Məhkəmə qərarları › İş №e-2(004)-1452/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1452/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1452/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1190,75 (bir min bir yüz doxsan manat 75 qəpik) manat və ödənilmiş 31,91 (otuz bir manat 91 qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1222,66 (bir min iki yüz iyirmi iki manat 66 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı İB-nın "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə AKX-03870xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********21071 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğaçının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, İddiaçı İB-nın əməkdaşları tərəfindən 09 mart 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 23.829 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi üçün 1265,75 manat məbləğində borcun yaranması müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh cəmi 75 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1190,75 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-ə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu və Gazrep üzrə ümumi 1190,75 (bir min bir yüz doxsan manat 75 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-ə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1235/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı İB-in Cavabdeh qarşı «pul» tələbinə dair 2(004)- 1235/2023 saylı mülki iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-in nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirir ki, qeyd olunan borc sərfiyyata görə yaranmışdır. Belə ki, sayğac mexaniki hesablamaya keçmiş, lakin abonent idarəyə lazımı məlumat vermədən, eləcə də sərfiyyata görə ödəniş etmədən qazdan istifadə etməyə davam etmişdir. Beləliklə aparılmış hesabat nəticəsində cavabdehin 2022-ci ilin dekabr ayına 1190 manat borcunun olması aşkar edilmişdir. Qeyd edir ki, abonent karta pul mədaxil edilmədiyi halda qazdan istifadə olunmasını paylayıcıya bildirməli idi. Qeyd olunan borc 2021-ci ilin yanvar ayından 2023-cü ilin mart ayına qədər yaranmışdır. Çünki, qaz təchizatı haqqında qaydalarına görə sayğac yaşayış sahəsinin daxilində quraşdırılmaqla elektron-mexanika tipli olduğundan sayğaca abonent özü nəzarət etməli idi. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Verilmiş suallara əsasən cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, hazırda cavabdeh tərəfindən iddia tələbində göstərilən ümumi məbləğdən müəyyən bir qismdə ödəniş həyata keçirilmişdir. Ödənişlər nəzərə alınmaqla tələbin qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, borcu qəbul edir. İddiaya etirazı yoxdur və hər ay borca müəyyən qədər ödəniş edir. Həmçinin bildirir ki, həmin evdə kirayənişin yaşamışdır. Onlar hazırkı mübahisə ilə bağlı iddiaçı ilə razılığa gəlmişlər və hissə-hissə ödəniş həyata keçirir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı qismində İddiaçı İB ilə istehlakçı qismində Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-03870xx/xx-2022 saylı müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını – Yasamal rayonu, Ə.Əhmədov küçəsi, “Qlobal-azəri”, ev 24 B, 1071 saylı mənzili keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesabata əsasən ödəyir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı İB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24 B, 1071 saylı mənzili təbii qazla təmin edən və istehlakçı Cavabdeh adına olan 1002AQ**********9 nömrəli sayğac **********234 nömrəli sayğacla əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş və abonentə təhvil verilmişdir. Mexaniki göstəricisi 00000 m3 olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosuna əsasən abonent kodu **********21071 olan Cavabdeh 2022-ci ilin aprel ayı üzrə 1265,75 manat borcu yaranmış və o, may ayı üzrə 12,5 manat, iyun ayı üzrə 5 manat, iyul ayı üzrə 7,5 manat, avqust ayı üzrə 5 manat, sentyabr ayı üzrə 10 manat, oktyabr ayı üzrə 5 manat, noyabr ayı üzrə 25 manat və dekabr ayı üzrə 5 manat ödəniş etmiş, il üzrə cəmi 1190,75 manat sərfiyyat hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********21071 olan Cavabdeh 2022-ci ilin aprel ayı üzrə 1265,75 manat borcu yaranmış və o, may ayı üzrə 12,5 manat, iyun ayı üzrə 5 manat, iyul ayı üzrə 7,5 manat, avqust ayı üzrə 5 manat, sentyabr ayı üzrə 10 manat, oktyabr ayı üzrə 5 manat, noyabr ayı üzrə 25 manat və dekabr ayı üzrə 20,5 manat, 2023-cü ilin yanvar ayı üzrə 20 manat, fevral ayı üzrə 14,5 manat və mart ayı üzrə 20 manat ödəniş etdikdən sonra 1120,75 manat manat sərfiyyat hesablanmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında 2022-ci ildə təbii qazın alğı-satqısı barədə müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehin yaşadığı yaşayış evi qazla təchiz edilmişdir. Cavabdehin yaşayış sahəsinə quraşdırılmış sayğac birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yeni sayğacla əvəz edilmişdir. Quraşdırılan sayğac texniki qaydalara cavab vermişdir. Hazırda iddiaçı 1190,75 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddianı etiraf etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, aralarında bağlanmış müqavilə əsasında iddiaçı cavabdehin yaşadığı mənzili təbii qazla təchiz etmiş, cavabdehin təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixədək yaranmış 1265,75 manat borca ödəniş etdikdən sonra 1190,75 manat borcu qalmışdır. Lakin iddiaçı cavabdehin 1190,75 manat borcu olduğunu bildirsə də, məhkəmə gedişi zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli abonentin saldosundan müəyyən edilir ki, cavabdeh 2022-ci il dekabr ayında cəmi 20,5 manat və 2023-cü il ərzində 54,5 manat ödəniş etmiş, nəticcədə 1120,75 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etdiyi ödənişlər nəzərə alınmaqla təbii qazadan istifadə nəticəsində yaranmış, lakin cavabdeh tərəfindən ödənilməmiş borc olaraq 1120,75 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir m3 üçün illik istehlak həcmi 1200 m3-dək olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200-2500 m3 olan hissəsi üçün qazın dəyəri 0,2 manat, 2500 m3-dən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1120,75 (bir min yüz iyirmi manat yetmiş beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,91 (otuz bir manat doxsan bir qəpik) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutularaq (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1120,75 (bir min yüz iyirmi manat yetmiş beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,91 (otuz bir manat doxsan bir qəpik) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutularaq (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar