Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1374/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzillərin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “mənzillərin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və maneələrin aradan qaldırılması” tələbinə dair "xxxx" MMC tərəfindən Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə 12 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 5 giriş (blok) 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 134,9 kv.m olan 3 otaqlı 96 saylı, ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı 100 saylı və ümumi sahəsi 160 kv. M olan 3 otaqlı 97 saylı mənzillərin mənə təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması iddia ərizəsi ilə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 5 giriş (blok) 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 134,9 kv.m olan 3 otaqlı, 96 saylı, ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı 100 saylı və ümumi sahəsi 160 kv.m olan 3 otaqlı 97 saylı mənzillərə dair iddiaçı ilə MMC arasında 17 aprel 2015-ci il tarixdə 403,404 və 405 nömrəli Müqavilələr bağlanmışdır. Elə həmin tarixdə də mənzilin dəyəri iddiaçı tərəfidən tam ödənilmişdir. Ödənişin edilməsinə dair "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə Maliyyə Arayışları verilmişdir. Binanın tikintisi uzun müddətdir ki, davam edir. Onlarda olan məlumata görə artıq binada təmir-tikinti işləri aparılır və sakinlər mənzillərə köçürlər. Əldə etdikləri digər məlumatlara görə Şirkət Rəhbərliyi mənzilləri başqa şəxslərə sataraq qeyriqanuni yollarla varlanmaq niyyətindədirlər. Hazırda hesab edir ki, iddiaçının dəyərini ödədiyi mənzillər onun istifadəsinə verilməli və mənzillərdə təmir–tikinti işlərinin aparılması üçün bütün zəruri şərait yaradılmalıdır. O yeddi ildən artıqdır ki, mənzillərin təhvil verilməsini gözləyir. Artıq 3 ildən çoxdur ki, Kirayə mənzillərdə yaşayır və 1000 manatdan cox kirayə haqqı ödəyirlər. Uzun müddət keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh "xxxx" MMC tərəfindən mənzillər ona təhvil verilməmiş və digər öhdəliklər də icra edilməmişdir. Şirkətə tərəflərindən dəfələrlə edilmiş müraciətləri heç bir nəticə verməmişdir. Tərəfindən MMC-yə Pretenziya məktubları da göndərilmişdir. Lakin Pretenziyaya hələ də cavab verilməmişdir. Ona görə də məhkəməyə hazırki iddia ilə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının ərizəsi ilə cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Cavabdeh MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 403 nömrəli müqavilənin surətinə əsasən payçı 160000 ABŞ dolları məbləğini podratçıya tam ödəməklə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 16, ümumi sahəsi 160 m2 olan izolə olunmuş 3 otaqdan ibarət 97 saylı mənzilinin tikintisini podratçıya həvalə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 16, ümumi sahəsi 160 m2 olan izolə olunmuş 3 otaqdan ibarət 97 saylı mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 404 nömrəli müqavilənin surətinə əsasən payçı 134900 ABŞ dolları məbləğini podratçıya tam ödəməklə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 16, ümumi sahəsi 134,9 m2 olan izolə olunmuş 3 otaqdan ibarət 96 saylı mənzilinin tikintisini podratçıya həvalə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 16, ümumi sahəsi 134,9 m2 olan izolə olunmuş 3 otaqdan ibarət 96 saylı mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 405 nömrəli müqavilənin surətinə əsasən payçı 96500 ABŞ dolları məbləğini podratçıya tam ödəməklə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 16, ümumi sahəsi 96,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 100 saylı mənzilinin tikintisini podratçıya həvalə edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 12-də inşa olunan 5 girişli 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 16, ümumi sahəsi 96,5 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 100 saylı mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09 mart 2023-cü il tarixli **********065200 saylı sorğuya cavabından görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2007-ci il tarixdə 0107-P333- 48736 nömrə ilə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nə (VÖEN **********) qoşularaq ləğv edilməsi barədə məlumat mövcuddur. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə mənzillərin tikintisinə dair müqavilə bağlamış, müqavilə üzrə öhdəliyini yerinə yetirərək şirkətə üç müqavilə üzrə müvafiq olaraq 160000 ABŞ dolları, 134900 ABŞ dolları və 96500 ABŞ dolları məbləğində ödəniş etmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun olmamasına dair maliyə arayışları verilmişdir. Buna baxmayaraq cavabdeh öhdəliklərini pozaraq müqavilə ilə müəyyən edilmiş mənzilləri iddiaçıya bugünədək təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin məcəllənin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin məcəllənin 55.5-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanda inşa edilən yaşayış binasının giriş 5 (blok), 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 134,9 kv.m olan 3 otaqlı 96 saylı, həmin binanın giriş 5 (blok), 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv. m olan 3 otaqlı 97 saylı və həmin binanın giriş 5 (blok), 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı 100 saylı mənzillərinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 12 ünvanda inşa edilən yaşayış binasının giriş 5 (blok), 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 134,9 kv.m olan 3 otaqlı 96 saylı, həmin binanın giriş 5 (blok), 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv. m olan 3 otaqlı 97 saylı və həmin binanın giriş 5 (blok), 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 96,5 kv.m olan 2 otaqlı 100 saylı mənzillərinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun və İddiaçı mülkiyyət hüququna yaradılmış məhdudiyyətlər aradan qaldırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1374/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1374/2023
03.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver