Məhkəmə qərarları › İş №e-2(004)-1497/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1497/2022

27.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1497/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X19, X20, Cavabdeh4, onların və eyni zamanda digər cavabdehlər Cavabdeh5, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X30, X31, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X37, sonuncuların yetkinlik yaşına çatmayan övladları X32 və X21 qarşı “fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilkin olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, X30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X19, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 onun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evinin “B” tikilisindən əşyaları ilə birlikdə çıxarılmaları və “B” tikilisinin ona təhvil verilərək həmin hissəyə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. AR DƏDRX tərəfindən fərdi yaşayış evinə verilmiş **********61-10301 reyestr nömrəli tekniki pasportdan göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli ünvanda torpaq sahəsi üzərində “A” və “B” adlı ayrı-ayrı tikililər mövcuddur və onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin “B” tikilisində cavabdehlər heç bir əsas olmadan yaşayırlar və könüllü olaraq boşaltmaq istəmirlər. Cavabdehlərə dəfələrlə mənzildən çıxmaları barədə müraciət etsə də, onlar zəbt etdikləri yaşayış sahəsini tərk etməkdən imtina etmişlər. Bu səbəbdən mülkiyyətçi kimi iddiaçının yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, işə əlavə cavabdehlər cəld edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X19, X20, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X33, sonuncuların yetkinlik yaşına çatmayan övladları X22 və X11 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evinin “B” tikilisindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin “B” tikilisinin ona təhvil verilərək həmin hissəyə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət hüququ ilə iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı mülkiyyət hüququnu vərəsəlik qaydasında əldə etmişdir. Buna dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 20 iyun 1998-ci il tarixdə 166540 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli olan fərdi yaşayış evində digər paylı mülkiyyətçilər X72 4 yaşayış otağı və X18 2 yaşayış otağı olmaqla mülkiyyət hüququna malik olmuşlar. Daha sonra iddiaçı 2016-cı ildə “payının naturada bölünməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsinə düşən ümumi sahəsi 125,4 kv.m, yaşayış sahəsi 78,5 kv.m, yardımçı sahəsi 46,9 kv.m olmaqla “A” və “B” tikililəri həmin evdən ayrılaraq naturada İddiaçı verilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçının mülkiyyət hüququ AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı dəyişdirilərək “Qədirli küçəsi 1F” olmuşdur. Lakin həmin fərdi yaşayış evinin texniki pasportundakı “A” və “B” tikililərinin layihəsi ilə, 20 iyun 1998-ci il tarixdə 166540 nömrəli qeydiyyat vəsiqəsi ilə paylı mülkiyyətdə olan Qədirli küçəsində yerləşən 1/5 saylı evin “A” və “B” tikililərinin layihəsi eynilik təşkil edir. Dolayısı ilə yaşayış sahələri eynilik təşkil etsə də, sadəcə ünvan dəyişmişdir. Hazırda iddiaçı mülkiyyətində olan “A” tikilisindən maneəsiz istifadə etməsinə baxmayaraq, “B” tikilisi cavabdehlər tərəfindən zəbt edildiyindən istifadəsi mümkünsüz olmuş və bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. O, həmçinin qeyd etmişdir ki, 2016-cı ildə keçirilən məhkəmə prosesləri gedişatında da yerli baxış keçirilərək ekspertiza təyin edilmiş və 1998-ci ildə verilmiş texniki pasportda göstərilən “B” tikilisi ilə, 2020-ci ildə verilmiş texniki pasportda göstərilən “B” tikilisinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehlərin nümayəndəsinin etirazının dəlillərinə münasibətdə isə bildirdi ki, cavabdehlər mülkiyyətçi olan iddiaçıya münasibətdə aliment tələb etmək hüququ olan ailə üvzləri olmadığından kompensasiya ilə istifadə hüququna xitam verilməsi tamamilə əsassızdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X64 mənzilin keçmiş mülkiyyətçisi olan Səliməxanımın ailə üzvləri olmuşdur ki, həmin vaxtdan da onların hər birinin yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə istifadə hüquqları yaranmışdır. Qeyd edilən mübahisəli fərdi yaşayış evində cavabdehlər əlavə tikililər də tikmişdirlər ki, hazırda da həmin tikililər onların istifadəsindədir. Lakin iddiaçı əlavə tikililəri nəzərə almadan və heç bir AR ƏMDRX-nin əməkdaşı tərəfindən gəlib tikililərin ölçü aparılmamışdır. Digər cavabdehlərdən Cavabdeh4 və X23 mənzilin keçmiş mülkiyyətçisi Səliməxanımın qızıdır ki, o da anadan olandan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin hazırda yaşadığı otağında anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayır. Cavabdeh4 və Cavabdeh5 da mübahisəli mənzildə əlavə tikililər tikmiş və təmir etdirmişlər. Həmin tikililərə dair AR ƏMDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşı tərəfindən ölçü aparılmamışdır. Cavabdehlərdən Cavabdeh2 mənzilin keçmiş mülkiyyətçisi, mübahisə predmeti olan “B” tikilisindəki 7 və 8 saylı otaqlarda payı olan X51 qızıdır və doğulduğu vaxtdan həmin fərdi yaşayış evinin 7 və 8 saylı otağında yaşamış, hazırda da qeydiyyatda olmaqla yaşayır. Hətta həmin otaqların Cavabdeh2 atası X61 məxsus olması məhkəmə qətnamələrindən də aydındır. Bundan başqa cavabdehlər mübahisəli fərdi yaşayış evində anadan olduqları gündən bugünə kimi qeydiyyatda olmaqla həmin mübahisəli fərdi yaşayış evində yaşayıblar və hazırda da yaşamağa davam edirlər ki, onların yaşadıqları mənzili qanunsuz olaraq zəbt etməkdən söhbət belə gedə bilməz. Hətta iddiaçının həmin fərdi yaşayış evinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli çıxarışa əsasən heç bir hüququ yaranmır. Belə ki, təqdim edilən sənədin nömrəsində ünvan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evi göstərilsə də, cavabdehlərin yaşadıqları fərdi yaşayış evinin ünvanı isə ünvan 3ir. Göstərilənlərlə yanaşı, cavabdehlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən ümumiyyətlə məlumatsız olmuşlar, hazırda isə qətnaməyə əsasən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışı mübahisələndirmək niyyətləri yoxdur. Cavadehlər Qədirli küçəsi 1F ünvanı olmasa da, 1/5 saylı fərdi yaşayış evinin “B” tikilisində fasiləsiz olaraq doğulduqları gündən yaşayırlar. Cavabdehlərdən yalnız Aytən atası Səidə münasibətdə məhkəmə proseslərindən məlumatlı olmuşdur. Verilmiş suallara əsasən cavabdehlərin vəkili bir daha qeyd etmişdir ki, cavabdehlərin yaşadıqları evlərin digər şəxslərin paylı mülkiyyətdə olmasından məlumatlı olsalar da həmin mülkiyyətçilər onların qohumları olduğundan ailə üzvləri ilə birlikdə onrların razılığı ilə orada məskunlaşmışlar. 1998-ci ildən paylı mülkiyyətçi olan iddiaçı özü də hazıradək etiraz etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən isə görünür ki, fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Aytən atası Səidin yaşadığı mənzildə yaşamır. 7 və 8 saylı otaqlarda müəyyən ediblər ki, Səid özü deyil qızları yaşayır. Səid özü orada yaşamadığı üçün naturada bölgü başqasına keçibdir. Cavabdehlər digər paylı mülkiyyətçilərin ailə üzvləri kimi məskunlaşıblar, iddiaçı isə sonradan mülkiyyət hüququ əldə etsə də, ondan əvvəlki mülkiyyətçilər cavabdehlərə həmin evdə yaşamaları üçün icazə vermişlər. Ona görə də hesab edir ki, mübahisəli mənzilə dair tərəflərin mülki hüquq münasibətləri 2001-ci ilədək yarandığından, AR Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməli və istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Dolayısı ilə mülkiyyətçinin dəyişməsi cavabdehlərin istifadə hüququna xitam verə bilməzdi. Hazırki halda isə iddiaçı tərəfindən belə bir təklif olmadığından hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, o, mübahisəli evdə doğulmuş və hazırda ailə üzvləri – arvadı Cavabdeh3, oğlu X19 və onun digər ailə üzvləri ilə birlikdə yaşayır, X43 isə evləndikdən sonra oradan köçüb ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. O, özü 1974-cü ildən həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Əvvəlki mülkiyyətçilərdən olan Bibiqulu onun qohumu olmuş və Bibiqulu yaşayış sahəsinin bir hissəsini atasına rəsmi sənəd olmadan satmışdır. Həmin evdə mərhum valideynləri də yaşamışlar. Lakin onlar alqı-satqı müqaviləsi bağlamayıblar. Yaşayış sahəsi ona atasından keçib. Bacı və qardaşı həmin ünvanda formal qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq yaşamırlar. Belə ki, bacısı nikaha daxil olub uzun müddətdir oradan köçmüş, qardaşı isə özünə məxsus evdə yaşayır. İddiaçı əmisi Hökümə xanımla evlənmiş, əmisi öldükdən sonra ev Hökümə xanıma keçmişdir. Daha sonra isə vərəsəlik yolu ilə Nadirxana da keçmişdir. 2016-cı ildə keçirilən məhkəmə proseslərindən məlumatı olmamış, yalnız yaşayış sahələrini ölçmək üçün bir neçə şəxs gəlmiş, ölçdükdən sonra çıxıb getmişlər. Lakin yaşayış evində keçirilmiş yerli baxış prosessual hərəkətindən məlumatı olmamışdır. O, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. O, mübahisəli evdə ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı, övladları həmin evdə doğulmuşlar, özü isə 1983-cü ildə gəlin köçmüşdür. O, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X43 və X44 iddia tələbinə etiraz edərək ataları Cavabdeh1 ilə oxşar məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməməsini xahiş etdilər. X43 həmçinin izahatında kirayə yaşamasına baxmayaraq bəzən həmin ünvanda yaşadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirdi ki, o, 1947-ci ildən mübahisəli evdə doğulmuş və ev ona valideynlərindən miras qalmışdır. X83 ilə birgə hazırda orada yaşayırlar. Hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsinə heç bir hüququ yoxdur, çünki iddiaçı sonradan gəlib mülkiyyətçi olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X14 iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh4 onun anasıdır və yaşayış sahəsi olan ev anasına nənəsindən keçmişdir. Özü isə həmin evdə doğulmuş və ailə üzvləri ilə birgə doğulduğu tarixdən orada yaşayır. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisə predmeti olan yaşayış sahəsinin digər payçısı atası Səid Müseyibovdur, o, 1982-ci ildə həmin evdə doğulub yaşamış və nikah qurub oradan köçmüşdür. Bir müddət sonra əri X52 məhkum olunduğundan həmin ünvandakı əlavə tikiliyə övladları ilə birlikdə köçmüş, belə ki, o, atasına məxsus otağa artırma edərək təmir etmişdir. Əri cəzadan azad olduqdan sonra onlarla birlikdə həmin ünvanda yaşamağa başlamış, lakin rəsmi qeydiyyata düşməmişdir. İddia tələbinə etiraz edir, çünki oddiaçı özü 2018-ci il tarixdə atasına məxsus əraziyə qanunsuz daxil olaraq yeni texniki pasport əldə etmişdir. İddiaçı tikinti işləri gedən zaman ona məxsus sahəni öz ərazisinə daxil etmiş və bundan məlumatı olmamışdır. Hazırda həmin evdə həyat yoldaşı və övladları ilə birgə yaşayır. O, əlavə olaraq bildirdi ki, hazırda onun yaşadığı otaq atası X51 cavadbeh X12 qarşı mənzildən çıxarılmasına dair iddia tələbi üzrə mübahisə predmeti olmuşdur. Müvafiq məhkəmə aktları ilə mülkiyyətçi olaraq atasının iddia tələbi təmin edilmiş və X6 mənzildən çıxarılması qət edilmişdir. Hətta 2012-ci ildə o, qətnamənin səs-küylü icrasında iştirak etmiş və mənzil boşaldıldıqdan sonra övladları ilə həmin yaşayış sahəsində məskunlaşmışdır. Lakin o, hesab edir ki, onun yaşadığı otaq “B” tikilisində deyil, “V” tikilisində yerləşir. Qətnamələrdə texniki yanlışlığa yol verilmişdir. Cavabdeh X52 məhkəmənin iclası barədə lazımi qaydada xəbərdar olunmuş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə işə cavabdeh S.Qafarovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsi ilkin olaraq X15 və ½ hissəsi Bibiqulu Hümbət oğlunun adlarına qedyiyyatdan keçmişdir. Daha sonra Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1978-ci il tarixli 2кн4»н»-2265reyestr nömrəli və 2кн»н»-2266 reyestr nömrəli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin Bibiqulu Hümbət oğluna məxsus olmuş ½ hissəsi xx.xx.1978-ci il tarixdə X34 adına qedyiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1994-cü il tarixli 2”V”-2A-231 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X24 məxsus olmuş ½ hissəsi xx.xx.1994-cü il tarixdə X3 adına qediyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin X4 məxsus olan hissəsindən bir hissə (2 otaq, 18.7 kv.m və 8.5 kv.m) Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-A-4-648 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir, digər hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3M-6-1100 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X51 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli 2V-1-272 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən X38 məxsus olan hissə xx.xx.1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin “V” tikinti hissəsindəki 8 saylı sahəsi 12.2 kv.m olan yaşayış otağı və 6 saylı sahəsi 7.4. kv.m olan dəhlizi xx.xx.1998-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4Ə-2-304 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X61 məxsus olan hissədən 1 otaq (sahəsi 20 kv.m) xx.xx.2003-cü il tarixdə X45 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə/145 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X53 məxsus hissə xx.xx.2007-ci il tarixdə X16 adına qeydiyyatdan keçmişdir. Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-2494 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X25 məxsus hissə xx.xx.2021-ci il tarixdə X17 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin 2 otağı X46, 2 otağı X5, 3 otaq, y/s-39.1 kv.m, k/s-8.2. kv.m hissəsi X7, 1 otaq, y/s-20 kv.m sahəsi olan hissə X17 mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin İddiaçı məxsus olan ½ hissəsi həmin evdən ayrılaraq Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1F ünvanı kimi xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubuna sadalanan müqavilələr, vərəsəlik şəhadətnamələri, məhkəmə aktları, reyestrdən çıxarışlar və digər zəruri sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Təqdim edilmiş sənədlər arasında olan fərdi yaşayış evinin hər bir mülkiyyətçisinə verilmiş plan-lahiyədən müəyyən edilir ki, “B” tikilisinin lahiyəsində dəyişiklik edilməmişdir. Hətta, 1998-ci ildə paylı mülkiyyətçilərin mülkiyyətinə daxil olan ünvan 6 fərdi yaşayış evinin tərkibindəki yaşayış sahələrinin planından, o cümlədən 3 otaq 39,1 kv.m, k/s 8,2 kv.m yaşayış sahəsinin mülkiyyətçisi X7 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əlavə edilmiş plandan müəyyən edilir ki, Qədirli küçəsi 1/5 fərdi yaşayış evinin “B” tikilisinin lahiyəsi ilə, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1F ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin “B” tikilisinin layihəsi eynilik təşkil edir. Bundan başqa reyestr nömrəsi **********02-10301 olan xx.xx.2012-ci il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin planından müəyyən edilir ki, sözügedən yaşayış evi ümumilikdə 3 ədəd bir mərtəbəli tikilidən və 17 yaşayış otağından ibarətdir ki, “A” tikilisində 4 otaq, “B” tikilisində 5 otaq, “V” tikilisində isə 8 otaq mövcuddur. “A” və “B” tikililərinin birlikdə ümumi sahəsi isə 123,9 kv.m təşkil edir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 20 iyun 1998-ci il tarixli 166540 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri Qədirli ( İ Popereçnaya) küçəsindəki 1/5 yaşayış evin üzərində İddiaçı ½ hissədə, X47 4 otağa və X48 2 otağa paylı mülkiyyət hüququ reyestdə qeydə alınmışdır. Bu barədə 190 nömrəli reyest kitabının 9738-ci səhifəsində qeydiyyat aparılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsinə düşən ümumi sahəsi 125,4 kv.m, yaşayış sahəsi 78,5 kv.m., yardımçı sahəsi 46,9 kv.m. olmaqla “A” və “B” tikililəri həmin evdən ayrılaraq naturada İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan həmçinin görünür ki, xx.xx.2016-cı il tarixdə yerli baxış keçirilmiş, baxış zamanı ünvan 5 ünvanında yerləşən “V” tikilisində X5 və X47, “A” tikilisində İddiaçı yaşaması müəyyən edilmişdir. Yerli baxış zamanı “B” tikilisində iki ailənin yaşaması aşkar edilsə də, lakin onların mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan başqa qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, AR DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* saylı çıxarışda və AR ƏMDK DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli **********51 saylı məktubda Ruslan Məmmədova məxsus otaqların “B” tikilisində yerləşdiyi göstərilsə də, xx.xx.1997-ci ildə bağlanmış müqaviləyə əsasən X3 ünvan 6 ünvanında yerləşən evin “V” tikilisində ona məxsus olan 6 otaqdan 2ni X9 satması müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da X5 ünvan 6 ünvanında yerləşən “V” tikilisində yaşadığı müəyyən edilmişdir. Qətnamədə məhkəmə kollegiyası hüquqi nəticəyə gələrkən, X8 ilə X26 arasında xx.xx.1997-ci ildə bağlanmış müqaviləyə əsasən ünvan 7 ünvanda yerləşən evin “V” tikilisində ona məxsus olan 6 otaqdan 2-sinin X1 istinad etmişdir. Qətnamədən eyni zamanda görünür ki, həmin mülki iş üzrə məhkəmə baxışı zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 23669 nömrəli rəyi mötəbər sübut olaraq qəbul edilmişdir. Belə ki, rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsində yerləşən 1/5 saylı evdən texniki pasporta görə İddiaçı məxsus olan ½ hissənin naturada ayrılması İnşaat Norma və Qaydalarına uyğun olaraq texniki cəhətdən mümkündür. Həmin rəyə uyğun olaraq Bakı, şəhəri Yasamal rayonu Qədirli küçəsində yerləşən 1/5 saylı evin ½ hissəsinə düşən ümumi sahəsi 125,4 kv.m, yaşayış sahəsi 78,5 kv.m, yardımçı sahəsi 46,9 kv.m olmaqla “A” və “B” tikililər həmin evdən ayrılaraq naturada İddiaçı verilməlidir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin məzmunundan müəyyən edilir ki, qeyd olunan mülki iş üzrə cavabdeh olan Seyid Müseyibov iclasda iştirak edərək izahatında bildirmişdir ki, o, ümumiyyətlə “A”, “B” və “V” tikililərin heç birində faktiki olaraq yaşamamışdır. O, ailəsi ilə birlikdə “A” tikilisinin qarşısında 40 ildən artıq müddətdir ki, tikdiyi özbaşına tikilidə yaşayır. Ona vaxtı ilə ayrılmış 2 otaq da “V” tikilisində yerləşmişdir ki, həmin otaqlardan birini satıb və yalnız bir otaq və koridor mülkiyyətində qalıbdır. Sadəcə olaraq İddiaçı ayrılmış “B” tikilisinin 2 otağında ünvanda qeydiyyatda olan qızı (Cavabdeh2) ailəsi ilə birgə məskunlaşmışdır. Qeyd olunan qətnamədə apellyasiya məhkəməsinin mülki kollegiyası Səid Müseyibov tərəfindən verilmiş şikayəti təkzib edərkən vurğulamışdır ki, birinci instansiya tərəfindən müəyyən edilmiş pay bölgüsü heç cür mülkiyyətçi olaraq apellyatorun hüquqlarını pozmur. Belə ki, ilk növbədə əvvəldən istifadəsində olduğu (birinci sonradan satmış) otaqlar iddiaçıya ayrılmış “A” və “B” deyil, “V” tikilisində yerləşmişdir. Həmçinin qeyd edilmişdir ki, hal-hazırda onun özü bu tikililərdən ayrıca şəkildə özbaşına inşa edilmiş tikilidə yaşayır. Apellyasiya şikayətinin dəlillərindən, habelə onun verdiyi izahatlardan belə qənaətə gəlinmişdir ki, onun bu şəkildə bölgünün aparılmasına etirazının əsasını özünün deyil, “B” tikilidə məskunlaşmış qızının ailəsinin gələcəkdə hüquqlarının pozulacağından ibarət olmuşdur. Məhkəmə qeyd etmişdir ki, bu əsas heç bir halda bu şəkildə bölgünün qarşısını ala bilməz. Belə ki, payın bölünməsinə dair iddia həmin evin mülkiyyətçilərinə aid olmaqla, onların mülkiyyətində olan paylarına mütənasib şəkildə bölgüsünü ehtiva etdiyindən, bölgü zamanı da yalnız mülkiyyətçilərin maraqları nəzərə alınmalıdır. Həmin evdə yaşayan və hətta istifadə hüququ olan şəxslərin maraqlarının nəzərə alınması isə qanunvericiliyin tələbləri baxımından nəzərdə tutulmamışdır. Göstərilənlərlə yanaşı apelyasiya məhkəməsi apelyatorun istinad etdiyi Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə gəldikdə isə qeyd etmişdir ki, həmin qətnamədə G.Hüseynovanın istifadə hüququnun evin hər hansı tikilisinə deyil, ümumi şəkildə bütün evə münasibətdə tanınması qət edilmişdir ki, bunun da eyni əsas baxımından bölgüyə heç bir təsiri yoxdur. Apellyasiya şikayətinin digər dəlili olan qanuni qüvvəsini almış eyni tarixli digər qətnamənin mövcudluğu ilə bağlı dəlilinə münasibətdə kollegiya bildirmişdir ki, həmin qətnamənin mövcudluğu da bölgünün bu şəkildə aparılmasının qarşısını almır, Belə ki, qətnamədən göründüyü kimi, X7 mülkiyyət hüququ tanınmış otaqlar iddiaçıya ayrılmış “B” deyil, “V” tikilisindədir. Sadəcə olaraq həmin qətnamə kiril əlifbası ilə yazıldığından cavabdeh tərəfindən səhvən “B” tikilisi kimi anlaşılmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qətnamə apellyator Səid Müseyibovla bağlı olmadığından, onun həmin qətnaməyə istinad etməklə qəbul edilmiş bölgünün onun hüquqlarına toxunması ilə bağlı dəlili bu dəlillərə istinad etməsi üçün tələb olunan subyektiv hüququn olmaması baxımından əsassızdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2874/17, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Dolayısı ilə birinci və apelyasiya instansiyaları məhkəmələrinin gəldikləri nəticə qanuni və düzgün hesab hesab edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi **********61-10301 olan çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, ümumi sahəsi 123,9 kv.m olan 1F nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Çıxarışa əsasən verilmiş texniki pasportdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli ünvanda torpaq sahəsi üzərində “A” və “B” adlı ayrı-ayrı tikililər mövcuddur və İddiaçı xüsusi mülkiyyətindədir. “A” tikilisi 4 otaq, “B” tikilisi 5 otaq ibarət olmaqla, ümumi sahələrinin ölçüsü Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı evin eyni adlı tikililərinə daxil olan otaqların ölçüləri ilə eynilik təşkil edir. - Azərbaycan Respublikası DİN-nin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı və onun ailə üzvləri olan xx.xx.1980-ci il təvəllüdlü X54, xx.xx.1978-ci il təvəllüdlü X55 və xx.xx.1992-ci il təvəllüdlü X73 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. -İddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixli vəsatəti ilə məhkəməyə təqdim olunan AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 6 ədəd arayışından görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X44 ünvan 8 ünvanında qeydiyyatdadırlar. - Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən yerli baxış zamanı bir daha təsdiq edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi ümumilikdə 3 ədəd bir mərtəbəli tikilidən ibarətdir: “A”, “B” və “V” tikililəri. Müəyyən edildi ki, “B” tikilisi 5 otaqdan ibarət olmaq, 3 otağın giriş qapıları eyni həyətdə yerləşir, “B” tikilisinin tərkib hissəsi olan digər iki otaq həmin həyətdən daş hasar ayırmaqla, həmin otaqların girişi digər həyətdə yerləşir. Lakin hər 5 otağın divarları bir-birinə bitişikdir. Eyni həyətdə yerləşən “B” tikilisinin 3 otağında 2 ailə, yəni 2 otağında Cavabdeh1, X44 və Cavabdeh3, digər 1 otaqda Cavabdeh4 və Cavabdeh5 yaşayır. Ayrı həyətdə yerləşən “B” tikilisinin 2 otağında isə Cavabdeh2, X52, sonuncuların yetkinlik yaşına çatmayan övladları X49 və X39 yaşayırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cədvəl şəklində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylar üzrə mülkiyyətçiləri aşağıdakı kimi müəyyən edilir: X40-1/2 hissədə Bibiqulu Hümbət oğlu -1/2 hissədə xx.xx.1994-cü ildə vərəsəlik qaydasında X8 1/2 hissədə xx.xx.1978-ci ildə vərəsəlik qaydasında –X56 1/2 hissədə xx.xx.1997-ci xx.xx.1997-ci ildə digər hissə bağışlama xx.xx.1998-ci il ildə müqaviləsinə əsasən X72 tarixli qətnaməyə xx.xx.1998-ci ildə vərəsəlik V tikilisindən xx.xx.2003-cü il tarixli alqı-satqı əsasən V tikilisinin qaydasında – Qədrili küçəsi 1/5 A (4 2 otaq (18,7 müqaviləsinə əsasən 1 otaq (20 kv.m) 8 saylı sahəsi otaq) və B (5 otaq) İddiaçı1/2 hissədə kv.m və 8,5 xx.xx.2003-cü ildə X66 (satıb mülkiyyətçi deyil) olan yaşayış kv.m) alqı- xx.xx.2007-ci il tarixli alqı-satqı sahəsi və 6 saylı satqı müqaviləsi xx.xx.2007-ci il tarixdə X41 (satıb 7,4 kv.m olan müqaviləsinə mülkiyyətçi deyil) dəhlizi əsasən X18 xx.xx.2020-ci il tarixli bağışlama xx.xx.1998-ci il müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X42 tarixdə X27 Hazırda – “V” tikilisi 2 otaq X67, “V” tikilisi 2 otaq X18, “V” tikilisi 3 otaq hazırda- xx.xx.2020-ci ildə məhkəmə 39,1 kv.m, k/s 8,2 kv.m X28, "V" tikilisi 1 otaq 20 kv.m X17 mülkiyyətindədir qətnaməsi ilə Nadirov X2 yerləşən, 1F fərdi yaşayış evi A (4 otaq) və B (5 otaq) tikililəri Məhkəmə hazırki, mübahisə ilə bağı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasına Konvensiyada “qanun” və “qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Beləliklə yuxarıda qeyd olunan sübutların təhlili əsasında məhkəmə araşdırması ilə müəyyən edildi ki, mübahisə predmeti olan Yasamal rayonu, Qədirli küçəsi 1/5 ünvanında yerləşən fərdi yaşayış evi ümumilikdə 3 ədəd birmərtəbəli tikilidən, yəni “A”, “B” və “V” tikililərindən ibarət olmaqla ümumi paylı mülkiyyətdə olmuşdur. Paylı mülkiyyətçilərdən olan İddiaçı qanuni qvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin fərdi yaşayış evinin ümumi sahəsi 125,4 kv.m yaşayış sahəsi 78,5 kv.m. yardımçı sahəsi 46,9 kv.m olmaqla “A” və “B” tikililərini xx.xx.2020-ci ildə fərdi mülkiyyətinə keçirmiş və həmin evə “Qədirli küçəsi 1F” olmaqla yeni ünvan verilmişdir. Müəyyən edilir ki, fərdi yaşayış evinin köhnə və yeni ünvanlar üzrə tərkibinə daxil olan tikililərin lahiyəsində hər hansı dəyişiklik edilmədiyindən “A” tikilisi 4 otaqdan, “B” tikilisi 5 otaqdan, “V” tikilisi isə 8 otaqdan ibarətdir. Fərdi yaşayış evinin “A” tikilisi hazırda iddiaçının mülkiyyətində olmaqla faktiki istifadəsindədir və bununla bağlı mübahisə yoxdur. Həmçinin müvafiq məhkəmə aktları və digər mötəbər sübutlarla təsdiq olunur ki, “V” tikilisi 8 otaqdan ibarət olmaqla, hazırda 2 otaq X47, 2 otaq X5, 3 otaq 39,1 kv.m, k/s 8,2 kv.m X7, 1 otaq 20 kv.m X17 mülkiyyətində və faktiki istifadəsindədir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-311/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəmisinin 2(102)- 2874/17, xx.xx.2017-ci il tarixli qərarı ilə, o cümlədən qeyd olunan mülki iş üzrə birinci instansiya məhkəməsinin keçirdiyi xx.xx.2016-cı il tarixli və hazırki iş üzrə məhkəmənin keçirdiyi xx.xx.2022-ci il tarixli yerli baxış zamanı əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, “B” tikilisinin 2 otağında cavabdehlər Cavabdeh1, X44 və Cavabdeh3, digər 1 otağında cavabdehlər Cavabdeh4 və Cavabdeh5, 2 otağında isə cavabdehlər Cavabdeh2, X52, sonuncuların yetkinlik yaşına çatmayan övladları X49 və X39 məskunlaşmışlar. Cavabdehlərin isə qeyd olunan yaşayış sahələrinə mülkiyyət hüququnun olmasını təsdiq edən sübut təqdim edilmədi və buna dair hüquqi əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh2 onun məskunlaşdığı otaqların paylı mülkiyyətçi olan atası Səid Müseyibova məxsus “V” tikilisində yerləşməsinə dair dəlilinə münasibətdə isə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8998/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində bu xüsusata qiymət verilmiş və müəyyən edilmişdir ki, onun övladları ilə birlikdə məskunlaşdığı otaqlar “B” tikilisində yerləşir. Həmçinin hazırki mülki iş üzrə keçirilən yerli baxış zamanı bu xüsusat öz təsdiqini tapmışdır. Ona görə cavabdehin bu dəlili əsassız olduğundan rədd edilməlidir. Beləliklə, iddiaçının xx.xx.2020-ci il tarixdən fərdi mülkiyyətində olan ünvan 9 ünvanındakı “B” tikilisinin cavabdehlər tərəfindən uzun müddət ərzində zəbt edilməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı mülkiyyətçinin hüquqlarının müdafiəsi baxımından ədalətli tarazlılığı pozur. Bununla da cavabdehlərin bu cür qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan yaşayış sahəsinin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Qeyd olunduğu kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Hazırda mübahisələndirilən tələb İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanındakı “B” tikilisindən maneəsiz istifadə edə bilməməsi səbəbindən cavabdehlərin evindən çıxarılması tələbi ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin mübahisə olunan mənzilə dair istifadə hüquqları mövcud deyildir. Belə ki, cavabdehlərin vəkilinin kompensasiya verilməklə onların istifadə hüququna xitam verilməli olmasına dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehlərin belə bir subyektiv hüquq olmadığından vəkilin dəlili əsassız olmaqla rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsinə daxil olan tikilidən onun iradəsi zidd istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarını pozduğundan hazırki iddia təmin edilməli və mülkiyyətçi İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F (əvvəlki Qədirli küçəsi 1/5) nömrəli fərdi yaşayış evinin “B” tikilisində sərbəst və maneəsiz yaşamaq hüququ təmin edilməlidir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X44, X43, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X52, sonuncuların yetkinlik yaşına çatmayan övladları X49 və X39 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F (əvvəlki Qədirli küməsi 1/5) nömrəli fərdi yaşayış evinin “B” tikilisi əşyaları ilə birlikdə boşaldılmalı və İddiaçı təhvil verilməlidir. İddiaçı tam mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F (əvvəlki Qədirli küməsi 1/5) nömrəli fərdi yaşayış evinin “B” tikilisinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X44, X43, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, X52, sonuncuların yetkinlik yaşına çatmayan övladları X49 və X35 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F (əvvəlki Qədirli küməsi 1/5) nömrəli fərdi yaşayış evinin “B” tikilisi əşyaları ilə birlikdə boşaldılsın və İddiaçı təhvil verilsin. İddiaçı tam mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, 1F (əvvəlki Qədirli küməsi 1/5) nömrəli fərdi yaşayış evinin “B” tikilisinə köçürülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar