Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1305/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X12, X27, X13, X4, X31, X14, X15, X3, X32, X33, X6, X16, X7, X8, X9, X17, X28, X18 müstəqil tələb etməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 9 saylı evə evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.1995-ci il tarixdə X34 ilə nikaha daxil olaraq, onun ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvana gəlin köçmüşdür. Həmin mənzildə yaşadıqları müddətdə xx.xx.1996-cı il tarixdə X19, xx.xx.1998-ci il tarixdə X29 adlı övladları doğulmuşdur. Daimi yaşayış yerləri olan yuxarıda qeyd olunan ünvanda yaşayaraq pasport qeydiyyatına alınmışlar. Uzun müddət həmin mənzildə ailəliklə birlikdə yaşamışlar lakin, hazırda cavabdehlər onu qanuni qaydada istifadə hüququ olan həmin mənzilə buraxmaq istəmirlər. Dəfələrlə həmin evə köçüb yaşamaq istəsə də, cavabdehlər buna imkan vermirlər. Cavabdehlərin qanunsuz hərəkətlərinə görə o uzun müddət yaşadığı evdən istifadə edə bilmir və cavabdehlər onu qanunla hüquqlarından məhrum etmişlər. Cavabdehlər onu uzun müddət yaşadığı və pasport qeydiyyatında olduğu evə buraxmadıqları üçün, hesab edir ki, həmin mənzilə məhkəmə qaydasında köçürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlərə məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-514/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X34 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(004)-2386/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X5 məxsus ½ hissəsi isə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda evin ½ hissəsi Cavabdeh1 və ½ hissəsi X1 mülkiyyətlərindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında X1 (½ hissə), X2 (½ hissə) ********** qeydiyyat nömrəsi, xx.xx.2012-ci il tarixli hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında Cavabdeh1 ½ hissə, ********** qeydiyyat nömrəsi, xx.xx.2014-cü il tarixli hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli “Fərdi yaşayış evinin bağışlama müqaviləsin”dən görünür ki, X11 – Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********49-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 307,7 kv.m yaşayış sahəsi 218,1 kv.m, yardımçı sahəsi 89,6 kv.m olan on dörd otaqlı fərdi yaşayış evinin ona məxsus olan ½ hissəsini oğlu - Cavabdeh1 bağışlamışdır və Cavabdeh1 bağışlanan əmlakı qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2386/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X20 cavabdehlər X12, Əlı̇ yeva Aı̇ də Əzı̇ zağa qızı, Sultanova Flora Nurəddı̇ n qızı, Məhərrəmov Loğman Fı̇ rəddı̇ n oğlu, Əlı̇ zadə Günel Tahı̇ r qızı, Sultanov Cahangı̇ r Xələf oğlu, Sultanov Elvı̇ n Nurəddı̇ n oğlu, X44 Mı̇ rzə qızı, Qulı̇ yev Eldar Ağaca oğlu, Əlı̇ yev Tahı̇ r Zeynal oğlu, Sultanov Fəxrəddı̇ n Əlı̇ muxtar oğlu, Soltanova Nazı̇ lə Cahangı̇ r qızı, Sultanova Təranə Həmı̇ d qızı, X7, Sultanova Günay Fəxrəddı̇ n qızı, Babayeva Nəzakət Cahangı̇ r qızı, Cavabdeh1 Cahangı̇ r oğlu, Dadaşov Ağadadaş Sahı̇ b oğlu, Əlı̇ yeva Nuranə Sahı̇ b qızı, Neymanova Səbı̇ nə Tahı̇ r qızı, Sultanov Nurəddı̇ n Əlı̇ Muxtar oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Həmin qətnamədə qeyd olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X1, ½ hissəsi isə Cavabdeh1 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X20, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı və xx.xx.1996-cı il təvəllüdlü X10 adlarına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-514/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X34 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(004)-2386/2023 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 2.1-ci maddəsinən əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 11.1-ci maddəsinən əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi (bundan sonra-köhnə məcəllə): 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən, iddiaçının mübahisəli evə olan yaşamaqla bağlı hüquqları 1999-cu ilə qədər yarandığından, hazırki mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) Mənzil Məcəlləsinin müddəları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2386/2023 saylı mülki iş üzrə müəyyən olunmuşdur ki, iddiaçının həyat yoldaşı Elxan Quliyev xx.xx.1973- cü il tarixdə Bakı şəhərində anadan olmuş və həmin vaxtdan mübahisələndirilən evdə yaşamış, təxminən 2003-cü ildən həmin ünvandan çıxıb Rusiyaya, daha sonra Türkiyə Respublikasına getmişdir. O, Türkiyə Respublikasının Qaziantep şəhərində yaşamış, yaşadığı evin 06 fevral 2023- cü il tarixdə baş vermiş zəlzələ nəticəsində dağılmasından sonra Azərbaycana qayıtmışdır. İddiaçı 20 il müddətində mübahisəli evdə yaşamamış, onun Türkiyə Respublikasının Qaziantep şəhərində daimi yaşamaq üçün evi olmuşdur. Məhkəmə qeyd edir ki, qanunun analogiyası üzrə iddiaçının 2003-cü ilə kimi (evdən gedən vaxta kimi) köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin evdə yaşamaq hüququ olmuşdur. İddiaçı ailəsi ilə birlikdə 2003-cü ildən sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə əsasən yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçının icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar. Qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Mübahisəli yaşayış sahəsində yaşamaq hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur. Hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı 2003-cü ildən cavabdehlərlə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilə köçürülməsinə əsasən verən hər hansı bir hal müəyyən edilmədəyindən iddia tələbi əsassız olmaqla təmin edilə bilməz. Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1305/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1305/2024
16.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver