Məhkəmə qərarları › İş №e-2(004)-1377/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1377/2024

29.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1377/2024 29.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İlkin iddia tələbi üzrə cavabdeh, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehın Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və onun ailə üzvlərinin ünvan 2 fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi,İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 49,1 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insittutunnun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir.Fərdi yaşayı iş evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar.Lakin, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 40,93 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyriyaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Daha sonra iddiaçı RR Constructions MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət qaydasında ona məxsus mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh və onun ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m olan 1 ədəd 2 otaqlı yeni, tam təmirli mənzilin Cavabdeh verilməsi, mənzil "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilənədək Cavabdeh hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli və xx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən sərəncamlara əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış 1761 saylı torpaq sahəsinin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ətrafında yerləşən torpaq sahələrinə dair 49 il müddətində icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən İddiaçı MMC hər il dövlət büdcəsinə 161 740,08 AZN ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2023- cü il tarixli 3-35/3-3-131/2023 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində lahiyələndirilən yaşayış və qeyri-yaşayış binalarının Şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi sənəd üzrə 40,93 kv.m faktiki olaraq 70 kv.m ("xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən) olan mənzilin mülkiyyətçisi Cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Belə ki cavabdehin sənədli sahəsinin 40,39 kv.m üzərinə kompensasiya olaraq 20% əlavə sahə və istifadəsində olan digər özbaşına tikili sahəsinə görə isə mövcud sahəyə uyğun olaraq əvəzləşdirilməklə ( Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarına uyğun olaraq) ümumi sahəsi 82,30 kv.m olan 2 otaqlı mənzil təklif edilsə də o bu təklifə razılaşmayaraq öz hüququndan sui-istifadə etmişdir.Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, ev 17 ünvanında yerləşən yaşayış evinin (mənzilin) sökülməsinin və həmin əmlaka qanunsuz müdaxilələr edilməsinin cavabdeh İddiaçı MMC-yə qadağan edilməsi, iddiaçı Cavabdeh əmlakından sərbəst şəkildə istifadə etməsinə cavabdeh tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması və evin dam örtüyünün bərpa edilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Bakı şəhər Yasamal rayonu, X25 küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, həmin evi xx.xx.2015-ci il tarixində alqı-satqı müqaviləsi yolu ilə X1 almışdır. Cavabdeh həmin mənzilə hüquqları xüsusi mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2015-ci il tarixində ********** nömrə ilə qeydiyyatdan keçirilərək RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Çıxarışda mənzilin 2-ci mərtəbədən 3 otaq (ü/s- 40.93 kv.m, y/s-35.33 kv.m, k/s-5.6 kv.m.) olduğu qeyd edilsə də, əslində faktiki olaraq 2 mərtəbəli və 4 otaqlı olmaqla ümumi sahəsi təxminən 80 kv.m.dir və iddiaçı onu məhz mövcud vəziyyətdə almışdır. Cavabdeh İddiaçı (VÖEN: **********) Bakı şəhərinin müxtəlif ərazilərində, eləcə də iddiaçının yaşadığı ərazidə yüksək mərtəbəli binaların tikintisini həyata keçirir. Ərizəyə əlavə edilən fotoşəkillərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının yaşadığı ərazi hasara alınmaqla orada əsaslı söküntü-tikinti işləri aparılır, iddiaçıya məxsus yaşayış evinə bitişik olan və qonşuluqda yerləşən evlər dağıdılır və bütün gün ərzində ərazidə böyük texnikalar, nəqliyyat vasitələri və çox sayda işçilər fəaliyyət göstərir. Cavabdeh tərəfindən ərazi tam hasara alınaraq giriş-çıxış, o cümlədən ərizəçinin evinə sərbəst şəkildə giriş-çıxış məhdudlaşdırılır, iddiaçının evinə məxsus işıq, su, qaz sayğaclarının yeri davamlı şəkildə cavabdeh tərəfindən özbaşına dəyişdirilir, yüksək tonajlı texnikalar xüsusilə gecə vaxtı torpaq və digər əşyaların daşınması, söküntütikinti işləri həyata keçirilir. Tikinti sahəsinin ortasında qalan iddiaçıya məxsus yaşayış evinə bitişik olan evlər sökülərkən iddiaçıya məxsus evə ciddi şəkildə zərər vurulur, qəzalı vəziyyətə salınır. Hətta iddiçıya məxsus evin dam örtüyü də onun heç bir razılığı və məlumatı olmadan cavabdeh tərəfindən uçurulmağa çalışılmış, dam örtüyünün bir hissəsi sökülmüş və yalnız iddiaçının müdaxiləsindən sonra dayandırılmışdır. Bununla yanaşı cavabdeh mütəmadi olaraq iddiaçıya süni problemlər yaratmaqla, ona təzyiq göstərməklə, mənzildən sərbəst istifadə etməyinə çətinliklər törətməklə, barəsində müxtəlif orqanlara əsassız şikayətlər etməklə, davamlı tanımadığı şəxslər evinə gəlməklə onun məcburiyyət qarşısında qalıb evdən çıxmasına çalışır. Cavabdehin bütün bu qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan və dövlət tərəfindən təminat verilən xüsusi mülkiyyət hüququ kobud şəkildə pozulur, həmçinin onun sağlamlığı, həyatı və əmlakı üçün ciddi təhlükə yaradılır. Bununla bağlı iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə edilən qəsd və başqa maneələrə son qoyulmasını dəfələrlə tələb etsə də, cavabdeh onun etirazlarına məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə iddiaçı cavabdeh tərəfindən mülkiyyətə qanunsuz müdaxilə edilməsinə son qoyulması, əmlakdan sərbəst istifadəyə yaradılan maneələrin aradan qaldırılması, evin dam örtüyünün bərpa edilməsi və həmin evin sökülməsinin cavabdehə qadağan edilməsi tələbinə dair qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3126/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair 2(004)-3126/2024 nömrəli və İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzilə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, yaşayış evindən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay kirayə haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1377/2024 nömrəli mülki işlər bir icraatda birləşdirilmiş və mülki işə 2(004)-1377/2024 nömrəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, irəli sürdüyü iddia tələbini isə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona qarşiri irəli sürülmüş ddia tələbi ilə razı deyil. O, mənzilin əvəzində ona tikiləcək binadan yeni mənzil verilməsini deyil, ədalətli kompensasiya verilməsini isdəyir. Belə ki, iddiaçı tikiləcək binada mənzilləri ən azı kv.m 3500 manatdan satacaqdər. Həmin ərazidə hazırda da, evlər bu qiymətədir. Odur ki, o da, ona hər kv.m 3500 manatdan hesablanmaqla nagd pul veriməsini isdəyir. Əks halda o razı deyil. İddiaçı tərəf isə onlarla razılığa gəlmək isdəmir. Bundna başqa ıtrafda tikinti işləri apararaq bütütn ərazini hasarlamış və giriş-çıxışa qadağalar qoymuşlar. Onun evinə gələn heç kimi əraziyə buraxmılllar. Eləcə də, aparılmış söküntülər zamanı onun evi zərər görmüşdür. Odur ki, məhkəmədən ilkin iddia tələbinin rədd, onun iddiasının isə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, irəli sürülmüş iddia tələbini isə müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı əsassız və qanunsuz olaraq ərazidə mənzilləri sökür və yerdə qalan sakinlərə müxdəlif yollarla təsirlər edirlər ki, onlarda razılaşsınlar. Hazırda mülkiyyətçilər və evdə yaşayan ailə üzvləri öz evlərinə belə girib çıxa bilmirlər. Onların tələbi ədalətli və real kompensasiya verilməsidir ki, buda 3500 manat təşkil edir. Hesab edir ki, mülkiyyətçilərin mülkiyyət hüququ konstitutsiya ilə qorunur və toxunulmazdır. Bu səbəbdən də, ilkin iddia rədd edilməli, onların iddia tələbləri isə təmin edilməlidir. Məhkəmə iclasınıın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin onun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi (RR Construction MMC-nin Cavabdeh qarşı iddiası təmin edilməli, ikinci iddia üzrə (Cavabdeh İddiaçı MMC-yə qarşı iddiası) iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş:  DƏDRX tərəindən verilmiş RX0794002 seriya nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında 2-ci mərtəbədən 3 otaqlı mənzil X7 mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin çıxarışdan görünür ki, həmin ünvanda 2 otaq X6, 1-ci mərtəbədən bir otaq X13, 2-ci mərtəbədən 2 otaq X4, 1-ci mərtəbədən 2 otaq X14, 2-ci mərtəbədən 2 otaq X5, 1 otaq X2 mülkiyyətindədir.  DƏDRX tərəfindən verilmiş RX1307969 seriya nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında 1 otaq X3 mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.  Məhkəmə Ekspertizası Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqat obyektinin faktiki vəziyyətini müəyyən etmək üçün aparılmış ölçü işlərinə əsasən X10 məxsus ünvan 7 ünvanında yerləşən mənzilin ümumi sahəsi 70 kv metr təşkil edir.  Məhkəmə Ekspertizası Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,93 kv.metr, tikintialtı sahəsi 70,0 kv.metr təşkil edən mənzilin 25 yanvar 2024-cü il tarixinə bazar dəyəri: 115.500,0 (bir yüz on beş min beş yüz) manat təşkil edir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40,93 kv.metr, tikintialtı sahəsi 70,0 kv.metr təşkil edən mənzilin (təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla) hazırkı dövrə olan orta aylıq kirayə haqqının məbləği 550.0 (beş yüz əlli) manat/1 ay təşkil edir.  Bakı şəhəri İHB-nın xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Yasamal rayonu. X28 Məmmədquluzadə. İbrahimpaşa Əbilov, X19 X20, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında 'RR Constructions' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyriyaşayış binalarının tikintisi üçün “RR Constructions" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən RR Construction MMC-yə ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu,İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, M.Naxçıvani və F.ibrahimbəyov küçələrinin əhatəsində yerləşən 4,32 hektar torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi MMC-yə göndərimişdir  Bakı şəhər İcra Hakimiyyəti ilə RR Construction MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1761№li Torpaq icarə müqaviləsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçının 265 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarxli MİHO/2.1.2-2-2022-6461 nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal r., İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır. 1.1 «İcarəyəverən» icarə əsasında sahəsi 43200 (qırx üç min iki yüz)kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəyə vermişdir. Torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün verilir. «İcarəçi» hər il 161 740 (yüz altmış bir min yeddi yüz qırx) manat 80 qəpik icarə haqqı ödəməyi öhdəsinə götürür.  Layihəçi RR Construction MMC ilə X15 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 9 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 1 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. “Layihəçi” "xxxx"nin mənzilinin faktiki sahəsi olan 30 kv.m ümumi sahəsinə 20% əlavə etməklə (cəmi 36 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 300 manat kirayə haqqı ödənilməklə, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür.  Layihəçi RR Construction MMC ilə X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Layihəçi Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov 28 ünvanında yerləşən ‘Mülkiyyətçi"-nın mülkiyyətində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) sokuntusunü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçi'nin mənzilinin faktiki sahəsi olan 38 kv.m umumı sahəsinə əlavə etməklə ümumi sahəsi 47 kv.m (daxılı parametrlər) olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmırlı yeni mənzili “Mülkıyyətçı'-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 2 Həmçinin, Layihəçi” “Mülkiyyətçiyə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 450 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin söküntüsü üçun “Layihəçi’yə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada yem tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.  Layihəçi RR Construction MMC ilə X18 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 11 ünvanında yerləşən (DƏDRX-nin verdiyi RX seriyalı ******* nömrəli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışa əsasən) "xxxx"yə məxsus 3 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə söküntüsünü və bu sahədə 24 ay ərzində yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçinin mənzilinin faktiki sahəsi olan 120 kv.m ümumi sahəsinə 20% əlavə etməklə və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılığına əsasən əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür.  Layihəçi RR Construction MMC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 12 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. "xxxx"nin mənzilinin faktiki sahəsi olan 22 kv.m ümumi sahəsinə əlavə etməklə ümumi sahəsi 28 kv.m (daxili parametrlər) olan, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş, tam təmirli yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin, “Layihəçi” "xxxx"yə bu tikinti başa çatdırılıb yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür.  Layihəçi RR Construction MMC ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Layihəçi” ünvan 13 ünvanında yerləşən "xxxx"-nin sahiblik və istifadəsində olan 2 otaqlı mənzili bu Müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək. “Layihəçi" "xxxx"nin mənzilinin faktiki sahəsi olan 53 kv.m ümumi sahəsinə 20% əlavə etməklə (cəmi 63 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 400 manat kirayə haqqı ödənilməklə, bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə yeni mənzili "xxxx"-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri İHB-nın xx.xx.2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, X28 Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi X20, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında 'RR Constructions' Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün “RR Constructions" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 70 kv.m ("xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən) olan fərdi yaşayış evinin mülkiyyətçisi ilə razılıq əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X12 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X12 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərində nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyubqoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub-pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır. İlkin iş üzrə iddiaçının sökülməsini tələb etdiyi yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətində olmasını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X12 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı» xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) - obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Beləliklə, məhkəmə Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi olan ərazidə, hal-hazırda baxış keçirilən ərazidə söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını diqqətə alınaraq yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq iddia tələbinin Cavabdeh paylı mülkiyyət hüququ ilə ona məxsus ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna xitam verilməsini, onun ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin tam olaraq boşaldılması və sökülməsini hissəsini əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Cavabdeh qeyd edilən ünvanda yaşamağa davam etməsi onun həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, onun MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, Cavabdeh söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını ərazidən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, ilkin iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. Məhkəmə həmçinin iddia tələbinin sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzilin Cavabdeh təhvil verilməsi, cavabdeh ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüşdür.Hazırkı halda xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanında yerləşən mənzilin ümumi sahəsi 40,93 kv.metr, tikintialtı sahəsi 70,0 kv.metr təşkil edir. Həmin sahəyə əlavə 20% hesablanmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh təhvil verilməli mənzilin sahəsi 82,3 kv metr təşkil etməlidir. Bundan başqa Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki tarixə orta aylıq kirayə haqqı 550 (beş yüz əlli) manat/1 ay təşkil edir. Bu səbəbdən də cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Sübhi Salayev küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməlidir. Məhkəmə ikinci iddia, Cavabdeh İddiaçı MMC-yə qarşı Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi, ev 17 ünvanında yerləşən yaşayış evinin (mənzilin) sökülməsinin və həmin əmlaka qanunsuz müdaxilələr edilməsinin cavabdeh İddiaçı MMC-yə qadağan edilməsi, iddiaçı Cavabdeh əmlakından sərbəst şəkildə istifadə etməsinə cavabdeh tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması və evin dam örtüyünün bərpa edilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması tələbinə qarşı iddiası üzrə qeyd edir ki, həmin iddi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan və dövlət tərəfindən təminat verilən xüsusi mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu, həmçinin onun sağlamlığı, həyatı və əmlakı üçün ciddi təhlükə yaradıldığını bildirsə də, məhkəmə, yuxarıda qeyd olunan hallara əsasən iddianı əsassız hesab edir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən tərəfindən ilkin iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə ona istifadəsində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə ilkin iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə xatırladır ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə Cavabdeh ona məxsus ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna xitam verilməli, Cavabdeh ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin mənzil tam olaraq boşaldılmalı və sökülməli, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh təhvil verilməli, cavabdeh ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməli, həmçinin məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ikinci iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh ona məxsus ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna xitam verilsin. Cavabdeh ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın, həmin mənzil tam olaraq boşaldılsın və sökülsün. Sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh təhvil verilsin. Cavabdeh ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin. İkinci iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi tələbinə dair iddia tələbi rədd edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar