Məhkəmə qərarları › İş №e-2(004)-1370/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1370/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1370/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: xidmət müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 526 nömrəli X3 təhsil almasına dair müqaviləyə əsasən 4420 azn borcun, xx.xx.2023-cü il tarixli 472 nömrəli X4 təhsil almasına dair müqaviləyə əsasən isə 6250 azn borcun, habelə ödənilmiş dövlət rüsumu 122 manatın, ümumilikdə 10792(on min yeddi yüz doxsan iki) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxs Azərbaycan Respublikasında qanuni əsaslarla qeydiyyatdan keçmiş və təhsil xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya təşkilatıdır. Cavabdeh İddiaçıya müraciət edərək cavabdehin iki azyaşlı övladının İddiaçı təhsil müəssisəsində təhsil almalarını xahiş etmişdir. Tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli 526 və 472 nömrəli iki müqavilə ilə cavabdehin azyaşlı övladları X8 və X3 ödənişli əsaslarla təhsil almışdır. xx.xx.2023-cü il tarixli 526 nömrəli X3 təhsil almasına dair müqaviləyə əsasən cavabdeh 2023-2024-cü tədris ili üçün iddiaçıya 10400(on min dörd yüz) manat təhsil haqqı ödəməli olduğu halda, cəmi 4420(dörd min dörd yüz iyirmi) manat ödəmişdir. xx.xx.2023-cü il tarixli 526 nömrəli X3 təhsil almasına dair müqaviləyə əsasən cavabdehin iddiaçıya 4420 azn təhsil xidmətlərinə görə borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 472 nömrəli X4 təhsil almasına dair müqaviləyə əsasən cavabdeh 2023-2024-cü tədris ili üçün iddiaçıya 12500(on iki min beş yüz) azn ödəməli olduğu halda, 6250(altı min iki yüz əlli) azn ödəmişdir. xx.xx.2023-cü il tarixli 472 nömrəli X4 təhsil almasına dair müqaviləyə əsasən cavabdehin iddiaçıya 6250 azn təhsil xidmətlərinə görə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən müqavilə üzrə tərəflər müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri icra etmək vəzifəsindədirlər. Tərəfmizdən yuxarıda qeyd edilən müqavilələrlə üzərimizə düşən öhdəliklər icra edilməsinə baxmayaraq cavabdeh tərəfin təhsil haqqını ödəmək kimi vəzifəsini tam icra etməmişdir.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, övladlarının anaları ilə bağlanmış nikah ikinci təhsil yarımilində yəni mart ayında analarının məhkəməyə müraciəti ilə pozulmuş, uşaqlar analarının himayəsinə verilmişdir. Bundan sonra məktəb rəhbərliyinə müraciət edərək, nikahının pozulmasını və uşaqların analarının himayəsinə verilməsini nəzərə alaraq müqavilənin anaları ilə bağlanmalı olduğunu, bundan sonra təhsil haqqını ödəməyəciyini bildirmiş, məktəb rəhbərliyi də məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra məsələnin həll olunduğunu güman etmişdir. Lakin övladlarının anaları müxtəlif yollarla uşaqların ikinci təhsil yarımilində də ödəniş edilməməsinə baxmayaraq təhsilə davam etmələrinə şərait yaratdığını və məktəb rəhbərliyinin də buna göz yummuşdur. Halbuki əvvəlki illərdə təhsil haqqının bir gün gecikdirildiyi halda uşaqların məktəbə buraxılmamışdır. Hazırda onun bu barədə məlumat verməsinə baxmayaraq məktəb rəhbərliyinin uşaqların ikinci təhsil yarımilində məktəbdə oxumasına şərait yaratmasının özlərinin məsuliyyətsizliyi olduğunu və bu hala görə cavabdehlik daşımadığını bildirir. Övladlarının anasına kifayət qədər yüksək məbləğdə aliment ödəyir. Buna baxmayaraq təhsil haqqı da ondan tələb edilir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı Təhsil Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi barədə S23/472 nömrəli, 11 may 2023-cü il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, bu müqavilə 2023-2024-cü il tədris ili üçün bağlanılmaqla, Cavabdeh ödənişli sifarişi əsasında X5 məktəbin orta təhsil bölməsində təhsil alması ilə əlaqədar tərəflərin hüquqlarını öhdəliklərini müəyyən edir və tərəflər arasında münasibətləri tənzimləyir.

7. Müqavilənin 4.1-ci bəndinə əsasən tədris ili üzrə təhsil haqqının məbləği və ödəniş qaydası bu müqaviləyə 1 nömrəli Əlavədə əks olunur. Növbəti tədris ili üçün təhsil haqqının məbləği hər ilin fevral ayında Himayədarlar Şurası tərəfindən müəyyən edilir. Tədris ili dedikdə 28 avqustdan 14 iyun tarixinədək olan müddət başa düşülür.

8. Müqavilənin 4.3-cü bəndinə əsasən hər ilin mayın 15-dək növbəti tədris ili üçün məktəb və valideyn tərəfindən yeni müqavilə imzalanır.

9. Müqaviləni 4.10-cu bəndinə əsasən valideny bununla təsdiq edir və razılaşır ki, təhsil haqqı vaxtında ödənilmədikdə və məktəb bununla əlaqədar olaraq şagirdi məktəbdən xaric etmək barədə qərar qəbul etdikdə, təhsil haqqının məbləği tam olaraq ödənilməyənədək məktəbin şagirdin sənədlərini özündə saxlamaq hüququ vardır.

10. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və əlavəllər müqavilənin ayrılmaz tərkib hissəsi olub tərəflərin qarşılıqlı razılığı əsasında edilə bilər.

11. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə bir tədris ili üçün bağlanır və tərəflərin onu imzaladığı andan qüvvəyə minir. Müqavilə tərəflərdən biri ona xitam verməyənədək, yaxud qanunvericiliyə əsasən qüvvəsini itirmiş hesab edilməyənədək tədris ili ərzində öz hüquqi qüvvəsini saxlayır.

12. Müqaviləyə 11 may 2023-cü il tarixli S23/477 nömrəli 01 nömrəli Əlavədə 2023-2024-cü tədris ili üçün təhsil haqqı cədvəli öz əksini tapmışdır.

13. İddiaçı Təhsil Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi barədə P23/526 nömrəli, 11 may 2023-cü il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, bu müqavilə 2023-2024-cü il tədris ili üçün bağlanılmaqla, Cavabdeh ödənişli sifarişi əsasında X6 məktəbin orta təhsil bölməsində təhsil alması ilə əlaqədar tərəflərin hüquqlarını öhdəliklərini müəyyən edir və tərəflər arasında münasibətləri tənzimləyir.

14. 12 dekabr 2024-cü il tarixli təhsil haqqı və ödəniş haqqında məlumata əsasən şagirdlər X9 üçün 4420 manat və X10 üçün 6250 manat məbləğində pul ödənilməlidir.

15. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 02 oktyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehin övladlarının 2023-2024-cü tədris ili üzrə təhsil haqqlarının ödənilməməsi və gecikmə faizinin hesablanması barədə xəbərdarlıq etmişdir.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Təhsil Kompleksi” MMC ilə X1 arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi barədə 11 may 2023-cü il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, bu müqavilə 2023-2024-cü il tədris ili üçün bağlanılmaqla, Cavabdeh ödənişli sifarişi əsasında X5 və X3 məktəbin orta təhsil bölməsində təhsil alması ilə əlaqədar tərəflərin hüquqları və öhdəlikləri müəyyən edilmişdir. Cavabdeh tərəfindən X9 üçün 8840 manat ödənilməli olduğu halda 4420 manat, X10 üçün isə 12500 manat ödənilməli olduğu halda 6250 manat ödənilmişdir. Hazırda cavabdehin X9 üçün 4420 manat, X10 üçün isə 6250 manat olmaqla, ümumiliikdə, 10670 manat ödənilməlidir.

27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 526 nömrəli təhsil almasına dair müqaviləyə əsasən 4420 manat borc, xx.xx.2023-cü il tarixli 472 nömrəli təhsil almasına dair müqaviləyə əsasən isə 6250 manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

28. Məhkəmə cavabdehin övladlarının təhsil aldığı ikinci təhsil yarım ili üzrə ailə münasibətlərində dəyişikliyin olması və övladlarının anaları ilə bağlanmış nikaha xitam verilməsi və övladlarının analarının himayəsinə verilməsi ilə bağlı müqavilənin onunla deyil, övladlarının anaları ilə bağlanmalı olması dəlilinə münasibətdə qeyd edir ki, hazırki halda müqavilə üzrə tərəf Cavabdehdur. Cavabdeh tərəfindən nikah münasibətlərinə xitam verilməsi, uşaqların analarının himayəsinə verilməsi, həmçinin onunla iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa cavabdehin müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməsi ilə bağlı sübut təqdim edilməmişdir.

29. Halbuki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

31. Məhkəmə qeyd edir ki, övladlarının anasının himayəsinə verilməsi cavabdehlə bağlanmış müqaviləyə xitam verilməsinə birbaşa əsas vermir. Müqaviləyə xitam verilməsi və ya dəyişdirilməsi qanunvericilikdə və müqavilədə göstərilən qaydada yazılı qaydada həyata keçirilməlidir. Nə qədər ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilməmişdir, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməyə borcludur.

32. Həmçinin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 122 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 526 nömrəli təhsil almasına dair müqaviləyə əsasən 4420 manat borc, xx.xx.2023-cü il tarixli 472 nömrəli təhsil almasına dair müqaviləyə əsasən isə 6250 manat borc və ödənilmiş 122 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10792 (on min yeddi yüz doxsan iki) manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar