Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1471/2024 09.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1 və Cavabdeh4 Bakı şəhəri Yasamal rayonu Fuad İbrahimbəyov küçəsindəki 29/31 nömrəli fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 25 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh3 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 hər ay 350 manat kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1471/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə kompleks məhkəmə tikinti texniki (inşaat) və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2927-9/2986 nömrəli ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1471/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən mənzil üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1 və Cavabdeh4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 6 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,4 kv.m olan 1 ədəd 3 otaqlı yeni, təmirli mənzilin Cavabdeh3 verilməsi Mənzil "xxxx" MMC tərəfindən Cavabdeh3 təhvil verilənədək "xxxx" MMC tərəfindən Cavabdeh3 hər ay 650 (altı yüz əlli) manat kirayəyə görə kompensasiya ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Əzər oğlu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını və Azərbaycan Respublikası MPM-in 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, evin tam olaraq boşaldılması və sökülməsi, daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1471/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1471/2024
09.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver