Məhkəmə qərarları › İş №e-2(004)-1536/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1536/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1536/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, X6, Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, X6, Cavabdeh5, Cavabdeh2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, İlkin iddia üzrə Cavabdeh5 nümayəndələri Nümayəndə2 və Nümayəndə4, İlkin iddia üzrə Cavabdeh6 nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X12, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşlılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X12, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı qanuni sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 192 ünvanında yerləşən torpaq sahəsində mövcud söküləcək yaşayış binasında cavabdehlərdən Cavabdeh4 məxsus 104 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmırli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh5 məxsus 86 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 110 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh6 məxsus 97 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34,7 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh3 məxsus 76 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 68 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına məxsus 72 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84,5 kv.m. olan 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvi verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh2 məxsus 85 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84 kv.m. olan 3 otaql təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi, köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin İddiaçınə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsində yerləşən 192 saylı binadan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçınə icazə verilmişdir. Qeyd olunan ərazidə yerləşən, sökülməsi nəzərdə tutulan 5 mərtəbəli yaşayış binaları şəhərin görkəminə xələl gətirməklə yanaşı, həmdə qəzalı vəziyyətdədir. Binanın qəzalı vəziyyətdə olması və ətraf üçün təhlükəli olduğu barədə FHN tərəfindən rəy verilmişdir. Məhz bu əsasdan da həmin binaların yenisi ilə əvəz edilməsi ilə bağlı pilot layihə proqramı tətbiq edilmişdir. Əslində həmin binaların istismarı sakinlər və həmçinin ətrafdakılar üçün təhlükə yaratdığından, fövqalədə vəziyyət və şərtlərlə boşaldılmalı, sakinlər başqa ünvana köçürülməli və sökülməsi təmin edilməlidir. Lakin ölkə başçısı insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına hər zaman diqqətinin nəticəsi olaraq, bina sakinlərinin, həmin yerdə tikiləcək yeni binalardan mənzillərlə təmin edilməsi və mənzillər təmirli şəkildə onlara təhvil verilənə kimi, kirayə haqlarının ödənilməsi kimi, misil olmayan şərait yaratmışdır. Lakin cavabdehlər şəxsi maraqları üzündən layihənin həyata keçirilməsinə qəsdən maneələr törədir ki, bu da həm bina sakinlərinin yeni mənzillərlə təmin olunmasını gecikdirir və həm də layihəni həyata keçirən iddiaçının işinin əngəlləyir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 192 ünvanda yerləşən yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək, hər ay kirayə haqqı verməklə başqa yerə köçürülməsi, qəzalı binanın sökülməsi və həmin ərazinin müvəqqəti hasara alınması iddiaçıya həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın sakinləri, cababdehlərdən başqa, İddiaçı ilə öz aralarında razılıq əsasında mənzillərini boşaldaraq, başqa mənzilə köçürülmüşdür. Cavabdehlər isə heç bir qanuni əsas göstərmədən, əsassız olaraq razılığa gəlmirlər və MMC-dən bir mənzilin əvəzinə üç mənzilin əvəzini tələb edirlər. Qəbul edilmiş sərəncam və bina sakinlərinin hər biri kimi cavabdehlərin qanuni istifadəsində olan sahələrə 20% sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirli sahələrin verilməsi təklif olunmuşdur. Lakin onlar layihəyə qəsdən maneçilik törətmək məqsədi ilə hər dəfə yeni tələblərlə çıxış edirlər. Sonuncuların qəsdli hərəkətlərinin nəticəsində, layihə üzrə tikinti işlərinin aparılması mümkün deyildir ki, bunun da MMC-nin tikinti ilə bağlı üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirə bilmədikdə, ziyanlarla üzləşəcəyinə səbəb olacağı bəllidir. Cavabdehlərin aşkar özbaşınalığına son qoyulması və yarana biləcək təhlükənin qarşısının alınması üçün şikayətlə bağlı əraziyə bir neçə dəfə polis əməkdaşları gəlsələr də mübahisənin mülki xarakterli olduğu baxımından nəticəsi olmamışdır. Ona görə də mübahisəni həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İlkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X12, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişlər ki, iddiaçının yazdıqları tamamilə yalandır. Belə ki, birincisi iddiaçı Pilot layihəni icra etmir nə də, onların mənzilləri olan ünvanla bağlı nə Azərbaycan Respublikasının Prezidentinin, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin pilot layihəyə dair hər hansı qərarı, sərəncamı yoxdur. İkincisi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21 aprel 2020-ci ıl tarixli 80 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti-planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçınə icazə verilməsi barədə Sərəncamı mülkiyyətçilərin razılığı alınmadan verilməklə tamamilə qanunsuz və əsassız olmuşdur. Üstəlik həmin sərəncamda da mülkiyyətçilərin mənzillərinin Pilot layihə əsasında sökülməsi və ya alınması nəzərdə tutlmayıbdır. İddiaçı məhkəmədə yalnış fikir formalaşdırmaq üçün özündən uydurma müddəalar yazaraq sanki bu tikinti işlərinin dövlət layihəsi olması barədə fikir formalaşdırır. Üçüncüsü iddiaçı onların əmlaklarını öz istədiyi qiymətə almaq üçün onları çıxılmaz vəziyyətə salır, mənzillərini dəyərindən qat-qat aşağı qiymətə alıb yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edib milyonlara sahiblənmək istəyir. Bunları nəzərə alıb İddiaçı onlara qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. İlkin iddia ərizəsi üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X12, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı ona qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşlılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 2, 76 saylı mənzilə qanunsuz müdaxilələrin, söküntü-tikinti işlərinin həyata keçirilməsini, daşınmaz əmlakının sökülərək məhv edilməsini, binaya onun və ailə üzvlərinin daxil olmağına və gediş-gəlişlərinin çətinləşdirilməsinə səbəb olan hərəkətlərin, binaların bünövrələrini zədələməsini, mənzilə dair onun və ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradılmasını İddiaçı MMC-yə qadağan edilməsi; ünvan 2 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan iddiaçı tərəfindən yararsız hala salınmış binanın blokunda yerləşən dəhlizin divarlarının, pəncərələrinin, pilləkən qəfəslərinin iddiaçının hesabına iddiaçı tərəfindən təmir və bərpa edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi 47 kv.m, yardımçı sahəsi 13 kv.m olmaqla ümumi sahəsi 60 kv.m olan ünvan 2, 76 saylı mənzilə dair mülkiyyət hüququ 02 dekabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu barədə AR ƏMDKY DODRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Hal-hazırda mənzilinin ümumi faktiki sahəsi 60 kv.metrdən daha çoxdur. Mülkiyyətində olan mənzildə həyat yoldaşı, üç övladı və yaşlı anası olmaqla cəmi altı nəfər yaşayırlar. Mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan blokda yerləşən dəhlizin divarları, pəncərələri, pilləkən qəfəsləri iddiaçı “Smartdom’ MMC tərəfindən məlikəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yarasız hala salınmışdır. Bu isə öz növbəsində onun və ailə üzvlərinin yaşadıqları mənzilə giriş-çıxışlarını çətinləşdirmişdir. Bundan başqa, internetdən istifadələri də iddiaçı tərəfdən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən də uşaqlarının gündəlik təhsil zamanı zəruri olan internet resurslarından istifadəsi mümkünsüz olmuşdur. İddiaçının qanunsuz müdaxiləsi onun və bütün ailə üzvlərimin narahatçılığına səbəb olmuşdur. Qeyd olunanlardan başqa, iddiaçının iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi 21 aprel 2020-ci il tarixli 80 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamının birinci bəndində qeyd olunur ki, ünvan 3 ünvanlarında yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilir. Belə ki, qüvvədə olan beynəlxalq və Azərbaycan Respublikası qanunvericiliyinin, eyni zamanda sözügedən Sərəncamın tələblərinə görə yalnız mülkiyyətçilərin və istifadəçilərin razılığı əsasında, yəni ədalətli kompensasiya verilməklə daşınmaz əmlaklar sökülə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ Konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçının müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Göründüyü kimi iddiaçının müdaxiləsi qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyala keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, onlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əlavə sahəni 20% həcmində müəyyən etmiş, lakin dəqiqləşmə təqdim edərək 40% həcmində müəyyən etmişlər. Eyni zamanda, əvvəlki iddia tələblərində köhnə mənzillərin sahəsi qeyd olunmamışdı, dəqiqləşmə verərək X9 məxsus 104 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34 m2 sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 m2 olan, 1 otaqlı təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilmə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh5 münasibətdə 86 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 110 m2 sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada hər birinin sahəsi 84 m2 olmaqla, cəmi 168 m2 olan 3 otaqlı təmirli 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsini təklif edirlər. Cavabdeh6 münasibətdə ona məxsus 97 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34,7 m2 sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 m2 olan, 1 otaqlı təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsini təklif edirlər. Cavabdeh3 münasibətdə ona məxsus 76 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 68 m2 sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 57 m2 olan 2 otaqlı və sahəsi 35 m2 olan 1 otaqlı cəmi 92 m2 təmirli yeni 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi təklif olunur. Faktiki sahənin 68 m2 olması şifahi olaraq MMC-dən bildirilib. Buna dair sübutları yoxdur. Cavabdeh1 münasibətdə ona məxsus 72 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 m2 sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84,5 m2 olan 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi təklif olunur. Cavabdeh2 münasibətdə ona məxsus 85 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 m2 sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84 m2 olan 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi təklif olunur. Bu məsələlərlə bağlı təcrübə onu göstərir ki, çıxarışda olan sahə nədirsə, həmin sahə verilir. O, bu məsələ ilə bağlı oxşar işlərin qərarlarını da əlavə etmişdir. Şəxslər öz sahələrinə əlavələr ediblər. Onlar binanın tez sökülməsinin marağında deyillər. Nə qədər ki, həmin torpaq sahəsi onlara ayırılıb, həmin binada hər hansı təhlükə yaranarsa, məsuliyyəti onların üzərlərindədir. Onlar sadəcə olaraq məhkəməyə müraciət etmişlər ki, ən azından yekunda onların əlində məhkəmə qətnaməsi olsun. Onlar məhkəməyə rəyi də təqdim etmişlər. Bina qəzalı vəziyyətdədir. Hər hansısa bir yüngül silkələnmə olsa, bina aşacaq. Çünki sakinlərin özü də hər tərəfdən söküblər. Təqdim etdiyi rəydə qeyd olunur ki, bəzi sakinlər ölçü işlərini aparmaqları üçün onları mənzilə buraxmamışlar. Qarşı tərəf binanın onlar tərəfindən qəzalı vəziyyətə salındığını bildirir, lakin bununla bağlı məhkəmə qətnaməsi də var ki, onlar həmin binaya dəyməmişlər. O, MMC-də də qanunvericiliyin tələbini bildirmişdir, lakin demişlər ki, faktiki sahə ilə sakinlərə mənzil verilsin, problem yaranmasın. Onlar məhkəmədə barışıq sazişi də imzalaya bilərlər. Lakin bu günki gündə tərəflərin verdikləri təklifi təmin etmək mümkün deyil. Bəzi sakinlər ilə mövcud mənzilin verilməsi qaydasında razılıq olub. İlkin iddia üzrə Cavabdeh6 nümayəndəsinin qeyd etdiyi məsələyə gəldikdə isə mənzili alırsa, o, onun əlavəsini sayıb sonradan onu almamalıdır. Mənzilin hazırda mövcud vəziyyəti nədirsə, həmin ərazinin kvadratı, qiyməti nədirsə, ona uyğun verilməlidir. Hazırda ona 46 m2 düşür. Hal-hazırda onlarda həmin binada mənzillər çox olduğu üçün onlar mərtəbə və s. məsələlərlə bağlı seçimi sakinlərin özünə saxlamışlar. Onlar öhdələrinə götürürlər ki, əgər tərəf həmin kvadratla razılaşırsa, binanın istənilən yerində mənzili vermək olar. Onlar özləri mərtəbəni müəyyənləşdirsələr, qarşı tərəf buna etiraz edə bilər. Ona görə də seçimləri sakinlərin öz ixtiyarına verirlər. Sakin hansı mərtəbədə istəsə, həmin mərtəbədən də mənzil veriləcək. Onlar razılıq əldə etdikləri sakinlərlə müqavilə bağlamışlar. Digər hissələrdə isə ümumiyyətlə satış həyata keçirilməyib. Sakinlər digər binadan da istəsələr, oradan da mənzil verə bilərlər. Hazırda nəyisə qeyd edirlərsə, sənədin üzərində olduğu üçün qeyd edirlər. Baxış keçirəndə də görüldü ki, 2 blok artıq hazır şəkildə yerində var. Şəhərsalmanın əsaslandırması da təqdim olunmuşdur. Sənəd möhürlü sənəddir və icra hakimiyyəti tərəfindən təsdiqlənib. Onlar nəyisə deyirlərsə, qətnamə ilə onların üzərinə öhdəlik düşürsə, onlar onu icra etməyə məcburdurlar. Hal-hazırda iki bina hazır vəziyyətdədir. Sakinlər oradan da istəsələr, mənzil verilə bilər. Onlar seçimi geniş müəyyənləşdirmişlər. Onlar sakinlərin hər birinə verilməsi üçün sahə müəyyənləşdirmişlərsə, binanın istənilən yerindən həmin sahədə mənzil onlara veriləcək. Həmin mənzil kiməsə verilibsə belə, razılaşdırılıb dəyişdirilərək sakinlərə həmin mənzillər veriləcək. Tikiləcək binaya hal-hazırda satış həyata keçirmirlər. Həmin binanın ərazisinin hansı qaydada olacağı ilə bağlı şəhərsalmanın əsaslandırması var. Dəqiq olaraq mənzillərin və kvadratların göstərildiyi layihə artıq işçi layihəsidir. Təqdim etdiyi layihədə hər mərtəbənin ümumi kvadratları göstərilib. Mənzillərin planlı şəkildə təkliflərin dəqiqləşdirilməsi mümkün deyil. Hər mənzilin pəncərəsinin, istiqamətinin müəyyənləşdirilməsi sakinlər arasında sahə ilə bağlı razılıq əldə olunduqda mümkündür. Razılıq əldə olunsa qarşı tərəfin nümayəndə və vəkilləri özləri müqaviləni tərtib edəcəklər və onlar razılaşacaqlar. Onların iddia tələblərində mərtəbənin və ya digər məsələləri dəqiq müəyyən etməkləri gələcəkdə problemlərə yol aça bilər. Onlar təklif olunan sahələrlə razı deyillər. Sadəcə təqdim olunan layihəyə münasibət bildirirlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, X6, Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, çıxarışda köhnə mənzillərdə yalnız yaşayış sahəsi qeyd olunur. X12 həmin mənzildə illərdir ki, yaşayır, orada işləyir, uşağı həmin ərazidə məktəbə gedir. Orada yaşamaq cavabdehə rahatdır. Mənzili bərbad vəziyyətə salan iddiaçı şirkət özüdür. İddiaçı normal mənzil təklifi irəli sürsün. İsmayılov Teyara münasibətdə yaşayış sahəsi 43 m2-dən az olmayaraq içdən-içə hesablanılmaqla, arakəsmələr nəzərə alınmadan, mərtəbəsi və istiqaməti cavabdehin istəyi ilə razılaşdırılmaqla 2 ədəd mənzil verilməsini və 50000 manat əlavə kompensasiya istəyirlər. Cavabdeh5 mənzilinin sahəsi faktiki olaraq 110 m2 deyil, 160 m2-dır. Orada artırmalar olub, otaqlar yaradılıb. Arxa tərəfdə olan 20-30 m2 yeri əlavə olaraq bağ kimi düzəldib və qeyri-yaşayış sahəsi kimi istifadə edir. İddiaçı tərəfin təklifi qəbul olunmur. Bu təklif 2 il əvvəl də şirkət tərəfindən ilk danışıqlar aparılan zaman da verilmişdi. Bu şəxslər təkliflə razılaşmadıqlarına görə 2 il ərzində öz mənzillərindən çıxmayıblar. Tərəf özü öz təklifini iddiaçıya bildirib, məhkəməyə bildirmir. Cavabdeh2 edilən təklifi qətiyyən qəbul etmirlər. Cavabdeh2 mənzili birinci mərtəbədə yerləşir, faktiki sahəsi 155 m2-dir. Mənzilin həm arxa, həm də qabaq tərəfində bağ sahəsi var. Cavabdeh oradan qeyri-yaşayış üçün istifadə edir. Onun mənzildən əlavə anbarı, mənzilin altında eyni sahədə zir-zəmisi var. Həmçinin cavabdeh hərbi qulluqçudur. 25-30 ildir ki, xidmət edir. Cavabdehə məxsus sahənin qarşılığında 84 m2 mənzil və 700 manat kirayə haqqı qəbuledilməzdir. Tərəf təklifini şirkətə bildirib. Mənzil yox, kompensasiya olaraq pul məbləği istəyir. Qarşı tərəf bildirir ki, onların heç bir maraqları yoxdur. Əgər lazım deyildisə, nəyə görə məhkəməyə müraciət ediblər. Bina sakinlər tərəfindən deyil, MMC-nin özü tərəfindən qəzalı vəziyyətə salınır. Keçən məhkəmə iclasından sonra MMC tərəfindən su kranı partladılmışdı. Həmçinin məhkəməyə qorxu yaratmaq istəyirlər ki, gələcəkdə nəsə olsa, məsuliyyət məhkəmənin üzərindədir. Hansı ki, şirkət hazırda orada ağır texnika ilə işlər görür, binaya ağır zərbələr yetirir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh X12 izahatında bildirmişdir ki, ev onun adınadır. Evin faktiki sahəsi 40 m2-dir. Əlavə olaraq balkonu var. Evi üçüncü mərtəbədə yerləşir. Ona təklif olunanları qəbul etmir. O, ümumiyyətlə iddiaçı tərəfin iş prosesindən narazıdır. Ona bu günə kimi təklif olunmayıb. Təklifdən narazıdır. Ona 2 otaq verilməsini istəyir. O, 2 ayrı-ayrı birotaqlı mənzil istəyir. Vəkilinin qeyd etdiyi təklif ona olunub. Sadəcə 2 gün sonra o təkliflərindən boyun qaçırıblar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh5 nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, o, şirkətin rəhbərinə hər şeyi izah etmişdir. Onlar onun nə istədiyini bilirlər, sadəcə onu incidirlər. Bunun da səbəbi var. Onlar istəyirlər ki, onlara zəng olunsun. Lakin onu görməyəcəklər. Təklifi qəbul etmir. Onlar öz sözlərini deyəndə şirkət onların üzərlərinə polislərlə gəlir. Onun evinin qabağına hasar çəkiblər, onun evini bərbad vəziyyətə salıblar, uşaqları xəstədir. Ona dəyən bütün ziyanın əvəzini onlardan alacaqdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh5 nümayəndəsi Nümayəndə4 izahatında bildirmişdir ki, qarşı tərəfin nümayəndəsi bildirir ki, layihə təklif olunur, istənilən yerdə, istənilən mərtəbədə mənzil verilib. Lakin bu belə deyil. Şirkətə yaxınlaşanda konkret sənəd göstərilir və hansı mənzillərin boş olduğu qeyd olunur. O, müəyyən mərtəbədən mənzil istəsə, ona verilə bilməyəcək, çünki həmin mənzillər satılıb. Kvadratla razı deyillər. O, hazırda 165 m2 sahəli mənzildə yaşayır. Şirkət özünü maliyyə cəhətdən zəif şirkət kimi göstərir. O, necə etibar edə bilər ki, onlar sentyabr ayında ona mənzili təhvil verə biləcəklər. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkilinin dedikləri ilə razı olduğunu və ilkin iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkilinin dedikləri ilə razı olduğunu və ilkin iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 izahatında bildirmişdir ki, ona olunan təklifi qəbul etmir. Köçən qonşular bildirir ki, onlara 3 m2 balkon təklif edirlər. Onlar hazırda 2 balkonlu mənzildə yaşayırlar. Şirkətin dedikləri ilə etdikləri üst-üstə düşmür. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 izahtında bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçı öz iddiasının əsası kimi yalnız Bakı şəhəri İcra Hakimiyyəti başçısının 80 saylı sərəncamını göstərir. Həmin sərəncamda qeyd olunur ki, sakinlərlə qarşılıqlı razılıq əsasında, qanunvericiliyin tələblərinə uyğun olaraq binalar sökülə bilər və əvəzləşdirilə bilər. Bundan başqa Nazirlər Kabinetinin qərarı mövcud deyil, hər hansı pilot layihə deyil, əmlak dövlət ehtiyacları üçün alınmır və s. Mülkiyyətçilərin mülkiyyət hüquqları konstitusion hüquqlarıdır. Şəxsi mülkiyyət toxunulmazdır. Ona görə də hesab edir ki, vətəndaşla razılığa gələ bilmirsə, hər hansı bir şirkətin məhkəmə qaydasında tələb irəli sürməsi əsassızdır. Bundan əlavə vəkil qeyd etmişdir ki, təxmini formada faktiki sahəni müəyyənləşdirmək düzgün deyil. Həmin sahəni müəyyən etmək üçün MMC ekspert cəlb etməli idi, sahələr ölçülüb müəyyən edilməli idi və həmin ekspert rəyi məhkəməyə təqdim olunmalı idi. Onlar təklifdən narazıdırlar. Onlar alıcıdırlar. Onları qarşı tərəf razılaşdırmalıdır. Həmçinin vətəndaşın yaşayış sahəsindən istifadəsi məhdudlaşdırılmışdır, bina şirkət tərəfindən yararsız hala salınmışdır. Qanunsuz hərəkətlər nəticəsində mülkiyyətçinin hüquqları pozulmuşdur. Buna görə də, onlar təkliflə razı deyillər. Cavabdeh3 hansı təkliflə razı olması iddiaçı şirkətin özünə bildirilib. Onlar ümumiyyətlə kompensasiya ilə bağlı tələb irəli sürməmişlər. Onların tələbləri başqa yönümlüdür. Ona görə də xahiş edir ki, ilkin iddianın rədd olunması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunması ilə bağlı qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, mənzil atasının adınadır. Atası vəfat edib və mənzil vərəsəliklə anasına qalıb. Notariusa artıq müraciət etmişlər. Varis anasıdır. Anasının adı Cavabdeh7dir. Çıxarışa əsasən mənzilin sahəsi 61 m2-dir. Faktiki sahə isə çöldən-çölə ölçülməklə 97 m2-dir. Təklifi qəbul etmir. Onun mənzili birinci mərtəbədədir. Onun bağ sahəsi də var. O, həmin ərazidə, birinci mərtəbədə nə tikiləcəksə, 40% artımla, həmin sahəni istəyir. Onların hər biri MMC-nin rəhbəri ilə danışmışlar. 2 il əvvəl ona 3 ədəd ev və 700 manat kirayə haqqı təklif olunurdu, lakin qəbul etməmişdir. Şirkətin binanı dağıtması ilə bağlı onlarda videolar da var. Artıq uzun müddət keçib və onlara şirkət tərəfindən heç bir zəng olunmayıb. Tikilən binalarda ev yoxdur, hazır olan binalardakı mənzillər hər biri satılıb. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh6 nümayəndəsi Nümayəndə5 izahatında bildirmişdir ki, 3 il öncə onlar belə şəraitdə yaşamamışlar. Vəziyyət bu hala çatdırılıb. İddiaçı MMC-nin təklifi onları qane etmədiyinə görə bu vəziyyət belə davam edir. Onlar hər dəfə İddiaçı MMC tərəfindən ofisə çağırıldıqda onlara müəyyən kvadratda təkliflər olunur. Nümayəndənin biri 57 m2 deyir, şirkət rəhbərliyi 72 m2 deyir. Hazırda ona qanun çərçivəsində 70 m2 verilməlidirsə, o, həmin hazırda 70 m2 təmirli mənzilin bazar qiyməti olan məbləği istəyir. Ona veriləcək evdən imtina edir. Çünki yeni ev verilənə qədər kirayədə qalmaq ona uyğun deyil. Dekabr ayından da İddiaçı MMC-yə bildirilmişdi ki, onların şirkəti tərəfindən binalar yararsız hala salınıb. Pilləkəndən qalxıbdüşməkdə çətinlik yaranıb. Düzəldiləcəyi deyilsə də, hələ də yerinə yetirilməyib. Onun hazırda istəyi odur ki, ya onu təmirli mənzillə təmin etsinlər, ya da onun məbləği ödənilsin. Onun mənzili 29,9 m2-dır. Onun mənzili oxdan-oxa 50 m2-dir. Şirkət özü də 20 m2 əlavə verir. Bu da 70 m2 edir. Çöldən-çölə 50 m2-dir. 20 m2 da əlavə edilməklə onların 70 m2 tələb etmək hüquqları var. Nigar xanım özü ona 72 m2-lik mənzil təklif etmişdi. Nigar xanım şirkətin satış meneceridir. O, demişdir ki, biz sizi kirayə çıxaraq, sentyabr, oktyabr aylarına mənzil hazır olacaq. O, isə bunun ona uyğun olmadığını bildirmişdir. Cavabında həmin mənzilin hazırki məbləğinin və ya hazır mənzilin ona verilməsini istədiyini bildirmişdir. Şirkət rəhbəri bildirir ki, ona verməyə pulu yoxdur. Ona bildirilib ki, kirayə çıxmağını təmin edəcəklər, lakin mənzilin pulunu verməyə hazırda gücləri çatmır. Necə inana bilər ki, onlar binanı tikib başa çatdıra biləcəklər. Cavabdeh7 Süleyman qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh7 Süleyman qızının məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nun 16 mart 2023-cü il tarixli ünvan 4 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəydən görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən ünvan 5 ünvanlarında, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 64 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsində 47 kv.m sahəsi olan 3 otaqlı 85 nömrəli mənzilin sahibi Cavabdeh2dur. Qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 61 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsində 47 kv.m sahəsi olan 3 otaqlı 72 nömrəli mənzilin sahibi X2r. Həmin mənzildə X1 həyat yoldaşı Cavabdeh7 Süleyman qızı, oğlu X17 qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 62 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 3-cü mərtəbəsində 47 kv.m sahəsi olan 3 otaqlı 76 nömrəli mənzilin sahibi X10r (vəfat edib). Həmin mənzildə X7 həyat yoldaşı X11, oğlu Cavabdeh3, gəlini X13 və nəvələri X14, X18 və X19 qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 66 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 5-ci mərtəbəsində 16,7 kv.m sahəsi olan 1 otaqlı 97 nömrəli mənzilin sahibi Nümayəndə5dır. Qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsində 47 kv.m sahəsi olan 3 otaqlı 96 nömrəli mənzilin sahibi həmin mənzildə qeydiyyatda olmaqla Cavabdeh5dur. İş materiallarında olan Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 67 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 3-cü mərtəbəsində 16 kv.m sahəsi olan 1 otaqlı 104 nömrəli mənzilin sahibi Cavabdeh4 Kamil oğludur. Həmin mənzildə Cavabdeh4 Kamil oğlunun oğlu X15 qeydiyyatdadır. İş materiallarında olan ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 29,22 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 104 saylı mənzil xx.xx.2012-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 59,3 kv.m, yaşayış sahəsi 46,3 kv.m olan 86 saylı mənzil xx.xx.2011-ci il tarixdə Cavabdeh5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 29,7 kv.m olan 97 saylı mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m olan 76 saylı mənzil xx.xx.2011-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 61,60 kv.m olan 72 saylı mənzil xx.xx.2020ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 154444 seriya nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m olan 85 saylı mənzil xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4164/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh İddiaçı MMC-yə qarşı cavabdeh İddiaçı MMC-nin hərəkətlərinin qanunsuz hesab edilərək mülkiyyətində olan ünvan 2, 16 nömrəli üç otaqlı mənzildən istifadəyə məhdudiyyət yaradılmasının cavabdehə qadağan olunması və kommunikasiya xətlərinin bərpa olunmasının cavabdehə həvalə edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10642/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4164/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Obyektin tikintisinə icazə vərəqəsindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icarəçi İddiaçı MMC-yə ünvan 5 ünvanlarında icarəyə verilən 1.74 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 61 nömrəli Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncamından Çıxarışdan görünür ki, İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində - Bakı şəhəri, Yasamal Rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişdiyi ərazidə layihələndirilən 3 ədəd 1 girişli 14 mərtəbəli, 2 ədəd 1 girişli 12 mərtəbəli yaşayış binaları və 2-3 mərtəbəli qeyri-yaşayış binalarına dair tərtib olunmuş şəhərsalma əsaslanırmaları təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 24 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş ünvan 6 ünvanlarında İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 14 mərtəbəli, 3 ədəd 1 girişli 12 mərtəbəli yaşayış binaları və 4 ədəd 3 mərtəbəli qeyri-yaşyış binalarının şəhərsalma əsaslandırılması qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli 80 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun ünvan 7 ünvanlarında şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 hektar torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılaşma əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı istifadəsinə verilmiş və həmin Sərəncamla müvafiq nəzarətin təmin edilməsi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İnşası nəzərdə tutulmuş tikintilərin şəhərsalma əsaslandırılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 24 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Şəhərsalma və tikinti qanunvericiliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamının tələblərinin yerinə yetirilməsi, narazılığa səbəb olan amillərin aradan qaldırılmasının təmin edilməsi və sənəsləşmə işləri tam başa çatdırılmadan tikinti işlərinin aparılmaması xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının vətəndaş Nişad Mehdiyevə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının müvafiq bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşyış tikililərin sökülməsi sakinlərin qarşılıqlı razılaşma əsasında mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. İddiaçı MMC-nin rəhbərliyinə tapşırılmışdır ki, ayrılmış torpaq sahəsinə düşən bütün sakinlərin mövcud qanunvericilik çərçivəsində razılaşma əsasında köçürülməsi eləcə də həmin sakinlərin köçürülməsi müddətinədək olan dövrdə onların təhlükəsiz şəraitdə yaşayışının təmin olunması üçün müvafiq tədbirlər görsün. Vətəndaşa MMC ilə arasında yaranmış mübahisə mülkiyyətlə bağlı olduğundan iddiası ilə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktda qeyd olunmuşdur ki, İddiaçı MMC ünvan 2 ünvanında yerləşən, 5-ci mərtəbənin orta qapısı olan 111 saylı mənzili müqavilə ilə əldə etmiş, mənzildə söküntü işləri aparmış və mənzilin çöl qapısını yerindən çıxarıb aparmışdır. Mənzilin çöl qapısının olmaması gələcəkdə arzuolunmaz hansısa bir bədbəxt hadisənin baş verməsi ilə nəticələnə bilməsindən narahat olan blokda yaşayan mülkiyyətçiləri narahat etdiyindən bu aktı tərtib etmək məcburiyyətində qoymuşdur. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli Məhkəmə Yerli Baxış İclasının Protokolunda qeyd edilmişdir ki, ünvan 10 ünvanda yerləşən bina üzrə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, bina həqiqətən qəzalı vəziyyətdədir. Bina ilə üzbəüz dayandıqda sol tərəfində İddiaçı MMC-yə məxsus 2 əlavə bina tikilmişdir. Binanın xaricindən və daxilindən müşahidə etdikdə bəzi söküntü işlərinin aparıldığı görünür. Binanın əksər mənzillərində yaşayış yoxdur. Hazırda müəyyən edilir ki, qəzalı vəziyyətdə olan binada yalnız mülki iş üzrə cavabdehlər yaşayırlar. Binanın bəzi pilləkənlərində pilləkən qəfəsləri mövcud deyil. Binanın arxa tərəfindən də müşahidə etdikdə qəzalı vəziyyətdə olduğu görsənir. Protokolda qeyd edilənlər protokola əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. İş materiallarında olan 2021-ci il tarixli "xxxx" MMC-nin İzahat yazısından görünür ki Bakı şəhəri Yasamal rayonu X24 və İsmayıl Talıblı küçələrinin kəsişməsinə yerləşən ərazidə layihələndirilən çoxmərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə faktiki yerində müəyyən edilmiş yaşayış sahəsinə 20 faiz əlavədən daha çox sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün yaşadıqları mənzilin otaq sayı, kvadratı nəzərə alınmaqla müvafiq olaraq 450 və 700 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nun 16 mart 2023-cü il tarixli ünvan 4 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəydən görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MMC-nin irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxiləilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, ilkin iddia üzrə İddiaçı MMC kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ərazidə yerləşən yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, faktiki yerində müəyyən edilmiş yaşayış sahəsinə 20 faizdən çox əlavə sahə olmaqla təklif edilən mənzillər, habelə mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Bu suiistifadə isə, cavabdehlərin mənzillərə görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, ilkin iddia üzrə cavabdehlər ilkin iddia üzrə İddiaçı MMC tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 104 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməli; Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 86 saylı mənzilin əvəzinə yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzil verilməli və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməli; Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 97 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməli; Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 76 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzil verilməli və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməli; cavabdehlər Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 72 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84,5 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqı ödənilməli; Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 85 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməli və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməli, köhnə binanın sökülüb, ərazinin təmizlənməsi İddiaçınə həvalə edilməli, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsində yerləşən 192 saylı binadan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşlılıqlı iddia ərizəsi üzrə tələbə gəldikdə isə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. İrəli sürülən tələbdə qeyd edilmişdir ki, mülkiyyətində olan ünvan 2, 76 saylı mənzilə qanunsuz müdaxilələrin, söküntü-tikinti işlərinin həyata keçirilməsini, daşınmaz əmlakının sökülərək məhv edilməsini, binaya onun və ailə üzvlərinin daxil olmağına və gediş-gəlişlərinin çətinləşdirilməsinə səbəb olan hərəkətlərin, binaların bünövrələrini zədələməsini, mənzilə dair onun və ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradılmasını İddiaçı MMC-yə qadağan edilməsi və ünvan 2 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan iddiaçı tərəfindən yararsız hala salınmış binanın blokunda yerləşən dəhlizin divarlarının, pəncərələrinin, pilləkən qəfəslərinin iddiaçının hesabına iddiaçı tərəfindən təmir və bərpa edilməsi ilə bağlı qətnamə qəbul edilsin. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə irəli sürülmüş tələb hüquqdan sui-istifadədir, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən öhdəliyinin icrasına əsassız olaraq maneə yaradır. Həmçinin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, bina həqiqətən də qəzalı vəziyyətdədir, binanın istismar müddəti artıq bitmiş və texniki vəziyyətinə görə həmin binada yaşayış yolverilməz hesab edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 104 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilsin. Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 86 saylı mənzilin əvəzinə yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzil verilsin və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilsin. Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 97 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilsin. Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 76 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzil verilsin və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 72 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84,5 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqı ödənilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 192 ünvanında yerləşən 85 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilsin. Köhnə binanın sökülüb, ərazinin təmizlənməsi İddiaçınə həvalə edilsin, Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsində yerləşən 192 saylı binadan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar