Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1289/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) X3, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2, X11, Cavabdeh1, X9 və X23 qarşı “mənzildən istifadə hüququna xtam verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X28, X6, Cavabdeh2, X11, Cavabdeh1, X9 və X23 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X36, X7, Cavabdeh2 ilə birlikdə övladı xx.xx.2016-cı il təvəllüdlü X24,Cavabdeh1 ilə birlikdə övladları xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X16 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-1, ev 2, 161 saylı mənzilə istifadə hüquqlarına xitamverilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal-1, 2-saylı evin 161-saylı mənzili Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 137/8 saylı qərarı ilə atası X17 verilmişdir. Həmin qərar əsasında verilmiş 10 may 1990-cı il tarixli, 015457 nömrəli orderdə ailə üzvləri kimi X29 d/t 1931-özü, X21 d/t 1940arvadı, X33 d/t 1958-oğlu, X30 d/t 1975-oğlu, X36 d/t 1965-oğlu, X7 d/t 1966-gəlini, Cavabdeh2 d/t 1987-nəvəsi qeyd olunmuşlar. Orderdə qeyd olunanlardan X29, xx.xx.1990-cı il tarixdə, X21 xx.xx.2011-ci il tarixdə, X33 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər, X36 ilə X3 nikahı 05 aprel 2002-ci ildə ləğv edilmişdir. X38 xx.xx.2014-cü il tarixindən həmin mənzildə qeydiyyatdadır. Mənzilə dair xidmət müqaviləsi 03 aprel 2015-ci il tarixdə, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 16 aprel 2015-ci il tarixdə onunla bağlanmışdır. Mənzilin bütün kommunal xərclərini o ödəyir. Hal-hazırda həmin yaşayış sahəsində ondan başqa X30 d/t xx.xx.1975, X36 d/t xx.xx.1965, X7 d/t xx.xx.1966, Cavabdeh2 d/t xx.xx.1987, X24 d/t xx.xx.2016, Cavabdeh1 d/t xx.xx.1991, X12 d/t xx.xx.2019 və X34 d/t xx.xx.2022 qeydiyyatdadırlar. Azyaşlı X2 doğulduğundan Litva Respublikasının vətəndaşıdır. X1 vəKazımov X26 Federativ Respublikasında doğulmuşlar, oranın vətəndaşlarıdırlar. Hesab edir ki, yuxarıda adı çəkilən şəxslərdən X36, X7, Cavabdeh2, X4, Cavabdeh1, azyaşlı X12 və azyaşlıX34 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-1, ev 2, 161 saylı mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, cavabdehlərdən bir qismi 2015-16-cı illərə kimi qeyd olunan mənzildə yaşasalar da sonradan Almaniyaya köçüblər, faktiki olaraq istifadə hüququnu itirsələrdə formal olaraq qeydiyyatda qalmaqdadırlar. Azyaşlıların nənələri cavabdeh X7 azyaşlıların doğum haqqında şəhadətnamələrini nə zaman Azərbaycan Respublikasına gətirərək qeyri-qanuni yollarla mənzillərinə qeydiyyata salmasından belə xəbərləri olmayıb. Çünki X7 da daima Almaniyada yaşayır, Azərbaycana gələndə də bacısı evində qonaq qalır, amma nə vaxt gəlir və qayıdırsa məlumatları olmur, onların mənzilində son on ildə bir gecə belə qalmayııb. Cavabdehlərin son 7-8 ilə yaxın müddətdə daima xaricdə və əsasən də Almaniyada yaşamalarına dair rəsmi məlumat əldə etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğular verilmişdir. AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-37/2-30677- 05/2023 saylı məktubunda bildirilmişdir ki, Litva Respublikası vətəndaşı xx.xx.2016-cı il təvəllüdlü Emiliya Orucovanın sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınması, digər şəxslərin olduğu yer üzrə qeydiyyata alınma və yaşama icazələrinin əldə olunması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciətləri qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-38-16/2-12244/23 saylı cavab məktubunda bildirilmişdir ki, həmin şəxslər barədə fərdi məlumatların əldə olunması üçün həmin şəxslərə hüquqi yardım göstərilməsi barədə vəkil orderinin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir. X5 vəfat etməsi ilə əlaqədar vərəsələrinin, yəni onun və digər vərəsə X14 ərizəsi əsasında Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuş və notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrii publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair mərhum X13 adına çıxarış və texniki pasport verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrii publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********143-21-3-30/2-0- 0019/8/az saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 2 saylı evin, 161 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2nömrəli forma) əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət etməsi məqsədəuyğundur. Göründüyü kimi cavabdehlərin başqa ölkədə yaşayış yeri seçdiklərinə hətta başqa ölkənin vətəndaşlığını almalarına rəğmən formal olaraq sözügedən mənzildə qeydiyyatada qalmaları onun və digər şəxslərin sahiblik, istifadə, vərəsəlik hüququnu pozur, mülkiyyət hüququnu həyata keçirə bilmirlər. Cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 2 saylı evin, 161 saylı mənzildən qeydiyyatdan çıxarılmalarına dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş. Həmin orqan tərəfindən ona göndərilən məktubda məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X31 cavabdeh siyahısından çıxardığını bildirmiş və cavabdehlər X7, Cavabdeh2 ilə birlikdə övladı xx.xx.2016-cı il təvəllüdlü X24, Cavabdeh1 ilə birlikdə övladları xx.xx.2019-cu il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X16 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-1, ev 2, 161 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, həmin mənzildə hal-hazırda İddiaçı, onun qardaşı Azad Orucov və sonuncunun faktiki ailə münasibətində olduğu qadın yaşayır. Cavabdeh İradə Orucova həmin mənzildə ümumiyyətlə yaşamır, Azad Orucovla nikahları pozulmuşdur. Azad və İradə Orucovanın övladları Cavabdeh2 və Cavabdeh1 ilə uzun illərdir daimi olaraq Almaniya Respublikasında yaşayırlar. Ailə qurub, övladları ilə həmin ölkə daimi əsaslarla yaşayırlar. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, işləyib pul qazanmaq məqsədi ilə Almaniyaya getmişdir. Hər il Azərbaycana gəlib-gedir. Həm Almaniyada, həm burada yaşayır. İddiaçı ilə aralarında mənzillə bağlı mübahisə yarandığından, mənzildən çıxıb getməli olmuşdular. Böyük övladı Litvada doğulmuşdur, ikili vətəndaşlığı var. 5 ildir Almaniyada ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi)X7 izahatında bildirmişdir ki, X39 ilə mübahisə mənzildə yaşamışdırlar. Nikahları 2004-cü ildə pozulmuşdur. Oğlu Azər 2019-cu ilədək həmin mənzildə yaşamışdır, 4 ildir ki, Almaniyada yaşayır. Qızı 2018-ci ildən Almaniyada magistr təhsili alır, evlənib və 2019-cu ildə övladı dünyada gəlmişdir. Qızı və oğlu Azərbaycana gəlibgedirlər. Verilmiş iddianı qəbul etmir və təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, mübahisəli mənzildə hazırda iddiaçı və qardaşı Azad Orucov yaşayır. Digər cavabdehlər həmin mənzildə yaşamırlar. İddiaçının cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı şəhəri Nəsimi rayon X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 10 may 1990-cı il tarixli, 015457 nömrəli orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 71,10 kv.m. sahədən ibarət 5 otaqlı, 161 saylı mənzil X13 mülkiyyətinə verilmişdir. Ailə üzvləri kimi X29 d/t 1931- özü, X21 d/t 1940-arvadı, X33 d/t 1958-oğlu, X30 d/t 1975-oğlu, X36 d/t 1965-oğlu, X7 d/t 1966-gəlini, Cavabdeh2 d/t 1987-nəvəsi qeyd olunmuşdur.. İV-JQ seriyalı, 294545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X29, xx.xx.1990-cı il tarixdə vəfat etmişdir, bu barədə 1047 nömrə akt qeydi ilə qeyd olunmuşdur. AZ-İ seriyalı, 485508 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X21 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir, ölüm səbəbi “təkrar işemik insult” qeyd olunmuşdur. AZ-İ seriyalı, 138704 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X36 və X7 arasında bağlanmış nikah 05 aprel 2002-ci ildə xitam verilmişdir. Bu barədə 82 nömrə akt qeyd ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər: X36, X7, X24, X40,Cavabdeh1, X12, Cavabdeh1, X18r. Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər:X24, X36, X7, X12, X30, X34, Cavabdeh2, Cavabdeh1dır. 16 aprel 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayə verən Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsi, 2 nömrəli evdə, 161 nömrəli mənzildə yerləşən 5 otaqlı mənzil fonduna aid, ümumi sahəsi 97 kvm-dən ibarət, yaşayış hissəsi 71,10 kvm-dən ibarət 5 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə kirayəşi İddiaçı istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli məlumatından görünür ki, Cavabdeh1 - xx.xx.2023-cü il tarixdə, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, X8 - xx.xx.2024-cü il tarixdə, X12 - xx.xx.2023-cü il tarixdə, X34 xx.xx.2023-cü il tarixdə, X19 - xx.xx.2023-cü il tarixdə sonuncu dəfə dövlət sərhədindən çıxışı olmuşdur. X25 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-20-15/2-4- 42137/2024 nömrəli məktubundan görünür ki, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən daxil olmuş məlumatda vətəndaş Cavabdeh1 ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixində Səfirliyin konsulluq bölməsinə müraciət etdiyi bildirilmişdir. Bununla əlaqədar Səfirliyin arxivinə keçirilmiş baxış zamanı konsulluq qeydiyyatı üçün vətəndaş barədə müvafiq məlumatları əks etdirən uçot vərəqəsi aşkar edilmişdir. Habelə Cavabdeh2 ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Səfirliyin Konsulluq bölməsinə müraciəti aşkarlanmamış, konsulluq qeydiyyatı ilə bağlı onun barəsində məlumata rast gəlinməmişdir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsinin surətindən görünür ki, Cavabdeh1 2017-ci ildə təhsil ilə əlaqədar, 2018-ci ildə isə uşaq doğumu ilə əlaqədar Azərbaycan Respublikasını tərk etmişdir. Uçot vərəqəsində Almaniya Respublikasında daimi yaşadığı ünvan və iş yeri qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli yaşayış icazəsi ilə bağlı sənədin surətindən görünür ki, Cavabdeh1 Almaniya Respublikasında yaşaması üçün icazə sənədi verilmişdir. “AZEMİS” məhkəmə elektron informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, X34 xx.xx.2022-ci ildə Vuppertal şəhərində anadan olmuşdur. “AZEMİS” məhkəmə elektron informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, X35 qizi xx.xx.2019-cu ildə Vuppertal şəhərində anadan olmuşdur. Azərbaycan Respubl Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli X15 icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehlər İradə Orucova və Cavabdeh2 və Cavabdeh1 mübahisəli evə olan yaşamaqla bağlı hüquqları 1999-cu ilə qədər yarandığından, hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Beləliklə iş materiallarından və tərəflərin izahatından məlum olur ki, İradə Orucova ilə Azad Orucov arasında nikaha 05 aprel 2002ci il tarixdə xitam verilmiş və İradə Orucovahəmin ünvandan çıxıb getmişdir. Cavabdehin övladları Cavabdeh2 və Cavabdeh1 da 5 ildən artıq müddətdir ki, Almaniya Respublikasında daimi əsaslarla yaşayırlar. Məhkəmə qeyd edir ki, qanunun analogiyası üzrə cavabdehlər: İradə Orucova, Cavabdeh2 və Cavabdeh1 mənzildən gedən vaxta kimi köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin evdə yaşamaq hüquqları olmuşdur. Lakin daimi yaşamaq üçün mübahisəli mənzildən getdikləri üçün, onların həmin evə olan istifadə hüquqları itirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşamaq hüququ göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. Odur ki, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 161 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Digər cavabdehlərə – X24, X12 (xx.xx.2019-cu il təvəllüdlü) və X23 (xx.xx.2022-ci il təvəllüdlü) münasibətdə iddia tələbi rədd edilməlidir. Belə ki, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüquqları mövcud deyil. X24 xx.xx.2016-cı il tarixdə Litvada, X35 qizi xx.xx.2019-cu ildə Almaniyanın Vuppertal şəhərində, X34 isə xx.xx.2022-ci ildə Almaniyanın Vuppertal şəhərində anadan olmuşdur. Və onlar ailələri ilə birlikdə Almaniya Respubliasında yaşayırlar. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 161 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 161 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1289/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1289/2024
30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver