il tarixli protokoldan görünür ki, 12 may 2023-cü il tarixinə təyin edilmiş açıq hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar hərracın 26 may 2023-cü il saat 10:00-da keçirilməsi ilə bağlı elan kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X2 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məktub Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı göndərilmişdir. 26 may 2023-cü il tarixli hərracın yekunları barədə 142/23 saylı protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evi 101000 manata X8 satılmışdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 30 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinin tarixi və yeri barədə Abşeron rayon icra şöbəsi, X10 və İddiaçı məlumat göndərilmiş, həmçinin “Birjanyus” X2 (portalında) elan verilmişdir. Odur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılmaması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada tərəflərə təqdim olunması təsdiq edilmişdir. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında hərracın yekunları barədə protokolun etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər Kamran Mustafa və Abşeron rayon İcra şöbəsinə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə, üçüncü şəxslər Kamran Mustafa və Abşeron rayon İcra şöbəsinə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-124/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-124/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver