Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1372/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən sahiblik, istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin təhvil verilməsi, kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən sahiblik, istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin təhvil verilməsi, kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 28 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 350 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 07 mart 2024-cü il tarixdə AZEMİS vasitəsilə ərizə təqdim edilərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hAzırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçınə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən sahiblik, istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin təhvil verilməsi, kirayə haqqının cavabdehə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 29 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı MMC-nə (Benefisiar bank: Kapitalbank ASC Gənclik filialı Filialın kodu: 200189, VÖEN ********** SWİFT kod: AİİBAZ2XXXX Müxbir hesab AZ37NABZ********************, Benefisiarın adı: RR CONSTRUCTİONS MMC, Benefisiarın hesabı: AZ94AİİB400300C**********118, Benefisiarın VÖEN-i **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1372/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1372/2024
19.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver