Məhkəmə qərarları › İş №e-2(004)-1355/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1355/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1355/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 84, mənzil 20 yeni qaydalarla AZ122 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən evindən Cavabdeh və onun ailə üzvlərinin çıxarılması və mənzilin iddiaçıya təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə satıcı cavabdeh X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ipotekasaxlayan olmaqla İK-İP-915-İ saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 84, mənzil 20 yeni qaydalarla AZ122 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86,10 kv.m., 2 otaqlı mənzili almışdır. Mənzili 264 aylıq ayda 902,92 manat ödəniş edir. Mənzil AR DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixli ********** nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun mülkiyyətinə qeydiyyata alınmışdır. Mənzili o, X2 almağına baxmayaraq həmin evdə cavabdeh ailəsi ilə birgə həmin mənzildə yaşayırdı. O, hərbiçi olduğu üçün və çox vaxt xidmətdə olduğuna görə etiraz etmirdi. Lakin artıq bir ildir ki, cavabdeh evdən çıxmaq istəmir. O, ona evin boşaldılaraq ona təhvil verməsi barədə pretenziya məktubu göndərmişdir. Lakin bu nəticə verməyib. AR Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəyə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1-ci maddəyə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bildirmişdir ki, bank ipoteka pulunu hər ay onun əməkhaqqından çıxsada o, öz evini istifadə edə bilmir. Cavabdeh orada yaşamağa davam edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qeydiyyatda olduqları ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda məhkəmə tərəfindən bildiriş çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Rayon Mənzil Təsərrüfatı Birliyinə də göndərilmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahat verərək bildirmişdir ki, o, mübahisəli mənzili Arzudan almışdır. O, evi satmaq məqsədilə almışdır. Evi ona satarkən ona bildirmişlər ki, evi yenidən özləri alacaqlar. Hətda ona aylıq kirayə puluda verirdilər. O, sonra mənzili ipoteka ilə iddiaçıya satmışdır. İddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, satıcı X5 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 84, mənzil 20 yeni qaydalarla AZ122 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 15, M10, 2 saylı mənzili alıcı (iddiaçı) İddiaçı xx.xx.2022-ci il tarixli İK-İP-915-İ saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında satmış və Daşınmaz Əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışına əsasən sözü gedən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 84, mənzil 20 yeni qaydalarla AZ122 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 15, M10, 2 saylı mənzil ********** saylı, xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsinə əsasən İddiaçı məxsusdur. Cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus mübahisə predmeti olan mənzildə məskunlaşmış və hazırda da, orada yaşamaqdadır. Cavabdeh evdən bir ildən çoxdur ki, çıxmaq istəmir, iddiaçı mənzilin boşaldılmasını tələb edir. Eyni zamanda işin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisi olmaqla, həmin mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1, sonuncu isə mənzili sonradan da, satmaq məqsədi ilə aldığı üçün köhnə mülkiyyətçinin mənzildə qalmasına etiraz etməmiş, cavabdeh hazırda artıq iddiaçının mülkiyyətində olan mənzildə ailə üzvləri ilə birlikdə qalmaqda davam edir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Həsən Zərdabi prospekti 84, mənzil 20, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Həsən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən çıxarılmalı və sözü gedən mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Həsən Zərdabi prospekti 84, mənzil 20, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Həsən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzildən çıxarılsın və sözü gedən mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar