Məhkəmə qərarları › İş №e-2(004)-1426/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1426/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1426/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2015-ci tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin övladı X1 ümum təhsil xidmətləri göstərməli, cavabdeh isə müqavilənin 5-ci bəndində qeyd olunduğu kimi bir tədris li üçün 6500 manat xidmət haqqı ödəməlidir. Cavabdeh X2 övladı X3 həmin müqavilələrə əsasən 2015-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək İdrak liseyində təhsil almışdır. İddiaçı “İdrak liseyi” xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirmişdir. Cavabdeh tərəfindən 10638 (on min altı yüz otuz səkkiz) manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 5.2-ci bəndinə görə xidmətlərin dəyəri Sadıqlı Afaq tərəfindən hər təhsil ili üçün sentyabr ayının 15-dək tam miqdarda ödənilməli idi. Lakin, cavabdeh sözügedən müqavilənin 4.1-ci bəndinin (təhsil haqqını tam və vaxtında ödəmək) tələblərini şəkildə pozmuş, müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdeh tərəfindən 2019/2020-ci tədris ili üzrə borc məbləği 750 manat , 2020/2021-ci tədris ili üzrə 4930 manat, 2021/2022-ci tədris ili ürə 4958 manat olmaqla cəmi 10638 manat təşkil edir. Ödənilməyən təhsil haqqı məbləğlərinə görə cəmi hesablanmış dəbbə pulu 46669 manat olmaqla, ümumilikdə cavabdehin Liseyə borcu 57307 manat təşkil edir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, gecikdirilmiş təhsil haqqı müqavilə ilə müəyyən olunmuş müddət ərzində ödənilmədikdə “Valideyn” hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 2%-i həcmində dəbbə pulu ödəyir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına İddiaçı ilə Cavabdeh Ayxan qızı arasında bağlanmış xx.xx.2015-ci tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqavilələri əlavə edilmişdir. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən İddiaçı Cavabdeh Ayxan qızının övladı X1 ümumtəhsil xidmətləri göstərməlidir. Həmin Müqavilələrin 5-ci bəndinə əsasən, 1 (bir) tədris li üçün 6500 manat xidmət haqqı ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh Ayxan qızının xx.xx.2015-ci tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqavilələri üzrə əsas borcu 2019/2020-ci tədris ili üzrə borc məbləği 750 manat, 2020/2021-ci tədris ili üzrə 4930 manat, 2021/2022-ci tədris ili ürə 4958 manat olmaqla cəmi 10638 manat, dəbbə borcu isə 46669 manat olmaqla ümumilikdə 57307 manat təşkil edir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2015-ci tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqavilələrinin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə), MM-in 462 (dəbbə puluna münasibətdə) və 467-ci (dəbbə pulunun azaldılmasına münasibətdə) maddələrinin dispozitiv şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu 46669 manat məbləğində deyil, əsas öhdəliyin 10%-i həcmində, yəni 1000 (min) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Dəbbə pulunun 1000 (min) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 1000 (min) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, mahiyyəti, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər tapşırıq hüquq münasibətləridir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2015-ci tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin övladı X1 ümum təhsil xidmətləri göstərməli, cavabdeh isə müqavilənin 5-ci bəndində qeyd olunduğu kimi bir tədris li üçün 6500 manat xidmət haqqı ödəməlidir. Cavabdeh X2 övladı X3 həmin müqavilələrə əsasən 2015-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayınadək İdrak liseyində təhsil almışdır. İddiaçı “İdrak liseyi” xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirmişdir. Cavabdeh tərəfindən 10638 (on min altı yüz otuz səkkiz) manat ödənilməmiş borc məbləği mövcuddur. Müqavilənin 5.2-ci bəndinə görə xidmətlərin dəyəri Sadıqlı Afaq tərəfindən hər təhsil ili üçün sentyabr ayının 15-dək tam miqdarda ödənilməli idi. Lakin, cavabdeh sözügedən müqavilələrin 4.1-ci bəndinin (təhsil haqqını tam və vaxtında ödəmək) tələblərini şəkildə pozmuş, müqavilə öhdəliklərinə əməl etməmişdir. Cavabdeh tərəfindən 2019/2020-ci tədris ili üzrə borc məbləği 750 manat , 2020/2021-ci tədris ili üzrə 4930 manat, 2021/2022-ci tədris ili ürə 4958 manat olmaqla 10638 manat əsas borcu və 1000 (min) manat dəbbə borcu təşkil edir. Beləliklə, iddianın hüquqi və faktiki əsasları tərəflər arasında bağlanmış xx.xx.2015ci tarixli və xx.xx.2021-ci il tarixli xidmət müqavilələrinin şərtləri və MM-in Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə), MM-in 462 (dəbbə puluna münasibətdə) və 467-ci (dəbbə pulunun azaldılmasına münasibətdə) maddələri ilə eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında iştirak edilməmiş, iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu istiqamətdə sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 10638 (on min altı yüz otuz səkkiz) manat əsas borcu və 1000 (min) manat dəbbə borcu olmaqla ümumilikdə 11638 (on bir min altı yüz otuz səkkiz) manat tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 10638 (on min altı yüz otuz səkkiz) manat əsas borcu və 1000 (min) manat dəbbə borcu olmaqla ümumilikdə 11638 (on bir min altı yüz otuz səkkiz) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar