Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1270/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:çıxarışın ləğvi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT və Cavabdeh2 qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilməsi barədə Xaçmaz rayon İcra Şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi, akta əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının adına işlənmiş xx.xx.2012 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Dövlət Xidmətinin Tabeliyində X5 X26n xx.xx.2024-cü il tarixli, 22/05 nömrəli hərrac protokolunun və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq (bağ) sahəsinin X6 adına işlənmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi, akta əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKT-un adına işlənmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X5 X16 xx.xx.2024-cü il tarixli 22/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsi və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh2 adına işlənmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(067)-644/2009 saylı qətnaməsi ilə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının mənə və qeyrilərinə qarşı iddiası təmin edilərək Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evi və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1.35 hə torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəliklərin verilməsinə dair müqavilə üzrə 41200 manat məbləğində əsas, 2994 manat məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun "Aqrarkredit” QSC Banis Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, qalan məbləğin mənə və qeyrilərinə verilməsi qət edilmişdir. Yuxarı instansiya məhkəmələri qətnaməni dəyişdirmədən saxlamışlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-1292/2013 saylı qətnaməsi ilə mənim cavabdeh “Sərraf’ MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddiam təmin edilərək mənə məxsus Xaçmaz rayonunun Arzu qəsəbəsində yerləşən iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin 30.000 manata, həmin rayonunun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin 20250 manata qiymətləndirilməsinə dair “Sərraf’ MMC-nin xx.xx.2011 -ci il tarixli hesabatları etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının07 oktyabr 2013-cü il tarixli, 2( 102)-3565/2013 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-1292/2013 saylı qətnamən dəyişdilmədən saxlanılmışdır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin xx.xx.2012-ci il tarixli № ƏBİ/O 06-185 saylı ekspert rəyi ilə mənə məxsus Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il üçün orta bazar qiy məti 50.000 manat, həmin rayonun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin xx.xx.2012-ci il üçün orta bazar qiyməti isə 45.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə və Xaçmaz rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi” barədə iddia qaldıraraq sözügedən əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin Cavabdeh1 QSC Bank üim . Kredit Təşkilatının Xaçmaz Filialının adma işlənmiş **********93-10301 reyestr nömrəli çıxarış ilə Cavabdeh1 QSC-nin adma işlənmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdim. Belə ki, “Sərraf’ MMC-nin xx.xx.2011 -ci il tarixli hesabatlarına əsasən Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evi 30000 manat və ünvan 1ində yerləşən 1.35 ha torpaq sahəsi 20250 manat dəyərində qiymətləndirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2iqt(81)-1206/2014 saylı qətnaməsi ilə iddiam təmin edilərək Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən yaşayış evinin və ünvan 1ində yerləşən 1.35 ha torpaq sahəsinin, xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə satışına dair hərracın yekunlarımı dair protokol, həmin əmlakların alqı-satqısına dair Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2( 103)-429/2014 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2iqt(81)-1206/2014 saylı qətnaməsi ləğv edilmiş iddia ərizəm baxılmamış saxlanılmışdır. Əsas kimi iş materiallarında hərrac protokolunun və alqı-satqı müqaviləsinin olmaması göstərilmişdir. Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı Xaçmaz rayon məhkəməsinə mənə və qeyrilərinə qarşı mənim və mənimlə yaşayan ailə üzvlərinin yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarımıza xitam verilməsi, həmin əmlaklardan çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə ddi/ qaldırmışdı. Torpaq sahəsinə yaşayış evinə DƏDRXnin5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ******* saylı və xx.xx.2012-ci il tarixli, ******* saylı çıxarışların ləğv edilməsinə dair qarşılıqlı iddia vermişdim. Xaçmaz rayon məhkəməsində işə baxılarkən Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı ilə ümumi razılığa gəldik ki, hər iki iddia ərizəsi baxılmamış saxlanılsın, Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına olan qalıq borcunu ödəməkdə davam edim. Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-979/2015 saylı qərardadı ilə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının mənə və qeydlərinə qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, həmin əmlakdan çıxarılmaları tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, mənim və qeydlərinin Cavabdeh1 QSC Bank OlmayanKredit Təşkilatına qarşı torpaq sahəsinə və yaşayış evinə çıxarışın ləğv olunması barəsində qarşılıqlı iddia ərizəmiz baxılmamış saxlan.imişdir. Cavabdehlə razılaşmamıza uyğun olaraq xx.xx.2015-ci il tarixdən sonra Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının hesabına Xaçmaz rayonu Azru qəsəbəsində yerləşən sözügedən yaşayış evinə və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən1.35 ha torpaq sahəsinə görə qalıq borcdan 15.255 manat vəsait köçürmüşəm və köçürməkdə davam edirəm. Bu yaxınlarda qeyd olunan 1.35 ha torpaq sahəsinin satışa çıxarıldığını öyrəndikdən sonra vəkil sorğusu vasitəsilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişik. Məlum olmuşdur ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən1.35 ha torpaq sahəsi Dövlət Xidmətinin Tabeliyində X9 publik hüquqişəxsin xx.xx.2024-cü il tarixli, 22/05 nömrəli hərrac protokoluna əsasən X6 adına özgəninkiləşmiş, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla hüquqları qeydə alınmışdır. Lakin sənədlərin surətləri verilməmişdir. Yuxarıda göstərildiyi kimi “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin xx.xx.2012-ci il tarixli, № ƏBİ/O 06-185 saylı ekspert rəyi ilə mənə məxsus Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il üçün orta bazar qiyməti 50.000 manat, həmin rayonun Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinin xx.xx.2012-ci il üçün orta bazar qiyməti isə 45.000 manat müəyyən edilmişdir. Xaçmaz rayon notariusunun xx.xx.2012-ci il tarixli, şəhadətnaməsindən görünür ki, Xaçmaz rayonu Arzu qəsəbəsinə yerləşən 0.974 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı, 68,8 kv.n; yaşayış 65,2 kv.m kömək., sahəsindən ibarət ev mənə məxsus olub və Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı tərəfindən 12125 manata alınıb. Xaçmaz rayonunun Hacıəlibəy kəndi ərazisində yerləşən mənə məxsus olmuş sözügedən1.35 ha torpaq sahəsi "xxxx" MMC-nin hərracın baş tutmaması barədə 10 yanvar 2012-ci il tarixli. 2364 saylı və 11 fevral 2012-ci il tarixli, 2390 saylı protokolları ilə torpaq sahəsinin güya hərracdan satılmaması adı ilə dəyəri 12910 manat müəyyən edilməklə hərraca çıxarılmışdır. Xaçmaz rayon İcra Şöbəsinin İcra Məmurunun və Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialının müdirinin iştirakı ilə tərtib edilmiş 21 may 2012-ci il tarixli aktda yuxaırda sözügedən 1.35 ha torpaq sahəsinin 3 dəfə hərraca çıxarılması, lakin alıcı olmadığı üçün borcun əvəzinə tələbkar Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına təklif olunmuş və tələbkar əmlakı borc əvəzinə təhvil almağa razı olduğunu bildirmişdir. Həmin aktda mənini adımı da qeyd etmişlər, lakin imza etməkdən imtina etdi qeydini göstərmişlər. Halbuki mənim ümumiyyətlə həmin məsələlərdən xəbərim olmamışdır. Beləliklə, torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2012 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrə!i Seriya RX № ******* saylı çıxarışa əsasən Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə keçirilmişdir. Bundan sonra isə qeyd olunan əmlak, yəni Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən1.35 ha torpaq sahəni Dövlət Xidmətinin Tabeliyində X5 X26n xx.xx.2024-cü il tarixli, 22/05 nömrəli hərrac protokoluna əsasən X6 adına özgəninkiləşmiş, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla hüquqları qeydə alınmışdır. Məlumata görə X1 1.35 ha torpaq sahəsini 19700 manata almışdır. Beləliklə 01 oktyabr 2012-ci il tarixə dəyəri 45000 manat olan hazırda isə real dəyəri 65-70 min olan öz zəhmətimiz hesabına yeni bağ saldığımız və hazırda məhsula düşən 1.35 ha torpaq sahəsinisıni: qiymətinə X10 özgəninkiləşdirilmişdir. Sonuncu isə məsələnin ciddi olduğun u anladığına görə təcili surətdə torpaq sahəsini satışa çıxarmış və əraziyə müştərilər gətirmişdir. Bu səbəbdən də Xaçmaz rayon məhkəməsinin müvafiq qərarı ilə torpaq sahəsi üzərinə həbs qoydurmağa məcbur olmuşam ki, məhkəmə mübahisələri bitənə qədər əmlak satıla bilməsin. Xaçmaz rayonu Hacıəlibəy kəndi ərazisində yerləşən mənə məxsus olmuş 1.35 ha torpaq sahəsi real qiymətindən bir neçə dəfə ucuz qiymətə özgəninkiləşdirildiyinə görə hərracın nəticələri və mülkiyyət sənədləri ləğv edilməlidir.
4. Daha sonra cavabdeh X15 iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı Cavabdeh1 QSC BOKT və ona qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsz hesab edilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarışmasını xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə cavabdeh olaraq, İddiaçı “Aqrarkredit! QSC BOKT və ona qarşı “hərracın nəticələrinin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsinə dair” iddia tələbini aşağıdakılarla əsasən əsassız hesab edir. Belə ki, İddiaçı onun hərrac təşkilatı arasında bağlanmış alqı-satqı müqaviləsinin mübahisələndirməsi üçün subyektiv hüquqa malik olmamaqla yanaşı hazırki tələb üzrə iddia müddətlərini ötürmüşdür. İşdəki Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli. 2(067)-644/2009 saylı qətnaməsi ilə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının İddiaçı və qeyrilərinə qarşı iddiası təmin edilərək Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evi və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəliklərin verilməsinə dair müqavilə üzrə 41200 manat məbləğində əsas, 2994 manat məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, qalan məbləğin İddiaçı və qeyrilərinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Buna baxmayaraq, borclu İddiaçı bu günədək Cavabdeh1 QSC-yə olan borcunu tam ödəməmişdir. Nəticədə həmin Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəiklərin icrasına yönəlmişdir. Bundan narazı qalan İddiaçı “ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsi borcun əvəzinə verilməsi barədə Xaçmaz rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi, akta əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh1 QSC BOKT-nin adına işlənmiş xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, seriya RX №0029384 saylı hüquqların dövlət qeydiyyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Dövlət Xitmətinin tabeliyində X5 Publik Hüuqqi şəxsin xx.xx.2024-cü il tarixli, 22/05 nömrəli hərrac protokolunun və Xaçmaz rayonunu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh2 adına işlənmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı 13 il əvvəl bağlanmış əqdi etibarsız hesab olunmasını tələb edir ki, bu da qanunsuz və əsassızdır. İddiaçı iddia müddətlərini ötürmüşdür. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsinin hərrac yolu ilə Cavabdeh1 QSC BOKT-nin adına rəsmiləşmiş, xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, seriya RX №0029384 saylı hüquqların dövlət qeydiyyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından 2012-ci ildə vaxtında xəbəri olmuş, hətta o, çıxarışın ləğvi ilə bağlı məhkəmələrdə tələb irəli sürmüş lakin sonradan könüllü ərizə verərək verdiyi iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-979/2015 saylı 25 iyun 2015-ci il tarixli qərardadına əsasən Cavabdeh1 QSC BOKT İddiaçı və qeyrilərinə qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, həmin əmlaklardan çıxarılmaları tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan başqa İddiaçı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin cavabdehə və Xaçmaz rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi” barədə iddia qaldıraraq sözügedən əmlaka dair bağlanmış alqı-satql müqavilələrinin Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialının adına işlənmiş **********3-10301 reyestr nömrəli çıxarışı ilə Cavabdeh1 QSC-nin adına işlənmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-2(103)-429/2014 aylı qərardadı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2iqt(81)-1206/2014 saylı qətnaməsi ləğv edilmiş iddia ərizəsi baxılmamış saxlanılmışdır.
6. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
İİ.Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
8. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi iddianı qəbul etmədiyini bildirmişdir.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, hərracın nəticələri 2012-ci ildə olmuşdur. "xxxx" QSC akt əsasında borc müqabilində torpağı götürmüşdür. Müxtəlif məhkəmələrdə alqısatqı və çıxarış mübahisələndirilsə də, yekun məhkəmə aktı üzrə iddiaçının şikayəti təmin olunmamışdır. 2012-ci ildən sonra eyni tələb üzrə Xaçmaz Rayon Məhkəməsində də işə baxılsa da, yekun olaraq mübahisəni sona qədər aparmamışdır. Buradan belə çıxır ki, iddiaçı özü qəbul etmişdir ki, bu torpaq akt əsasında götürülmüşdür. İddia müddəti 10 il nəzərdə tutulmuşdur və hesab edir ki, iddia müddəti də ötürüldüyünə görə iddia rədd olunmalıdır.
11. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
İİİ Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-644/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evi və Xaçmaz rayonunun Hacıəlibəyli kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəliklərin verilməsinə dair müqavilə üzrə 41200 manat məbləğində əsas, 2994 manat məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlər rüsumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, qalan məbləğin İddiaçı, X3, X7, X4 və X11 verilməsi qət edilmişdir.
14. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 iyun 2014-cü il tarixli, 2iqt(81)-1206/2014 nömrəli qətnaməsinə əsasən Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evinin və ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsinin xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə satışına dair hərracın yekunlarına dair protokol, həmin əmlakların alqı-satqısına dair Xaçmaz rayon İcra şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-2(103)- 429/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadına əsasən Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2iqt(81)-2106/2014 saylı, 09 iyun 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 QSC BOKT-yə qarşı hərracın yekunlarını ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək hərracın yekunlarışa dair protokolun, Xaçmaz rayon icra şöbəsi ilə Cavabdeh1 ASC arasında sözügedən əmlaka dair bağışlanmış alqı-satqı müqaviləsinin Cavabdeh1 BOKT-nin Xaçmaz filialının adına işlənmiş **********93-10301 reyestr nömrəli çıxarış ilə Cavabdeh1 QSC-nin adına işlənmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
16. Azərbaycan Respuvlikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli 2(102)-3565/13 nömrəli qərarına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə iddiası üzrə Cavabdeh1 QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1292/2013 nömrəli iş üzrə 10 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. “Əmlak Bazar İştirakçıları” İB-nin xx.xx.2012-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Xaçmaz rayonu, Arzu kəndində yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il üçün orta bazar qiyməti 50000 manat, İddiaçı məxsus ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsinin 01 oktyabr 2012-ci il üçün orta bazar qiyməti isə 45000 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1ində yerləşən torpaq sahəsi "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmışdır.
19. "xxxx" MMC-nin xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixli hərracın baş tutmaması barədə protokollarına əsasən hərrac iştirakçısı olmamasına görə İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,35 ha olan torpaq sahəsinə dair hərrac baş tutmamışdır.
20. xx.xx.2012-ci il tarixli şəhadətnaməyə əsasən müəyyən edilir ki, Xaçmaz rayon notariusu tərəfindən Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,0974 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı, 68,8 kv.m. yaşayış, 62,2 kv.m. köməkçi sahədən ibarət olan evin "xxxx" MMC hərracın baş tutmaması barədə 2368 №-li protokoluna əsasən Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,0974 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı, 68,8 kv.m. yaşayış, 65,2 kv.m. köməkçi sahədən ibarət olan evə mülkiyyət hüququnun Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınına məxsus olmasını təsdiq etmişdir. Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən 0,0974 ha torpaq sahəsi və üzərində 2 mərtəbəli 4 otaqlı, 68,8 kv.m. yaşayış, 65,2 kv.m. köməkçi sahədən ibarət olan evin İddiaçı məxsus olub və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Xaçmaz filialı tərəfindən 19125 manata alınıb.
21. Xaçmaz Rayon İcra şöbəsinin böyük icra məmuru X12 tərəfindən tərtib olunmuş xx.xx.2012-ci il tarixli akta əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz Rayon Məhkəməsinin 2(067)-644/2009-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatında olan 44194 manat kredit borcu onun girov qoyduğu əmlakların satışı hesabına ödənilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu tərəfindən girov qoyulmuş Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən İddiaçı məxsus 1,35 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən 17213 manat, qiymətləndirilmiş, əmlak üç dəfə hərraca çıxarılmışdır, lakin alıcı olmadığı üçün satılmadığından sənədlər geri qaytarılmışdır. Məhkəmə Qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununun 53.3 maddəsinə uyğun olaraq həmin əmlak yenidən tələbkar – Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına təklif olunmuş və tələbkar əmlakı borc əvəzinə təhvil almağa razı olduğunu bildirmişdir. Beləliklə İddiaçı tərəfindən girov qoyulmuş Xaçmaz rayou, Hacıəlibəy kəndində yerləşən İddiaçı məxsus 1,35 ha torpaq sahəsi çoxillik əkmələri ilə birlikdə borc əvəzinə Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verildi və icra vərəqəsi üzrə tələb tam təmin olundu.
22. “Caspian Valuation” Qiymətləndirici təşkilatının xx.xx.2025-ci il tarixli, CVN/Y 16-016/25 nömrəli mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Hacıəlibəyli kəndində yerləşən, ümumi sahəsi 1,35 ha olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 27 yanvar 2025-ci il tarixinə bazar dəyəri üzərində abadlaşma ilə 75000 manat, boş torpaq sahəsi 50000 manat təşkil edir.
23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh1 QSC BOKT-nin adına olmuş Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac vasitəsilə digər şəxsin adına satılmışdır.
24. Dövlət Xidmətinin tabeliyində X5 X16 əmlakın hərraclar vasitəsi ilə satışını həyata keçirilməsi barədə № 22/05, 04 dekabr 2024-cü il tarixli hərrac protokoluna əsasən müəyyən olunur ki, Cavabdeh1 QSC BOKT tərəfindən sifariş olunmuş hərraca əsasn ünvan 1i ərazisində yerləşən 1,35 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən 22000 manat ödənilməklə alınmışdır.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi Dövlət Xidmətinin tabeliyində X5 X26n xx.xx.2024-cü il tarixli 22/05 nömrəli hərrac protokoluna əsasən X6 adına özgəninkiləşmiş, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla hüquqları qeydə alınmışdır.
26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X5 X16 xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 1i ərazisində yerləşən 1,35 ha torpaq sahəsi Cavabdeh1 QSC BOKT ilə X5 X26 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 004 nömrəli müqaviləyə əsasən 04 dekabr 2024-cü il tarixində Mərkəz tərəfindən keçirilən açıq hərracda satılmışdır.
27. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən İddiaçı Xaçmaz rayonu, Arzu qəsəbəsində mülkiyyətində olan 0,0974 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 68,8 kv.m. yaşayış, 65,2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən 8 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır.
28. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Arzu qəsəbəsində olan 0,0974 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 68,8 kv.m. yaşayış, 65,2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 SKT Xaçmaz filialının mülkiyyətindədir.
29. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında olan 1,35 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.
30. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti BOKT-nin xx.xx.2024-cü il tarixli xəbərdarlığa əsasən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olduğu və bu torpaqdan hazırda istifadə etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin alınması İddiaçı təklif olunmuşdur.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Xaçmaz Rayon İcra şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsi mövcud deyildir.
32. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 314 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsiin 2(067)-664/2009 saylı xx.xx.2009-cu il tarixli məhkəmə qərarı üzrə açılmışı icra işi Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin icraatında aşkar edilməmişdir.
33. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən 139-qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
36. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsizlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
39. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
40. Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
41. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
42. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
43. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
44. 2012-ci il tarixdə qüvvədə olan “İpoteka haqqında” AR Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
45. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir.
46. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
47. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
48. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
49. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Belə ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, üstəlik birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur.
52. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-644/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Xaçmaz rayonu, Arzu kəndində yerləşən yaşayış evi və Xaçmaz rayonunun Hacıəlibəyli kəndində yerləşən 1,35 ha torpaq sahəsi hərrac yolu ilə satılmaqla öhdəliklərin verilməsinə dair müqavilə üzrə 41200 manat məbləğində əsas, 2994 manat məbləğində faiz borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, qalan məbləğin İddiaçı, X3, X7, X4 və X11 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmeti olan əmlakların satılması ilə bağlı hərrac təşkil olunmuşdur. Daha sonra İddiaçı "xxxx" MMC-nin qiymətləndirmə nəticələri ilə razı olmadığı üçün qiymətləndirmə nəticələri haqqında hesabatı mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)-1292/2013 saylı qətnaməsi ilə X2 cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən iki mərtəbəli dörd oraqlı yaşayış evinin 30.000 manata, həmin rayonun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 20250 manata qiymətləndirilməsinə dair "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli hesabatları etibarsız hesab edilmişdir. Cavabdeh1 QSC BOKT xx.xx.2012-ci il tarixdə Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1.35 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almışdır. Daha sonra İddiaçı Cavabdeh1 QSC BOKT və Xaçmaz rayon İcra Şöbəsinə qarşı hərrac nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbi barədə iddia ilə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiası təmin edilərək, Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən yaşayış evinin və Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin, xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə satışına dair hərrac yekunlarına dair protokolu, həmin əmlakların alqı-satqısına dair Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilsə də, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-2(103)-429/2014 saylı qərardadı ilə Xaçmaz rayonu Arzu qəsəbəsində yerləşən yaşayış evinin və Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin, xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixlərdə satışına dair hərrac yekunlarına dair protokol, Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsi iddia ərizəsinə əlavə edilmədiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(81)- 1206/2014 saylı 09 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra Cavabdeh1 QSC BOKT İddiaçı və qeyrilərinə qarşı yaşayış evindən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, həmin əmlaklardan çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia üzrə İddiaçı və qeyriləri də Cavabdeh1 QSC BOKT-a qarşı torpaq sahəsinə və yaşayış evinə çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Xaçmaz rayon Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(067)-979/2015 saylı qərardadı ilə həm ilk, həm də qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır.Bundan sonra xx.xx.2024-cü il tarixli 22/05 nömrəli hərrac protokoluna əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi X14 tərəfindən hərracdan alınaraq, xx.xx.2024-cü il tarixdə sonuncunun adına mülkiyyət hüquqları rəsmiləşdirilmişdir.
53. Hazırda iddiaçının tələbi ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi, akta əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKT-un adına işlənmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X5 X16 xx.xx.2024-cü il tarixli 22/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsi və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh2 adına işlənmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsidir.
54. Məhkəmə ilk növbədə iddia tələbinin ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktının ləğv edilməsi və həmin akta əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKTun adına işlənmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 20250 manat məbləğində qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə hesabatının nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Baxmayaraq ki, iddiaçının hərrac nəticələrinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbi barədə iddiası sonunda iş materiallarında Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış alqı-satqı müqaviləsi olmadığından baxılmamış saxlanılmışdır, lakin Cavabdeh1 QSC BOKT Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını xx.xx.2012-ci il tarixdə, yəni hələ qiymətləndirmə nəticələrinin etibarsızlığı ilə bağlı mülki iş məhkəmənin icraatında olduğu dövrdə qeydiyyata aldırmışdır.
55. Məhkəmə tərəfindən müvafiq alqı-satqı müqaviləsinin əldə edilməsi ilə bağlı sorğu verilsə də, lakin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr X16 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan aydın olmuşdur ki, Xaçmaz rayon İcra Şöbəsi ilə Cavabdeh1 QSC BOKT arasında belə bir alqı-satqı müqaviləsi mövcud deyil.
56. Həmçinin, məhkəmə tərəfindən Xaçmaz rayon İcra şöbəsinə sözügedən icra işi ilə bağlı materialların təqdim olunması ilə bağlı sorğu verilsə də, sorğuya cavabdan aydın olmuşdur ki, həmin icra işi materialları məhv olmuşdur.
57. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, ipoteka predmeti olan əmlakla bağlı hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilməlidir. 2005-ci il tarixdən qəbul edilmiş və həmin dövrdə də qüvvədə olan İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələbindən aydın olur ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarına Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən torpaq sahələri ilə bağlı keçirilmiş hərracların baş tutmaması ilə bağlı xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli protokollar əlavə olunmuşdur. Sonuncu hərracın baş tutmaması ilə bağlı protokol xx.xx.2012-ci il tarixdə tərtib olunmuş, həmin tarixdən sonra Cavabdeh1 QSC BOKT-un 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi ilə bağlı hər hansı hərəkəti iş materiallarından görünmür. Əksinə Xaçmaz rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 QSC BOKT-un Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən torpaq sahəsini əldə etməsi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 SKT-nin Kredit Komitəsinin iclasının protokolu ilə baş vermişdir. Göründüyü kimi, Cavabdeh1 QSC BOKT qanunvericiliyin tələblərini pozmuş, ipoteka predmeti olan əmlakı 30 təqvim günü müddətində əldə etməmişdir. Halbuki, qanunvericiliyin həmin norması imperativ norma kimi nəzərdə tutulmuş və ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaranmasına əsas kimi qiymətləndirilmişdir.
58. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2012-ci il tarixli Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş aktdan aydın olur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-644/2009 saylı icra vərəqəsinə əsasən Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi alıcı "xxxx" MMC tərəfindən 17213 manata qiymətləndirilmiş, əmlak üç dəfə hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün satılmadığından sənədlər geri qaytarılmışdır. Həmin əmlak tələbkar Cavabdeh1 QSC BOKT-a təklif olunmuş və tələbkar əmlakı borc əvəzinə təhvil almağa razı olduğunu bildirmişdir və həmin əsasla da Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi çoxillik əkmələri ilə birlikdə borc əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilmiş və icra vərəqəsi üzrə tələb tam təmin olunmuşdur.
59. Qeyd olunan aktdan görünür ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi ilə bağlı üç dəfə hərrac keçirilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.
60. Bundan başqa, Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 20250 manat məbləğə qiymətləndirilməsinin ləğv edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu halda, xx.xx.2012-ci il tarixli 2364 nömrəli hərracın baş tutmaması barədə protokoldan görünür ki, əmlak ilk dəfə 20250 manata hərraca çıxarılmış və xx.xx.2012-ci il tarixdə ilkin satış qiymətindən 25 % aşağı qiymətə 17213 manata təkrar hərraca çıxarılmışdır. Halbuki, qiymətləndirmə hesabatının ləğv olunması ilə bağlı iddialara məhkəmədə baxılan zaman məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş rəydə Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən torpaq sahəsinin dəyəri 45000 manat müəyyən edilmişdir.
61. Cavabdeh1 SKT-nin Kredit Komitəsinin iclasının xx.xx.2012-ci il tarixli 48/12 nömrəli protokoluna əsasən İddiaçı məxsus Xaçmaz rayon Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi və Xaçmaz rayonu Arzu kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi ilə birlikdə İddiaçı qalıq 44194 manat məbləğində borcunun əvəzinə Cavabdeh1 QSC BOKT-un Xaçmaz filialının balansına götürülməsinə razılıq verilmişdir. Həm Xaçmaz rayon İcra Şöbəsinin xx.xx.2012-ci il tarixli aktından, həm də Aqrarkredit” SKT-nin Kredit Komitəsinin İclasının xx.xx.2012-ci il tarixLİ 48/12 nömrəli protokolundan aydın olur ki, icra sənədi üzrə tələb icra edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 QSC BOKT borclu tərəfindən ödənişləri qəbul etməyə davam etmiş və bunun nəticəsi olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 17000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bununla da Cavabdeh1 QSC BOKT həm qanunvericilikdə nəzərdə tutulmuş 30 təqvim günü müddəti ötürməklə, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymətləndirmə hesabatı ləğv olunmuş qiymətlə, yəni 20250 manatdan daha aşağı qiymətlə əmlakı əldə etməklə, həm də borcludan bütün bu müddət ərzində ödənişləri qəbul etməklə qanunsuzluğa yol vermişdir.
62. Göründüyü kimi, Xaçmaz rayon İcra Şöbəsi xx.xx.2012-ci il tarixli aktı tərtib etməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, həmin akt ləğv olunmalı və həmin Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha sahəsinin Cavabdeh1 QSC BOKTun adına işlənmiş xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.
63. Məhkəmə iddianı Cavabdeh1 QSC BOKT-un adına qeydə alınmış çıxarışın ləğvi hissəsində əsaslı hesab edərək təmin etdiyindən, iddia tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X5 X16 xx.xx.2024-cü il tarixli 22/05 saylı hərrac protokolunun etibarsız hesab edilməsi və Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh2 adına işlənmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində də əsaslı hesab edir.
64. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh1 QSC BOKT-un adına çıxarışın verilməsi qanunsuz olmuşdur. Belə olan halda həmin çıxarış əsasında keçirilmiş 04 dekabr 2024-cü il tarixli hərrac da etibarsız hesab olunmalıdır. Həmin hərracla bağlı sənədlərlə müəyyən olunur ki, Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsi 19800 manata hərraca çıxarılmışdır. Göründüyü kimi, hələ 2012-ci il tarixdə həmin əmlakın qiymətinin 20250 manat müəyyən edilməsi məhkəmələr tərəfindən aşağı qiymət hesab olunmuş və müvafiq qiymətləndirmə hesabatları ləğv edilmişdir. Buna baxmayaraq, Cavabdeh1 QSC BOKT həmin əmlakı 19800 manata, hətta həmin əmlakla bağlı 2012-ci il tarixdə keçirilən hərracdakı qiymətdən aşağı qiymətə satışa çıxarmışdır.
65. Bundan başqa, məhkəmə Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir:
66. Qanunvericilikdə əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilirmişdir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.
67. Bəzi əqdlər yalnız məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Başqa sözlə, əqdin etibarsızlığına dair hüquqi nəticəni məhkəmənin qanuni qüvvəyə minmiş aktı əmələ gətirir (Mülki Məcəllə, maddə 416, 1078-27.1.3, 1225.3). Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan etibarlı əqd kimi qəbul olunur. Həmin əqdlərdən biri də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
68. Göründüyü kimi, hazırki iddia tələbi hərrac nəticələrindən əmələ gələn çıxarışın ləğvi edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, etibarsızlığın məhkəmə qərarı ilə etibarsız hesab olunan əqdlər üzrə iddiaya hansısa müddət şamil olunmur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin barədə ərizə hazırki mübahisəyə tətbiq oluna bilməz.
69. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu, Hacılibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktı ləğv edilməli, 21 may 2012-ci il tarixli akta əsasən Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh1 QSC BOKT-un mülkiyyətinə keçirilməsi ilə bağlı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, RX0029384 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X5 X16 xx.xx.2024-cü il tarixli 22/05 saylı hərrac protokolu etibarsız hesab edilməli, Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq (bağ) sahəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməlidir.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V Nəticə:
72. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Xaçmaz rayonu, Hacılibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin borcun əvəzinə Cavabdeh1 QSC BOKT-a təhvil verilməsi barədə Xaçmaz Rayon İcra şöbəsinin 21 may 2012-ci il tarixli aktı ləğv edilsin. 21 may 2012-ci il tarixli akta əsasən Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq sahəsinin Cavabdeh1 QSC BOKT-un mülkiyyətinə keçirilməsi ilə bağlı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli, RX0029384 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X5 X16 xx.xx.2024-cü il tarixli 22/05 saylı hərrac protokolu etibarsız hesab edilsin. Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 1,35 ha torpaq (bağ) sahəsinin Cavabdeh2 mülkiyyətinə keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil