Məhkəmə qərarları › İş №e-2(004)-1594/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1594/2024

19.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1594/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizüli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, bina 7, 35 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə xx.xx.2016 – cı il tarixdə faktiki nikaha daxil olmuşdur və bu nikahdan xx.xx.2019 – cu il təvəllüdlü X7 və xx.xx.2017 – ci il təvəllüdlü X8 adında uşaqları vardır. Bakı şəhəri,Yasamal Rayon Məhkəməsinin xx.xx.2022 – ci il tarixli 2(004)-4986/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı uşaqlar anasının yanında qalmışdır. Bakı şəhəri,Yasamal rayonu,Yeni Yasamal 2,ev 35 mənzil 75 xx.xx.2016 – cı il tarixdə alınmış çıxarışa əsasən onun mülkiyyətindədir və qeyd edilən mənzil nikahdan əvvəl alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2016 – cı il tarixdə əmisi X12 tərəfindən Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal 2, ev 35 saylı mənzil daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan müəyyən olunur ki, cavabdeh ona məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Cavabdehin formal olaraq ona məxsus olan mənzildə qeydiyyatda qalması ona məxsus olan əmlaka dair sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır, həmçinin onun əvəzinə əlavə olaraq kommunal xərclərdə ödəyir ki, bu halda ona maddi zərər vurur. Cavabdehin mənzillə hər hansı bir bağlılığı yoxdur, belə ki, onun mənzildə heç bir əşyası qalmamış və özünə məxsus olan əşyaları aparmışdır. xx.xx.2024 – cü il tarixdə tərtib edilmiş, aktdan müəyyən olunur ki, cavabdeh X1 anası tərəfindən, xx.xx.2023 – cü il tarixdə cavabdehə məxsus olan bütün əşyalar götürülmüş və mənzildə onun heç bir əşyası qalmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlə nikahlarına xitam verildikdən sonra, cavabdeh dini nikaha girmiş və halhazırda əri ilə bilrikdə başqa ünvanda yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: X12 ilə İddiaçı arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-1699 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müvafiq müqavilə əsasında hədiyyə verən X12 **********63-05301-093184 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.9 kv/m olan mənzili hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.7 kv/m olan mənzil xx.xx.2016-cı il tarixində xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X9, X10, X2, X4 və X3 ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı, 464294 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı və Cavabdeh arasındaki nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 109 nömrə ilə qeyd edilmişdir. 185 saylı Mənzil-Tikinti Kooperativinin 16 yanvar 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında yaşayır. İddiaçı keçmiş həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu ünvandan gedərək bir daha geri dönməyib. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, imza edənlər-X11 və Vəkilova Elmira Alşan qızı bu aktı tərtib ediblər ondan ötəri ki, X6 xx.xx.2023-cü il tarixdə anasının iştrakı ilə İddiaçı məxsus ünvan 1 ünvanında olan özünə məxsus əşyaları götürmüşdür və qeyd olunan mənzildə onun heç bir əşyası qalmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X6 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdular. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. xx.xx.2016-cı il tarixli X12 tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.9 kv/m olan mənzili İddiaçı bağışlamışdır. Həmin mənzil xx.xx.2016-cı il tarixində xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə İddiaçı, X8 və X6 qeydiyyatdadırlar. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(004)-4986/2022 saylı qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. 185 saylı Mənzil-Tikinti Kooperativinin 16 yanvar 2024-cü il tarixli arayışına əsaən X6 xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu ünvandan gedərək bir daha geri dönməmişdir. xx.xx.2023-cü il tarixdə X6 anasının iştrakı ilə İddiaçı məxsus ünvan 1 ünvanında olan özünə məxsus əşyaları götürmüşdür və qeyd olunan mənzildə onun heç bir əşyası qalmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh arasında istifadə hüququ bağlı münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından, bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hazırkı iddianın əsasından görünür ki, iddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir, bunun üçün isə cavabdehin mənzildən “istifadə hüququna xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ iddiaçının əmlaka mülkiyyət hüququnun əldə edildiyi andan yaranmış, onlar ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmiş və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verilmişdir. Hazırda cavabdeh X1 mübahisəli mənzildən istifadə hüququnun olmadığı müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Odur ki, hazırki mübahisəyə dair məhkəmə qətnaməsi cavabdeh X1 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar