Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1516/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi MMC-yə və "xxxx" ASC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A saylı fərdi yayış evinə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokolun etibarsızlığı və xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi və onun nəticəsində əldə edilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 0.02 ha torpaq sahəsində yerləşən 10A nömrəli fərdi yaşayış evini və digər əmlakları girov qoyaraq bankdan 2.000.000 manat məbləğində pul götürmüşdür. Müəyyən müddətdən sonra borcu ödəyə bilmədiyi üçün bank məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmiş, borcun girov qoyulmuş əmlaklara yönəldilərək tutulması qət edilmişdir. Məhkəmə qətnamələrindən sonra əmlakların hərracdan satılması təşkil edilmiş, lakin bu barədə məlumatı olmamışdır. Belə ki, banka olan borcunun qaytarılması istiqamətində gərgin işləmişdir. Bu səbəbdən də hesab edir ki, hərracın nəticələri ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, hərracın keçirilməsi barədə protokolu da əldə edə bilməmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Cavabdeh1 MMC tərəfindən iddiaçının hərracla bağlı məlumatının olması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən belə məlum olur ki, hərrac mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş bütün normalara riayət etmişdir.Belə ki, hərrac mərkəzi tərəfindən ipoteka qoyana və ipoteka saxlayana bildiriş göndərilmişdir. Hərrac təşkilatçısının bildirişin ipoteka qoyana çatdırılmasını gözləmək kimi vəzifəsi yoxdur. Bu məsələlər Azərbaycan Respublikası “İpoteka haqqında” qanununun 42-ci maddəsində öz əksini tapmışdır. Hesab edir ki, hərrac keçirirlərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Hərracın keçirilməsinə dair bildirişlər tərtib edildiyi tarixdə ipoteka qoyana göndərilmişdir. İlkin və təkrar hərrac baş tutmamış, ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)- 52/2021 nömrəli (hakim F.Abdıyev) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi – xx.xx.2014-cü il tarixli, **********45514/SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh İddiaçı mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinə, xx.xx.2014-cü il tarixli, **********45514/İM-1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X5 mülkiyyətində olmaqla Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinə (məqsədli istifadə növü – əkin”; kateqoriyası – “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinə (məqsədli istifadə növü əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinə (məqsədli istifadə növü - əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”, kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinə (məqsədli istifadə növü - əkin”; kateqoriyası - "kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinə (məqsədli istifadə növü - "əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”), Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinə (məqsədli istifadə növü -əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar"), Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) və Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinə (məqsədli istifadə növü - əkin”; kateqoriyası - “kənd təsərrüfatı təyinatlı torpaqlar”) (yuxarıda qeyd edilən torpaq sahələri və 3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr – (cəmi 16 500 ədəd) alma (Gransimid, Golden, Simerinka) ağacları ilə birlikdə)), xx.xx.2014-cü il tarixli, **********45514/İM-3 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X7 mülkiyyətində olmaqla Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinə və xx.xx.2014-cü il tarixli, **********45514/İM-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh X6 mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilə tutma yönəldilməsi; ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan “Beyləqan-ToxumMMCnin xx.xx.2014cü il tarixli, **********45514 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında yaranmış 2.000.000 (iki milyon) manat məbləğində əsas, 307.332,98 (üç yüz yeddi min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz, 125.000 (bir yüz iyirmi beş min) manat məbləğində cərimə, cəmi 2.432.332,98 (iki milyon dörd yüz otuz iki min üç yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun və 260 (iki yüz altmış) manat məbləğində xidmət haqqının, habelə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 172 (bir yüz yetmiş iki) manat məbləğində pulun əvəzi ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılması; hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin – 1.760.000 (bir milyon yeddi yüz altmış min) manat, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzilinin ilkin satış qiymətinin – 330.000 (üç yüz otuz min) manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzilinin ilkin satış qiymətinin – 104.500 (bir yüz dörd min beş yüz) manat, Şabran rayonu, Daşlı yataq kəndində yerləşən 3,2462 ha torpaq sahəsinin ilkin satış qiymətinin - 21.450 (iyirmi bir min dörd yüz əlli) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 0,65 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 4.400 (dörd min dörd yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,15 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 7,1451 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 236.500 (iki yüz otuz altı min beş yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5446 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 3,89 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 128.000 (bir yüz iyirmi səkkiz min) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 4,5493 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 149.600 (bir yüz qırx doqquz min altı yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 42.900 (qırx iki min doqquz yüz) manat, Şabran rayonu, Ağalıq kəndində yerləşən 1,30 ha torpaq sahəsinin ilkin satış qiymətinin – 42.900 (qırx iki min doqquz yüz) manat məbləğində (3-cü - 10-cu torpaq sahələri üzərində əkilmiş çoxillik əkmələr - cəmi 16 500 (on altı min beş yüz) ədəd alma (Gransimid), Golden, Simerinka ağacları ilə birlikdə) müəyyən edilməsi; ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər İddiaçı, X15, X13, X10, X4, Zeynalova (Boqatıreva) Violetta Tofikovna, X1 qızı və X16 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin bu əmlakdan məcburi qaydada çıxarılması; ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 78 nömrəli evin, 8 nömrəli mənzili satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər X12 və X17 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin bu əmlakdan məcburi qaydada çıxarılması; ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qasəbəsi, Sülh küçəsində yerləşən 4 nömrəli evin, 3 nömrəli mənzili satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan cavabdehlər X9 və X18 həmin yaşayış sahəsini 1 (bir) ay ərzində tərk etmədikləri halda həmin şəxslərin bu əmlakdan məcburi qaydada çıxarılması; iddianın qalan hissədə rədd edilməsi; ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı, X2, X3 və İddiaçı tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)- 52/2021 nömrəli İcra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10 A saylı fərdi yaşayış evinin satışının təmin olunması Cavabdeh1 MMC-yə sifariş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin X14 dair xx.xx.2022-ci il tarixli 2449/22 nömrəli bildirişin surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli 2449/22 nömrəli bildiriş X14 dair bildiriş İddiaçı ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh1 MMC-nin elanında qeyd edilmişdir ki, ilkin satış qiyməti 1.760.000 manat olan Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A saylı fərdi yayış eviən dair açıq hərracın keçirilməsinin xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixdə təyin edilmiş ilkin hərrac baş tutmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin X14 dair xx.xx.2022-ci il tarixli 2657/22 nömrəli bildirişin surətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A saylı fərdi yayış evinə dair təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh1 MMC-nin elanında qeyd edilmişdir ki, təkrar hərracın satış qiyməti 280.500 manat olan Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A saylı fərdi yayış evinə dair təkrar açıq hərracın keçirilməsinin xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli 2657/22 saylı X8 dair bildiriş İddiaçı ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023 il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 714/23 saylı X8 dair bildirişində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)- 52/2021 nömrəli icra vərəqəsi üzrə Bakı şəhəri, Bİnəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsində yerləşən 10A saylı fərdi yayış evi satış qiyməti 1.496.000 manat olmaqla ilkin və təkrar açıq hərracın baş tutmaması səbəbindən təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 10:00da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 714/23 saylı X8 dair bildiriş İddiaçı ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023 il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixə, saat 10:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin ipoteka saxlayan "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 836/23 saylı ünvanladığı ipoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" ASC-yə İddiaçı məxsus olan tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 nömrəli fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (1.496.000 manat) 25 faiz az olmayan qiymətə (1.122.000 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan Cavabdeh1 MMC-nin Reyestrindən görünür ki, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 836/23 saylı ipoteka predmetinin əldə edilməsi barədə təklifin surəti İddiaçı ünvan 1 ünvanına və ünvan 3dir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 nömrəli fərdi yaşayış evinin 1.122.000 manata əldə edilməsi ilə bağlı təklifə bank tərəfindən razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 128/23 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(001)- 52/2021 nömrəli İcra vərəqəsi üzrə İddiaçı məxsus olan tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1 nömrəli fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracdakı satış qiymətindən (1.496.000 manat) 25 faiz az olmayan qiymətə 1.122.000 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1006/23 saylı məktubdan görünür ki, Cavabdeh1 MMC tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 128/23 saylı protokol tərtib olunmuş icra şöbəsinə və icra sənədi üzrə tərəflərə göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin Reyestrindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1006/23 saylı məktubun surəti İddiaçı ünvan 1 ünvanına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır və onun xüsusi mülkiyyətindədir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərlə hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə həmçinin iddia ərizəsində də göstərilən hüquqi ünvanı üzrə bildiriş göndərilməsi təsdiq edilir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, İddiaçı mülkiyyətində olan əmlakın ilkin satış qiyməti 1.496.000 manat olmaqla hərraca çıxarılmış və keçirilən 2 hərrac baş tutmadığına görə alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1.122.000 manata alınmışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi MMC-yə və "xxxx" ASC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzi MMC-yə və "xxxx" ASC-yə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1516/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1516/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver