Məhkəmə qərarları › İş №e-2(004)-1665/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1665/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1665/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş 2015-ci il buraxılışlı “MERCEDES BENS G350 BLUETEC” markalı, **-RL-*** dövlət qeydiyat nömrəli nəqliyyat vasitəsinin satılmasına görə qətnamə icra olunan günə valyutaya olan məzənnə ilə 75000 ABŞ dollarının manatla və məhkəməyə ödənilmiş 418 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə mülkiyyətində olmuş 2015-ci il buraxılışlı, qara rəngli “MERCEDES BENS G350 BLUETEC” markalı, **- RL-*** dövlət qeydiyat nömrəli nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir. İddiaçının atası həmin maşını satmaq üçün maşını Badamdar maşın bazarında yerləşən avtomobil satışı salonuna aparmışdır. Həmin salonda atası salonun sahibləri olan cavabdehlər Cavabdeh2, qardaşı Cavabdeh1 və onun oğlu X3 ilə tanış olmuşdur. Onlar iddiaçının maşınını 90000 ABŞ dolları məbləğində qiymətləndirmişlər. Atası cavabdehlərlə belə razılığa gəlmişdir ki, maşının məbləğindən 15000 ABŞ dolları iddiaçıya əvvəlcədən, yerdə qalan 75000 ABŞ dollar məbləği isə maşın satıldıqdan sonra veriləcəkdir. Cavabdehlərin təklifinə görə iddiaçı maşını satmaq üçün Cavabdeh1 oğlu Mirvəfayıl Əhədzadəyə etibarnamə verməli olmuşdur. Cavabdehlər iddiaçının atasına 15000 ABŞ dollarını verdikdən sonra maşını satmaq üçün iddiaçı cavabdehin oğlu X1 adına etibarnamə vermişdir. Bir qədər vaxt keçdikdən sonra iddiaçının atası maşının satılıb-satılmaması ilə maraqlandıqda məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə maşın satılıb və başqa şəxsin adına rəsmiləşdirilib. Bundan sonra cavabdehlərlə görüşüb yerdə qalan 75000 ABŞ dollar məbləği tələb edəndə onlar ondan bir qədər vaxt gözləməyini xahiş etmişlər. Aradan bir müddət keçdikdən sonra məlum oldu ki, Cavabdeh1 oğlu X3 ölmüşdür. Cavabdeh1 oğlunun öldüyünü və onların ağır maddi vəziyyətə düşdüklərini bildirərək onlara vaxt verməyi xahiş etmişlər. İddiaçının atası satılmış maşının qalan pulunun verilməsinə cavabdehin istədiyi vaxtı vermişdir. Bu günə qədər də cavabdehlər avtomobilin pulunu verməyə söz vermişlər, lakin iddiaçıda bu pulun onlar tərəfindən ödəyəcəklərinə artıq inam qalmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sorğuya cavab olaraq AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 016-30689-1222 №-li məktubla cavab verilərək bildirilmişdir ki, “MERCEDES BENS G350 BLUETEC” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-cu il tarixli alıq-satqı müqaviləsi ilə X7 adına keçmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahidlər: İddiaçının atası X6 və iddiaçının qardaşı X8 ifadələrində iddiaçının iddia tələblərini əsaslandırıdığı halları təsdiq etmişlər. X4 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşının qayınatasıdır. İddiaçıya məxsus olmuş “MERCEDES BENS G350 BLUETEC” markalı, **-RL-*** dövlət qeydiyat nömrəli avtomobilin cavabdehlərlə 90000 ABŞ dollarına satılmasına dair razılıqlarının olmasını eşitmişdir. Avtomobil Badamdar qəsəbəsində yerləşən “Mir” avtosalonuna verilmişdir. Cavabdehlər özlərini həmin salonda müdir kmi aparırdılar. İddiaçının atası X6 ilə 1-2 dəfə borcun qaytarılması üçün avtosalona getmişlər, hər iki cavabdeh avtomobilin borcunun qaytarılmasını vəd edirdilər. Avtomobilin dəyərindən 15000 ABŞ dolları geri qaytarılmışdır. X5 ifadəsinə göstərmişdir ki, iddiaçının atası X6 ilə təxminən 2018-2019-cu illərdə tanış olmuşdur. Cavabdeh1 “Miri” kimi tanımışdır. Hamı onu Miri kimi tanıyır. Cavabdeh1 Badamdar ərazisində yerləşən maşın bazarında yerləşən “Mir” avtosalonunu işlədirdi. Məhərrəm çox vaxt Almaniyada olurdu. Cavabdeh1 həmin salonun sahibi kimi, qardaşı Cavabdeh2 isə icraçı kimi tanımışdır. İddiaçının atası X6 ilə cavabdehləri o, tanış etmişdir. Borc ilə bağlı problem yarandıqdan sonra o Məhərrəmlə görüşmüşdür, Məhərrəm iddiaçıya olan 75000 ABŞ dolları borcu geri qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Baş Dövlət Yol Polis İdarəsinin 16 mart 2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş çıxarışa əsasən 2015-ci il buraxılışlı, qara rəngli “MERCEDES BENS G350 BLUETEC” markalı, **-RL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı məxsus olmuşdur. Avtomobilə dair xx.xx.2020-ci il tarixdə X2 etibarnamə verilmiş, xx.xx.2020-ci il tarixdə avtomobil X12 adlı şəxsə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçıya məxsus avtomobilin 90 000 ABŞ dollarına satılması barədə Cavabdeh1 ilə razılıq əldə edilməsi, cavabdeh tərəfindən həmin vəsaitdən 15000 ABŞ dollarının ödənilməsi, qalan 75000 ABŞ dolları məbləğinin isə hal-hazıradək ödənilməməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, avtomobilin satılmasına dair şifahi müqavilə Cavabdeh1 ilə bağlandığından iddia həmin cavabdehə qarşı təmin edilməli, Cavabdeh2 qarşı hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi Cavabdeh1 qarşı təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 418 manat dövlət rüsumu həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olmuş 2015-ci il buraxılışlı “Mercedes Bens G350 Bluetec” markalı, **-RL-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin satışından əldə edilmiş 75 000 (yetmiş beş min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və məhkəməyə ödənilmiş 418 (dörd yüz on səkkiz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar