Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1386/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat X11 Şəxsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat X1rşı “əmək müqaviləsinin bağlanmış hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat X1rşı “əmək müqaviləsinin bağlanmış hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında 22.07.2021-ci il tarixdən 6 saylı Abşeron DOST Mərkəzində sosial agent vəzifəsi üzrə əmək müqaviləsinin bağlanmış hesab edilməsi və qeyd edilən vəzifə üzrə olan aylıq əməh haqqı məbləği məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək ödənilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.09.2020-ci il tarixdə DOSTAgentliyinin 4 saylı Bakı DOST Mərkəzi və 6 saylıAbşeron DOST Mərkəzində sosial agent (məsləhətçi) vəzifəsinin tutulması üçün keçirilən müsabiqədə uğur qazanaraq məşğulluq xidmət sahəsi üzrə uyğun hesab edilmişdir. 2021-ciilin iyul ayına qədər Abşeron DOST Mərkəzində işə qəbulla bağlı bütün proseslərdən müvəffəqiyyətlə keçmişdir. 06.07.2021-ci il tarixdə DOSTAgentliyinin Təminat şöbəsi tərəfindən iddiaçıya sosial agentlər üçün nəzərdə tutulan geyim forması təhvil verilmişdir. 15.07.2021-ci il tarixdə iddiaçının DOST X4 sədri cənab Fərid Məmmədova işə təyin olunmaqla bağlı ünvalandığı ərizə qeydə alınaraq qəbul olunmuş və müraciəti “esosial.az” elektron hökumət portalında şəxsi kabinetində yerləşdirilmişdir. Elə həmin tarixdə DOST Agentliyinin İnsan resurslarının idarə ediməsi və təlim departamentinin İnsan resursları şöbəsinin əməkdaşı tərəfindən iddiaçının mobil əlaqə nömrəsinə ( +994 5********) zəng olunaraq, iyulun 17-sinə kimi işdənçıxma ərizəsini yazmağını, əmək müqaviləsinə xitam verilməli olduğunu və iyulun 22-də Abşeron DOST Mərkəzində təyin olunacağı sosial agent (məsləhətçi) vəzifəsi üzrə xidmətə başlayacağını bildirdilər. Beləliklə, iddiaçıya verilən göstərişə uyğun olaraq DMA-nın İdarə Heyətinin sədri cənab X8 Məcəlləsinin 69.3-cü bəndində nəzərdə tutulan şərtlərdən birinə (başqa işəgötürənlə əmək müqaviləsi bağlandıqda) müvafiq olaraq xəbərdarlıq müddəti (1 ay) gözlənilmədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ünvanladığı ərizə 17.07.2021-ci il tarixdə qeydə alınaraq qəbul olunmuş və elə həmin tarixdəcə DMA ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 22.07.2021-ci il tarixdə 6 saylı Abşeron DOST Mərkəzində sosial agent vəzifəsi üzrə xidmətə başlamış və onun adı Mərkəzə göndərilən əməkdaşların siyahısında yer almışdır. 23.07.2021-ci il tarixdə DOST Agentliyinin İnsan resursları şöbəsinin müdiri və əməkdaşları tərəfindən iddiaçının işə qəbul əmrinin verilməsində problem yarandığı və təyinatının aparıla bilməyəcəyi bildirilmişdir. İddiaçı yaranmış problemin səbəbini soruşduqda isə ona əvvəlki iş yerində (X6) çalışdığı şöbənin (Məşğulluq tədbirləri) fəaliyyəti ilə bağlı Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən 27.05.2021- 03.06.2021-ci il tarixdə aparılan xidməti araşdırmanın yekunu olaraq aşkar olunan nöqsanlarla bağlı olduğu bildirildi. Halbuki, xidməti araşdırmanın əhatə etdiyi dövrdə (01.01.2020-01.05.2021) iddiaçının fəaliyyəti ilə bağlı hər hansı bir nöqsan, qanunazidd əməl, neqativ hal aşkar olunmamışdır. Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırmanın nəticələri ilə bağlı cənab nazirin 02 iyul 2021ci il tarixli yekun əmrində iddiaçının fəaliyyəti, vəzifə funksiyalarının icrası ilə bağlı hər hansı bir qanunazidd əməl, nöqsan, neqativ hal aşkar olunduğu qeyd olunmamış və iddiaçıya qarşı ƏM-nin 186-cı maddəsindəki hər hansı bir intizam tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmamışdır. Əgər iddiaçının fəaliyyəti ilə bağlı hər hansı bir nöqsan aşkar olunsaydı, DOST Agentliyinin İnsan resursları şöbəsi tərəfindən işə təyin olunmaqla bağlı ərizə qəbul olunmaz və işdən çıxma ərizəsinin yazılması göstərişi verilməz, eyni zamanda geyim forması təhvil verilməz və iyulun 22-də Abşeron DOST Mərkəzində işə başlayacağı, onunla əmək müqaviləsi bağlanacağı bildirilməzdi. Eyni zamanda DOST Agentliyinin İnsan resursları şöbəsi tərəfindən iddiaçıya işə təyin olunmaqla bağlı Müşahidə Şurasının (Nazirlik) rəyinin işə təyin olunmaq əmrinin verilməsi anına qədər müsbət olduğu, son anda-22.07.2021-ci il tarixdə Nazirlik tərəfindən Abşeron DOST Mərkəzində sosial agent vəzifəsinə işə təyin olunmasının əngəlləndiyi bildirilmişdir. Bütün bu qeyd edilənlər iddiaçıya qarşı haqsız münasibətin baş verməsini və onun əmək hüquqlarının kobud şəkildə pozulmasını göstərir. AR Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimaisosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. İddiaçı 2016-cı ildə dövlət qulluğu müsabiqəsindən müvəffəqiyyətlə keçərək 26.10.2016-cı il tarixidə Nazirlik yanında Dövlət Məşğulluq xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsi üzrə qulluğa qəbul olunmuşdur. 30.07.2020-cı il tarixə qədər Mərkəzin Aktiv məşğulluq tədbirləri sektorunda müvafiq vəzifə üzrə xidmət keçmiş, vəzifə funksiyalarının icrası dövründə daima fərqlənmiş, Xidmət tərəfindən dövlət qulluqçularının illik qiymətləndirilməsi zamanı yüksək nəticə əldə etmişdir. Mərkəzdə qulluq keçdiyi dövrdə peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsi, peşə hazırlığı kurslarının təşkilini həyata keçirmişdir. Müxtəlif vaxtlarda X12 Peşə Təhsili Mərkəzində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsində DMX əməkdaşlarının bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlərdə fəal iştirak etmişdir. 2019-cu ilin aprel- may aylarında Avropa İttifaqının (Aİ) “ Dövlət Məşğulluq Xidmətinin modernləşməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dəstək” TVİNNİNQ layihəsi çərçivəsində “Təlimçilərin təlimi” seminarında iştirak edərək sertifikatla təltif olunmuş, 04.10.2019-cu il tarixdə DMX-nin təlimçisi kimi təsdiq olunmuşdur. 17 iyul 2021-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmrdən də göründüyü kimi başqa işə götürənlə əmək müqaviləsi şərti ilə işdən çıxmaya dair ərizə verilmiş olduğundan digər işə götürənin müqavilə bağlamaması nəticəsində işdən çıxmaya dair iddiaçının vermiş olduğu ərizəsi etibarsız hesab olunmalı olsa da belə olmamışdır. İddiaçı işə bərpa edilməmiş, bununla da onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Əvvəlki işəgötürən işçinin işdən çıxma ərizəsini qəbul etmişsə işçinin eyni Nazirlik daxilində olan digər agentliyə işə qəbul olunduğunu bilirdi. İddiaçı mübahisənin baş verdiyi dövrdə imtahan verərək DOST agentliyinə müsabiqədən keçərək işə dəvət almış və 2 gün hətta yeni işə getmiş, bu səbəbdən də yeni əmrin verilməsi üçün məhz işdən çıxmağa dair ərizə yazmışdır. Belə çıxır ki, yeni işəgötürənlə əmək müqaviləsi hələ bağlanmamış iddiaçı aldadılaraq ərizəsi alınmışdır. İddiaçı 05.08.2020-ci il tarixdə cənab Prezidentin 30 dekabr 2019-cu il tarixli fərmanı əsasında DMX-nin nəzdində yaradılmış ƏƏSMN tabeliyində X6 X15 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində böyük mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Daxili iş bölgüsünə uyğun olaraq Məşğulluq tədbirləri şöbənin Peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə hazırlığı kurslarının təşkili işinə təhkim olunmuşdur. Pandemiya səbəbindən kütləvi tədbirlərin və peşə hazırlığı kurslarının təşkilində fasilə yarandığından Mərkəz filialının müdirinin göstərişi ilə özünüməşğulluq proqramının icrasına təhkim olunmuş, vəzifə funksiyalarının icrası dövründə heç bir qanunsuz əmələ, nöqsana, neqativ hala yol verməmişdir. 13.03.2021-ci il tarixdə DMA-nin yerli qurumlarının işçilərinin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilmiş və iddiaçı qiymətləndirmənin nəticəsi olaraq 27 bal toplayaraq filial daxilində 2-ci yerə yüksəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməs barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat X11 Şəxsinin nümayəndəsi X10 iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinin 4.16-cı bəndinə əsasən Agentliyin fəalliyyətinə cari rəhbərliyi idarə heyəti həyata keçirir. Nizamnamənin 20.8-ci bəndinin tələblərinə əsasən İdarə heyətinin sədri Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə “Dost” mərkəzlərinin və tabeliyindəki digər qurumların işçilərini (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərləri) Şuranın sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Beləliklə Agentliyə işə qəbul edilmə ilə bağlı müvafiq qərarın idarə heyətinin sədri tərəfindən Şuranın sədri ilə razılaşdırmaqla verildiyi nəzərə alınaraq müvafiq istiqamətdə təşkilatın rəsmi mövqeyi istinad edilən prosedura uyğun olaraq verilə bilər. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi faktiki işə başlamasının təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının onunla əmək müqaviləsi bağlanmasına dair Agentliyin niyyətini əks etdirən hər hansı sübut da təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı faktiki işə başlamış olsaydı müvafiq əmək müqaviləsi bağlanılmalı və əmək müqaviləs bildirişi Mərkəzləşdirilmiş elektron informasiya sisteminə əlavə edilməlidir. İddiaçı ilə Agentlik arasında əmək müqaviləsi bağlanılmadığından iddiaçının əmək fəaliyyətinə cəlb edilməsi də yolverilməzdir. Bundan əlavə iddiaçının iddia tələbi fərdi əmək mübahisəsi kimi qiymətləndirilərsə, iddia üzrə iddia müddəti də ötürülmüş hesab edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 07 sentyabr 2021-ci il tarixli mediasiya təşkilatı tərəfindən verilən arayışa əsasən Dost Agentliyi iş üzrə tərəf qismində cəlb edilmiş və ilkin müdiasiya prosesi baş tutmamışdır. İddiaçı mediasiya təklifi ilə agentliyə müraciət etməsinə baxmayaraq sonradan iddia tələbini X6nə qarşı yönəltmişdir və həmin iş üzrə 2 (004)-7037/2021 saylı qərardad ilə iddia baxılmamış saxlanılmışdır. Hazırki iddia ilə isə İddiaçı elektron məhkəmə portalından göründüyü kimi 28.01.2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş X3 17 iyul 2021-ci il tarixli əmrinə əsasən V.E.Cəfərov öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Həmçinin iddiaçı iddia edir ki, faktiki olaraq Mərkəzdə 22 iyul 2021-ci il tarixində əmək fəaliyyətinə başlandığından həmin tarixdən əmək müqaviləsi bağlanmalıdır. Odur ki, hətta əmək mübahisəsi kimi qəbul edildiyi təqdirdə belə İddiaçı cavabdeh Dost Agentliyinə qarşı əmək müqaviləsinin bağlanmış hesab edilməsi və məcburi işə buraxma ilə əlaqəli yekun məhkəmə aktı qəbul edilənədək hesablanmış əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddəti tətbiq edilməli, eyni zamanda iddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Dayanıqlı və Operativ Sosial Təminat X11 Şəxsinin nümayəndəsi X10 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respubvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 17.07.2021-ci il tarixli **********8 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinin 4.20.8-ci maddəsində qeyd olunur ki, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə “Dost” mərkəzlərinin və tabeliyindəki digər qurumların işçilərini (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) Şuranın sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. İş materiallarında olan elektron poçt vasitəsilə iddiaçıya ünvanlanmış məktubun mətnində qeyd edilir ki, “DOST” Mərkəzlərində vakant məsləhətçi (sosial agent) vəzifələrinin tutulması üçün Dost Agenliyi tərəfindən 2020-ci il 18 sentyabr tarixində keçirilmiş müsabiqədə uğur qazanmış və “məşğulluq” xidmət sahəsi üzrə uyğun hesab edilmişdir. Həmin vəzifə üzrə seçim bir neçə mərhələdən ibarətdir və növbəti mərhələ barədə məlumat veriləcəkdir. İş materiallarında olan elektron poçt vasitəsilə ünvanlanmış məktubun yuxarı sol küncündə “DOST-a keçənlər” yazısı və həmin məktubda İddiaçı da adı qeyd edilmişdir. İş materiallarında olan 06.07.2021-ci il tarixli maların təhvil-təslim aktının surətindən görünür ki, DOST X2 məsləhətçisi X7 tərəfindən kişi üçün kostyum, klassik köynək, loqolu qalstuk 6 saylı Bakı Dost mərkəzinin əməkdaşı İddiaçı təhvil verilmişdir. İş materiallarında olan 07.09.2021-ci il tarixli, 01793 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, DOST Agentliyi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 17.07.2021-ci il tarixli **********8 nömrəli əmri tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı DOST agentliyinə müsabiqədən keçərək işə dəvət aldığını bildirsə də məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinin 4.20.8-ci maddəsinə əsasən müəyyən olundu ki, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə “Dost” mərkəzlərinin və tabeliyindəki digər qurumların işçilərini (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) Şuranın sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Belə olan halda DOST Agentliyinin Şuranın sədri ilə razılaşdırmaqla iddiaçının vəzifəyə təyin edilməsi barədə hər hansı əmri olmadığı müəyyən olunduğundan, tərəflər arasında əmək münasibətləri yarandığı sübuta yetirilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Bundan əlavə DOST Agentliyi İddiaçı öz xahişi ilə 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialından çıxdığı təqdirdə onunla əmək müqaviləsi bağlanması barədə hər hansı öhdəlik götürməmişdir. Beləliklə, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur və iddia rədd edilməlidir. Eyni zamanda, hazırki iş üzrə fərdi əmək mübahisəsinin həll edilməsi üzrə iddiaçı tərəfindən 1 aylıq iddia müddəti də ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh “Dost” Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat X1rşı “əmək müqaviləsinin bağlanmış hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1386/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1386/2022
15.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver