Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1291/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Gülnar Babazadə Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 77.3, 77.4, 83.4, 131.1, 135.2, 144.2, 172.4, 172.5, 294.1, 294.4, 296.2 və 296.3 maddələrinə əsasən və Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini rəhbər tutaraq,əmək qanunvericiliyinə uyğun son haqq-hesabın (ödənilməli olan əməkhaqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kompensasiya ödənişi və işdənçıxarma müavinəti) və əməkhaqqının ödənilməsinin əmək müqaviləsinə xitam verildiyi tarixdən etibarən gecikdirilməsinə görə ödəncin ödənilməsi öhdəliyinin Cavabdehn üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh MMC-dən son haqq-hesab olaraq ödənilməmiş 3214 manat məbləğində pul tutularaq ona ödənilməsi, xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan 393 manat birdəfəlik əmək haqqının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən ödəniləcəyi tarixədək gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 393 manat məbləğinin bir faizi miqdarında ödənişin hesablanaraq, İddiaçı ödəniməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 Oktyabr 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, aylıq xalis əməkhaqqı 600 (altı yüz) manat (669.71 manat hesablanmış (ümumi) əməkhaqqından) olmaqla və 21 təqvim günü əmək məzuniyyəti müddəti şərtilə Cavabdehndə işə başlamışdır. Sonra, dəyişikliklərin qüvvəyə minmə tarixi xx.xx.2024 olmaq şərtilə mövcud əmək müqaviləsinə dəyişiklik edilmiş və 06 Sentyabr 2024cü il tarixində yeni dəyişdirilmiş əmək müqaviləsi elektron imza ilə təsdiqlənərək bağlanmışdır. Dəyişdirilmiş yeni əmək müqaviləsinə əsasən, aylıq xalis əməkhaqqı 750 (yeddi yüz əlli) manat (841.14 manat hesablanmış (ümumi) əməkhaqqından) və əmək məzuniyyəti müddəti 30 təqvim günü olaraq təsdiqlənmişdir. xx.xx.2024 tarixində cavabdeh tərəfindən ştatların ixtisar edilməsi barədə xəbərdarlıq iddaçıya təqdim edilmiş və xx.xx.2024 tarixində onun əmək müqaviləsinə ƏM-nin 70.“b” maddəsi ilə xitam verilmişdir. Sonuncu iş günü (xx.xx.2024) əmək kitabçası müvafiq qeydiyyat aparılaraq iddiaçıya təqdim edilmiş, lakin əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesab cavabdeh tərəfindən ödənilməmişdir. 2024-cü ilin Avqust (qalıq hissəsi-280 manat (xalis əməkhaqqı)), Sentyabr və Oktyabr aylarının əməkhaqqları və əlavə olaraq, 2024-cü ilin Noyabr ayının 2 (iki təqvim günü) günlük əməkhaqqısı ödənilməmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2024 tarixində işdənçıxarma barədə xəbərdarlıq verilməsinə baxmayaraq, əmək müqaviləmə ƏMnin 70-ci maddəsinin “b” bəndi ilə xx.xx.2024 tarixində xitam verilmiş, lakin ƏM-nin 77.1 və 77.4 maddələrinin tələblərinə əsasən əmək müqaviləm ləğv edilməzdən əvvəl 13 aylıq əmək stajım nəzərə alınaraq azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəlik əməkhaqqı ödənilməmişdir (qeyd: müvafiq olaraq xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verildiyi üçün xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş, xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılmaq şərtilə). Digər tərəfdən, sözügedən əməkhaqqlarının ödənişiəmək müqaviləsinə xitam verildiyi tarixdən cavabdehin təqsiri üzündən və bilərək gecikdirildiyi üçün ƏM-nin 172.5 maddəsinə əsasən hər gecikdirilmiş gün üçün iddiaçının gecikdirilən əməkhaqqısının azı bir faizi məbləğində ödənc bugünə qədər ödənilməmişdir. Ödənilməmiş əməkhaqqları ilə bağlı yuxarıda qeyd olunmuş müddətlərdə əmək müqaviləsinə əsasən hər gün iş yerində olmuş və işləmişdir. Cavabdeh tərəfindən gecikməli olaraq xx.xx.2024 (550 manat) və xx.xx.2024 (250 manat) tarixlərində sonuncu iş günü ödənilməmiş əmək haqqımın bir hissəsi - cəmi 800 (səkkiz yüz) manat əməkhaqqı bank kartıma ödənilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya: cavabdeh tərəfindən əmək müqaviləmə xitam verilməsi barədə əmrdə qanunsuz olaraq xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər olan müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətim “0” (sıfır) məzuniyyət günü olaraq qeyd edilmişdir. Lakin ƏM-nin 131.2 maddəsinə əsasən çalışdığı müddət ərzində tərəfindən əmək məzuniyyəti ərizəsi təqdim edilməmiş və ya əmək məzuniyyətilə bağlı direktor tərəfindən hər hansı əmr ona təqdim edilməmişdir. Yəni ƏM-nin 131.1 maddəsinə əsasən nəzərdə tutulan əmək məzuniyyəti tərəfindən istifadə edilməmişdir. Həmçinin, direktor tərəfindən ƏM-nin 135.2 və 144.2 maddələrinin tələbləri yerinə yetirilməmiş, bu səbəbdən, istifadə edilməmiş əmək məzuniyyətimə görə qanunsuz olaraq pul əvəzi ödəniş edilməmişdir. İşdənçıxarma müavinəti: Əmək müqaviləmə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, lakin həmin məcəllənin 77.3 maddəsinin tələblərinə uyğun 13 aylıq əmək stajım nəzərə alınaraq orta aylıq əməkhaqqının azı 1,4 mislimiqdarı məbləğində işdənçıxarma müavinəti ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-1291/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC İddiaçı arasında xx.xx.2023-cü il tarixdə 1 il 1 gün müddətinə xx.xx.2023-cü tarixdək əmək müqaviləsi bağlanmaqla işə qəbul edilmişdir. Əmək haqqı 669,71 manat müəyyən edilmiş və 21 təqvim gün məzuniyyət hüququ göstərilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə dəyişiklik edilmiş əmək haqqı 841,14 manat müəyyən edilmiş və 30 təqvim gün məzuniyyət hüququ göstərilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış ştatların ixtisar edilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlığından müəyyən edilir ki, Cavabdeh MMC-də ştatların ixtisar edilməsi ilə əlaqədar İddiaçı işdən azad olunma barədə xəbərdar etməklə ƏM-nin 70-ci maddəsini b bəndi ilə xx.xx.2024-cü il tarixdə işdən azad olunacağı göstərilmişdir. Xəbərdarlıq İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmaqla qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli **********1 nömrəli əmrindən müəyyən edilir ki, “A class Chain” bölməsində “Təchizat” vəzifəsində işləyən X1 ilə bağlanmış xxxxxxx000900 nömrəli əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə ( işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İşçinin xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqıhesabının qanunverciliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Bank kart hesabından çıxarışdan müəyyən edilir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə əmək haqqı olaraq 550 manat, xx.xx.2024-cü il tarixdə əmək haqqı olaraq 250 manat ödəniş edilmişdir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı 02 Oktyabr 2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, aylıq xalis əməkhaqqı 600 (altı yüz) manat (669.71 manat hesablanmış (ümumi) əməkhaqqından) olmaqla və 21 təqvim günü əmək məzuniyyəti müddəti şərtilə Cavabdehndə işə başlamışdır. Sonra, dəyişikliklərin qüvvəyə minmə tarixi xx.xx.2024 olmaq şərtilə mövcud əmək müqaviləsinə dəyişiklik edilmiş və 06 Sentyabr 2024-cü il tarixində yeni dəyişdirilmiş əmək müqaviləsi elektron imza ilə təsdiqlənərək bağlanmışdır. Dəyişdirilmiş yeni əmək müqaviləsinə əsasən, aylıq xalis əməkhaqqı 750 (yeddi yüz əlli) manat (841.14 manat hesablanmış (ümumi) əməkhaqqından) və əmək məzuniyyəti müddəti 30 təqvim günü olaraq təsdiqlənmişdir. xx.xx.2024 tarixində cavabdeh tərəfindən ştatların ixtisar edilməsi barədə xəbərdarlıq iddaçıya təqdim edilmiş və xx.xx.2024 tarixində onun əmək müqaviləsinə ƏM-nin 70.“b” maddəsi ilə xitam verilmişdir. Sonuncu iş günü (xx.xx.2024) əmək kitabçası müvafiq qeydiyyat aparılaraq iddiaçıya təqdim edilmiş, lakin əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesab cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən, İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinin tələbinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü ildə tarixdə ştatların ixtisar edilməsi barədə xəbərdarlıq təqdim edilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilmişdir. Bu halda işçiyə ya 4 həftəlik xəbərdarlıq müddəti verilməli, ya da dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli işdənçıxarma müavniatı ödənilməlidir. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilən zaman nə xəbərdarlıq müddəti gözlənilmiş, nə də xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli işdənçıxarma müavniatı verilmişdir. Həmçinin xəbərdarlıq müddətinin 10 günün gözlənildiyi nəzərə alınmalıdır.((2 ( oktyabr və noyabr ayı) x750 (orta aylıq əmək haqqı) :44 (iş günlərinin sayı oktyabr və noyabr ayı üzrə 21 gün və 23 gün olmaqla cəmi 44 gün))x19,92( 2024-cü il orta aylıq iş günlərinin sayı)x0,9:(28(xəbərdarlıqmüddəti) :(28(xəbərdarlıq müddəti)-10( gözlənilən müddət)). Həmçinin həmin xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan 393 manatın əmək müqaviləsinə xitam verildiyi gündən ödəniləcəyi günə qədər ƏM-nin 172.5-ci maddəsinə əsasən 1 (bir) faizi miqdarına əlavə ödəniş ödənilməlidir. Həmçinin cavabdeh tərəfindən iddiaçının əmək haqları avqust-noyabr aylarında gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün ƏM-nin 172.5-ci maddəsinə əsasən 1 (bir) faizi miqdarına əlavə ödəniş ödənilməlidir. Belə ki, kart hesabından çıxarışa əsasən iddiaçının əmək haqqısı avqust-noyabr aylarında tam ödənilməmiş və gecikdirilmişdir. Həmin aylardan qalıq qalan məbləğlər avqust ayında qalıq qalan 280 manat xx.xx.2024-cü ildə, sentyabr ayınının əmək haqqının bir hissəsi 270 manatı xx.xx.2024-cü ildə, 250 manatı xx.xx.2024-cü il tarixdə, 230 manatı isə xx.xx.2025-ci il tarixdə, oktyabr ayının əmək haqqısı olan 750 manat xx.xx.2025-ci il tarixdə noyabr ayının əmək haqqısı xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Göründüyü kimi avqust ayının qalıq qalan 280 manatı 80 gün (280:100x80), sentyabr ayının əmək haqqısının birinci hissəsi 50 gün, ikinci hissəsi 87 gün, üçüncü hissəsi 101 gün ((270:100x50)+((250:100)x87)+((230:100)x101), oktyabr ayının əmək haqqısı 70 gün (750:100x70), noyabr ayının əmək haqqısı 68 gün (2x750:44x2:100x68) gecikdirilmişdir. Gecikdirilmiş günlər üzrə əmək haqqının 1 faizi 1380 manat təşkil edir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər olan dövr ərzində əmək məzuniyyətindən istifadə etməmişdir. Həmin müddət ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə cavabdehdən kompensasiya tutulmalıdır. Belə ki, iddiaçının 2023-cü ilin oktyabr ayından 2024-cü ilin avqust ayına qədər cavabdeh tərəfindən əmək haqqısı 600 manat, əmək məzuniyyəti isə 21 gün, 2024-cü ilin sentyabr, oktyabr ayları üçün əmək haqqısı 750 manat, məzuniyyəti isə 30 gün müəyyən edilmişdir. Ona görə də bu vaxtlar üçün əmək məzuniyyətinə kompensasiya 490 manat (11x600+750):12:30.4)x ((21:12)x11+(30:12)x1)+(10x600+2x750):12:30.4)x((30:12)x1) təşkil edir. Daha sonra iddiaçı ƏM-nin 70-ci maddəsinin b bəndi ilə işdən çıxarılmış, lakin iddiaçıya cavabdeh tərəfindən 13 aylıq əmək stajı nəzərə alınmaqla ƏM-nin 77.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqısının 1,4 misli miqdarında işdən çıxarma müavinatı ödənilməmişdir. Ona görə də iddiaçıya 951 manat ((2(oktyabr və noyabr ayı )x750( əmək haqqısı) :44 (həmin aylarda iş günlərinin sayı) )x19.92( 2024-cü il orta aylıq iş günlərinin sayı) x1,4) işdən çıxarma müavinatı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilən zaman qanunvericiliklə müəyyən edilmiş qaydada ona xəbərdarlıq edilməmişdir. Ona görə də xəbərdarlıq müddəti əvəzinə iddiaçıya 393 manat əməkhaqqı, iddiaçının əmək müqavilələri ilə müəyyən edilmiş 2024-cü ilin avqust-noyabr ayları üzrə gecikdirilmiş əmək haqqılarının ən azı bir faizi məbləğində yəni 1380 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə 490 manat kompensasiya, işçi təminatı olaraq işdən çıxarma müavinatı olaraq 951 manat olmaqla, cəmi 3214 manat ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan 393 manat birdəfəlik əmək haqqının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən ödəniləcəyi tarixədək gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 393 manat məbləğinin ƏM-nin 172.5-ci maddəsinə əsasən bir faizi miqdarında ödənişi hesablanaraq, ödəniməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən son haqq-hesab olaraq ödənilməmiş 3214 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan 393 manat birdəfəlik əmək haqqının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən ödəniləcəyi tarixədək gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 393 manat məbləğinin bir faizi miqdarında ödənişin hesablanaraq, İddiaçı ödəniməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən son haqq-hesab olaraq ödənilməmiş 3214 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Xəbərdarlıq müddəti əvəzinə ödənilməli olan 393 manat birdəfəlik əmək haqqının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən ödəniləcəyi tarixədək gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 393 manat məbləğinin bir faizi miqdarında ödənişin hesablanaraq, İddiaçı ödəniməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1291/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-1291/2025
06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver