Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1508/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi və müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi və müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu məhəllə 528, Hüseyn Cavid prospekti ev “V” yerləşən, sahəsi 64,8 kv.m olan 3 otaqlı 21 saylı mənzilə 1/2 hissədə miras payının müəyyənləşdirilməsi və müvafiq vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin Bakı şəhəri 53 saylı Notariat Ofisi üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri 53 saylı Notariat Ofisinin iş üzrə cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini, Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli 2V-01-97 reyestr nömrəli (vərəsəlik işi-32/2014) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı payının müəyyən edilməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 53 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinə əsasən Bakı şəhəri 53 saylı Notariat Ofisini iş üzrə cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı anası X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu məhəllə 528, Hüseyn Cavid prospekti ev “V” yerləşən, sahəsi 64,8 kv.m. olan 3 otaqlı 21 saylı mənzil miras qalmışdır. X2 ölümündən sonra sağ olan qanun üzrə üç nəfər birinci növbə vərəsəsi qalmışdır: İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3. İddiaçı anası X1 qalmış miras əmlakı faktiki olaraq qəbul etmişdır. Çünki, həmin mənzil 1960-cı ildən İddiaçı daimi yaşayış yeridir. İddiaçı ünvan 2 ünvanda qeydiyyatda olsa da, daimi olaraq anası ilə birlikdə ünvan 3 ünvanda yaşamışdır. Anasının vəfatından sonra da, hazırkı vaxta kimi İddiaçı miras mənzildə yaşayır. Miras mənzildə iddiaçının anası və böyük qardaşı Cavabdeh2 qeydiyyatda olmuşlar. Cavabdeh3 isə ünvan 4 ünvanda yaşayır. İddiaçı mirası faktiki qəbul etsə də, şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etməmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, kiçik qardaşı Cavabdeh3 mirasın rəsmiləşdirilməsi barədə notariat kontoruna müraciət etmiş və mənzilin ½ hissəsinə dair Cavabdeh3 xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. İddiaçı 2024-cü ilin yanvar ayının sonlarında miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, X8 mirası üzrə vərəsəlik işi qardaşı Cavabdeh3 ərizəsinə əsasən açılmış, ərizədə digər vərəsə kimi qardaşı Cavabdeh2 qeyd edilmişdir, iddiaçının vərəsə olması barədə məlumat verilməmişdir. xx.xx.2014-cü il tarixdə miras əmlakın ½ hissəsinə dair Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, digər hissədə miras açıq saxlanılmışdır. Daha sonra Notariat ofisindən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İddiaçının qardaşı Cavabdeh2 miras açılarkən məlumatlı olsa da, miras payında maraqlı olmadığı üçün mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariata müraciət etməmiş, faktiki olaraq da onu qəbul etməmişdir. O, 2015-ci ildən Azərbaycanda yaşamır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı onun doğma bacısıdır. Anaları X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu məhəllə 528, Hüseyn Cavid prospekti ev “V” yerləşən, sahəsi 64,8 kv.m. olan 3 otaqlı 21 saylı mənzil miras qalmışdır. X2 ölümündən sonra sağ olan qanun üzrə üç nəfər birinci növbə vərəsəsi qalmışdır: o, bacısı İddiaçı və qardaşı Cavabdeh2. Bacısı İddiaçı anası X2 sağlığında və ölümündən sonra ünvan 3 ünvanda yaşamışdır, hazırda da orada yaşayır. O, özü isə ünvan 4 ünvanda yaşayır. O, anasının vəfatından sonra mirası sənədləşdirmək üçün 3 ay müddətində notariat kontoruna müraciət etmiş və mənzilin ½ hissəsinə dair vərəsəlik şəhadətnaməsi almışdır. Daha sonra həmin şəhadətnaməyə əsasən çıxarış almışdır. O, bacısının miras əmlakdan pay almasına etiraz etmir. Lakin özünün ½ payının azalmasına razı deyildir. Açıq qalan ½ hissədən bacısının pay almasına razıdır. Onun payına dəyməmək şərtilə digər hissədə bacısının payının müəyyən edilməsinə etiraz etmir. Cavabdeh2, Bakı şəhəri 43 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bakı şəhəri 43 saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məktubla vərəsəlik işinin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2, Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən və 32/2014 nömrəli vərəsəlik işindən müəyyən edilir ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür (xx.xx.2014-cü il tarixli AZ-İ № 675083 nömrəli ölüm haqqında şəhadətnamə). X2 əri X9 xx.xx.1991-ci ildə Moskva şəhərində ölmüşdür. X2 ölümündən sonra sağ olan qanun üzrə birinci növbə vərəsələri - oğulları xx.xx.1955-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh3, qızı - xx.xx.1959-cu il təvəllüdlü İddiaçıdır. X2 xx.xx.2014-cü il tarixdə öldüyü anda mülkiyyətində olan - X2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu məhəllə 528, Hüseyn Cavid prospekti ev “V” yerləşən, sahəsi 64,8 kv.m. olan 3 otaqlı 21 saylı mənzil miras qalmışdır. 375847 nömrəli xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı atası X9, anası X5r. Bakı şəhəri 53 saylı Notariat ofisinnin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 528 saylı məktubundan müəyyən edilir ki, X6 vərəsəliyi Cavabdeh3 ərizəsinə əsasən açılmış, ərizədə digər vərəsə kimi Cavabdeh2 qeyd edilərək, bacısı İddiaçı barədə məlumat verilməmiş, Cavabdeh3 adına xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən təqdim edilmiş 32/2014 nömrəli vərəsəlik işindən müəyyən edilir ki, Cavabdeh3 xx.xx.2014-cü ildə vəfat etmiş anası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzildə payının müəyyən edilməsi üçün ərizə ilə xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisinə müraciət etmiş və ondan başqa vərəsə kimi qardaşı Cavabdeh2 olduğunu göstərmişdir. xx.xx.2014-cü il tarixli 2V- 01-97 reyestr nömrəli (vərəsəlik işi-32/2014) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 payı müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 adına xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli 011000224-05101-09318 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras qoyan X7 vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Cavabdeh3 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 53 saylı Notariat Ofisinə anası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzildə payının müəyyən edilməsi üçün müraciət etmiş və ondan başqa vərəsə olaraq Cavabdeh2 olduğunu göstərmişdir. Bacısı İddiaçı da vərəsə olması barədə məlumat verməmişdir. Göründüyü kimi, mirasqoyan X6 iki oğlundan başqa qanun üzrə birinci növbə vərəsəsi olan qızı X10 da vardır. Hazırda iddiaçı miras qoyan anası X1 miras qalmış - ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilindəki payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Təlimatın 94-cü bəndinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və sair daxil edilir. Göründüyü kimi, miras əmlakın tərkibi qanunvericiliklə konkret şəkildə tənzimlənməmiş, əsas meyar miras qoyanın öldüyü məqamadək həmin əmlaka malik olması götürülmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Həmin qərarda həmçinin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273- 1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş vərəsəlik hüquqlarının məhdudlaşdırılması əsasları hazırkı işdə mövcud deyildir. İddiaçı miras əmlakı anasının öldüyü xx.xx.2014-cü ildən faktiki olaraq qəbul etmişdir və hazırkı vaxta kimi həmin mənzildə yaşayaraq, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı mirasın qəbulundan imtina etməmişdir. Notarius vərəsəliklə bağlı notarial hərəkətlərini həyata keçirərkən vərəsə İddiaçı məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə etməmiş və onu vərəsəliyə çağırmamışdır. Nəticədə İddiaçı hüquqları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli 2V-01-97 reyestr nömrəli (vərəsəlik işi - 32/2014) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilməlidir. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsəsi (qızı) İddiaçı, 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsəsi (oğlu) Cavabdeh2, 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsəsi (oğlu) Cavabdeh3 payı müəyyən edilməli və həmin paylara uyğun olaraq İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 53 saylı Notariat Ofisinə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli 2V-01-97 reyestr nömrəli (vərəsəlik işi - 32/2014) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2V-01-97 reyestr nömrəli (vərəsəlik işi-32/2014) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastır və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin ½ hissəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli 011000224-05101-09318 reyestr nömrəli çıxarış ləğv edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 64.8 kv.metr olan 3 otaqlı 21 nömrəli mənzilin 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsəsi (qızı) İddiaçı, 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsəsi (oğlu) Cavabdeh2, 1/3 (üçdə bir) hissəsinə qanun üzrə birinci növbə vərəsəsi (oğlu) Cavabdeh3 payı müəyyən edilsin və həmin paylara uyğun olaraq İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 53 saylı Notariat Ofisinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1508/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1508/2024
21.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver