Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1277/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 nümayəndəsi Nümayəndəiştirakı ilə, İddiaçı "X6 Xidməti" X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4rşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "X6 Xidməti" X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X4rşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli əmrin ləğv edilməsi; onun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 işə bərpa edilməsi, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 tərəfindən ona işdən çıxarıldığı 04 noyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faiziməbləğində ödəncin ödənilməsi; İşə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xərci 60 manat cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tutularaq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC-nin "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanıb, əmək müqaviləsi üzrə usta vəzifəsində çalışıb. Sonradan onunla "xxxx" ASC-nin "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində yenidən müddətsiz əmək müqaviləsi bağlanıb. 2019-cu ilin avqust ayında ona və digər iş yoldaşlarına idarədə struktur dəyişikliyi olacağı deyilərək iddiaçı ilə yenidən müqavilə bağlanacağı, işlərinə davam edəcəkləri bildirilmişdir. “"xxxx" ASC-nin strukturu ilə bağlı məsələlər barədə” Nazirlər Kabinetinin 29 iyul 2019-cu il tarixli, 328 nömrəli Qərarına əsasən 2-ci bəndinə əsasən, "xxxx" ASC-nin tabeliyində, "xxxx" ASC-nin "xxxx" MMC-nin Yexlav, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7№-li regional sukanal idarəsi yaradılıb. 02 sentyabr 2019-cu il tarixdə onunla yeni, lakin müddətli əmək müqaviləsi bağlandı. Əmək müqaviləsinin müddəti 1 (bir) il olub. Beləliklə, 2019-cu ildə yeni müqavilə bağlamaq üçün onunla bağlanmış müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilib. Səbəb kimi iddiaçının başqa işə götürənlə əmək müqaviləsi bağladığı göstərilib. "xxxx" ASC 7№-li regional sukanal idarəsinin 05 sentyabr 2023-cü il tarixli, K-39 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Əmri qanunsuz və əsassız hesab etdiyi üçün “Əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin qəbul edilməsi” tələbi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edib. Naftalan Şəhər Məhkəməsinin 2(052)-8/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilib. Məhkəmə qərarından sonra "xxxx" ASC 7№-li Regional Sukanal İdarəsinin X15nin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ehtiyyatda olan işçinin nasos qurğularının maşinişti” vəzifəsinə işə bərpa olunub, onunla əmək müqaviləsi bağlanıb. Bildirir ki, burda da pozuntu var çünki ƏMAS sistemində olan məlumata əsasən İddiaçı xx.xx.2024-cü il tarixində işə bərpa edilib, ancaq əmək kitabçasına nəzər salanda xx.xx.2024-cü il olaraq qaralanmışdır. Cavabdeh faktiki olaraq əsas sənəd olan əmək kitabçasında qaralama edərək tarix dəyişdirirsə bu qurumun fəaliyyəti artıq hamıya məlumdur. Bir işçi ilə qisasçılıq aparan, işində heç bir nöqsanı olmadığı halda sırf məhkəmə işini udduğu üçün onunla prinsip aparan bir qurumun olması ürək ağrıdıcıdır. 15 iyul 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam veriləcəyi barədə ona Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 7№-li Regional Sukanal İdarəsinin rəis müavini Xaqani Vəliyev tərəfindən imzalanmış “Ştat vahidinin ixtisara düşməsi barədə” xəbərdarlıq təqdim edilib. Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 7№-li Regional Sukanal İdarəsinin 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. O cavabdehə qarşı “Əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin qəbul edilməsi tələbi” ilə Mediasiya Şurasının Bakı 2 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməyib. Ona 23 dekabr 2024-cü il tarixli, 2-01272/2024 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib. Cavabdehin 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli əmrini qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, o 15 ildən artıq müddətdir ki, fasiləsiz olaraq cavabdeh qurumla işləyib. Əmək müqaviləsi üzrə əmək funksiyalarını həmişə vicdanla yerinə yetirib, işinin öhdəsindən layiqincə gəlib, hər hansı nöqsana yol verməyib. Qeyd edir ki, Yevlax rayonunda bütün işçilərə ştatlarının ixtisara düşəciyi ilə bağlı əvvəlcədən xəbərdarlıq gəlmişdir ancaq onların hər biri ilə yenidən əmək müqaviləsi bağlandığı halda qərəzli olaraq İddiaçıla yenidən əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh bu vəziyyətdan sui-istifadə edərək onun ştat vahidini ləğv edərək ayrılıqda yaranmış vəzifələr üzrə başqa bir iş ona təklif edilməmişdir. Onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsinə dair 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-də işə bərpa edilməsini, xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günə kimi məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının, və hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (almış) manat, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, keçmiş "xxxx" ASC-nin 7 saylı Regional Sukanal İdarəsi ləğv edildikdən sonra İdarənin 106 nəfər işçi heyətinin 105 nəfəri ilə X10 Xidməti X17n X16 sistemlərinin İstismarı İdarəsi arasında əmək müqavilələri bağlanmışdır. İddiaçı ilə yenidən əmək müqaviləsinin bağlanmamasına səbəb onun pensiya yaşına çatması olmuşdur. X14 Sistemlərinin İstismarı İdarəsinin əmrinə əsasən, X5 “Nasos İstismarı sahəsi üzrə 4-cü dərəcəli nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. Göründüyü kimi 106 nəfərdən 105 nəfəri ilə əmək müqaviləsi bağlansa da, iddiaçı ilə qərəzli şəkildə yenidən əmək müqaviləsi bağlanmamışdır. Bundan başqa məktubdan görünür ki, onun keçmiş vəzifəsi olan 4-cü dərəcəli nasos qurğularının maşinisti peşəsi faktiki olaraq mövcuddur və Nasos qurğularının maşininsti vəzifəsi üzrə İddiaçı ilə yanaşı növbəli qaydada işləyən X5 ilə yeni müqavilə bağlanmışdır. Bundan başa əgər pensiya yaşına çatdığına görə onunla müqavilə bağlanıla bilmirsə, o zaman nə üçün onun əmək müqaviləsinə həmin əsasla yox, başqa əsasla xitam verilmişdir? Qeyd olunan hallar iddiaçıya qarşı qərəzli mövqenin göstəricisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli Qərarının 6-cı bəndinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı və “Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı ləğv edilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.2-ci bəndinə əsasən, Agentliyin tabeliyində bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxslər yaradılmışdır. Əgər cavabdeh qeyd edirsə ki, faktiki olaraq ştat vahidi artıq onlarda mövcud olmadığından işçini işə götürə bilmirlər, onda cavabdeh qurum tərəfindən səlahiyyəti olmadığı halda əmək müqaviləsinə xitam verilməsi də qanunsuz hesab olunmalıdır. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2074 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən, bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, Agentliyin tabeliyindəki Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X6 Xidməti yaradılmışdır. Həmin fərmanın 6.3-cü bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərilməsi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə həvalə edilmişdir. Həmin fərmanın 6.2-ci bəndinə əsasən, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərilməsi X6 Xidməti X12 həvalə edilmişdir. Fərmanlardan göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkənin 5 şəhərində xidmət göstərir. İddıaçının işlədiyi X15 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin struktur tərkibinə daxil deyil. Qeyd edim ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininin sədri Zaur Mikayılovun 002/f nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X8 işçilərin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. Həmin əmrə 1 nömrəli əlavədə X17n sturukturu təsdiq edilmişdir. Həmin sturuktura 27 idarə daxildir, X15 isə həmin sturuktura daxil deyil. Hazırda həmin sahə "X6 Xidməti" X8 tabeliyindədir. Göründüyü kimi həmin ştat vahidi faktiki olaraq onlarda mövcud olmadığından iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 tərəfindən verilmiş əmr düzgündür və Prezidentin fərmanına uyğun verilib. Verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər həmin ştat vahidi onların sturukturuna daxil olduğundan və əmr verilənədək iddiaçı cavabdeh qurumun işçisi olduğundan əmək müqaviləsinə də cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 tərəfindən xitam vermişdir. İddiaçını başqa maddə ilə işdən çıxarmaq mümkün deyildi. İddiaçının müqaviləsi müddətsiz olaraq bağlanmışdı. Onlar "X6 Xidməti" X12 işçini işə götürməsi barədə göstəriş verə bilməzlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X6 Xidməti" X12 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-8/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı “işə bərpa” tələbinə dair iddiası təmin edilmişdir. İddiaçının “əmək müqaviləsinə xitam verilməsi haqqında” "xxxx" ASC 7 nömrəli Regional Sukanal İdarəsinin rəisi Xaqani Vəliyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, K- 39 saylı əmr ləğv edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz hesab edilmişdir. X16 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixli, 200/a nömrəli əmrinə əsasən, X5 “Nasos istismarı sahəsi üzrə 4-cü dərəcəli nasos qurğularının maşinisti” Peşəsinə təyin edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 7№-li Regional Sukanal İdarəsinin 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, “İddiaçı – X15nin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ehtiyyatda olan işçinin nasos qurğularının maşinişti ilə bağlanılmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndində əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilsin. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 23 il 11 ay 3 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxma müavinəti verilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 25 təqvim günü pul əvəzi ödənilsin.” Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında” Əsasnamə, Agentliyin sturukturu təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin Hidrogoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət Xidməti yaradılmış, Agentliyin aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X2 Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xİdmətin aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilmiş, Agentlik tabeliyində: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin çevrilmə formasında yenidən təşkili yolu ilə X6 Xidməti, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X3 İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X3 İnstitutu, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə olan Obyektlərin Müdiriyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstituti “Azdövlətsulayihə”nin və tabeliyindəki "xxxx" ASC-nin “Sukanal” Elmi Təhqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ 7 nömrəli Regional Sukanal İdarəsinin İddiaçı ünvanlanmış 15 iyul 2024-cü il tarixli məktubunda qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcək. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasiniza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığın olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəliyə ödəməklə sizinlə bağlanmış əmək müqaviləsinə müraciət etdiyiniz gündən ləğv edilə bilər.” Azərbaycan Respublikası Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 7№-li Regional Sukanal İdarəsinin 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli Əmrdən göünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən 04 noyabr 2024-cü il tarixdən X15nin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ehtiyyatda olan işçinin nasos qurğularının maşinişti vəzifəsindən azad edilmişdir. 0091707 saylı Əmək kitabçasının surətindən görünür ki, 04 noyabr 2024-cü il tarixli, 418-K nömrəli Əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsi ləğv edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 29 may 2024cü il tarixli, 002/f saylı əmrindən görünür ki, 1. Agentliyin tabeliyindəki “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidəmti” X17n strukturu və ştat cədvəlinin təsdiq edilməsi; 2. “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidməti Publik hüquqi şəsxi işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 180 ştat vahidinin müəyyən edilməsi; 3. “İri şəhərlərin Birləşmiş Su təchizatı Xidəmti” X17n İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (K.Həsənova) – təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində struktura daxil olan qurumların ştat cədvəllərinin hazırlanması, - ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi, - yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini və bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etməsi; 4. Aparat rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim etməsi əmr edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti PHŞ tərəfindən xx.xx.2025-ci il tarixli, 3-53-2/2-1819/2025 nömrəli cavab məktubundan görünür ki, İddiaçı əmək stajına uyğun olaraq 9 təqvim həftəsi öncədən xəbərdalıq bildirişi təqdim edilməklə 7 saylı regional Sukanal İdarəsinin 04 noyabr 2024cü il tarixli, 418-k nömrəli əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Keçmiş "xxxx" ASC-nin 7 saylı Regional Sukanal İdarəsi ləğv edildikdən sonra İdarənin 106 nəfər işçi heyətinin 105 nəfəri ilə X10 Xidməti X17n X16 sistemlərinin İstismarı İdarəsi arasında əmək müqavilələri bağlanmışdır. İddiaçı ilə yenidən əmək müqaviləsinin bağlanmamasına səbəb onun pensiya yaşına çatması olmuşdur. X14 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2024-cü tarixli, 200/a nömrəli əmrinə əsasən, X5 “Nasos İstismarı sahəsi üzrə 4-cü dərəcəli nasos qurğularının maşinisti peşəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının “Cəmiyyət və İnkişaf” ictimai-siyasi qəzeti tərəfindən təqdim edilən xx.xx.2011-ci il tarixli fəxri diplomun mətnindən görünür ki, “Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, milli birliyimizin təmin edilməsi, əhalinin sağlamlığının qorunması sahəsində uzun müddət qüsursuz xidmətlərinə, Yevlax şəhəri və Yuxarı Qorxun kəndini içməli su ilə təmin etməsinə və işlədiyi kollektivin böyük hörmət və etibarını qazandığına görə” Yevlax şəhəri su tənzimləyicisinin aparacı mühəndisi İddiaçı təltif edilir. xx.xx.2024-cü il tarixli, MŞB 2-01272/2024 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 2 saylı Mediasiya arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci bəndinə əsasən əmək qanunvericiliyinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1–ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. Belə ki, iddiaçı müəssisədən uzun illər çalışmış, fəaliyyətinə görə fəxri fərmanla təltif edilmiş nümunəvi işçi olmasına baxmayaraq, o, ixtisara düşmüşdür. Həmçinin müəssiənin 106 nəfər işçi heyətinin 105 nəfəri ilə ixtisardan sonra əmək müqaviləsi bağlanmasına baxmayaraq, yalnız İddiaçı ixtisardan sonra işəgötürən tərəfindən əvvəlki işinə uyğun vəzifə təklif edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1–ci hissəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Məhkəmə qeyd edir ki, işəgötürənin effektiv iqtisadı fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir. Bundan başqa işəgötürən tərəfindən işçi ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılarkən həmin məcəllədə nəzərdə tutulmuş qaydada həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almadan əmək müqaviləsinə xitam verilmişdir. Həmin razılaşmanın mövcud olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının bildirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam veriləcəyi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20n 7 №li Regional Sukanal İdarəsinin rəis müavini Xaqani Vəliyev tərəfindən imzalanmış “Ştat vahidinin ixtisara düşməsi barədə” xəbərdarlıq ona 15 iyul 2024-cü il tarixdə verilib. 7 №li Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı təşkilatının sədri Nizami Qasımovun razılığı 28 oktyabr 2024-cü il tarixdə alınıb. Göründüyü kimi cavabdeh tərəfindən qanunvericilik normaları pozulmaqla əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 xx.xx.2024-cü il tarixli, 418-K saylı Əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və əvvəlki vəzifəsinə uyğun vəzifəyə bərpa edilməlidir. Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə iddiaçıya ödənilməmiş əmək haqqı cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi “işə bərpa olunduğu günədək hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 418-K saylı əmri ləğv edilməli, İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 əvvəlki vəzifəsinə bərpa edilməlidir. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X7 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən 60 (altmış) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 418-K saylı əmri ləğv edilsin. İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X11 əvvəlki vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X7 tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X7 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1277/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1277/2025
08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver