Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1303/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh2 Həzərxan oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Həzərxan oğluna, Cavabdeh3 Həzərxan qızına, Cavabdeh1 və X3 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Həzərxan oğluna, Cavabdeh3 Həzərxan qızına, Cavabdeh1 və X3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrindən adına verilmiş, **********61- 05301-093073 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 16 mart 2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış massivi ünvanında yerləşən 4 saylı yaşayış binasının 158 saylı mənzilindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X2 çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış massivi ünvanında yerləşən 4 saylı yaşayış binasının 158 saylı mənzilində heç bir hüquq olmadan yaşayanlar Cavabdeh2 və onun bacısı Cavabdeh3 (digər iki cavabdehlər Vəfanın uşaqlarıdır) onun (iddiaçının) razılığı ilə, müvəqqəti olaraq bir neçə günlük yaşamaq üçün gəlsələr də artıq neçə ildir ki, mənzilini boşaltmaq istəmirlər. Baxmayaraq ki, onlardan bunu dəfələrlə tələb etmişdir. Onunla (iddiaçı ilə) qohumluq əlaqəsində olan bu cavabdehlər, mənzilini boşaltmamaqla onun (iddiaçının) mülkiyyət hüququnu, iradə və istəyinə zidd olaraq pozduqları üçün o (iddiaçı) çıxış yolu olaraq məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmiş. Məhkəmə iclasında Cavabdeh2 Həzərxan oğlu izahatında bildirmişdir ki, mənzil rəsmi olaraq iddiaçının mülkiyyətindədir. Ona görə iddiaya etiraz etmələrinin mənası yoxdur. 14 ildir ki, bacısı və onun ailəsi orada yaşayırlar. İddiaçı 3-4 gün qabaq oğluna demişdi ki, iddia tələbini geri götürəcək. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən sahəsi 46,88 kv.m. mənzil üzərində X1 tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4, ünvanında yerləşən 158 saylı mənzil İddiaçı məxsusdur. Buna baxmayaraq, iddiaçının mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulmuşdur. Belə ki, sonuncular onun mülkiyyətində olan mənzildən çıxmırlar. Nəticə etibarilə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 Həzərxan oğlu, Cavabdeh3 Həzərxan qızı, Cavabdeh1 və X4 ünvan 2 ünvanındakı mənzildən çıxarılmalı; ünvan 2 ünvanındakı mənzil İddiaçı təhvil verilməli; cavabdehlər tərəfindən İddiaçı mənzilə daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 Həzərxan oğlu, Cavabdeh3 Həzərxan qızı, Cavabdeh1 və X4 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzildən çıxarılsınlar. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 4 ünvanında yerləşən mənzil 158 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1303/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1303/2025
18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver