Məhkəmə qərarları › İş №e-2(004)-131/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-131/2023

13.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-131/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyətə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı məzuniyyət pulunun tutularaq verilməsi tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 26753,08 manat məzuniyyət pulunun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.2018ci il tarixdən, xx.xx.2022-ci il tarixədək “Direktor” vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən onunla Cavabdeh MMC arasında olan müqaviləyə xitam verilmişdir. İşlədiyi müddətdə 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər üzrə iş yükünün çoxluğu səbəbindən cavabdehin təsisçiləri onun məzuniyyətə çıxmağına icazə verməmişlər və bununla da Əmək Məcəlləsində nəzərdə tutulan işçi hüquqlarına müdaxilə baş vermişdir. Həmçinin, məzuniyyətə çıxmamağına baxmayaraq ona həmin məzuniyyətin pulu da ödənilməmişdir. Hesab edir ki, 2019-2022-ci illər üçün məzuniyyət haqqı ödənilmədiyindən cəm olaraq 26753,08 manat məzuniyyət pulu Cavabdeh MMC-dən tutulub ona ödənilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazı onunla əsaslandırılmışdır ki, Ziya Hüseyinzadənin direktor işlədiyi dövr üzrə 4 dəfə tam əmək məzuniyyətində olması barədə təkzib edilməz, mötəbər sübut kimi protokollar təqdim edilmişdir.İş üzrə təyin edilən ekspertizanın qarşısında Ziya Hüseyinzadəyə işlədiyi müddət ərzində nə qədər məzuniyyət pulu hesablanmışdır və ödənilmişdir sualları qoyulsada, ekspert rəyində ancaq mübahisələndirilən dövr üzrə əmək məzuniyyətinin məbləği hesablanmışdır, nə qədər məzuniyyət haqqı ödənilməsi sualına isə ümumiyyətlə toxunulmamışdır. Bu isə işin obyektiv araşdırılması üçün sübut kimi qəbul edilə bilməz. Həmçinin işdə olan bank çıxarışlarını ekspert rəyi ilə tutuşdurduqda aydın görünür ki, Ziya Hüseyinzadə direktor işlədiyi dövr ərzində nəinki əmək haqqı və məzuniyyət pulunu tam almışdır, hətta öz əmək haqqı kartına həmin məbləğlərdən artıq məbləğ köçürmüşdür! Ekspertiza qarşısında qoyulan suallara cavab verilməməsi isə ekspertiza rəyinin qərəzli olmasını sübut edir. Cavabdeh tərəfindən ekspert rəyi barədə qanunamüvafiq şikayətlər təqdim olunacaq. Göründüyü kimi qarşı tərəfin iddiası uydurma əsaslarla verilmişdir və tamamı ilə qanunsuzdur. Qeyd olunanları nəzərə alaraq Ziya Hüseyinzadənin iddia ərizəsini rədd etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Direktor vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 8 saylı 30 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, tərəflər əmək müqaviləsinin yeni redaksiyada verilməsi barədə qarşılıqlı razılığa gəlmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron sistemdən çıxarışından görünür ki, İddiaçı Cavabdehndə məşğulluq təsnifatı üzrə direktor vəzifəsini tutur. İş materiallarında olan 28 mart 2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə iştirakçisinin qərarından görünür ki,Cavabdeh direktoru vəzifəsində calışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b”) yarımbəndinə əsasən 01 aprel 2022-ci il tarixində xitam verilməlidir. Son iş günü 01 aprel 2022-ci il hesab edilir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli S-0104 nömrəli rəsmi bildirişinin məzmunundan görünür ki, İddiaçıa Əmək müqaviləsinin qüvvədə olma müddətinin 31 mart 2022-ci il tarixində başa çatması ilə əlaqədar, həmin əmək müqaviləsinə 01 aprel 2022-ci il tarixindən etibarən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b”) yarımbəndinə əsasən xitam veriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh İştirakçılarının ümumi Yığıncağının 25-06/19 nömrəli 25 iyun 2019-cu il tarixli protokolunda qeyd edilir ki, Cəmiyyətinin direktoru İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixində illik ödənişli əmək məzuniyyəti verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuşdur. Gündəlikdəki duran məsələ səs verməyə qoyulmuş, səs vermədən sonra İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək illik ödənişli əmək məzuniyyəti verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh İştirakçılarının ümumi Yığıncağının 29-10/21 nömrəli 29 oktyabr 2021-ci il tarixli protokolunda qeyd edilir ki, Cəmiyyətinin direktoru İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixində illik ödənişli əmək məzuniyyəti verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuşdur. Gündəlikdəki duran məsələ səs verməyə qoyulmuş, səs vermədən sonra İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cu il tarixədək illik ödənişli əmək məzuniyyəti verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh İştirakçılarının ümumi Yığıncağının 21-01/22 nömrəli 21 yanvar 2022-cu il tarixli protokolunda qeyd edilir ki, Cəmiyyətinin direktoru İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixində illik ödənişli əmək məzuniyyəti verilməsi haqqında araşdırma yığıncağın gündəliyinin əsas mövzusu olmuşdur. Gündəlikdəki duran məsələ səs verməyə qoyulmuş, səs vermədən sonra İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik ödənişli əmək məzuniyyəti verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7518 saylı, 29 dekabr 2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci illər üzrə məzuniyyət haqqının hesablanması Azərbaycan Respublikası qanun və qaydalarına əsasən, orta aylıq əmək haqqı və 36 təqvim məzuniyyət günü nəzərə alınmaqla, məzuniyyət haqqının məbləği 2018-2019-cu il üzrə 5.281,51(beş min iki yüz səksən bir manat əlli bir qəpik) manat, 2019-2020-ci il üzrə 7.920,32 (yeddi min doqquz yüz iyirmi manat otuz iki qəpik) manat, 2020-2021ci il üzrə 6.879,82 (altı min səkkiz yüz yetmiş doqquz manat səksən iki qəpik) manat və 2021-2022-ci il üzrə 2.779,88 (iki min yeddi yüz yetmiş doqquz manat səksən səkkiz qəpik) manat olmaqla, ümumilikdə 22.861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək “Direktor” vəzifəsində çalışmış, əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən onunla Cavabdeh MMC arasında olan müqaviləyə xitam verilmişdir. İşlədiyi illər ərzində iddiaçı məzuniyyət pulunu almamışdır. xx.xx.2022-ci il tarixli ekspert rəyinin təsviri hissəsindən də müəyyən olunur ki, İddiaçı işlədiyi müddətdə məzuniyyətə buraxılmamış və məzuniyyət haqqı hesablanılmamışdır. Ödənilməmiş məzuniyyət haqqının ümüumilikdə məbləği 22.861,54 manat təşkil edir. Cavabdeh "xxxx" MMC Cəmiyyətinin İştirakçılarının ümumi Yığıncağının İddiaçı həmin illərdə ödənişli əmək məzuniyyətinə buraxılması barədə protokolları məhkəməyə təqdim etsə də həmin məzuniyyət dövrləri üçün edilmiş ödənişlərə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyinə uyğun şəkildə qismən təmin olunmalıdır. AR Əmək Məcələsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkəndə tətbiq edilir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş məzuniyyət haqqına görə pul əvəzi olaraq 22.861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Eyni zamanda, iş üzrə aparılmış 150 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş məzuniyyət haqqına görə 22.861,54 (iyirmi iki min səkkiz yüz altmış bir manat əlli dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Cavabdeh MMCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar