Məhkəmə qərarları › İş №e-2(004)-15/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-15/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-15/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ünvan 1 ünvanındakı 23 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşadığı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilini keçmiş əri Arzu Həsənovla birgə nikah dövründə əldə etmişdir. Keçmiş həyat yoldaşının təklifi ilə həmin mənzili xx.xx.2021-ci ildə birgə nikahdan doğulmuş övladları, yəni cavabdeh İddiaçı bağışlama müqaviləsi əsasında bağışlamışlar. Həmin müqaviləni bağlamağa digər oğlu və keçmiş həyat yoldaşının təkidi ilə razı olmuş, lakin o şərtlə razı olmuşdur ki, cavabdeh onun orada qeydiyyatda qalmağına və yaşamasına mane yaratmayacaqdır. Bağışlama müqaviləsi bağlanandan bir müddət keçmiş oğlu atası ilə birləşib onun yaşadığı mənzildən çıxartmağa çalışmışdır. Hətta keçmiş həyat yoldaşı ona əl qaldırmış, oğlu isə onun əllərini tutaraq buna şərait yaratmışdır. Bununla bağlı 22-ci Polis Bölməsində iş açılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Cavabdeh bir neçə aydır ki, onu evdən çıxarmış, mənzilin qapısının qıfılını dəyişdirmişdir. Bu səbəbdən o, yaşadığı evə girə bilmir və orada qala bilmir. Onun bütün əşyaları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 nömrəli evin 23 nömrəli mənzilindədir. Onun daimi yaşayış yeri həmin mənzildir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia əsaslıdır. İddiaçı Cavabdeh mübahisəli mənzildə nəyinki faktiki yaşamaq hüququ var, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə müəyyən olunmuşdur ki, Cavabdeh mübahisə predmeti olan ünvan 1 ünvanındakı 23 saylı mənzilin həm də ikidə bir hissədə mülkiyyətçisidir. Müvafiq qərarlar məhkəməyə təqdim edilmişdir. Hətta cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh qarşı psixi-stasionara məcburi yerləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Baxmayaraq anasıdır, lakin ona psixoloji təzyiqlər göstərmişdir. Aralarında uzun müddət münaqişələr olmuş, bununla əlaqədar 23-cü Polis Bölməsində sənədlər də var. Göstərilənləri nəzərə alıb Cavabdeh ünvan 1 ünvanındakı 23 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh iclasa gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in normasına əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışa əsasən Cavabdeh ünvan 1 ünvanındakı 23 saylı mənzildə qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli 4Ə-123 nömrəli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinə əsasən ünvan 1 ünvanındakı 23 saylı mənzil hədiyyə verən X1 tərəfindən hədiyyə alan İddiaçı bağışlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 406/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 205 saylı evin 33 saylı mənzilin ½ hissəsinə Cavabdeh mülkiyyət hüquqi tanınmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 23 saylı mənzil mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh mülkiyyətindədir. İddiaçı mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu realizə etmək üçün məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsi təmin olunmalı və Cavabdeh ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən 23 saylı mənzilə köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar