Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1249/2024 18.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3500 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. "Yeni Memar” MMC-nin İddiaçı 3500 (üç min beş yüz) manat icarə haqqı borcu vardır.
2. Yeni Memar” MMC birinci bənddə göstərilən borc məbləğini xx.xx.2024-cü il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürür.
3. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)- 1249/2024 saylı mülki iş üzrə iddiasından imtina edir.
4. Sazişin 2-ci bəndindəki öhdəlik pozularsa sazişin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir.
5. Tərəflər razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.
6. Tərəflər sazişin mahiyyətini dərk edir və onun hüquqi nəticələrini qəbul edirlər.
7. Bu saziş hər tərəfdə və məhkəmədə bir nüsxə qalması şərtilə eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanmışdır. Azərbaycan Respublikası MPM-nin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh MMC arasında 13 fevral 2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. "Yeni Memar” MMC-nin İddiaçı 3500 (üç min beş yüz) manat icarə haqqı borcu vardır.
2. Yeni Memar” MMC birinci bənddə göstərilən borc məbləğini xx.xx.2024-cü il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürür.
3. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)- 1249/2024 saylı mülki iş üzrə iddiasından imtina edir.
4. Sazişin 2-ci bəndindəki öhdəlik pozularsa sazişin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir.
5. Tərəflər razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.
6. Tərəflər sazişin mahiyyətini dərk edir və onun hüquqi nəticələrini qəbul edirlər.
7. Bu saziş hər tərəfdə və məhkəmədə bir nüsxə qalması şərtilə eyni hüquqi qüvvəyə malik 3 nüsxədə hazırlanmışdır. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın icrası Bakı şəhər Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ayşən Sultanova-Məmmədova