Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1484/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Oqtay qızının, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Oqtay qızının cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Oqtay qızı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı Oqtay qızı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdehlə əvəz olunması barədə xx.xx.2025-ci il tarixli ərizəsinin nəzərə alınmamasını və cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının saxlanılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Xüsusilə nəzərə alınır ki, sözügedən baxça məhz Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyindədir, yəni sözügedən idarə həmin baxçaya bilavasitə nəzarəti həyata keçirir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının müdiri isə yalnız 1 məhkəmə hazırlıq iclasında iştirak etmiş, digər bütün iclaslarda isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etmişdir. Cavabdeh Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının VÖEN-i olmasa da (işəgötürən qismində sistemə daxil oluna bilinməməsinin səbəbi müvafiq elektron alt sisteminin texniki qüsurudur), tələb üzrə işəgötürən odur və mübahisə predmeti olan əmr təhsil idarəsi tərəfindən deyil, baxça tərəfindən qəbul edilmişdir. Odur ki, iddiaçı tərəfin xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən mübahisə üzrə cavabdeh sonuncu dəfə yenidən əvəz edilməklə uşaq baxçası kimi müəyyən edilmiş, Bakı şəhəri üzrə Təhsil İdarəsi isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsi ilə İddiaçı Oqtay qızı Bakı Şəhəri Təhsil İdarəsinin Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında loqoped vəzifəsinə başlamışdır. İşlədiyi dövrdə daxili və ümumi qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin, 06 dekabr 2024-cü il tarixdə Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi uşaq bağçasısının direktorunun №101 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 77-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. 06 dekabr 2024-cü il tarixli əmr tamamilə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən əmək qanunvericliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək işəgötürənin vəzifəsidir. İşəgötürən işçilərin sayını ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui-istifadə edir. “İşçilərin sayının ixtisarı” ilə “işçilərin ştatlarının ixtisarı” birbirindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məsələn, müəssisədə 2 mütəxəssis ştatı mövcuddursa və 1 mütəxəssis ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mütəxəssis ştatı mövcuddursa, və o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasında defektoloq-loqoped vəzifəsində iddiaçı və digər bir nəfər olmaqla iki nəfər işləmişlər. Cavabdeh qurum hər iki işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin ştatlarının ixtisarı” səbəbindən işdən çıxarmış, lakin ixtisarın aparılmasının zəruriliyini əsaslandırmamışdır. Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən işlədiyi ştatın ixtisar olunması ilə bağlı iddiaçıya heç bir rəsmi xəbərdarlıq etməmiş, həmçinin iş axtarmağına hər hansı bir şərait yaradılmamışdır. Xəbərdarlıq olmada, məlumatı olmadan işdən çıxarıldığı üçün isə özünə əlavə iş tapmamış, işsiz qalmışdır. Himayəsində 3 azyaşlı övladı vardır. Onların bütün xərclərini iddiaçı qarşılayır, qayğılarına qalır, bütün maddi təminatlarını mən həyata keçirir. Həyat yoldaşı isə həbsdədir. İddiaçı Oqtay qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, işçi İddiaçı Oqtay qızı xx.xx.2010-cu il tarixdə 11/1288 nömrəli əmrə əsasən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına loqoped vəzifəsinə təyin edilmişdir. İşəgötürən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 101 nömrəli əmrinə əsasən işçi İddiaçı Oqtay qızının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İş materiallarında olan Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının müdiri Gülnarə Xankişiyevanın Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətinə əsasən müəyyən edilir ki, 2 ştat vahidi defektoloq ştatının azaldılmaması və müvafiq qrupda 2 ştat vahidinin (müəllim-defektoloq, müəllimloqoped, müəllim-surdoloq) saxlanılması xahiş edilir. İş materiallarında olan Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən müəyyən edilir ki, 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq baxçasını 8 qrupundan nitiq ümumən inkişaf etməyən, 4 qrupunda isə nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar olduğu nəzərə alınaraq Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən dövlət uşaq baxçalarının nümunəvi ştatları və körpələr evi-uşaq baxçalarının nümunəvi ştatlarına” uyğun olaraq loqopedik ştatla təmin olunmuşdur. Məktubda göstərilən 2 əqli pozuntuları olan uşaqların komplektləşdiyi qrup üçün Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarına əsasən defektoloq ştatı nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən müəyyən edilir ki, 2 müəllim defektoloq,12 müəllim loqoped ştatı mövcuddur. İş materiallarına əlavə edilmiş Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən müəyyən edilir ki, 2 müəllim defektoloq,12 müəllim loqoped ştatı mövcuddur. İş materiallarında olan Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının işçilərinin siyahısına (qrafik) əsasən müəyyən edilir ki, işçi İddiaçı Oqtay qızı müəllim defektoloq vəzifəsindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən müəllimdefektoloq ştatının ixtisar olunması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilməsi və onların ştatlarına uyğun olaraq müavinət ödənilməsi ilə bağlı olan əmri ittifaq üzvləri olan İddiaçı və Quliyeva Güneli tanış etmişlər. Akt baxçanın HİK sədri Nailə Hacıyeva, İddiaçı Ortaq qızı və X6 tərəfindən imzalanmışdır. İş materiallarında olan Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı Oqtay qızına Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsi və 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilmiş və stajlarına uyğun müavinətin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 110 nömrəli əmrinə əsasən müəyyən edilir ki, uşaq baxçasının müdiri X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətinə çıxmışdır. İş materiallarında olan Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 111 nömrəli əmrinə əsasən müəyyən edilir ki, uşaq baxçasının loqopedi X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi müdir X1 1.0 ştat vahidi üzrə əvəz etmişdir. İş materiallarında olan işəgötürən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 101 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı Oqtay qızının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Əmr müdir müavini X4 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, defektoloq ştatının ixtisar olunması ilə əlaqədar işçi İddiaçı Oqtay qızının ixtisarf edilməsi məsələsi müzakirə olunmuş və həmkarlar təşkilatı buna etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, işçi İddiaçı Oqtay qızı xx.xx.2010-cu il tarixdə 11/1288 nömrəli əmrə əsasən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına loqoped vəzifəsinə təyin edilmişdir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının müdiri Gülnarə Xankişiyevanın Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətinə əsasən 2 ştat vahidi defektoloq ştatının azaldılmaması və müvafiq qrupda 2 ştat vahidinin (müəllim-defektoloq, müəllim-loqoped, müəllim-surdoloq) saxlanılması xahiş edilmişdir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən, 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq baxçasını 8 qrupundan nitiq ümumən inkişaf etməyən, 4 qrupunda isə nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar olduğu nəzərə alınaraq Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən dövlət uşaq baxçalarının nümunəvi ştatları və körpələr eviuşaq baxçalarının nümunəvi ştatlarına” uyğun olaraq loqopedik ştatla təmin olunmuşdur. Məktubda göstərilən 2 əqli pozuntuları olan uşaqların komplektləşdiyi qrup üçün Azərbaycan Respublikası NK-nın 29 may 1996-cı il tarixli 61 nömrəli qərarına əsasən defektoloq ştatı nəzərdə tutulmamışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən, 2 müəllim defektoloq, 12 müəllim loqoped ştatı mövcud olmuşdur. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən, 2 müəllim defektoloq, 12 müəllim loqoped ştatı mövcuddur. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının işçilərinin siyahısına (qrafik) əsasən göstərilir ki, işçi İddiaçı Oqtay qızı müəllim defektoloq vəzifəsindədir. xx.xx.2024-cü il tarixli akta əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən müəllim-defektoloq ştatının ixtisar olunması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilməsi və onların ştatlarına uyğun olaraq müavinət ödənilməsi ilə bağlı olan əmri ittifaq üzvləri olan İddiaçı və Quliyeva Güneli tanış etmişlər. Akt baxçanın HİK sədri Nailə Hacıyeva, İddiaçı Ortaq qızı və X6 tərəfindən imzalanmışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 76 nömrəli əmrinə əsasən, İddiaçı Oqtay qızına Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsi və 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən rəsmi xəbərdarlıq edilmiş və stajlarına uyğun müavinətin ödənilməsi qərara alınmışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 110 nömrəli əmrinə əsasən, uşaq baxçasının müdiri X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətinə çıxmışdır. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 111 nömrəli əmrinə əsasən, uşaq baxçasının loqopedi X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi müdir X1 1.0 ştat vahidi üzrə əvəz etmişdir. İşəgötürən Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixli 101 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi İddiaçı Oqtay qızının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. Əmr müdir müavini X4 tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, defektoloq ştatının ixtisar olunması ilə əlaqədar işçi İddiaçı Oqtay qızının ixtisarf edilməsi məsələsi müzakirə olunmuş və həmkarlar təşkilatı buna etiraz etməmişdir. Belə ki, İddiaçı Oqtay qızı 2010-cu il tarixdə müvafiq əmrə əsasən loqoped vəzifəsinə təyin edilmiş və əmək müqaviləsinə xitam verilənədək faktiki olaraq hansı əmək funksiyalarını icra etməyindən asılı olmayaraq hüquqi baxımdan həmin vəzifədə işləmişdir. Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasının xx.xx.2024-cü il tarixə olan Ştat cədvəlinə əsasən, 2 müəllim defektoloq, 12 müəllim loqoped ştatı mövcuddur. İşəgötürən iddiaçıya faktiki olaraq müəllimdefektoloq vəzifəsində işləmiş işçi kimi yanaşsa da bunun qanuni əsası yoxdur. Belə ki, müvafiq işə qəbul əmrinə əsasən iddiaçı loqoped vəzifəsinə təyin edilmiş, bu barədə iddiaçının əmək kitabçasına müvafiq qeyd aparılmışdır. Yəni, iddiaçı müəllim-defektoloq deyil, müəllim-loqoped vəzifəsini tutmuşdur. Həmin vəzifə üzrə ştat ixtisas olunmamış, ştatlar eyni say üzrə saxlanılmışdır. Ştat üzrə defektoloq və loqoped vəzifələri fərqli vəzifə və ştatlardır. Nəzərə alınır ki, hazırki mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs (dövlət qurumu) çıxış edir. Keçirilmiş məhkəmə iclaslarında məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi yuxarıda göstərilən xüsusata dair əsaslı arqument gətirə bilməmiş, qəbul etdiyi əmrin qanuniliyi və əsaslılığı barədə cavabdeh tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, şifahi formada da olsa hər hansı mülahizə, fikir bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Nəticədə, işçinin əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Əmrlərin tarixi və nömrələrinə əsasən müvafiq uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən 02 dekabr tarixində tərtib edilmiş əmrin nömrəsi 110, 111 olsa da, 06 dekabr tarixində tərtib edilmiş müvafiq əmrin nömrəsi 101 olmaqla sıra ardıcıllığına ziddir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. Məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Müəyyən edilir ki, mübahisələndirilən əmr qanunsuzdur və ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli 101 nömrəli əmr ləğv edilməli, İddiaçı Oqtay qızı Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının müəllimloqopedi vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasından tutularaq İddiaçı Oqtay qızına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Oqtay qızının cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı körpələr evi uşaq baxçasına qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli 101 nömrəli əmr ləğv edilsin. İddiaçı Oqtay qızı Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının müəllim-loqopedi vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi Yasamal Rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr eviuşaq bağçasından tutularaq İddiaçı Oqtay qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1484/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1484/2025
30.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver