Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1337/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Vəliyeva Heyvagül Valeh qızının katibliyi, Cavabdeh X4, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 880 (səkkiz yüz səksən) manat məbləğində əsas borcun, 198 (bir yüz doxsan səkkiz) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 220 (iki yüz iyirmi) manat məbləğində saxlama haqqının və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (220 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən mallar bu günədək saxlanc anbarında saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 880 (səkkiz yüz səksən) manat təşkil etməkdədir. Tərəflərindən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq qeyd etmişlər ki, xx.xx.2024-cü il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 431,20 (dörd yüz otuz bir manat iyirmi qəpik) manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %i həcmində, yəni cəmi 198 manat dəbbə pulu tələb edilməkdədir. Daha sonra İddiaçı MMC 01 aprel 2025-ci il tarixdə sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixinə hesablanmış 1760 (bir min yeddi yüz altmış) manat məbləğində əsas borcun, 352 (üç yüz əlli iki) manat cərimə məbləğinin, tərəfindən göstərilmiş əlavə xidmətə görə 450 (dörd yüz əlli) manat xidmət haqqı və ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iştirakları olmadan baxış iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, əşyalar ona yox, onun keçmiş həyat yoldaşına məxsus olub. Onlar iddiaçı şirkətlə bir aylıq müqavilə bağlamışlar və həmin bir ayın ödənişini də etmişlər. Onlar hətta əşyaların götürülməsi ilə bağlı teleqramla da müraciət etmişlər. İddia tələbi təmin olunacağı təqdirdə əşyaların hərracdan satılmaqla borcun ödənilməsinə razıdır. Onlar əşyaların itməməsi üçün məcburiyyət qarşısında qalaraq onları mənzildən çıxarmışlar. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan əşyaların heç biri ona məxsus deyil. Əşyaların saxlandığı ərazi onlara məxsus deyildi və əşyaların çıxarılmasını tələb edirdi. Buna görə də onlar əşyaları saxlanca verdilər. İcra şöbəsindən də keçmiş həyat yoldaşına əşyalarını götürməsi barədə bildirsələr də, o, əşyaları götürməkdən imtina etmişdir. Əşyalar ona məxsus olduğundan ödənişləri də o ödəməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, cavabdeh X8 ilə oxşar məzmunlu izahat vermiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmiş, lakin onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə3 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, işə iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əmlaklara, sağlamlığa vurulmuş zərərlə bağlı Xəzər Rayon Məhkəməsində cavabdehlərə qarşı mülki iş üzrə mübahisələri davam etməkdədir. Özgənin əmlakını mülkiyyətçinin razılığı olmadan aparıb saxlanca verilməsi və bilərəkdən saxlanc saxlayanın xidmət haqqının ödənilməməsinə görə də həmin haqqın onlardan tutulmasını qanunamüvafiq hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, cavabdeh tərəfindən nikah dövründə Xəzər Rayon Məhkəməsinə X1 mənzildən çıxarılması ilə bağlı müraciət edilmişdir. Müraciət təmin olunmuşdur, daha sonra o, apellyasiya şikayəti vermiş, qətnamə qüvvədə saxlanılmışdır. Lakin kassasiya şikayəti verdikdən sonra qətnamə ləğv olunaraq apellyasiyaya geri qaytarılmışdır və əsaslandırılmışdır ki, həmin mənzil qanunsuz tikilidir. Həmin ərəfədə cavabdeh Xəzər Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir və müraciət təmin edilmişdir. O da cehiz və qızıl-zinət əşyalarının cavabdehdən alınıb X2 qaytarılması, həmçinin, sağlamlığına vurulan maddi və mənəvi zərərin ödənilməsini, mənzilə köçürülmə tələbi ilə müraciət etmişdir. Məhkəmədə belə hüquqi qiymət verilmişdir ki, həmin mənzil heç kəsin istifadəsində deyil, bu səbəbdən əşyaların üzərinə 1 ay müddətinə həbs qoyulmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən həmin əşyalar həbs müddətində götürülərək İddiaçı şirkəti vasitəsilə saxlanca qoyulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə X8 arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli malların anbarda saxlama müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər malların saxlayıcının Saray qəsəbəsində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişdirlər. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 220 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə X8 arasında bağlanılmış 03 sentyabr 2024-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını X4 istifadəsinə vermişdir. Bu müddət ərzində X8 tərəfindən saxlama haqqı olaraq ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. X4 ödəniş üzrə xx.xx.2025-ci il tarixinədək 222 gün gecikməsi müşahidə edilir. X4 İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə 1760 (bir min yeddi yüz altmış) manat əsas borcu, 2032,80 (iki min otuz iki manat səksən qəpik) manat cərimə məbləği təşkil edir. - İddiaçı MMC tərəfindən X6 ünvanlanmış pretenziya məktubundan görünür ki, X3 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 440 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə, cərimə məbləği də hesablanacaq cəmi məbləğ anbarda yerləşdirilmiş mallara yönəldiləcək və mallar satışa çıxarılacaqdır. Bu əsasla, məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. - İddiaçı MMC ilə X5 tərəfindən imzalanmış 1616 saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bayramova Ramilə iş üzrə iddiaçı (müqavilə üzrə saxlayıcı İddiaçı MMC) və cavabdeh (müqavilə üzrə tapşıran Kərimov Fərahil Gülverdi oğlu) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə görə tapşıran tərəfindən saxlayıcının anbarında yerləşdirilmiş, habelə həmin müqaviləyə əsasən tərtib edilmiş təhvil-təslim aktına uyğun olaraq aşağıdakı siyahıda əksini tapmış malları e- 2(004)-1337/2025 saylı iş üzrə cavabdeh (tapşıran) Cavabdeh sifarişinə əsasən Lerik şəhərində qəbul etməklə təhvil almışdır. s/s Əşyanın/ malın adı 1 1 yataq, 2 güzgü -3 kreslo - 4 kreslo/ 6 şkaf 15 taxt başı 7 şkaf altdığı, 9 şkaf başı 2 8 şkaf güzgüsü, 13 polka. 19 masa, 20 komot qapısı, 23 komot qapısı, 21,22 şkaf 3 24 servant başı, 12 - 1 tumbuçka, 11-17 stullar, 32 ütü alt 4 Kutular 21 ədəd, 1 ədəd böyük qutu 5 30 uşaq arabası, 33 stol ayağı, 34-35 çamadan, 36 taxt üstü 6 25 - komot, 26 - komot, 6 - komot 7 5 soyuducu, 39 - televizor altdığı, 40 - termo başlığı 8 41 - karniz, 29 - listur, 27 - listur, 38 - televizor 9 14 - istol ayaqları, 28 - listur, 42 - jurnalı 10 Döşək 5 ədəd, 4 ədəd yastıq, adyal 6 ədəd bağlama mitil 11 1 ədəd padnus, 2 ədəd çuğun ləyən, 1 ədəd 4ayaq 12 Paltar yuyan - tossoran 48 13 Divan – 49, 50 - soba, 51 - gül qabı, 14 Xalça 43-44-45-46-47 - İddiaçı MMC ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlanması” müqaviləsi üzrə Tapşıran tərəfindən Saxlayıcının anbarına təhvil verilmiş aşağıda sadalanan mallar 13 may 2025-ci il tarixində Cavabdeh tərəfindən təhvil alınaraq tam şəkildə anbardan çıxarıldı. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlanması” müqaviləsinin 3.4-cü bəndinə əsasən təhvil-təslim aktına uyğun olmaqla siyahıda qeyd edilən mallar tapşıranın sifarişi ilə anbar ərazisində X2 təhvil verilmiş və çatdırılması üçün Lerik şəhərinə göndərilmişdir. Kərimov Fərahiİ Gülverdi oğlu təsdiq edir ki, mallarda heç bir qüsur yoxdur, mallara dair Saxlayıcıya qarşı heç bir iradı və tələbi mövcud deyildir. - xx.xx.2025-ci il tarixli **********88 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli **********31 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 2 (iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli **********10 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 3 (üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli **********57 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. 830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 03 sentyabr 2024-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, təqdim etdiyi mallar iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Kərimov Fərahiİ Gülverdi oğlunun ödəniş üzrə 222 gün gecikməsi müşahidə edilir. X7 İddiaçı MMC-yə 1760 (bir min yeddi yüz altmış) manat əsas borcu təşkil edir. Məhkəmə iddia tələbinin 352 (üç yüz əlli iki) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 352 manat məbləğində deyil, 50 (əlli) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə iddia tələbinin “əlavə xidmətə görə 450 (dörd yüz əlli) manat xidmət haqqı hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı tərəfindən əlavə xidmətin göstərilməsi ilə bağlı 450 (dörd yüz əlli) manat məbləğində xərc çəkilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 46 manat dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1760 (bir min yeddi yüz altmış) manat məbləğində əsas borc və 50 (əlli) manat cərimə olmaqla, cəmi 1810 (bir min səkkiz yüz on) manat tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olan 46 (qırx altı) manatın 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1760 (bir min yeddi yüz altmış) manat məbləğində əsas borc və 50 (əlli) manat cərimə olmaqla, cəmi 1810 (bir min səkkiz yüz on) manat tutularaq İddiaçı MMCyə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 46 (qırx altı) manatın 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1337/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1337/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver