Məhkəmə qərarları › İş №e-2(004)-1259/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1259/2022

16.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1259/2022 16.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutunun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X17, X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutuna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutuna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi X25-Tedqiqat institutunun 2021ci il 3 dekabr tarixli K-55 nömrəli əmrinin ləğv edilməsi, qeyd edilən institutda Makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsi üzrə işə bərpa edilməyi ve məcburi iş buraxma müddəti üçün itirilmiş əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi iqtisadi X24 İnstitutu (bundan sonra - institut) arasında 20.12.2017-ci il tarixdə K-70 nömrəli əmrlə rəsmiləşdirilən və həmin institutun Makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsi üzrə əmək münasibətlərinə dair əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən iş yeri üzrə 4 (dörd) ilə yaxın əmək vəzifələrini icra etməyinə baxmayaraq institut tərəfindən 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək hüquqlarımın kobud şəkildə pozulması nəticəsində institutla arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd edilən əmək münasibətləri çərçivəsində əmək hüquqlarının pozulması, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinin xitamının Əmək Məcəlləsinin müvafiq normalarının tələbləri pozulmaqla həyata keçirildiyi üçün tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi barədə 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün itirilmiş əmək haqqınını ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qətnamə qəbul edilməsi barədə məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiyi iddia tələbi qanuni və əsaslı olduğundan, habelə mötəbər dəlillər vasitəsilə sübuta yetirilə bildiyindən iddia tələbinin təmin edilərək 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün itirilmiş əmək haqqınını ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qətnamə qəbul edilməlidir. Bunu aşağıdakılarla əsaslandırır. institutla arasında olan əmək müqaviləsinin xitam edilməsi ilə bağlı 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli Əmr əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin Əmrin sadə təhlilindən onun çalışdığı müddət ərzində 2018- 2021-ci illərə dair müəyyən edilmiş iş planlarında nəzərdə tutulan tədqiqat işlərində iştirak etməməyi, həmin tarixlər aralığında rəhbərlik və şöbə rəhbəri tərəfindən ona verilən tapşırıqları icra etməməyi məsələsi öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, onun qeyd edilən İnstitutda əmək fəaliyyəti 2017-ci ildən etibarən başlamış və hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan xitam tarixinə qədər, yəni 2021-ci ilə qədər davam etmişdir. Keçən bu 4 (dörd) illik müddət ərzində onun əmək fəaliyyətinin icrası ilə bağlı rəhbərlik tərəfindən hər hansısa bir irad bildirilməmiş, habelə bununla əlaqədar ona bu və ya digər formada nə xəbərdarlıq edilmiş, nə də müvafiq intizam tənbeh tədbiri tətbiq edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli Əmrdə onun 2018- 2021-ci illərə dair müəyyən edilmiş iş planlarına müvafiq olaraq tədqiqat işlərində iştirak etməməyi də əsassız iddiadır. Belə ki, əgər o dövrlər üçün qarşıya qoyulan məqsədlər çərçivəsində iş planlarında nəzərdə tutulan tədqiqat layihələrində iştirak etməsəydi, o zaman onunla bağlı müvafiq tədbirlərin görülməsi üçün işəgötürən tərəfindən 3 (üç) ildən çox gözləmə mövqeyinin seçilməsi də inandırıcı xarakter daşımamaqdadır. Əlavə olaraq işəgötürən tərəfindən əvvəlki dövrlərlə bağlı onun əmək funksiyalarını icra etməyilə əlaqədar qeyd edilən icranın keyfiyyəti nöqteyi-nəzərdən qiymətləndirilməsi də konkret mübahisə üzrə işəgötürən tərəfindən həyata keçirilən və hüquq pozuntuları ilə müşayiət olunan xitam prosesinin süni əsaslandırmasından başqa bir şey deyildir. 2021-ci il 3 dekabr tarixli K-55 nömrəli Əmrdə qeyd edilən bir digər nüans isə onun işə davamiyyətinin qənaətbəxş olmamasıdır. Qeyd edilməlidir ki, işə davamiyyətin qənaətbəxş olmaması anlayışı özlüyündə kifayət qədər mücərrəd xarakter daşımaqdadır. Ancaq işçi və təşkilatihüquqi struktur baxımından, habelə maliyyə cəhətdən işçidən daha güclü mövqedə olan işəgötürən arasında olan əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsi normalarının hüquqi təbiəti onu deməyə əsas verir ki, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsinin xitam edilməsi konkret hallarla əlaqələndirilməli və bu hallar məhz əmək qanunvericiliyinin nəzərdə tutulduğu tələblərə cavab verməlidir. İşçinin işə davamiyyətinin qənaətbəxş olmaması anlayışı isə mücərrəd olduğu qədər, həm də tənzimləmə nöqteyinəzərdən əmək qanunvericiliyində işəgötürənə əmək müqaviləsini təktərəfli xitam etmək imkanı verən səbəb olaraq qiymətləndirilə bilməz. Ancaq yuxarıda istinad edilən xitam Əmrində onun davamiyyətinin qənaətbəxş olmamasının hansı şəkildə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması məsələsinə toxunulmamış, səthi olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan məsələlərə dair həqiqəti əks etdirməyən, ancaq normanın məzmununa görünüş etibarilə uyğunlaşdırılan əsaslar göstərilmişdir. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Ancaq yuxarıda qeyd edilən xitam əmrinin sadə təhlilindən də müəyyən olunur ki, daha öncə də qeyd edildiyi kimi cavabdeh tərəfindən müvafiq Əmrdə cəhd edilən əsaslandırma özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsir dairəsinə düşməsi üçün hazırlanmış qeyridəqiq, həqiqəti əks etdirməyən məlumatların bəsit toplusundan başqa bir şey deyildir. Halbuki qanunvericilikdə nəzərdə tutulan əsaslandırma anlayışı normanın məzmununa uyğun həqiqəti əks etdirməyən məlumatların yazılmasını yox, məhz faktiki münasibətlər zəmnində normada nəzərdə tutulan pozuntuların xarakteri ilə əlaqəli olan məsələlərin məntiqi surətdə izahına bağlı bir prosesin nəticəsi olaraq təsbit edilmişdir. Əmrdə istinad edilən verilən tapşırıqların icra edilməməsi məsələsi sadəcə söz yığını olmaqla, əsaslandırma kimi qiymətləndirilə bilməz. Digər nüans isə ondan ibarətdir ki, həmin əsasla işdən çıxarmanın zəruri şərti olan Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsindəki hallar (iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi) əmrdə əsaslandırılmamışdır. Vurğulanmalı bir digər nüans ondan ibarətdir ki, konkret iş üzrə cavabdehlə arasında olan əmək müqaviləsinin xitamı və xitam üçün göstərilən əsaslar formal xarakter daşımaqdadır. Belə ki, İnstitutun rəhbər heyətində müvafiq dəyişikliklər aparıldıqdan sonra daha əvvəlki dövrlərdə əmək funksiyalarının icrasına başlamış işçilərə yeni rəhbərlik tərəfindən ayrıseçkiliklə müşayiət olunan rəftar sərgilənmişdir. Belə ki, qeyd edilən kateqoriya işçilər dəvət edilərək ərizələrini yazmaları və bu şəkildə, sanki şəxsi iradə ifadələri formasında tərəflər arasında olan əmək münasibətlərinin xitamına məcbur edilmişdirlər. Yuxarıda qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X23 Xidmətinə ünvanladığı 30.11.2021-ci il tarixli müraciət də qeyd etdiyi nüansları təsdiqləməkdədir. Uzun müddətli xararkter daşıyan və öz ərizəsini yazaraq işdən çıxmağıyla bağlı davam edən təzyiqlərdən sonra cavabdeh yuxarıda qeyd edildiyi formada əmək müqaviləmi qanunsuz olaraq xitam etmişdir. Bir digər məsələ isə ondan ibarətdir ki, yuxarıda qeyd edilən xitam əmrində onun 25 noyabr 2021-ci il tarixində bütün gün işdə olmadığı qeyd edilmişdir. Maraqlı məsələ ondan ibarətdir ki, bununla bağlı növbəti gün, yəni 26 noyabr 2021-ci il tarixində ondan iddia edilən bütün gün işə gəlməməyinin səbəbi soruşulmamış, bununla bağlı ondan izahat alınmamışdır. Qeyd edilməlidir ki, 25 noyabr 2021-ci il tarixində işə getmiş, ancaq işçilərin davamiyyətinin aparıldığı kitabda müvafiq davamiyyətimlə bağlı qeydlərin aparılmasına icazə verilməmişdir. Bunu tələb etdikdə isə davamiyyət kitabı üzrə məsul şəxslər kitabın ona təqdim edilməyəcəyini qeyd etmişdilər. Əmrdə istinad edilən 29 noyabr 2021-ci il tarixində isə qeyd edilən kitabda 15 dəqiqə gec gəlməyinə baxmayaraq gəliş saatını saat 9.00 olaraq göstərməyi məsələsi sadəcə absurddur. Belə ki, Əmrdə də etiraf edildiyi kimi qeyd edilən kitabla bağlı məsul şəxslər o kitaba qeydlərin aparılmasına nəzarət edirsə, o zaman onun gec gəlməyinə baxmayaraq kitaba fərqli vaxt qeyd etməyinin heç bir məntiqi açıqlaması yoxdur. Məhz o anda daxil edəcəyi məlumatların tutuşdurulacağına bilərək belə bir səhv etməyinə inanmaq, habelə bunu iddia etmək sadəlövhlük olardı. Əlavə olaraq əgər müəssisədə iş saatı saat 9.00-da başlayırsa və gecikən şəxslərin qeydiyyatı aparılırsa, bu qeydiyyat yəqin ki gecikən işçinin özü tərəfindən yox, məhz məsul şəxslər tərəfindən aparılır. Əks halda hər bir işçi bu və ya digər dərəcədə işə gec gələr və gəliş saatını 9.00 olaraq göstərərək icra intizamından yayınardı. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, bu proses məqsədli şəkildə həyata keçirilmiş, ona 25 noyabr 2021-ci il tarixində qeyd edilən kitab təqdim edilməyərək, habelə guya gecikən işçilər özləri gecikdikləri ilə bağlı qeydləri aparmasını iddia edərək onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən uzaqlaşdırmağı üçün münbit süni şərait yaratmışdırlar. Habelə iddia edilən intizam pozuntuları ilə bağlı aktlardan biri - gecikmə ilə əlaqədar akt Ümumi Şöbənin müdiri tərəfindən imzalansa belə, digər akt - verilən tapşırıqların icrası ilə əlaqədar olan akt isə direktor müavini tərəfindən belə imzalanmamışdır. Bu isə onu deməyə əsas verir ki, onun süni səbəblər göstərilərək işdən çıxarılmağı əsassız xarakter daşımaqla, verilən tapşırıq əsasında həyata keçirilmişdir. Qeyd edilən hər iki akt ona təhvil verilməmiş, işdən uzaqlaşdırıldıqdan sonra şəkilləri çəkilərək ona göndərilmişdir. Bu isə məntiqi olaraq belə bir nəticə çıxarmağa imkan verir ki, onun xitamı gerçəkləşdirilmiş, daha sonra bununla bağlı köhnə tarixli sənədlərin hazırlanması və törədilən qeyri-qanuni əməllərin əsaslandırılması işi aparılmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutunun etirazı onunla əsaslandırılmışdır ki, Əmrdə qeyd edilən 2018-2021-ci illərə dair iş planları üzrə yerinə yetirilən tədqiqat işlərində iştirak etməmiş, həmin illərdə rəhbərlik və çalışdığı şöbənin rəhbəri tərəfindən ona verilən tapşırıqların öhdəsindən layiqincə gələ bilməmişdir” hissəsi işçinin işdən çıxarılma əsası kimi deyil, onun işə olan səhlənkar və etinasız davranış vərdişinin sübuta yetirilməsi və onun bu cür davranış vərdişinin əmək vəzifələrinin kobud pozuntusuna gətirib çıxarması anlamında qeyd edilmişdir. Belə ki, İddiaçı vəzifə funksiyalarının yerinə yetirilməsi xarakteri barəsində şöbə müdirinin xasiyyətnaməsi, elmi katibin 29.11.2021-ci il tarixli xidməti məruzəsi, direktor müavininin 29.11.2021 -ci il tarixdə daxil olmuş xidməti məruzəsi və İlk X9 sədrinin vəzifəsini müvvəqəti İcra edən, İlk X3 komissiyasının üzvünün 29.11.2021-ci il tarixli xidməti məktubu vardır. O cümlədən, İddiaçı vəzifələri layiqincə yerinə yetirə bilməməsinə dair 29.11.2021-ci il tarixli akt tərtib edilmişdir. Özünün aktla tanış olmasına baxmayaraq, imzalamamışdır. İİETİ-nin bir neçə əməkdaşının İddiaçı vəzifə funskiyalarını yerinə yetirməsinə dair qeyri-qənaətbəxş təəsüratı onu deməyə əsas verir ki, İddiaçı öz işinə etinasız yanaşmış, vəzifə funksiyalarını səhlənkarcasına yerinə yetirmişdir. Bu cür davranış vərdişi sərgiləyən işçi, şübhəsiz, əmək vəzifə funksiyalarını gələcəkdə pozmayacağı qaçılmaz idi. Həmçinin, İddiaçı timsalında müəssisədə kadr potensialının olmamasının təsdiqi AR İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri müavininin nazir müavininə ünvanladığı xidməti məruzənin 6-cı paraqrafında öz əksini tapmışdır. Beləliklə, sərgilədiyi bu cür davranışın məntiqi nəticəsi olaraq, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin a) və ə) bəndlərini pozmuşdur. İddiaçı qeyri nizam-intizamlı davranışı onun barəsində rəsmi işdən azad edilmə əmri çıxmamış 30.11.2021-ci il tarixində AR İqtisadiyyat Nazirliyinə göndərdiyi elektron müraciət məktubunda llETl-nin direktorunun birinci müavini, direktor v.İ.e barəsidə böhtan xarakterli - onun şərəf və ləyaqətini alçaldan İfadələrdə də büruzə vermişdir. Bundan əlaavə işçi öz əmək funksiyası və vəzifə borcuna qarşı səhlənkar və etinasız yanaşaraq, işə oktyabr ayında dəfələrlə gecikmiş, izahatı alınmış, törətdiyi əməl barəsində 29.10.2021-ci il tarixində gecikmə ilə əlaqədar akt tərtib edilmiş, daha sonra Ümumi şöbənin müdiri və İlk X9 sədrinin müvafiq olaraq 25.10.2021-ci il tarixli 9/63 nömrəylə daxil olmuş və 01.11.2021-ci il tarixli 9/88 nömrəylə daxil olmuş xidməti məruzələri əsasında F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir Xəbərdarlığa məhəl qovmayaraq, yenidən 28 oktyabr və 15 noyabr tarixlərində işə gecikmiş, sözügedən əməl araşdırılaraq 19.11.2021 tarixli İzahatı alınmış, eyni tarixli gecikmə ilə əlaqədar akt tərtib edilmiş, eyni tarixli Ümumi şöbənin müdiri və İlk X3 sədrinin müvafiq olaraq 9/117 və 9/123 nömrəylə daxil olmuş xidməti məruzələri ilə birgə İnstitutun direktor vəzifəsini İcra edən direktorun birinci müavininə təqdim edilmişdir. Yekunda, F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmr əsasında Ülviyə töhmət verilmişdir. Bu azmış kimi 25 noyabr 2021-ci il tarixində, ümumiyyətlə, işə gəlməmiş və gəlməməsinə dair üzrlü səbəb də gətirməmişdir. Sözügedən əməllə əlaqədar 25.11.2021-ci il tarixli akt, X30 Təşkilatının sədrinin vəzifəsini müvvəqəti İcra edən, İlk X3 komissiyasının üzvünün 29.11.2021-ci il tarixli, 9/156 nömrəylə daxil olmuş və Ümumi şöbənin müdirinin 29.11.2021-ci il tarixli, 9/151 nömrəylə daxil olmuş xidməti məktubları və eyni tarixdə tərtib edilmiş akt İİETİ-nin direktoru vəzifəsini müvvəqəti icra edən direktorun birinci müavininə təqdim edilmişdir. Bununla da işçinin bu əməli Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin seçilməsinin əsası olan eyni Məcəllənin 72-ci maddəsinin a) bəndi ilə tövsif edilir. Bundan ziyadə, 29 noyabr 2021-ci il tarixində işə 15 dəqiqə gecikməsinə baxmayaraq, qəsdən davamiyyət kitabına saat 9:00-da gəldiyini qeyd etmişdir. Aldığı töhmətdən sonra 6 ay keçməmiş həm işə üzrlü səbəb gətirmədən ümumiyyətlə gəlməyib, həm də işə yenidən gecikərək qəsdən işə 9:00-da gəldiyinə dair yanlış məlumatı davamiyyət kitabına qeyd etməsi onun Əmək Məcəlləsinin 70 ç) ilə işdən azad edilməsinə gətirib çıxarmışdır, onun bu əməli Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin seçilməsi əsası olan eyni Məcəllənin 72-ci maddəsinin ə) bəndi ilə tövsif edilir. 72-ci maddənin a) bəndi o cümlədən, 72-ci maddənin ə) bəndi ilə işdən çıxarmağımızın daha bir əsası AR İqtisadiyyat Nazirliyinin İİETİ-yə ünvanladığı sorğunun 5-ci sualına cavabında ifadə etmişdik. Yuxarıda qeyd edilmiş əmək pozuntularının (işə gecikmənin, işə gəlməməsinin) və 2018-2021-ci illər boyu işə olan səhlənkar və etinasız davranışı İnstitutda 2021-ci ilin İş Planı çərçivəsində İddiaçı görüləcək tapşırıqların ona həvalə edilməməsinə, İddiaçı dəfələrlə mütəmadi gecikməsinə görə iş ortamında gecikmənin normal olduğu abu-havanı yaratması və digər işçilərin ona baxaraq eyni hərəkəti edəcəyi təqdirdə mənfi nəticə ilə üzləşməyəcəyinə güman edərək mütəmadi gecikmələri və bunların nəticəsi olaraq işin, əməyin və icra intizamının normal ahənginin oozuntusuna gətirib çıxarmışdır. Qeyd edilən hallar isə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtləri əhatə edir. İddiaçı 2021-ci ilin İş Planı üzrə işin həvalə edilməməsinə dair onun şöbə müdirinin şahid ifadəsindən istifadə edilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq, İnstitutun direktorunun birinci müavininin, direktorun v.i.e. İddiaçı barədə 29.11.2021-ci il tarixli təqdimatı ilə İlk X9 komissiyasının üzvlərinin iclasının 29.11.2021-ci il tarixli İddiaçı barəsində 02 nömrəli protokolu tərtib edilmişdir və protokol və digər xidməti məruzələr, xidməti məktublar əsasında “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında" 3 dekabr 2021-ci il tarixli K-55 nömrəli Əmr çıxarılmışdır. İddiaçının digər işçilərin könüllü işdən çıxma barədə ərizə yazdırdılaraq gələcəkdə işdən çıxarılmasına məcbur edildiyini qeyd etmiş, özünün də buna məcbur edildiyi və bunu etmədiyinə görə 70-ci maddənin ç) bəndi ilə işdən çıxarıldığına dair səbəbli əlaqə gətirmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının qeyd edilən arqumenti həqiqətə uyğun deyil, iddiaçının özünü məhkəmə qarşısında "qurban" kimi təqdim etmək cəhdindən başqa heç bir məna kəsb etmir. Təsadüfi deyil ki, iddiaçı bu arqumentini təsdiq edə biləcək hər hansı faktı, sənədi və ya digər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, əgər iddiaçı bu faktı iddia edirsə, sübutetmə vəzifəsi onun üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci bəndinə əsasən, "Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” İddia ərizəsində iddiaçının X23 Xidmətinə məktubun ünvanladığını qeyd etmişdir, halbuki, məktuba cavab almasına dair heçbir qeyd yoxdur. X23 Xidmətinin bizə ünvanladığı **********8 nömrəli 03.12.2021-ci İİ tarixli müraciət məktubuna cavab olaraq tələb olunan sənədlər İnstitutdan 27.12.2021-ci il tarixində çıxan məktub ilə cavablandırılmışdır. Bizim burada düşən öhdəliyimizi yerinə yetirməyimizə baxmayaraq, X23 Xidmətinin araşdırması hələ də nəticəsiz qalmışdır və qalmaqdadır. Beləliklə, iddia ərizəsində fakta istinad edilsə də heç bir sübut təqdim edilməmişdir, ümumiyyətlə, iddiaçının iddia etdiyi hallar olsaydı işdən çıxmağa məcbur olmuş işçilər tərəfindən İİETİ barədə müvafiq orqanlara, o cümlədən məhkəmə orqanlarına müraciətlər olmalı idi ki, belə hallar isə mövcud deyil. 25 noyabr 2021-ci il tarixində İddiaçı üzrlü səbəb olmadan işə gəlməməyi ilə bağlı davamiyyət kitabında heç bir qeydi yoxdur. (25 noyabr 2021-ci il tarixinə dair davamiyyət kitabından çıxarış əlavə olunur) Sözügedən əməllə əlaqədar 25.11.2021-ci il tarixli akt, İlk X3 sədrinin vəzifəsini müvvəqəti icra edən komissiya üzvünün 29.11.2021-ci İl tarixli, 9/156 nömrəli və Ümumi şöbə müdirinin 29.11.2021-ci il tarixli, 9/151 nömrəli xidməti məruzələri və eyni tarixdə tərtib edilmiş işə gəlməməsinə dair akt İİETİ-nin direktoru vəzifəsini icra edən direktorun birinci müavininə təqdim edilmişdir. Eyni zamanda 26.11.2021-ci il tarixdə İddiaçı aktla tanış edilsə də, o bununla bağlı imza atmaqdan, habelə izahat verməkdən imtina etmişdi. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı işdə saat 9:00-da olmalıdır. Bundan ziyadə, 2021-ci ilin oktyabr ayının əvvələrində mütəmadi gecikmələrin vüsət almasının ardınca işçilərə müvafiq əmək funksiyasını xatırlatmaq məqsədi ilə Ümumi şöbə müdirinin 19.10.2021-ci il tarixdə “İş vaxtının rəsmiləşdirilməsi barədə" xidməti məruzəsi əsasında İnstitutun direktorunun birinci müavini, direktor v.i.e. tərəfindən 19.10.2021-ci il tarixli F- 54 nömrəli Əmrində də işə gəlmə vaxtının saat 9:00 olması təsbit olunmuşdur. İnstitutun ştatdankənar nəzarətçisinin, o cümlədən polis nəzarətçisinin tərtib etdiyi 29.11.2021-ci il tarixli izahata əsasən, İddiaçı 29 noyabrda həqiqətən 15 dəqiqə gecikmiş və davamiyyət kitabına qəsdən real vaxta uyğun olmayan vaxt - saat 9:00 qeyd etmişdir. Həmçinin, AR İqtisadiyyat Nazirliyinin verdiyi sorğunun 7-ci sualına cavab olaraq, bildirilmişdir ki, İddiaçı tabeldə pozuntu edərək saat 9:00-da gəldiyini qeyd etmişdir. Ştatdankənar nəzarətçinin nəzarət etmə xarakterinin, yəni işə gələnin başının qabağını kəsdirərək deyil də, işə gələnin qeydindən sonra nəzarətçinin saata baxıb hər ikisini tutuşdurması faktını sübuta yetirilməsi üçün İİETl-nin əməkdaşlarının birindən şahid qismində ifadəsi alına bilər. Həmçinin ştatdankənar nəzarətçinin işə gələn işçilərə nəzarət etməsi tərzinə dair kamera görüntüsü vardır. İddiaçıdan 15 dəqiqə gec gəlib saat 9:00-un davamiyyət kitabında qeyd etməsinə dair izahat yazması xahiş edilsə də, izahat verməmişdir. İzahat verməməsi, o cümlədən, izahat verməkdən imtina edirəm qeydini İddiaçı vəzifələri layiqincə yerinə yetirə bilməməsinə dair “İddiaçı ilə bağlı” 29.11.2021-ci il tarixli aktda qeyd edib imzalamamasının təsdiqi AR İqtisadiyyat Nazirliyinin llETl-yə ünvanladığı sorğunun 8-ci sualına cavabında ifadə etmişik. İzahat verməkdən imtina etməsinə dair şahid ifadəsindən də istifadə edilə bilər. Tapşırıqların icra edilməməsinə dair 29.11.2021-ci il tarixli akt İİETİnin direktor müavini Arzu Hüseynova tərəfindən imzalanmışdır. Əmək Məcəlləsinin 189.3cü bəndinə əsasən, “İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Əmək Məcəlləsinin 186.2-ci bəndinin ç) yarımbəndində əks olunmuş “İşçinin əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tənbehinə dair Əmr işçinin elektron poçt ünvanına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutunun nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutunda ştatdankənar nəzarətçi işləyir. O, iddiaçının dəfələrlə işə gecikmələrinin şahidi olmuş, işə 15 dəqiqə gecikməsinə baxmayaraq qeydiyyat kitabına saat 9.00 yazdığı faktını təsdiq edir. Həmin vaxt bu barədə onunla mübahisəsi belə yaranmışdır. Qeydiyyat kitabına qəsdən real vaxta uyğun olmayan vaxtın qeyd edilməsi barədə onun da iştirakı ilə akt tərtib edilmişdir. Lakin noyabr ayının 25-də işə gəlib-gəlməməsindən xəbərsizdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutunda direktoru vəzifəsində çalışır. 2019 avqust 2021-ci il sentyabr ayına qədər direktor vəzifəsini icra edərkən Ülvi ona şifahi qaydada müraciət edərək onu tam ştata keçirməyini xahiş etmişdir. Lakin o, imtina etmişdir, çünki ohələ 2017-ci ildən direktor müavini işləyərkən iddiaçının elmi tədqiqat sahəsində hər hansı töhfəsini görməmişdir. 29 noyabr 2021-ci il tarixli aktın tərtib olunmasında iştirak etmişdir, aktdakı imza ona məxsusdur. Akt həmin gün onun tərəfindən imzalanmışdır.İddiaçının əlində olan aktda onun imzasının olmaması səbəbi isə onun həmin aktı növbəli şəkildə imzalanması üçün ona təqdim olunanadək keçən vaxt ərzində iddiaçının onu əldə etməsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahidləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Makroiqtisadi tədqiqatlar şöbəsinin keçmiş əməkdaşı İddiaçı haqqında şöbə müdirin tərtib etdiyi 17.12.2021-ci il tarixli xasiyyətnamədə qeyd edilir ki, onun İnstitut əməkdaşlarının malik olmaları tələb olunan akademik bilik və bacarıqları aşağı səviyyədə olmuşdur. Buna eyni zamanda onun 0,5 ştat vahidi işləməsi də səbəb olmuşdur. Belə ki, İddiaçı tam ştat vahidi baş mütəxəssis vəzifəsinə keçmək istəmiş, tələb olunan -akademik biliklərinin yetərsizliyi səbəbindən ona tam ştat mütəxəssis vəzifəsinə keçirilmək təklif edilmiş, lakin o bununla razılaşmamışdır. Son dövrlər İddiaçı İnstitut rəhbərliyi tərəfindən verilən tapşırığı da mahiyyəti üzrə və keyfiyyətli icra etməmiş, eyni zamanda işə bir neçə dəfə gecikmiş, həmçinin əməkdaşların işə davamiyyət kitabında işə gəlmə vaxtına müdaxilə etmişdir. İş materiallarında olan Elmi katibin “İnstitutun əməkdaşı İddiaçı haqqında” 29.11.2021-ci il tarixli xidməti məruzəsində qeyd edilir ki, əməkdaşın tutduğu vəzifənin şərtlərinə uyğun olub olmaması, işə davamiyyəti və digər bu kimi məsələlərin bir daha nəzərdən keçirilməsi və müvafiq tədbirlər görülməsini xahiş edilir. İş materiallarında olan İnstitutun Direktor müavininin “İddiaçı haqqında” 29.11.2021-ci il tarixli xidməti məruzəsində qeyd edilir ki, İİETİ-də işlədiyi müddətdə İddiaçı tapşırıqlar “Makroiqtisadi tədqiqatlar” şöbəsinn müdiri E.Ələkbərov tərəfindən verilib. İddiaçı İİETİ-in ümumi işlərində və tədqiqatlarında fəallıq göstərməyib. İİETİ tərəfindən işçilər və doktorantlar üçün keçirilən təlimlərdə iştirak etməyib. İİETİ-də işlədiyi müddətdə xüsusi bilik və bacarıqları ilə seçilməyib, elmi tədqiqatlara maraq göstərməyib və rəhbərliyin bu barədə xəbərdarlığı nəticə verməyib. İş materiallarında olan ilk X3 komissiyası üzvünün “İddiaçı haqqında” 29.11.2021-ci İİ tarixli 9/156 nömrəylə daxil olmuş xidməti məktubunda qeyd edilir ki, İqtisadi X24 İnstitutunun əməkdaşı İddiaçı haqqında yazılmış xidməti məktublar araşdırılmışdır. Adıkeçən əməkdaş İnstitutda çalışdığı müddət ərzində İnstitutda yerinə yetirilən tədqiqat işlərində iştirak etməmiş, İnstitutun keçmiş rəhbərliyi və çalışdığı şöbənin rəhbəri tərəfindən ona verilmiş tapşırıqları layiqincə yerin yetirməmişdir. Bununla yanaşı əməkdaşa işə davamiyyəti ilə bağlı müvafiq əmrlərlə xəbərdarlıq edilmiş, töhmət verilmişdir. Lakin bunlara baxmayaraq əməkdaş işə davamiyyətini düzəltməmiş, 25.11.2021-ci il tarixində xəbərdarlıq etmədən işə gəlməmişdir. Həmçinin 29.11.2021-ci il tarixində işə gecikdiyi halda əməkdaşların işə davamiyyətin qeydiyyatı kitabında düzəliş etməsi səbəbi ilə əməkdaşdan izahat yazması tələb olunmuş, lakin o da izahat yazmaqdan imtina etmişdir. Qeyd olunanlarla bağlı müvafiq əməkdaşların iştirakı ilə aktlar imzalanmışdır. Qeyd edilənləri nəzərə alaraq, sözügedən əməkdaş barədə qanunamüvafiq qaydac tədbirlərin görülməsinə dair müvafiq göstəriş verilməsi xahiş edilir. İş materiallarında olan İddiaçı vəzifələri layiqincə yerinə yetirə bilməməsinə dair “İddiaçı ilə bağlı” 29.11.2021-ci il tarixli aktda qeyd edilir ki, direktor müavini X18, elmi katib X5 və İlk X3 komissiyasının üzvü X6 bu aktı tərtib etdik ondan ötrü ki, X25 X2 tədqiqatlar şöbəsinin 0.5 ştat vahidi ilə baş mütəxəssisi Məmmədov X7 işlədiyi müddət ərzində öz üzərində çalışmamış, İnstitutda yerinə yetirilən tədqiq işlərinin icrasında iştirak etməmiş, rəhbərlik tərəfindən ona verilmiş tapşırıqların icra nəticə qənaətbəxş hesab edilməmişdir, bu aktı direktor müavini X18, elmi katib X5 və İlk X3 komissiyasının üzvü X6 tərtib edib imzalamışdır. İş materiallarında olan Ümumi şöbənin müdirinin “İşə gecikən əməkdaşlar barədə” 25.10.2021-ci İİ tarixli 9/63 nömrəylə daxil olmuş xidməti məruzəsində qeyd edilir ki, işə davamiyyətlə bağlı aparılmış araşdırmaya əsasən məlum olmuşdur ki, rəsmi iş vaxtının 09:00-18:00, həmçinin yarım ştat işçilər üçün isə 09:00-13:00 və ya 14:00-18:00 olmasına baxmayaraq İnstitutun bəzi əməkdaşları tərəfindən davamlı olaraq işə gecikmələr baş vermiş və bununla əlaqədar olaraq işə gecikən əməkdaşlara aidiyyəti üzrə xəbərdarlıq edilmişdir (siyahı əlavə olunur). Qeyd edilənləri nəzərə alaraq, belə halların aradan qaldırılması və bir daha təkrarlanmaması üçün qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə lazımi göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan ilk X9 sədrinin “İşə gecikən əməkdaşlarla bağlı araşdırma aparılması barədə” 01.11.2021-ci İİ tarixli 9/88 nömrəylə daxil olmuş xidməti məruzəsində qeyd edilir ki, işə gecikən əməkdaşlarla bağlı 25.10.2021-ci il tarixli 9/63 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, işə gecikmiş əməkdaşlar Zakir Nəcəfov, Kənan Rüstəmov, Mehriban Əliyeva, Samirə Əkbərova, İddiaçı, Rüstəm İmanov, Murad Yusifov, Səfər Hüseynov, Fidan Kanalova, Yusif Çərkəzov, Güllü Rəcəbova, Vəfa Cəfərova, Ayşən İbrahimova, Nigar Ələsgərova tərəfindən izahatlar alınmış, müvafiq şöbələrin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və sözügedən əməkdaşlar adıçəkilən aktla tanış olmuşdur. İş materiallarında olan İİETİ direktor v.i.e. direktorun birinci müavinin “Xəbərdarlıq edilməsi haqqında" F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmri ilə İqtisadi X24 İnstitutunun adları siyahıda qeyd olunan əməkdaşlarına, İddiaçı-Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisinə yazılı xəbərdarlıq elan edilmiş, Növbəti yoxlama müddətində təkrarlanma olarsa, məvacibdən tutularaq töhmət verilməsi və ya qanunamüvafiq olaraq işdən azad edilməsi əmr edilmişdir. İş materiallarında olan Oktyabr ayında işə gecikmələrə dair İddiaçı 29.10.2021-ci il tarixli izahatında qeyd edir ki, yolda yaranan tıxac səbəbindən oktyabr ayı ərzində gecikmələri olmuşdur, nəzərə alınmasını xahiş edir. İş materiallarında olan 28 oktyabr və 15 noyabr tarixlərində işə gecikməyə dair İddiaçı 19.11.2021-ci il tarixli izahatında X32 tərəfindən yolda hərəkətin tam məhdudlaşdırılması səbəbindən gecikmələri olmuşdur, nəzərə alınmasını xahiş edir. İş materiallarında olan 19.11.2021-ci il tarixli “İşə gecikmə ilə bağlı" aktda qeyd olunur ki, 28 oktyabr və 15 noyabr 2021-ci il tarixlərində X14 işə gecikmişdir (saat 09:20; 09:11də işə gəlmişdir) Akt baş mühasib X19, ümumi şöbənin müdiri Samirə Hacıbala qızı, Ümumi şöbənin baş mütəxəssisi-kadrlar üzrə X11, ilk X3 sədri X15 və Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri v.i.e. X16 tərəfindən tərtib edilmiş və imzalanmışdır. İş materiallarında olan Ümumi şöbənin müdirinin 9/117 nömrəli 19.11 2021-ci il tarixli xidməti məruzəsində qeyd edilir ki, 28.10.2021-19.11.2021-ci il tarixləri ərzində İnstitutun Makroiqtisadi tədqiqatlar şöbəsinin 0,5 ştat vahidi ilə baş mütəxəssisi İddiaçı tərəfindən işə gecikmə halları baş vermişdir. Belə halların aradan qaldırılması və bir daha təkrarlanmaması üçün qanunnamüvafiq qaydada tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müvafiq göstəriş verilməsi xahiş edilir. İş materiallarında olan İlk X3 sədrinin 9/123 nömrəli 19.11,2021-ci il tarixli xidməti məruzəsində qeyd edilir ki, işə gecikmiş əməkdaşlar Makroiqtisadi tədqiqatlar şöbəsinin baş mütəxəssisi X26, Makroiqtisadi tədqiqatlar şöbəsinin 0,5 ştat vahidi ilə baş mütəxəssisi İddiaçı, Marketinq və koordinasiya şöbəsinin baş mütəxəssisi X13 və X28 tərəfindən izahatlar alınmış, müvafiq şöbələrin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və sözügedən əməkdaşlar adıçəkilən aktla tanış olmuşdur. Qeyd olunanları nəzərə alaraq, belə halların təkrarlanmaması məqsədilə qanunamüvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş edilir. İş materiallarında olan İİETİ direktor v.i.e. direktorun birinci müavinin “İşə gecikmiş əməkdaşlara töhmət verilməsi haqqında” F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmri ilə X25 X1 tədqiqatlar şöbəsinin baş mütəxəssisi İddiaçı töhmət verilmişdir. İş materiallarında olan “İddiaçı işə gəlməməsinə dair" 25.11.2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, X25 X1 tədqiqatlar şöbəsinin 0,5 ştat vahidi ilə baş mütəxəssisi İddiaçı 25 noyabr 2021 -ci il tarixində heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir və bu barədə aktı Ümumi şöbənin müdiri X4, Makroiqtisadi tədqiqatlar şöbəsinin müdiri vəzifəsini icra edən X16 və İlk X3 komissiyasının üzvü X8 tərtib edərək imzalamışdırlar. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixinə dair davamiyyət kitabından çıxarışdan görünür ki, həmin tarixdə işə gəlişi barədə qeyd edilməmişdir. İş materiallarında olan İnstitutun ştatdankənar nəzarətçisinin və polis nəzarətçisinin birgə tərtib etdiyi 9/150 nömrəylə 29.11.2021-ci il tarixində daxil olmuş izahatda qeyd olunur ki, İddiaçı işə dəfələrlə gecikmiş, 29.11.2021-ci il tarixində isə işə 15 dəqiqə gecikmiş, davamiyyət kitabında isə yalan məlumat daxil etmişdir. İş materiallarında olan göndərənin elektron ünvanından çıxarışdan görünür ki, “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” 3 dekabr 2021-ci İİ tarixli K-55 nömrəli Əmr iddiaçının elektron ünvanına göndərilmişdir. İş materiallarında olan İqtisadi X24 institutunun direktorunun birinci müavini, direktor vəzifəsini icra edən X20 barədə 29.11.2021-ci il tarixli təqdimatında İnstitutun Makroiqtisadi tədqiqatlar şöbəsinin 0,5 ştat vahidi ilə baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan İlk X3 komissiyasının üzvlərinin iclasının 02 nömrəli 29.11.2021-ci İl tarixli protokolunda qeyd edilir ki, İqtisadi X24 institutunun İlk X9nda İnstitutun əməkdaşı İddiaçı haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuşdur. Gündəlikdəki duran məsələ səs verməyə qoyulub səs vermədən sonra əməkdaşla əmək müqaviləsinə xitam verilməsinin zəruri olduğunu barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan 03.12.2021-ci il tarixli K-55 nömrəli Əmr ilə “İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 3 dekabr 2021 -ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan İddiaçı ilə bağlanılmış əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı 20.12.2017-ci il tarixdə İqtisadi X24 institutuna makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilədə işçinin iş saatı 09.00-13.00 göstərilmişdir. İş materiallarında olan “İş vaxtının rəsmiləşdirilməsi haqqında” 19.10.2021-ci il tarixli F-54 nömrəli Əmrdə qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin İqtisadi X24 İnstitutunun əməkdaşlarının iş vaxtı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı norması beşgünlük iş həftəsi olmaqla, ümumilikdə 40 saat, gündəlik iş vaxtı norması isə 8 saat yəni 9:00-18:00 (1 saat nahar fasiləsi), yarım ştat işçilər üçün isə həftəlik iş vaxtı 20 saat, gündəlik iş vaxtı norması 4 saat yəni iş vaxtı 9:00- 13:00 və ya 14:00-18:00 təqdim etdikləri qrafıkə uyğun olaraq təmin edilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X9na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X9 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 20.12.2017-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı İqtisadi X24 institutuna makroiqtisadi tədqiqatlar şöbəsinə 0,5 ştat vahidi ilə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşə gecikmələrinə görə İddiaçı F-59 nömrəli 1 noyabr 2021-ci il tarixli Əmrlə xəbərdarlıq edilmişdir. Yenidən təkrarən işə gecikmə halları təkrarlandığından İİETİ-nin direktor v.i.e. direktorun birinci müavinin “İşə gecikmiş əməkdaşlara töhmət verilməsi haqqında” F-63 nömrəli 22 noyabr 2021-ci il tarixli Əmri ilə X25 X1 tədqiqatlar şöbəsinin baş mütəxəssisi İddiaçı töhmət verilmişdir. 25 noyabr 2021-ci il tarixdə heç bir səbəb göstərmədən işə gəlməmişdir. 03.12.2021-ci il tarixli K-55 nömrəli Əmr ilə “İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 3 dekabr 2021ci il tarixindən xitam verilmişdir. Eyni zamanda rəhbərliyin xidməti məktubları və aktlardan görünür ki, işçi İddiaçı İİETİ-də işlədiyi müddətdə xüsusi bilik və bacarıqları ilə seçilməmiş, elmi tədqiqatlara maraq göstərməmiş, öz üzərində çalışmamış, İnstitutda yerinə yetirilən tədqiq işlərinin icrasında iştirak etməmiş, rəhbərlik tərəfindən ona verilmiş tapşırıqların icra nəticəsi qənaətbəxş hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əməkqanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, 03.12.2021-ci il tarixli K-55 nömrəli Əmr əsaslı və qanuni olduğundan həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddiaçı 25 noyabr 2021-ci il tarixdə işdə olduğunu qeyd etsə də, bu barədə hər hansı mötəbər sübutunu məhkəmədə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; - 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X25-Tədqiqat İnstitutuna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar