Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1492/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X24 Xidməti” X16rşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, düzgün ödənilməmiş əmək haqqının, kompensasiyanın, son haqqhesabın, ezamiyyə xərclərinin ödənilməsi və s” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İri şəhərlərin X24 Xidməti X16rşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, düzgün ödənilməmiş əmək haqqının, kompensasiyanın və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə alaraq işə bərpa olunmağı, əmək müqaviləsinə xitam verilən gündən işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsinə və əmək müqaviləsinə xitam verildikdən sonra düzgün ödənilməyən sonuncu əmək haqqının və ixtisara düşməyi ilə bağlı düzgün ödənilməyən kompensasiya pul məbləğinin və istifadə etmədiyi məzuniyyətə görə düzgün ödənilməyən son haqq hesab pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nin, 2 №-li Regional Sukanal İdarəsi ilə 10 dekabr 2019-cu il tarixində əmək müqaviləsi bağlayaraq həmin X21 Sahəsində, Abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə təyin olunmuşdur. 24 noyabr 2020-ci il tarixində qarşılıqlı razılaşma əsasında əmək müqviləsinə dəyişiklik olunaraq "xxxx" ASC-nin, 2№-li Regional Sukanal İdarəsinin, X30 üzrə Sukanal sistemlərinin təhlili qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur. Həmin müddətdən bu günə qədər həmin vəzifəni icra etmişdir. 25 dekabr 2024-cü il tarixində ona şifahi olaraq mənimlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə 17 dekabr 2024-cü il tarixindən xitam verildiyi bildirilmişdir. Əmək müqaviləsinə 17 dekabr 2024-cü il tarixindən xitam verilməyinə baxmayaraq bu günə qədər ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və digər sənədlər təqdim olunmamışdır. Bundan əlavə olaraq da 25 dekabr 2024-cü il tarixinə qədər hər gün iş yerində olaraq, “İşə davamiyyət jurnalı”nı imzalamaqla öz vəzifə öhdəliklərini icra etmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar olunanda qanunvericiliyə əsasən əvvəlcədən xəbərdar olunmalı olduğu halda ona ştat vahidinin ixtisara düşməsi barədə bildiriş də təqdim olunmamışdır. Bundan əlavə olaraq əmək haqqı, ixtisara düşməyimlə bağlı pul məbləği, istifadə etmədiyim məzuniyyətə görə son haqq hesab məbləğidə mənə düzgün hesablanıb tam olaraq da ödənilməmişdir. Belə ki, ixtisar məbləği ştat vahidi olan 780 manat pul məbləğinin 2 misli yəni 1560 manat pul məbləği, istifadə etmədiyim məzuniyyətə görə ödənilməli olan pul məbləği 825 manat və 25 günlük əmək haqqım 590 manat pul məbləği olduğu halda cəmi olaraqda 2975 manat pul məbləği ödənilməli olduğu halda mənə cəmi olaraq 2295.81 manat pul məbləği yəni 679.19 manat pul məbləği əskik ödənilmişdir. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, İşəgötürən tərəfindən Əmək Qanunvericiliyin tələblərinə əməl olunmayaraq, ştat vahidinin ixtisara düşməsi barədə mənə rəsmi bildiriş təqdim olunmadan və 25 dekabr 2024-cü il tarixinə qədər “İşə davamiyyət jurnalı” nı imzalamaqla iş yerində olmağıma baxmayaraq 8 gün əvvəldən yəni 17 dekabr 2024-cü il tarixindən əmək müqaviləmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən qanunsuz olaraq xitam verilmiş, xitam verilməsi barədə əmrin surəti, əmək kitabçam və digər sənədlərim mənə bu günə qədər təqdim olunmamış və bundan əlavə sonuncu əmək haqqım, ixtisara düşməyimlə bağlı verilməli olan pul məbləği, istifadə etmədiyim məzuniyyətə görə son haqq hesab məbləğidə mənə düzgün olaraq hesablanıb verilməmişdir. Bundan əlavə İşəgötürənlə yaranmış problemli məsələnin həll olunması üçün X5 iştirak etməkdən ötrü aidiyyatı Mediasiya təşkilatına tərəfimdən müraciət olunmuşdur. Lakin Mediasiya təşkilatı tərəfindən İşəgötürənə X5 iştirak etməkdən ötrü rəsmi qayda da müraciət olunmağına baxmayaraq qarşı tərəf X5 nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin İddiaçı cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X16rşı “ödənilməmiş əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 2022-ci ilin sentyabr ayı üçün əmək haqqından əskik ödənilmiş 128,41 manat pul məbləğinin və bankın xeyrinə tutulan lakin bankın hesabına köçürülməyib mənimsənilən 478,42 manat pul məbləğinin və ezamiyyə xərcindən ödənilməyən 63 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin, 2 №-li Regional Sukanal İdarəsi ilə 10 dekabr 2019-cu il tarixində əmək müqaviləsi bağlayaraq həmin X21 Sahəsində, Abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə təyin olunmuşdur. 24 noyabr 2020-ci il tarixində qarşılıqlı razılaşma əsasında əmək müqviləsinə dəyişiklik olunaraq "xxxx" ASC-nin, 2№-li Regional Sukanal İdarəsinin, X30 üzrə Sukanal sistemlərinin təhlili qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur. Həmin müddətdən 17 dekabr 2024-cü il tarixinə qədər həmin vəzifəni icra etmişdir. Həmin təşkilatda işlədiyi müddət ərzində bir sıra hallarda əmək haqqı və ezamiyyə xərci düzgün hesablanıb ödənilməmişdir. Belə ki, elektron kabinetə daxil etdiyi arayışa əsasən icra məmurunun təqdimatı asasında aylıq əmək haqqından "xxxx" ASC nin xeyrinə ümumilikdə 1932,76 manat pul məbləğı tutulsa da həmin puldan hamin bankın xeyrinə 1454,34 manat pul məbləği köçürülsədə 478,42 manat pul məbləği mənimsənilmişdir. Bundan əlavə 2022-cı ilin sentyabr ayının 647.30 manat əsas aylıq əmək haqqından 518,89 manat pul məbləği ödənilsə də, 128,41 manat pul məbləği mənimsənilmişdir. Bundan əlavə 2024-cü ilin 10-12 iyul tarixində FHN-nin keçirdiyi tədbirdə ezamiyyətdə olsa da ezamiyyə pulu Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq 3 günlük ödənilməli əvəzinə cəmisi 2 günlük ezamiyyə xərcı ödənilmiş sonuncu günün 65 manat pul məbləği də ödənilməmişdir. Bundan əlavə işəgötürənlə yaranmış problemli məsələnın həll olunması üçün X5 iştirak edilməsi üçün aiddiyyəti üzrə mediasiya təşkilatına tərəfindən müraciət olunmuşdur. Lakin Mediasiya təşkilatı tərəfindən İşəgötürənə X5 iştirak etməkd ötrü rəsmi qayda da müraciət olunmağına baxmayaraq qarşı fərəf X5 nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin e-2(004)-3490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X16rşı “ödənilməmiş əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair 2(004)- 3490/2025 nömrəli mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X16rşı "işə bərpa və əmək haqqı" tələbinə dair 2(004)-1492/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Cavabdeh “İri şəhərlərin X24 Xidməti” X29 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, əmək haqqının ödənilməsi hissəsi üzrə iddia müddəti tətbiq edilməlidir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri və iddia müddətinin ötməsini nəzərə alaraq əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, verilən suallara cavab olaraq bildirmişdir ki, 04 noyabr tarixində ona iş təklif olunsaydı, onun bundan xəbəri olardı, çünki iş günü idi, o özü işdə idi, olmasaydı belə onun yaşadığı ünvana göndərilə bilərdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh “İri şəhərlərin X24 Xidməti” X25 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. iddiaçının işlədiyi təhlil qrupunda qrup rəhbəri vəzifəsi artıq bizim idarədə yoxdur. Həmin ştat vahidi Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətində mövcuddur. Həmin qrum onların bir sıra işçilərini də işə götürmüşdür. Qeyd edir ki, tərəflərindən İddiaçı əvvəlki tutduğu vəzifə ixtisara düşdüyündən sturuktur dəyişikliyi ilə əlaqədar Şamaxı SMSİİ-nin yeni ştat cədvəlinə uyğun olaraq “İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna” mühəndis vəzifəsi təklif olunmuş, ünvanına bu barədə rəsmi məktub göndərilmiş, lakin iddiaçı məktubu qəbul etməkdən, həmçinin həmin vəzifədən imtina etmişdir. Bu barədə aktı məhkəməyə təqdim etmişlər. Qeyd edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X24 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Onlar fərmanda göstərilən 5 ərazilər üzrə fəaliyyət göstərirlər. Həmin fərmanın 5.1-ci bəndinə bu Fərmanın 3-cü hissəsi və 5.3 - 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X22 Xidməti;bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin X24 Xidməti; tabeliyindəki Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətinin Meliorasiya X11 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X13 İnstitutu yaradılmışdır.Yenə həmin fərmanın 6.2-ci bəndinə əsasən X22 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, xx.xx.2025 ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim etdiyi vəsatətlərə hüquqi qiymət verilməsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 492 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İşçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2№-li Regional Sukanal idarəsi X30nin İş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna 9-cu dərəcə ilə mühəndis vəzifəsinə, işə qəbul (təyin) edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə uygun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razılığı ilə "10" dekabr 2019-cu il tarixindən "10" dekabr 2020-ci il tarixinədək 01 (bir) il muddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 590 manat məbləğində əmək haqqı ödənilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 492 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 492/D-01 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, işçi X30nin Sukanal sistemlərinin təhlili qrupunun 10-cu dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə keçirilmiş, Aylıq vəzifə maaşı-670 manat, iş rejimi 5 günlük iş həftəsi müəyyən edilmişdir. Dəyişiklik xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 492 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 492/D-1 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, işçiyə hər ay 780 manat əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Dəyişiklik xx.xx.2022-ci il tarixdən minmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında” Əsasnamə, Agentliyin sturukturu təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X38 Səhmdar Cəmiyyətinin Hidrogoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət Xidməti yaradılmış, Agentliyin aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və X6 Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xİdmətin aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilmiş, Agentlik tabeliyində: bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X22 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin X24 Xidməti; 5.3. tabeliyindəki Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətinin Meliorasiya X11 çevrilmə formasında yenidən təşkili yolu ilə Su və X13 İnstitutu; 5.4. tabeliyindəki Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X9 Müdiriyyəti; 5.5. tabeliyindəki Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 29 may 2024-cü il tarixli, 002/f nömrəli əmrindən görünür ki, 1. Agentliyin tabeliyindəki “İri şəhərlərin X24 Xidəmti” publik hüquqi şəxsin strukturu və ştat cədvəlinin təsdiq edilməsi; 2. “İri şəhərlərin X24 Xidməti Publik hüquqi şəsxi işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin aparatı üzrə 180 ştat vahidinin müəyyən edilməsi; 3. “İri şəhərlərin X24 Xidəmti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (K.Həsənova) – təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində struktura daxil olan qurumların ştat cədvəllərinin hazırlanması, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi, - yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini və bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etməsi; 4. Aparat rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim etməsi əmr edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/f nömrəli əmri ilə təsdiq edilmiş İri Şəhərlərin X24 Xidməti publik hüquqi şəxsin sturukturundan görünür ki, PHŞ-nin suturukturuna aşağıdakılar daxildir: 1. Xidmətin Aparatı; 2. Bakı Sukanal İdarəsi; 3. Binəqədi rayon Sukanal İdarəsi; 4. Nərimanov rayon Sukanal İdarəsi; 5. Nizami rayon Sukanal İdarəsi; 6. Nəsimi rayon Sukanal İdarəsi; 7. Pirallahı rayon Sukanal İdarəsi; 8. Qaradağ rayon Sukanal İdarəsi; 9. Yasamal rayon Sukanal İdarəsi; 10. Səbail rayon Sukanal İdarəsi; 11. Sabunçu rayon Sukanal İdarəsi; 12. Suraxanı rayon Sukanal İdarəsi, 13. Xətai rayon Sukanal İdarəsi; 14. Xəzər rayon Sukanal İdarəsi; 15. Bağlar Sukanal İdarəsi; 16. Sumqayıt şəhər Sukanal İdarəsi; 17. Gəncə şəhər Sukanal İdarəsi; 18. Mingəçevir şəhər Sukanal İdarəsi; 19. Şirvan şəhər Sukanal İdarəsi; 20. Nəqliyyat və Xüsusi Texnika İdarəsi; 21. X15 İdarəsi; 22. X41 idarəsi; 23. X26 İdarəsi; 24. Sutikinti müəssisəsi; 25. Mərkəzi Laboratoriya; 26. Anbar Təsərrüfatı İdarəsi; 27. İnformasiya Texnologiyalarının Təşkili və Tətbiqi İdarəsi. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2№li Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 80-E nömrəli əmrinə əsasən, 2 №-li Regional Sukanal İdarəsinin X30nin Sukanal sistemlərinin tahlil qrupunun mühəndis-qrup rəhbəri İddiaçı Şimal-qərb X10 Mülki Müdafiə kurslarında "Rabitə manqa komandirləri" kateqoriyasında keçiriləcək məşğələlərdə iştirak etmək üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 (üç) gün müddətinə Qəbələ şəhərinə ezamiyyətə göndərilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi tərəfindən verilmiş 123 nömrəli Şəhadətnamədən görünür ki, Zaidov X20 manqa komandirləri kateqoriyası üzrə 10-12 iyul 2024-cü il tarixlərində keçirilən “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində hazırlanması” proqramı əsasında 3 gün (21 saat) hazırlıq kursu keçmişdir. “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsi 2№-li Regional Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 109 nömrəli, xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X24 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin X24 Xidməti" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə "İri Şəhərlərin X24 Xidməti" publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinizə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o, bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2№li Regional Sukanal İdarəsi Ucar Sukanal sahəsi X7 tərəfindən 2№li Regional Sukanal İdarəsinə göndərilmiş 01/05 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X12, X3 daxil olmuş xx.xx.2024-cü il tarixli 13-16-9-2/2-01/3-403/2024 saylı məktubuna tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə "İri Şəhərlərin X24 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən, 2 №-li Regional Sukanal idarəsinin əməkdaşlarının tutduqları vəzifələr üzrə ştat vahidləri ixtisara düşmüşdür. Ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqavilələrinə xitam verilən zaman, əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan İşçilərin əmək müqavilələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxs X31 Sistemlərinin İstismarı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 122 nömrəli məktubdan görünür ki, struktur dəyişiklikləri ilə əlaqədar X31 Sistemlərinin İstismarı İdarəsinin ştat cədvəli yenidən formalaşdırılmışdır. Yeni ştat cədvəlinə uyğun olaraq ona hazırda İşlədiyi vəzifəyə uyğun "İş əmrlərini əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna" mühəndis - qrup rəhbəri vəzifəsi təklif olunur. Əmək haqqı 815 (səkikiz yüz on beş) manat təşkil edir. Onunla əmək müqaviləsi bağlanılması üçün 3 (üç) iş günü ərzində rəsmi münasibət bildirməsi təklif edilmişdir. Şamaxı SMSİİ-nin rəisi X28, Şamaxı SMSİİ-nin rəis müavini X14, Şamaxı SMSİİ-nin ümumi şöbənin rəisi X17, Şamaxı SMSİİ-nin baş mühəndisi X18 və Şamaxı SMSİİ-nin mühəndis topoqrafı X19 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, 2 №li X40 idarəsinin ünvan 2 ünvanında yaşayan) İddiaçı struktur dəyişikliyi ilə əlaqədar onun əvvəlki tutduğu vəzifə (təhlil-qrupunda qrup rəhbəri) ixtisara düşdüyündən, tərəflərindən Şamaxı SMSİİ-nin yeni ştat cədvəlinə uyğun olaraq "İş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna" mühəndis vəzifəsi təklif olunmuş, həmçinin ünvanına bu barədə rəsmi məktub göndərilsə də məktubu qəbul etməktən imtina etmişdir. Bir neçə dəfə yuxarıda qeyd olunan vəzifə təklif olunsa da həmin vəzifədən imtina edilmişdir. Aktı imzaları ilə təsdiq etmişlər. “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsi 2 №-li Regional Sukanal İdarəsininin 17 dekabr 2024-cü il tarixli 517-k nömrəli əmrinə əsasən, İddiaçı 2 №-li Regional Sukanal İdarəsinin X30nin Sukanal sistemlərinin təhlili qrupunun mühəndis-qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin "b" bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən 2 №-li Regional Sukanal İdarəsində 5 il 7 ay 11 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarı işdənçıxarma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 31 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas "İri Şəhərlərin X24 Xidməti" publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəli, 2 №-li Regional Sukanal İdarəsinin X2 xx.xx.2024-cü il tarixli 01/05 nömrəli məktubu olmuşdur. “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsi tərəfindən "xxxx" ASC-nin birbank tətbiqindən əldə edilmiş K 19116 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına 395,60 manat məbləğində əmək haqqı köçürülmüşdür. “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsi tərəfindən "xxxx" ASC-nin birbank tətbiqindən əldə edilmiş K 24531 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına 2295.82 manat məbləğində əmək haqqı köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş dekabr 2024-cü il üçün hesabat vərəqindən görünür ki, İddiaçı 1-17 dekabr tarixləri üçün vəzifə maaşı 427,89 manat, xx.xx.2024-cü il tarixində işdən çıxarma müavinəti 1262,86 manat, işdən azad olanda istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya 1 gün üçün 25,62 manat hesablanmaqla, 30 gün üçün cəmi 768,60 manat, ümumilikdə ona ödənilməli məbləğ tutulmalar daxil olmaqla 2295,81 manat müəyyən edilmişdir. X30ndə mühəndis qrup rəhbəri vəzifəsində X1 xx.xx.2019-xx.xx.2024-cü il tarixlərinə qədər aparılan tutulmalar barədə Məlumatdan görünür ki, Rabitəbank tərəfindən 2020-ci ilin mart ayı üzrə 257,38 manat, aprel ayı üzrə 205,39 manat, may ayı üzrə 36,34 manat, cəmi 499,11 manat, icra qrupu tərəfindən 2020-ci ilin aprel ayı üzrə 51,99 manat, Unibank tərəfindən 2020-ci ilin may ayı üzrə 221,04 manat, iyun ayı üzrə 257,38 manat, iyul ayı üzrə 257,38 manat, avqust ayı üzrə 257,38 manat, 2021-ci ilin mart ayı üzrə 283,68 manat, 2023-cü ilin fevral ayı üzrə 327,95 manat, mart ayı üzrə 327,95 manat, cəmi 1932,76 manat, icra qrupu tərəfindən 2020-ci ilin aprel ayı üzrə 51,99 manat, daşınmaz əmlak üzrə ekspert şirkəti tərəfindən 2020-ci ilin noyabr ayı üzrə 200 manat, icra qrupu tərəfindən 14 manat pul tutulmuşdur. “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsi 2№-li Regional Sukanal İdarəsininin xx.xx.2024-cü il tarixli davamiyyət jurnalından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yerində olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən işsiz statusu verilmişdir. Status xx.xx.2025-ci il tarixinədək etibarlıdır. Ağsu 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞA/MT 043/2025-00051 saylı X5 İştirak Edilməməsi barədə arayışından görünür ki, 25 dekabr 2024-cü il tarixdə işə bərpa və təzminat mübahisəsinə dair mediasiya sessiyasının tətbiqi barədə təklif göndərilmiş, “İri şəhərlərin X24 xidməti” PHŞ-nə İMS-in keçiriləcəyi yer va tarix barədə, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanına bildiriş göndərilmişdir, ***-***-**-** nömrəli telefonla dəfələrlə əlaqə saxlanılmış lakin “İri Şəhərlərin X24 Xidməti” PHŞ mediasiya sesiyasında (prosesində) iştirak etməmişdir. "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə Çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 252,57 manat, xx.xx.2020-ci il tarixdə 252,57 manat, xx.xx.2024cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 107 manat əmək haqqı köçürülmüşdür. "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə Çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 518,89 manat əmək haqqı köçürülmüşdür. “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixini əhadə edən dövr ərzində İddiaçı hesablanmış aylıq əmək haqqı aşağıdakı kimi olmuşdur: ona cəmi 11089,72 manat əmək haqqı hesablanmış, əmək haqqından 1661,19 manat tutulmuş və ona 9428,53 manat əmək haqqı ödənilmişdir. Hazırda İddiaçı cavabdeh “İri şəhərlərin X24 Xidməti” X16rşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, düzgün ödənilməmiş əmək haqqının, kompensasiyanın, son haqq-hesabın, ezamiyyə xərclərinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin İ hissəsinə əsasən, Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X5 iştirak tələb olunur. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, “Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.” Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 492 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2№-li Regional Sukanal idarəsi X30nin İş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna 9-cu dərəcə ilə mühəndis vəzifəsinə, işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 492/D-01 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, işçi X30nin Sukanal sistemlərinin təhlili qrupunun 10-cu dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə keçirilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "İri Şəhərlərin X24 Xidməti" X25 2 №li Regional Sukanal İdarəsi tərəfindən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşdüyündən onunla bağlanmış əmək müqaviləsinə 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edildiyindən sonra, 17 dekabr 2024-cü il tarixli 517-k nömrəli əmrinə əsasən, İddiaçı 2 №-li Regional Sukanal İdarəsinin X30nin Sukanal sistemlərinin təhlili qrupunun mühəndis-qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin "b" bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, əmək qanunvericiliyinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.(71.1) Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. (78.1) İddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi- iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. İş materillarından görünür ki, iddiaçı öz sahəsində peşəkarlıq səviyyəsinin daha yüksək olmasına baxmayaraq, ixtisara düşmüş, cavabdeh xx.xx.2024-cü il tarixli 122 nömrəli məktubla iddiaçıya Şamaxı SMSİİ-də yeni bir vəzifə təklif edir. Lakin, cavabdehin nümayəndəsi öz izahatında iddiaçının işlədiyi təhlil qrupundakı qrup rəhbəri vəzifəsinin Azərbaycan Meliorasiya və X34 Səhmdar Cəmiyyətində mövcud olduğunu bildirmişdir. Qanunvericilik həm eyni işəgötürən çərçivəsində, o cümlədən yeni yaranan strukturlarda ixtisara düşən işçilərə uyğun vəzifələrin təklif edilməsini tələb edir. Məhkəmə onu da qeyd edir ki, əmək qanunvericiliyinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X7 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. (80.2) İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2№li Regional Sukanal İdarəsi Ucar Sukanal sahəsi X7 əsaslandırılmış yazılı qərar qəbul etmək əvəzinə işəgötürənə formal məktub ünvanlamışdır. Belə ki, məktubun məzmunundan görünür ki, həmkarlar ittifaqı bu məsələ ilə bağlı iddiaçını məlumatlandırmamış, obyektiv araşdırma aparmamış, heç bir iclas keçirilmədən formal razılıqlarını vermişdilər. Bu da həmçinin iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasını bir daha təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, davamiyyət jurnalına görə, iddiaçı 25 dekabr 2024-cü il tarixinədək iş yerində olmuşdur, lakin əmək müqaviləsinə 17 dekabr 2024-cü il tarixdən xitam verilmişdir. Bu hal, əmək müqaviləsinə xitamın rəsmiləşdirilməsinin Əmək Məcəlləsinin tələblərinə və işçinin faktiki işlədiyi günlərə uyğun olmamasına dəlalət edir. Həmçinin iddiaçıya əmrin surətinin, əmək kitabçasının və digər sənədlərin təqdim olunmaması qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi də əsaslıdır Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bundan başqa, iddiaçı ixtisar olunduğu üçün 1560 manat və istifadə edilməmiş məzuniyyət üçün 825 manat, cəmi 2975 manat ödənilməli olduğu halda 2295.81 manat ödənildiyini iddia edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş dekabr 2024-cü il üçün hesabat vərəqindən görünür ki, İddiaçı 1-17 dekabr tarixləri üçün vəzifə maaşı 427,89 manat, xx.xx.2024-cü il tarixində işdən çıxarma müavinəti 1262,86 manat, işdən azad olanda istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya 1 gün üçün 25,62 manat hesablanmaqla, 30 gün üçün cəmi 768,60 manat, ümumilikdə ona ödənilməli məbləğ tutulmalar daxil olmaqla 2295,81 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının işdənçıxarma müavinəti ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən 1.7 misli miqdarı hesablanmış və ödənilmişdir. İddiaçının 5 il 7 ay 11 gün stajı olduğu üçün 1.7 misli (5 ildən 10 ilədək) doğru hesablanmışdır. İddiaçıya ümumilikdə 2295.81 manat ödənilməsi iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçını işə bərpa tələbi təmin edildiyi üçün, iddiaçıya xitam zamanı ödənilən işdənçıxarma müavinəti və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği qanuni əsasını itirir. ƏM-nin 300-cü maddəsi işə bərpa zamanı bu ödənişlərin tətbiqini istisna edir. Buna görə də, bu pul tələbləri "düzgün ödənilməmiş" olsa belə, işə bərpa nəticəsində əhəmiyyətsiz qalır, bu səbəbdən bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə gedişatında cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia tələbinin “əskik ödənilmiş əmək haqqı tələbi” hissəsinə münasibətdə qeyd edir ki, 2022 sentyabr ayı üçün 128.41 manat, mənimsənilən bank borcu 478.42 manat, ezamiyyə xərci 63 manat ayrı-ayrı pul mübahisələri hesab olunur. İş materiallarından görünür ki, iddiaçı həmin tələblər üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Pulun ödənilməli olduğu tarixdən (2022-ci il) iddia qaldırılan tarixə qədər 1 ildən artıq vaxt keçmişdir. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “əskik ödənilən ezamiyyə xərcləri” tələbinə münasibətdə qeyd edir, bu tələb 10-12 iyul 2024-cü il tarixli ezamiyyət zamanı ödənilməyən xərcə aiddir. İddia xx.xx.2025-ci il tarixində verildiyinə görə, bu tələb üzrə iddia müddəti (1 il) hələ keçməmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə yetərincə əsaslandırılmadığından və iş materiallarında olan sübutlarla ezamiyyə xərcinin düzgün ödənilib-ödənilməməsi öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən işdənçıxma müavinəti, son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) tam və düzgün hesablanaraq ödənilməsinin, həmçinin 109 saylı, 16 iyul 2024-cü il tarixli “Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” bildirişində “Qəbul etdim. İddiaçı xx.xx.2024” yazısının İddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1492/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmişdir. Lakin ekspert tərəfindən tələb olunan zəruri sənədlər tam təqdim edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-4/1083-9/3411/2025 saylı “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” haqqında məlumatı məhkəməyə göndərmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “İri şəhərlərin X24 Xidməti” X25 İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 17 dekabr 2024-cü il tarixli 517-k nömrəli əmri ləğv edilsin. İddiaçı “İri şəhərlərin X24 Xidməti” X27 əvvəlki vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh İri şəhərlərin X24 Xidməti X27n tutularaq iddiaçıya ödənilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “İri şəhərlərin X24 Xidməti” X25 İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 17 dekabr 2024-cü il tarixli 517-k nömrəli əmri ləğv edilsin. İddiaçı “İri şəhərlərin X24 Xidməti” X27 əvvəlki vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh İri şəhərlərin X24 Xidməti X27n tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1492/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1492/2025
09.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver