Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1499/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(023)- 229/2024 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə ərazi aidiyyatı məsələsinin müəyyən edilməsi məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4cü maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalararasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. İddia tələbinin mahiyyəti “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması”dır. Göründüyü kimi, iddia tələbi İddiaçı ASC tərəfindən irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən isə istehlakçının hüququnun müdafiəsi haqqında iddia iddiaçının yaşadığı yerə görə verilə bilər. Yəni, bu işdə istehlakçı İddiaçı ASC deyil, istehlakçı Cavabdehdır. İddia tələbi istehlakı Cavabdeh tərəfindən verilmiş olsaydı, bu zaman istehlakçı Cavabdeh öz yaşayış yeri üzrə Qazax rayon Məhkəməsinə verə bilərdi. Lakin hazırki işdə Cavabdehdir və iddia ərizəsi onun rəsmi qeydə alındığı ünvan 1 ünvan üzrə Qazax rayon Məhkəməsində baxılmalıdır. Odur ki, məhkəmə mülki iş üzrə aidiyyatla bağlı mübahisənin yarandığı qənaətindədir və məsələyə dair hüquqi mövqenin qoyulması barədə yuxarı instansiya məhkəməsinə müraciət etməyi, yuxarı instansiya məhkəməsinin mövqeyinə uyğun şəkildə prosessual hərəkətlər etməyi zəruri hesab edir və mülki işin materialları işin baxılmasının aidiyyat məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işin materialları işin baxılmasının aidiyyat məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1499/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1499/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver