Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1370/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh və digər cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X8 və X6 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X8 və X6 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilərək, cavabdehlər X1 azyaşlı uşaqları X8 və X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, 56 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, 56 saylı mənzil seriya RX №0314971, xx.xx.2013-cü il tarixli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə X3 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdurlar, nikah dövründə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il tarixli X9 doğulmuşdurlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ananın yanında qalması və aliment tələbi təmin edilmişdir. xx.xx.2018-ci il tarixdə mülkiyyətçinin razılığı ilə X3 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 86, 56 saylı mənzilə istifadə hüququnun tanınmasına baxmayaraq, tərəflər heç vaxt həmin mənzildə yaşamamışdırlar. Nikah pozulduqdan sonra cavabdehə azyaşlı uşaqları ilə birlikdə könüllü şəkildə mənzildən qeydiyyatdan çıxmağı barədə çoxsaylı təklifləri öz həllini tapmamışdır. Bakı 4 saylı Mediasiya təşkilatında keçirilən mediasiya seansında cavabdeh iştirak etməmişdir və onun mediasiyaya gəlməməsi etiraz kimi qiymətləndirilmişdir. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaqları iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin həmin mənzilə olan istıfadə hüquqları məhkəmə qətnaməsi əsasında itirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli mənzili 2013-cü il tarixdə əldə etmiş, nikah isə 2017-ci il tarixdə bağlanmışdır. Həmin mənzildə tərəflər bir gün olsun belə yaşamamışlar, onlar nikah pozulanadək iddiaçının anasının adına olan mənzildə yaşamışlar, mübahisəli mənzil həmişə icarədə olmuş və istifadə olunmamışdır. Ona görə də, cavabdehin həmin mənzilə istifadə hüququ yaranmamışdır. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaqları iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, özünün və uşaqların qeydiyyatdan çıxarılmasına razı deyil. Çünki hazırda uşaqları ilə kirayədə qalır və hara qeydiyyatda düşəcəklərini bilmir. Bundan başqa bildirmişdir ki, uşaqların ataları harada qeydiyyatdadırsa, uşaqların da həmin ünvanda qeydiyyatda olmaqlarını istəyir. Düzdür onlar ailə qurduqdan sonra qaynanasına məxsus başqa evdə yaşamış, həmin mənziə qeydiyyata düşşələrdə orada yaşamamışlar. O, həmin mənzilin harada yerləşməsinidə bilmir. Çünki əri heç bir zaman onları ora aparmamışdır. Hazırdas kirayədə qalır, maddi imkanı yoxdur. İddaçı tərəfindən ona kompensasiya verilərsə O, oradan qeydiyyatdan çıxmağa razı olar. İddiaşı isə ona bildirmişdirdi ki, uşaqların qəyyumluğun ona verdiyi halda ona kompensasiya ödəyər. Lakin o, bununla razılaşmayaraq iddiaçıya bildirmişdir ki, uşaqların himayəçiliyi onda qalmaqla iddiaçı istədiyi qədər uşaqlar onunla yaşaya bilər. O, həmçinin ona bildirmişdir ki, əgər bu iddia tələbi alimentə görədirsə, onda aliment kartını da ona verməyə hazırdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, mənzil 56 tam mülkiyyət üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1794 saylı reyestr kitabında 165100 nömrəli vərəqində qeydiyyata alımışdır. - 03 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin AZ-İV № 961082 saylı, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. - 03 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin AZ-İV № 961083 saylı, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X3 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 03 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 3928 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi iddiaçı X1 yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin AZ-İ №457203 saylı, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X7 arasında olan nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, 56 saylı mənzil tam mülkiyyət üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1794 saylı reyestr kitabında 165100 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər isə nikaha xx.xx.2017-ci il tarixdə daxil olmuşlar. İşin halları ilə o da, müəyyən edilmişdir ki, tərəflər arasında nikah bağlandıqdan sonra onlar mübahisəli mənzildə heç bir zaman yaşamamış, cavabdehlər iddiaçıya məxsus evdə pasport qeydiyyatında olsalar da, onların qeydiyyatı formal xarakter daşımışdır. Cavabdeh hazırda da, iddiaçıya məxsus evdə yaşamır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və xx.xx.2018-ci il tarixdə mülkiyyətçinin razılığı ilə cavabdeh və dugər cavabdehlərin qanuni nümayəndəsi Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 86, 56 saylı mənzilə qeydiyyatda düşmüş, lakin buna baxmayaraq, tərəflər heç vaxt həmin mənzildə yaşamamışlar. İşin bu halı cavabdehin etiraf edici izahati ilə də, öz təsdiqini tapmışdır. Tərəflər arasında olan nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hal-hazırda cavabdehlər mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlərdən X1 qanunu nümayəndəsi olduğu digər cavabdehlər, azyaşlı uşaqları X8 və X4 da, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 86, 56 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də, əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən tərəflər arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi iddiaçı X1 yanında qalması qət edilmişdir. Göründüyü kimi müvafiq qətnaməyə əsasən azyaşlı uşaqlar analarının himayəsinə verilmiş və hal-hazırda da, onunla bərabər yaşayırlar. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh azyaşlı övladları X8 və X9 ilə birlikdə İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 86, 56 saylı mənzildən istifadə hüququna xitam verilməlidir (itirilmiş hesab edilməlidir). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı övladları X8 və X9 ilə birlikdə İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 86, 56 saylı mənzildən istifadə hüququna xitam verilsin (itirilmiş hesab edilsin). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1370/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1370/2024
29.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver