Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1620/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh və üçüncü şəxs “X3” MMC-yə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh və üçüncü şəxs “X3” MMC-yə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin 34 nömrəli mənzilinin (yeni qaydalarla: AZ 1065, Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 73, M14, m6) və Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin 35 nömrəli mənzilinin (yeni qaydalarla: AZ 1065, Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 73, M14, m7) Cavabdeh qanunsuz sahibliyindən geri alınması; Cavabdeh, onun ailə üzvlərinin və mənzildə yaşayan digər üçüncü şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması; hər iki mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 11:50-ə-a təyin edilmişdir. Tərəflərin mübahisəni sülhlə həll etmək üçün vaxt verilməsini xahiş etdiklərindən, onların xahişi nəzərə alınmaqla, mübahisənin məhkəmədən kənar sülh yolu ilə həll edilməsi üçün məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə saat 12:50-yə təxirə salınmışdır. Məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 12:50-ə-a təyin edilməsi barədə tərəflərə məhkəmə bildirişi verilmişdir. Tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra tərəflər arasında barışıq sazişi imzalanmış və mübahisə məhkəmədən kənar həll edilmişdir. Hal-hazırda işə məhkəmə qaydasında baxılmasına zərurət qalmamışdır. Buna görədə iddia ərizəsini geri götürür. İddia ərizəsinin geri götürülməsini nəzərə alaraq, işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiasından imtina barədə xx.xx.2024-cü il tarixli ərizəsini, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mübahisə məhkəmədən kənar qaydada öz həlli tapdığına görə iddiaçının iddiadan imtinası qəbul edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı MMC ilə Nümayəndə Məhərəm oğlu (Cavabdeh əvəzinə) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, Cavabdeh iddianı qəbul edərək Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 466-cı məhəllə ev 206 mənzil 34 (yeni qaydalarla AZ 1065 Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 73 M14 M6) və Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 466-cı məhəllə ev 206 mənzil 35 (yeni qaydalarla AZ 1065 Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 73 M14 M7) mənzilləri ailə üzvləri və üçüncü şəxslər ilə birlikdə xx.xx.2024-cü il tarixədək boşaldır. Mənzillərin təmir xərci olaraq müəyyən edilmiş 500.000 (beş yüz min) manat pulu İddiaçı MMC-dən qəbul edir. İddiaçı MMC Cavabdeh iddianı qəbul etməsini nəzərə alaraq müvafiq müqavilə şərtlərinə əsasən boşaldılacaq qeyd olunan 2 ədəd mənzillərin çəkilmiş 500.000 manat təmir xərcini bu razılaşma imzalandığı gündın 1 həftə ərzində Cavabdeh ödəməyi öhdəsinə götürür. Təmir xərcləri dedikdə mənzildə tikinti və quraşdırılmış avadanlıqlar nəzərdə tutulur. Digər daşına bilən əmlaklar Cavabdeh mülkiyyətində qalır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 466-cı məhəllə ev 206 mənzil 34 (yeni qaydalarla AZE1065 Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 73 M14 M6) mənzili ailə üzvləri və üçüncü şəxslər ilə birlikdə xx.xx.2024-cü il tarixdə çıxaraq tam boşaltmışdır. Cavabdeh təsdiq edir ki, İddiaçı MMC ona boşaltdığı 1 ədəd mənzilə görə çəkilmiş təmir xərcini tam şəkildə ödədiyini təsdiq edir. Həmçinin Cavabdeh təhvil verdiyi mənzildə ona aid hər hansı bir qiymətli əşya və digər mal-material sərvətləri qalmadığını bəyan edir. Bu səbəbdən mənzilin açarları İddiaçı MMC-nin nümayəndəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti 466-cı məhəllə 206 nömrəli evin 35 nömrəli mənzilini (yeni qaydalarla: AZ 1065, Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsi 73, M14, m7) ailə üzvü olan X1 və yetkinlik yaşına çatmayan övladları ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 18.00-da çıxaraq tam boşaltmışdır. Cavabdeh və X1 İddiaçı MMC ona boşaltdığı 1 ədəd mənzilə görə çəkilmiş təmir xərcini tam şəkildə ödədiyini təsdiq edir. Həmçinin Cavabdeh və X1 təhvil verdiyi mənzildə ona aid hər hansı bir qiymətli əşya və digər mal-material sərvətləri qalmadığını bəyan edir. Bu səbəbdən mənzilin açarları İddiaçı MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh və üçüncü şəxs “X3” MMC-yə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və mənzilin boşaldılması” tələbinə dair e-2(004)-1620/2024 nömrəli mülki iş üzrə İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1620/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1620/2024
06.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver