Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1408/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Hakim Əlizadə Fariz Ariz oğlu İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Ərizənin ilkin araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən göstərilən tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən,
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3.Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən 64 saylı mənzil xx.xx.2017-ci il tarixdən iddiaçının mülkiyyətindədir. cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X4 isə mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri və qohumlarıdır və xx.xx.2017-ci il tarixdən etibarən qeyd olunan mənzildə yaşamırlar. Beləliklə müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1 mənzilə dair hər hansı əşya hüquqları (sahiblik, istifadə) yoxdur, uzun müddətdir mənzildə yaşamamaqla sadəcə formal qeydiyyatdadırlar. Odur ki, qeyd olunan cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları üçün mənzilin mülkiyyətçisi ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsi (şöbəsi) üzrə pasport-qeydiyyat qurumuna müraciət etməklə mənzildən qeydiyyatdan çıxarılmasını təmin edə bilər. Mülkiyyətçinin müvafiq ərizəsi təmin olunmayacağı təqdirdə, mülkiyyətçi tərəfindən müvafiq inzibati orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsinə (şöbəsi)) qarşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələblərinə əsasən, “öhdəliyin icrası haqqında” iddia tələbi ilə ərazi aidiyyatı üzrə müvafiq inzibati məhkəmədə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X4 üçüncü şəxs qismində cəlb edilməklə iddia qaldırmalıdır. Nəticə etibarilə, sözügedən iddiaya mülki icraat qaydasında yox, inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya yuxarıda adları qeyd olunan şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyatı rayon (şəhər) polis idarəsinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X3 qarşı “Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fariz Əlizadə