Məhkəmə qərarları › İş №e-2(004)-1454/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1454/2023

09.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1454/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ünvan 1al Rayon Məhkəməsinin hakimi Sultanova-X3, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması və ya kompensasiyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması və kompensasiyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mərhum həyat yoldaşı X1 məxsus Qəbələ şəhərində, “Qəbələ Bazar Kompleksi” ilə üz-üzə yerləşən 0.21 ha torpaq sahəsinin boşaldılması və ya dəyəri olan 273.000 manat kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsini əsas götürərək Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə ünvan 1al Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı mərhum həyat yoldaşına məxsus Qəbələ şəhəri, “Qəbələ Bazar Kompleksi” ilə üz-üzə yerləşən 0.21 ha torpaq sahəsinin boşaldılması və ya dəyəri olan 273.000 manat kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırması, başqa sözlə desək daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi təşkil etdiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması və kompensasiyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyatı üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 163 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması və kompensasiyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən “AsanPay” vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 163 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçıya İddiaçı ərazi aidiyyati üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ünvan 1al Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar