Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1444/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi nəzdində Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitq qüsurlu körpələr evi uşaq baxçasına qarşı Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi nəzdində Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitq qüsurlu körpələr evi uşaq baxçasına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə məhkəməyə təqdim edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının əsl cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Xüsusilə nəzərə alınır ki, sözügedən baxça məhz Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindədir, yəni sözügedən idarə həmin baxçaya bilavasitə nəzarəti həyata keçirir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının müdiri isə yalnız 1 məhkəmə hazırlıq iclasında iştirak etmiş, digər bütün iclaslarda isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etmişdir.Cavabdeh Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının VÖEN-i olmasa da (işəgötürən qismində sistemə daxil oluna bilinməməsinin səbəbi müvafiq elektron alt sisteminin texniki qüsurudur), tələb üzrə işəgötürən odur və mübahisə predmeti olan əmr təhsil idarəsi tərəfindən deyil, baxça tərəfindən qəbul edilmişdir. Odur ki, iddiaçı tərəfin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən mübahisə üzrə cavabdeh sonuncu dəfə yenidən əvəz edilməklə uşaq baxçası kimi müəyyən edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsi isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsi ilə o, Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında loqoped vəzifəsinə başlamışdır. İşlədiyi dövrdə daxili və ümumi qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin 06 dekabr 2024-cü il tarixdə Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr eviuşaq bağçasısının direktorunun №101 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 77-ci maddəsinin 3-cü hissəsinə əsasən onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Bildirmişdir ki, barəsində çıxarılmış 06 dekabr 2024-cü il tarixli əmr tamamilə qanunsuz və əsassızdır. İlk əvvəl qeyd etmişdir ki, cavabdeh Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr eviuşaq bağçası tərəfindən əmək qanunvericliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə edir. Qeyd olunmalıdır ki, “işçilərin sayının ixtisarı” ilə “işçilərin ştatlarının ixtisarı” birbirindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məsələn, müəssisədə 2 mütəxəssis ştatı mövcuddursa və 1 mütəxəssis ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mütəxəssis ştatı mövcuddursa, və o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Qeyd etmişdir ki, Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında defektoloqloqoped vəzifəsində mən və digər bir nəfər olmaqla ikimiz işləyirdik. Cavabdeh qrum hər ikimiziAR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin ştatlarının ixtisarı” səbəbindən işdən çıxarmış, lakin ixtisarın aparılmasının zəruriliyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdaredilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 2-ci bəndinə əsasən Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir- Nəzərinizə çatdırmaq istəyirəm ki, Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən işlədiyim ştatın ixtisar olunması ilə bağlı mənə heç bir rəsmi xəbərdarlıq etməmiş, həmçinin iş axtarmağıma hər hansı bir şərait yaradılmamışdır. Xəbərdarlıqsız şəkildə, məlumatım olmadan işdən çıxarıldığım üçün isə özümə əlavə iş tapmamışam, hazırda isə işsiz qalmışam. Qeyd edim ki,mənim özümün əlilliyi vardır. Eyni zamanda anam yaşlı, bacım isə əlil olduğu üçün onları da mən saxlayır, qayğılarına qalır, bütün maddi təminatlarını o, həyata keçirir. Qeyd etmişdir ki, onun yeganə qazanc yeri isə işlədiyi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası idi. Onu da qeyd etmişdir ki, müəsissə tərəfindən ona ixtisasına uyğun başqa hər hansı bir iş təklif belə edilməmişdir. AR Əmək Məcəlləsinin 56-cı maddənin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsizəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Bildirirəm ki, AR Əmək Məcəlləsini 78-ci maddəsinin 1-ci hissəsinə əsasən Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Onu da nəzərinizə çatdırmışdır ki, o, artıq 14 ildir ki, həmin bağçada loqoped kimi işləyirdi. İşlədiyi müddət ərzində isə nə tabe olduğu rəhbərliyə, nə uşaqlara, nə də onların valideyinlərinə qarşı heç bir qanunsuz hərəkət etməmiş, daim işimə məsuliyyətlə yanaşmışdır. Bildirmişdir ki, dərs keçdiyi uşaqların valideyinləri də onun işdən çıxarıldığını öyrənən zaman buna narazı olmuş, övladlarının sağalması üçün yeganə ümid yerlərinin onun olduğunu bildirmiş və Təhsil Nazirliyinə müraciət edəcəklərini söyləmişdilər. Qeyd etmişdir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercicisəlahiyyətlərə malik olur. Yuxarıda göstərdiyim xüsusatlardan açıqaydın görünür ki, Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi AZEMİS elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə məhkəməyə ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2010-cu ildən Bakı şəhəri Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında loqoped vəzifəsində çalışmışdır. 06 dekabr 2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 77-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri işçilərin sayı və ya ştatlarınıln ixtisar edilməsidir. Qeyd etmişdir ki, 2 saylı Xidmət və Əməliyyat Mərkəzi 01 oktyabr 2024-cü il tarixində Bakı şəhəri Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının ştat cədvəlini təsdiq etmişdir. Həmin ştat cədvəli əsas götürülərək, İddiaçı 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının direktorunun 101 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmışdır. “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” 29 may 1996-cı il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qeyd hissəsinin 15-ci bəndinə əsasən nitq pozuntusu olan uşaqlar üçün körpələr evi-uşaq bağçalarında və ümumi tipli körpələr evi-uşaq bağçalarında belə uşaqlar üçün təşkil edilmiş xüsusi qruplarda göstərilən hər qrupa əlavə bir vahid loqoped vəzifəsi müəyyən edilir. Defektoloq ştatı isə nəzərdə tutulmamışdır. Hal-hazırda həmin uşaq bağçasında 14 qrup vardır (uşaq sayı 99), onlardan 12 qrup nitq pozuntusu olan uşaqlardan, digər 2 qrup isə əqli qüsurlu uşaqlardan ibarətdir. Əqli qüsurlu uşaqlar üçün loqoped ştatı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görür. İddiaçı işdən çıxarılarkən qanunamüfaviq qaydada ona kompensasiya ödənilmiş və müəyyən olunan əmək stajından asılı olaraq müddətlərdə rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa bildirmişdir ki, məktəbəqədər təhsil müəssisələrinin işçiləri ilə əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti bağça müdirinə aiddir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə BŞTİ-nin deyil, məhz bağça müdirinin xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Odur ki, hesab edir ki, hazırki iş üzrə BŞTİ cavabdeh qismində çıxış edə bilməz və ona qarşı hər hansı tələb yönələ bilməz. Bu səbəbdən də məhkəmə tərəfindən əsl olmayan cavabdehin əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən “iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər”. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı “xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri əməkhaqqının hesablanaraq ona ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktoru) Nümayəndə3 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2010-cu il tarixdə 11/1288 nömrəli əmrə əsasən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına loqoped vəzifəsinə təyin edilmişdir. İşəgötürən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 101 nömrəli əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının müdiri Nümayəndə2 Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətinə əsasən müəyyən edilir ki, 2 ştat vahidi defektoloq ştatının azaldılmaması və müvafiq qrupda 2 ştat vahidinin (müəllim-defektoloq, müəllim-loqoped, müəllim-surdoloq) saxlanılması xahiş edilir. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq baxçasını 8 qrupundan nitiq ümumən inkişaf etməyən, 4 qrupunda isə nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar olduğu nəzərə alınaraq Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən dövlət uşaq baxçalarının nümunəvi ştatları və körpələr evi-uşaq baxçalarının nümunəvi ştatlarına” uyğun olaraq loqopedik ştatla təmin olunmuşdur. Məktubda göstərilən 2 əqli pozuntuları olan uşaqların komplektləşdiyi qrup üçün Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarına əsasən defektoloq ştatı nəzərdə tutulmamışdır. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024cü il tarixə olan Ştat cədvəlinə əsasən müəyyən edilir ki, 2 müəllim defektoloq,12 müəllim loqoped ştatı mövcuddur. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024cü il tarixə olan Ştat cədvəlinə əsasən müəyyən edilir ki, 2 müəllim defektoloq,12 müəllim loqoped ştatı mövcuddur. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının işçilərinin siyahısına (qrafik) əsasən müəyyən edilir ki, işçi İddiaçı müəllim defektoloq vəzifəsindədir. - xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən müəllim-defektoloq ştatının ixtisar olunması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024cü il tarixdən rəsmi xəbərdarlıq edilməsi və onların ştatlarına uyğun olaraq müavinət ödənilməsi ilə bağlı olan əmri ittifaq üzvləri olan Əsgərova Nuriyyə və İddiaçı tanış etmişlər. Akt baxçanın HİK sədri Nailə Hacıyeva, X2 və İddiaçı tərəfindən imzalanmışdır. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024cü il tarixli 76 nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsi və 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilmiş və stajlarına uyğun müavinətin ödənilməsi qərara alınmışdır. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024cü il tarixli 110 nömrəli əmrinə əsasən müəyyən edilir ki, uşaq baxçasının müdiri Nümayəndə2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətinə çıxmışdır. - Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024cü il tarixli 111 nömrəli əmrinə əsasən müəyyən edilir ki, uşaq baxçasının loqopedi X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi müdir Nümayəndə2 1.0 ştat vahidi üzrə əvəz etmişdir. - işəgötürən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 101 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Əmr müdir müavini X1 tərəfindən imzalanmışdır. - xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, defektoloq ştatının ixtisar olunması ilə əlaqədar işçi İddiaçı ixtisar edilməsi məsələsi müzakirə olunmuş və həmkarlar təşkilatı buna etiraz etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdəəmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçi İddiaçı xx.xx.2010-cu il tarixdə 11/1288 nömrəli əmrə əsasən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına loqoped vəzifəsinə təyin edilmişdir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının müdiri Nümayəndə2 Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətinə əsasən 2 ştat vahidi defektoloq ştatının azaldılmaması və müvafiq qrupda 2 ştat vahidinin (müəllim-defektoloq, müəllim-loqoped, müəllim-surdoloq) saxlanılması xahiş edilmişdir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən, 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq baxçasını 8 qrupundan nitiq ümumən inkişaf etməyən, 4 qrupunda isə nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar olduğu nəzərə alınaraq Azərbaycan Respublikası NKnın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən dövlət uşaq baxçalarının nümunəvi ştatları və körpələr evi-uşaq baxçalarının nümunəvi ştatlarına” uyğun olaraq loqopedik ştatla təmin olunmuşdur. Məktubda göstərilən 2 əqli pozuntuları olan uşaqların komplektləşdiyi qrup üçün Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarına əsasən defektoloq ştatı nəzərdə tutulmamışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən, 2 müəllim defektoloq, 12 müəllim loqoped ştatı mövcud olmuşdur. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən, 2 müəllim defektoloq, 12 müəllim loqoped ştatı mövcuddur. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının işçilərinin siyahısına (qrafik) əsasən göstərilir ki, işçi İddiaçı müəllim defektoloq vəzifəsindədir. xx.xx.2024-cü il tarixli akta əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən müəllim-defektoloq ştatının ixtisar olunması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilməsi və onların ştatlarına uyğun olaraq müavinət ödənilməsi ilə bağlı olan əmri ittifaq üzvləri olan Əsgərova Nuriyyə və İddiaçı tanış etmişlər. Akt baxçanın HİK sədri Nailə Hacıyeva, X2 və İddiaçı tərəfindən imzalanmışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsi və 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilmiş və stajlarına uyğun müavinətin ödənilməsi qərara alınmışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 110 nömrəli əmrinə əsasən, uşaq baxçasının müdiri Nümayəndə2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətinə çıxmışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 111 nömrəli əmrinə əsasən, uşaq baxçasının loqopedi X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi müdir Nümayəndə2 1.0 ştat vahidi üzrə əvəz etmişdir. İşəgötürən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 101 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Əmr müdir müavini X1 tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, defektoloq ştatının ixtisar olunması ilə əlaqədar işçi İddiaçı ixtisar edilməsi məsələsi müzakirə olunmuş və həmkarlar təşkilatı buna etiraz etməmişdir. Belə ki, İddiaçı 2010-cu il tarixdə müvafiq əmrə əsasən loqoped vəzifəsinə təyin edilmiş və əmək müqaviləsinə xitam verilənədək faktiki olaraq hansı əmək funksiyalarını icra etməyindən asılı olmayaraq hüquqi baxımdan həmin vəzifədə işləmişdir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən, 2 müəllim defektoloq, 12 müəllim loqoped ştatı mövcuddur. İşəgötürən iddiaçıya faktiki olaraq müəllim-defektoloq vəzifəsində işləmiş işçi kimi yanaşsa da bunun qanuni əsası yoxdur. Belə ki, müvafiq işə qəbul əmrinə əsasən iddiaçı loqoped vəzifəsinə təyin edilmiş, bu barədə iddiaçının əmək kitabçasına müvafiq qeyd aparılmışdır. Görünür ki, iddiaçı müəllim-defektoloq deyil, müəllim-loqoped vəzifəsində işləmişdir. Həmin vəzifə üzrə ştat ixtisas olunmamış, ştatlar eyni say üzrə saxlanılmışdır. Ştat üzrə defektoloq və loqoped vəzifələri fərqli vəzifə və ştatlardır. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi yuxarıda göstərilən xüsusata dair əsaslı arqument gətirə bilməmiş, qəbul etdiyi əmrin qanuniliyi və əsaslılığı barədə cavabdeh tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, şifahi formada da olsa hər hansı mülahizə, fikir bildirilməmişdir. Hansı ki hazırki halda sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının əsas mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli 101 nömrəli əmr ləğv edilməli, İddiaçı Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının (müəllim-loqoped) vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Bakı Şəhəri Təhsil İdarəsiYasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasından tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı Şəhəri Təhsil İdarəsiYasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli 101 nömrəli əmr ləğv edilsin. İddiaçı Bakı Şəhəri Təhsil İdarəsiYasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının (müəllim-loqoped) vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Bakı Şəhəri Təhsil İdarəsiYasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr eviuşaq bağçasından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1444/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1444/2025
12.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver