Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1336/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs1) “şəxsin ölmüş elan edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs1) “şəxsin ölmüş elan edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (Maraqlı şəxs1) “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun qardaşıdır. Həmin şəxs yaşadığı Bakı şəhəri, 2-ci Yeni Yasamal küçəsindəki 6 saylı yaşayış evinin 110 nömrəli mənzilini 20 aprel 2000-ci il tarixdə satmış, 26 aprel 2000-ci ildə qeydiyyatdan çıxmışdır. 5 ildən çox müddətdir ki, qardaşı X3 hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Şəxsin yaxın ətrafında olan insanlar da onun barəsində hər hansı məlumata sahib deyillər. Mövcud vəziyyət onun ölmüş elan olunması haqqında qərarın qəbulu üçün məhkəməyə müraciət etməyə əsas verir. Eyni zamanda uzun müddətdir qardaşından xəbər alınmaması onun mülkiyyətində olan əmlakın (müvafiq çıxarışın surəti əlavə edilir) hüquqi müqəddəratı ilə bağlı qərar qəbul etməyə imkan vermir. Məhz bu səbəbdən şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Hazırda, qardaşından 5 ildən çoxdur ki, hər hansı məlumat ala bilməmişdir. Bu fakt şəxsi yaxından tanıyan insanların ifadələri ilə də təsdiq edilə bilər (müvafiq şəxsiyyət vəsiqələrinin surəti əlavə olunur). Bundan əlavə, şəxsin 5 ildən çox müddətdə yaşadığı yerdə görünməməsi barədə digər şahidlərin ifadələri də məhkəməyə təqdim ediləcək. Qardaşından uzun müddət xəbər alına bilməməsi səbəbindən o, vəkili vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə onun axtarışda olub olmaması barədə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkib-çəkməməsi barədə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə Azərbaycan Respublikasının ərazisini hansı tarixdə (tarixlərdə) tərk etməsi, həmçinin geri hansı tarixdə (tarixlərdə) qayıtması barədə sorğularla (surətləri əlavə olunur) müraciət etmişəm. Daxili İşlər Nazirliyindən və Penitensiar Xidmətdən daxil olmuş cavablarda (surətləri əlavə olunur) X8 barəsində hər hansı məlumat olmadığı bildirilmişdir. Vəkil sorğusunun çatdırılmasından (müvafiq poçt qəbzi əlavə olunur) iki aya yaxın vaxt keçməsinə Dövlət Sərhəd Xidməti tərəfindən hər hansı cavab verilməmişdir. Eyni zamanda, şəxsin axtarılıb tapılması ilə bağlı Bakı şəhəri, Yasamal Rayon Polis idarəsinin 29-cu Polis şöbəsinə də müraciət etmişəm, lakin həmin şöbə tərəfindən verilə cavabda da şəxsin olduğu yerin müəyyənləşdirilməsinin mümkün olmaması qeyd edilmişdir.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Bundan başqa ərizəçi qardaşının onun ögey qardaşı olduğunu, 1993-cü ildə qardaşını sonuncu dəfə gördüyünü, 1993-cü ildən sonra ailə həyatı qurduğuna görə qardaşı ilə münasibətləri olmadığını, sonuncu dəfə 2019-cu il tarixdə atası vəfat edərkən yasa qardaşının gəlmədiyinə görə onun öldüyünü düşündüyünü qeyd etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. - 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Ərizəçi müraciəti əsasında tərəflərindən X8 barəsində xx.xx.2023-cü il tarixdə axtarış işi açılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Rüstəm Süleymanovun hal hazırdakı yerini müəyyən etmək mümkün olmamışdır. X1 şəxsiyyət vəsiqəsinin etibarlılığı xx.xx.2004-cü il tarixində bitmişdir.
9. 24.05.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X8 xx xxxxxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 8 saylı bağ evi, X4 mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin xx.xx.2023cü il tarixli məktubuna əsasən müəyyə olunur ki, xx.xx.1973-cü il təvəllüdlü X7 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçməmişdir.
12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü X5 axtarışda olması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində məlumat yoxdur.
13. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1944-cü ilfə Cəlilabad rayonunda doğulmuş X9 ilə xx.xx.1937-ci il təvəllüdlü X11 xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmu X5 doğumunun Bakı şəhəri Maraqlı şəxs1ndə qeydə alındığı müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Rüstəm Süleymanov ilə xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş Süleymanova (Məmmədova) Nərminə Əliəkbər qızının nikahı xx.xx.1995-ci ildə Səadət Sarayında rəsmiləşdirilmişdir və bu nikahdan xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş X12 adlı övladlarının doğumu Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Müvafiq informasiya sistemində Rüstəm Süleymanovun ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilmədi.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
16. Həmin Məcəllənin 41.2-ci hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.
17. Həmin Məcəllənin 41.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
18. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.
19. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
20. Həmin Məcəllənin 193-cü maddəsinə əsasən ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
21. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
22. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
23. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci maddəsinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir....
24. Ərizəçi qardaşı X5 ölmüş elan edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçi tərəfindən ərizənin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin təqdim etdiyi şahidin (ərizəçinin rəfiqəsi) məhkəmə iclasında verdiyi ifadəsi mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, məhkəmə iclasında şahid X6 tanımadığını və görmədiyini bildirmişdir. Belə olan halda tanımadığı və görmədiyi şəxs barəsində verdiyi məlumat məhkəmə tərəfindən həmin halı təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz.
25. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin "...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Ərizəçinin təqdim etdiyi sübutlarla X2 beş il ərzində axtarılması təsdiq edilmir. Bakı şəhəri Yasamal rayon Polis İdaərisinin 29-cu polis şöbəsi tərəfindən ərizəçinin vəkilinə verilmiş cavabdan görünür ki, X8 barəsində axtarış işi xx.xx.2023-cü il tarixdə açılmışdır.
26. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X1 şəxsiyyət vəsiqəsinin etibarlılığı xx.xx.2004-cü il tarixində bitməsi qeyd olunsa da, iddiaçı tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə həmin şəxsin adına çıxarış təqdim edilmişdir.
27. Bundan başqa ərizəçinin özünün məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, ərizəçi ögey qardaşını sonuncu dəfə 1993-cü ildə, yəni ailə qurduğu vaxt görmüş, həmin tarixdən sonra onların əlaqələri olmamışdır. Belə olan halda X5 yerinin Ərizəçi məlum olmaması həmin şəxsin ölmüş elan olunması barədə ərizənin təmin olunması üçün əsas ola bilməz.
28. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 ölmüş elan edilməsi barədə ərizə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
33. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil