Məhkəmə qərarları › İş №e-2(004)-1683/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1683/2020

31.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1683/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “işdən çıxarma qərarının ləğvi, işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “işdən çıxarma qərarının ləğvi, işə bərpa və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx xxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək İddiaçı ödənilməmiş 42975 manat əmək haqqının, əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi səbəbindən gecikdirilən hər günün qarşılığında əmək haqqının bir faizi məbləğində ödənc hesablanmaqla xx.xx.2019-cu il tarixindən başlayaraq məhkəmə qətnaməsi çıxarılan günədək pulun, dəymiş mənəvi ziyanın qarşılığı olaraq 150000 manat məbləğində pulun və qanunsuz işdən çıxarılmaqla əlaqədar məcburi iş buraxmaya görə işə bərpa edilən günədək orta əmək haqqı müqabilində ödənilməli məbləğin cavabdehdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi ilə cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru kimi əmək fəaliyyətinə başlamışdır. Direktor olduğu dönəmdə sözügedən şirkət külli miqdarda gəlir əldə etmiş və yüksək vergilər ödəmişdir. Həmin şirkətin gəlirlərinin yüksək olması səbəbindən onun təsisçiləri olan "xxxxxxxxxxxxxxxx" MMC və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin rəhbərliyi ilə İddiaçı arasında hər hansı bir narazılıq mövcud olmamışdır. İddiaçı direktor olduğu dönəmdə müəssisənin işçiləri arasında böyük hörmət qazanmış, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmiş, direktor təyin edilənədək maddi çətinlik və zərərlə üzləşən MMC-ni qısa zaman ərzində yüksək gəlir əldə edən bir müəssisəyə çevirmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində İddiaçı məzuniyyətə əmək məzuniyyətinə çıxmış, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində öz hesabına məzuniyyət götürmüşdür. Rəsmi olaraq xx.xx.2019-cu il tarixdən yenidən əmək fəaliyyətinə başlamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə rəsmi qaydada onunla olan əmək müqaviləsinə xitam verilməsinə dair yuxarıda adları göstərilən təsisçilərə müraciət etsə də, ona rəsmi cavab verilməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qərardad aşağıdakı kimi göstərilmişdir “Cəmiyyətin maliyyə göstəriciləri son illərdə qənaətbəxş olmamışdır. Bunu nəzərə alaraq, yaranmış problemləri və maliyyə çətinliklərini aydınlaşdırmaq məqsədilə cəmiyyətdə daxili araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, direktor İddiaçı fəaliyyəti nəticəsində cəmiyyətə və mülkiyyətçilərə (təsisçilərə) külli miqdarda ziyan dəymişdir. Bu müvafiq sənədlərdə öz əksini tapmışdır. Bununla da cəmiyyətin direktoru öz əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş və əmək müqaviləsi üzrə öz öhdəliklərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Əmək Məcəlləsinin müddəalarına əsaslanaraq, qərara alınmışdır: 1.Cəmiyyətin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (əmək funksiyalarının tam və ya qismən yerinə yetirilməsi və əmək funksiyalarının keyfiyyətsiz yerinə yetirilməsi) xx.xx.2019-cu il tairxdən xitam verilsin...". Göründüyü kimi iş üzrə cavabdeh 71 -ci maddənin tələblərini pozmuş və öz Qərarında ümumi fikirlər səsləndirməklə kifayətlənmişdir. Belə ki, qərarın əsaslandırıcı hissəsində cəmiyyətin maliyyə göstəricilərinin son illərdə qənaətbəxş olmaması, bununla bağlı daxili araşdırılma aparıldığı, İddiaçı fəaliyyəti nəticəsində cəmiyyətə və təsisçilərə külli miqdarda maddi ziyan dəyməsi göstərilsə də, bu göstəricilərə konkret olaraq istinad edilməmiş, hansı yoxlama, hansı tarixdə aparılmışdır, yekunda ziyan nə qədər olmuşdur, gəlir əvvəllər nə qədər olmuşdur, yoxlamanın nəticəsində konkret hansı hal aşağı gəlir və maddi ziyana səbəb olmuşdur kimi hallar dəqiq göstərilməli və əsaslandırılmalı olduğu halda bu edilməmişdir. Həmçinin İddiaçı yoxlamanın nəticəsi barədə rəsmi məlumat verilməmiş, o, direktor kimi bu göstəricilərlə rəsmi şəkildə tanış edilməmişdir. Bunlardan əlavə qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilmiş elektron arayışdan görünür ki, İddiaçı direktor olaraq, rəsmi əmək haqqı aylıq 5730 manat olmuşdur. O, öz ərizəsi əsasından xx xxxxxx 2019-cu il tarixdən əmək məzuniyyətində olmuşdur, x xxxxx 2019-cu il tarixdə isə öz hesabına məzuniyyət götürərək xx xxx 2019-cu il tarixinədək məzuniyyətdə olmuşdur. xx xxx 2019-cu il tarixdən rəsmi olaraq işə çıxmasına və əmək funksiyalarını yerinə yetirməsinə baxmayaraq, həmin tarixdən xx xxxxxx 2019-cu il tarixinədək İddiaçı əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsindəki izahata əlavə olaraq bildirdi ki, İddiaçı xx.xx.2017-ci il tarixdə əmək müqavilə ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru kimi əmək fəaliyyətinə başlamışdır. Direktor olduğu müddətdə sözügedən şirkət külli miqdarda gəlir əldə etmiş və yüksək vergilər ödəmişdir. Həmin şirkətin gəlirlərinin yüksək olması səbəbindən onun təsisçiləri olan “xxxxxxxxxxxxxxxx" MMC-nin rəhbərliyi ilə İddiaçı arasında hər hansı bir narazılıq mövcud olmamışdır. İddiaçı direktor olduğu dönəmdə müəssisənin işçiləri arasında böyük hörmət qazanmış, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmiş, direktor təyin edilənədək maddi çətinlik və zərərlə üzləşən MMC-ni qısa zaman ərzində yüksək gəlir əldə edən bir müəssisəyə çevirmişdir. xx.xx.2019-xx.xx.2019-cu tarixləri arasında İddiaçı əmək məzuniyyətinə çıxmış, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasında öz hesabına məzuniyyət götürmüşdür. Rəsmi olaraq xx.xx.2019-cu il tarixdən yenidən əmək fəaliyyətinə başlamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə rəsmi qaydada onunla olan əmək müqavilə xitam verilməsinə dair təsisçilərə müraciət etsə də, ona rəsmi cavab verilməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Bundan əlavə bildirdi ki, hər hansı məbləğin istiqamətləndirilməsində yalnız direktorun imzası deyil bir neçə şəxsin imzası tələb olunur. Məhkəmə prosesi uzun müddətdir ki, davam edir və qarşı tərəfin sübut təqdim etmək üçün kifayət qədər vaxtı olmuşdur. Cavabdehin İddiaçı işdən azad etməsi üçün heç bir hüquqi əsası olmamış, sadəcə olaraq o, təsisiçinin kaprizi ilə çıxarılmışdır. İddiaçı iki dəfə: 2019-cu ilin may və sentyabr aylarında işdən azad olunması barədə ərizə ilə təsisçilərə rəsmi müraciət etmişdir. Ona işdən azad olunması üçün gözləməsini bildirmişdir. Əgər şübhələr var idisə, bütün bu yoxlamalar vaxtında aparılmalı idi. Cavabdeh tərəf indiyə qədər yalnız mülahizələrə əsasən çıxış etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İşdən çıxarılmalar, sənədlərin tapılmasında çətinlik, 1C proqramında mikrosistemə keçid və i.a bunlar məhkəmə prosesinin uzadılmasını ört-basdır etmək məqsədini daşıyır və həmin şirkətin təsisçilərinin inzibati problemləridir, vaxtında həll edilməli idi. Emin Zalov uzun müddət Gilan şirkətlər qrupunda işləmişdir və etibar olunan şəxs olmasa idi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə direktor təyin olunmaz idi. Sadəcə olaraq təsisçilərə onun barəsində yanlış məlumat verilmiş, təsisçi isə heç bir rəsmi yoxlama aparmadan əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra, işdən azad olunmasında iki ay sonra kənar audit yoxlamasının aparılması üçün təsisçilərin ümumi yığıncağı qərar vermişdir. Əgər İddiaçı 24 milyon qeyri rəsmi yeyintiyə yol vermişdirsə, məhkəməyə müraciət etməzdi. Əgər o, israrla məhkəməyə müraciət edib və hüquqlarının müdafiəsini tələb edirsə, heç bir yeyintidən söhbət gedə bilməz. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş aktlarda göstərilən borclar əvvəlki direktorun dövründə yaranmış borclardır və həmin aktlar bir başa direktor tərəfindən tərtib olunmamışdır, direktor həmin aktları imzalayan şəxslərdən biridir. Əvvəlki direktor işdən azad olunarkən onunla təhvil təslim aparılmalı, o imtina etdiyi halda bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmalı idi. Bütün bunları nəzərə alaraq iddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təsisçilərin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarı audit yoxlaması nəticəsində qəbul olmamışdır. Şirkətin daxilində audit yoxlaması aparılmış və təsisçilərə şirkətin maliyyə-təsarrüfat fəaliyyətində bir çox pozuntuların olması barədə məlumat verilmiş, mənimsəmə və israf faktlarının olması məlum olmuşdur. Bunun əsasında da Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə İddiaçılə əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı şirkətin təsisçiləri xx xxxx 2020-ci il tarixdə 2017-1018-ci illərdə şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin və ehtimal olunan mənimsəmə və israfetmə hallarının yoxlanılması üçün kənar auditin keçirilməsi ilə bağlı qərar qəbul etmişlər. Audit yoxlamasının aparılması bu sahədə ixtisaslaşmış şirkətə həvalə olunmuşdur. Lakin, ölkədə yayılmış Covid-19 infeksiyası ilə əlaqədar bəzi müəsisələrin faliyyəti dayandırılması, həmçinin yoxlamanın 2017-2018-ci illəri əhatə etməsi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin faəliyətinin iki istiqamətdə distributirlik və gündəlik tələbat mallarının istehsalı və satışı ilə bağlı olmasına görə yoxlamanın mürəkkəb olması səbəbindən audit yoxlaması başa çatmamışdır. Həm “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də distributirlik sistemi, həm rəsmi və qeyri rəsmi mal qalıqlarının yoxlanışı, həm də məhv olmuş məhsulların utilizasiya prosesi yoxlanılır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin baş direktoru İddiaçı imzası ilə təsdiq olunmuş aktlar vardır ki, həmin aktların məzmunundan aydın olur ki, dövriyyədə əksik olan xeyli məbləğdə pul akt tərtib olunaraq ümidsüz borc kimi qiymətləndirilmişdir. Həmçinin direktor tərəfindən bu halın gizilədilməsi üçün aktlarda borclar əvvəlki tarixə istinad olunaraq qeyd olunmuşdur və hazırda kənar audit tərəfindən bu hallar yoxlanılır. Bundan başqa məhsulların utilizasiya prosesi müəyyən olunmuş qaydada aparılmamışdır. (bunun üçün videoçəkiliş aparılmalı, 3 nəfər şahidin iştirak etməli, xarab olan malların siyası və akt tərtib olunmalıdır). Həmçinin aktlarda qeyd olunan oblektlərin müflisləşməsini sübut edən hallar və obyekt sahiblərinin tapılması üçün hüquq mühafizə orqanlarına rəsmi müraciət mövcud deyildir. İddiaçı ilə mənimsənilmiş müəyyən məbləğin geri qaytarılması və razılığın əldə olunması barədə danışıqlar aparılmış, lakin, o, mənimsəmə halına yol vermədiyini, əksinə şirkətə gəlir gətirdiyini qeyd etmişdir. Əgər şirkətə gəlir gətirsəydi şirkət hal-hazırda müflis olmazdı. İdddiaçının işdən azad olunması barədə qərarda əsas kimi audit rəyi deyil, əmək funkisiyalarını yararsız və keyfiyyətsiz yerinə yetirməsi qeyd olunmuşdur. Onun işdən azad olunmasına əsas direktoru kimi fəaliyətinin şirkəti maliyyə çətinliklərinə və maliyyə böhranına salması olmuşdur. Bunun müəyyən olunması üçün daxili audit yoxlaması aparılmış və rəy tərtib olunmuşdur. Lakin daxili audit rəyinin audit şöbəsinin şirkətə tabe olması səbəbindən hüquqi əsası yoxdur. Odur ki, kənar auditin keçirilməsi qərara alınmışdır. Yoxlama üçün kənar auditə 2017-2018-ci illər üçün mühasibat balansından çıxarışlar, təhvil-təslim aktları, üzləşdirmə aktları, distributurluq müqavilələri, inventarizasiya aktları, ümidsiz borclar barədə sənədlər, xarab olmuş malların utulisaziyası barədə sənədlər lazım olmuşdur və yoxlamanın genişmiqyaslı olması səbəbindən rəyin tərtib olunması bir qədər gecikmişdir. Həmçinin yoxlama zamanı müəyyən olunmuşdur ki, şirkətdə mühasibatlıq düzgün aparılmamışdır və mübasibatlığın düzgün aparılmaması mənimsəmə və israfetmə halların baş verməsinə səbəb olmuş, şirkətin direktoru tərəfindən mühasibatlığın aparılmasına nəzarət olunmamışdır. Mühasibatlığın düzgün aparılmaması da audit yoxlamasının aparılmasında çətinlik yaratmışdır. Həmçinin cavabdehin nümayəndəsi iş materiallarına əlavə edilməsi üçün kənar auditin təyin edilməsi və kənar auditin keçirilməsinin “xxxxxxxxxxxxx” MMC-yə həvalə olunması barədə təsisçilərin ümumi yığıncağın qərarını, həmçinin iddiaçı və digər vəzifəli şəxslər tərəfindən imzalanmış aktları məhkəməyə təqdim etdiyini vurğuladı. Həmin aktlar ümidsiz borcların silinməsi barədə idi. İddiaçı təsisçilərin ümumi yığıncağının qərarı ilə işdən azad olunmuşdur. Həmin qərarda qeyd olunur ki, İddiaçı fəliyyəti nəticəsində şirkətə külli miqdarda ziyan vurmuş və şirkət maddi cəhətdən ağır vəziyyətə düşmüş, bunun nəticəsində təsisçilərin ümumi yığıncağı iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi qərarına gəlmişdir. İddiaçının nümayəndəsi bildirir ki, nəyə görə əvvəl qərar verilib, daha sonra araşdırma aparılmışdır. Bu araşdırma şirkətin daxili auditi tərəfindən aparılmışdır. 2017-2018-ci il üçün həm daxili, həm də kənar audit təyin olunmuşdur. Audit yoxlaması təyin olunarkən təsisçi tərəfindən audit qarşısında suallar qoyulur və yoxlamanın məqsədi müəyyənləşdirilir. Bu yanaşmalardan asılı olaraq auditlərin gəldiyi nəticələr fərqli olur. Bəzi audtitorlar beynəlxalq standartlardan kənara çıxmayaraq şirkətin sırf rəsmi maliyyə təsərüfat fəaliyyətini yoxlayır, bəzi auditorlar isə şirkərin sırf qara mühasibatlığını yoxlayır və şirkətdə mənimsəmə və yeyinti hallarının olub-olmamasını müəyyənləşdirir. 2019-cu ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də kənar audit yoxlaması təyin olunmuş və onun məqsədi sırf şikətin rəsmi sənədlərinin yoxlanması olmuş və kassa mədaxil və məxaric sənədləri, vergi orqanlarına təqdim olunmuş hesabatlar və. s rəsmi sənədlər yoxlanılmışdır. Əlbəttə ki, rəsmi sənəd olduğu üçün hər hansı mənimsəmə, kənarlaşma və israf hallarından söhbət gedə bilməzdi. Daxili audit yoxlaması nəticəsində İddiaçı fəaliyyətində kifayət qədər şübhələr olduğu üçün təsisçilər tərəfindən xx xxxx 2020-ci il tarixdə yenidən kənar auditin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, ümidsiz borcun ümumi məbləği 2.5 milyona çatır. Ümidsiz borc o halda yaranır ki, mal verilib və ya xidmət göstərilib, lakin həmin malın və xidmətin dəyəri kassaya daxil olmamışdır. Bu halda hər iki tərəfin iştirakı ilə akt tərtib olunur. Lakin həmin aktlar birtərəfli qaydada – İddiaçı və üç nəfər vəzifəli şəxsin iştirakı ilə imzalanmışdır. Həmçinin, 2 nəfər şəxs yalnız rəqəmləri təsdiq edir və məsuliyyət daşımırlar. Həmin aktlarda təsərrüfat subyektlərinə malların təqdim edildiyi, fiziki şəxslərin harda olması məlum olmadığından pulun alınmasının mümkün olmadığı və müəyyən qədər vəsaitin ümidsiz borc kimi silinməli olması qeyd olunur. Aktların ikinci abzasında həmin məbləğlərin qaytarılması üçün səylərini davam etdirəcəkləri qeyd olunur. Ümidsiz borcların qaytarılması üçün səylər: - təsərrüfat subyektlərinin axtarışa verilməsi, hüquq mühafizə orqanlarına müraciət olunması, bu problemin aradan qaldırılması üçün xüsusi şirkətlərlə müqavilə bağlanması və s tədbirlərin heç biri həyata keçirilməmişdir. Bu qədər yüksək məbləğin ümidsiz borc hesab olunması və onların heç bir əsaslandırma olmadan silinməsi nəticəsində təsisçiyə külli miqdarda ziyan vurulmuşdur. Gündəlik təlabat mallarının satışı, həmçinin distributirlik fəaliyyəti ilə məşğul olan şirkətdə bu qədər yüksək məbləğin ümidsiz borc kimi silərək dövriyyədən çıxarılması təsisçilərə kifayət qədər əsas vermişdir ki, İddiaçı barəsində bu cür qəti qərar qəbul olunsun. xx xxxx 2020-ci il tarixli təsisçilərin ümumi yığıncağının kənar auditin təyin olunması barədə qərarına əsasən xx xxxx 2020-ci il tarixdə həmin şirkət ilə müqavilə bağlanmışdır. Təsisçilərin məqsədi kənar audit yoxlamasını iki ay ərzində başa çatdırılması olmuşdur. Gilan şirkətləri qrupunun mühasibatlığını həyata keçirən şirkətin fəaliyyətinin dayandırılması, ölkədə geniş yayılmış pandemiya ilə əlaqədar Gilan şirkətləri qrupuna daxil olan şirkətlərin, o cümlədən baş ofisin fəaliyyətinin dayandırılması nəticəsində kənar auditə müvafiq sənədlər təqdim edilə bilmədiyindən audit yoxlamasının aparılması gecikmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də mühasibatlıq mikrosistem proqramı əsasında həyata keçirilmişdir. Bu proqramın mənfi cəhətlərindən biri ondan ibarətdir ki, sistemdə iki ayrı vaxtda çıxarılan sənədlərdə məlumat fərqi olur. Belə ki, rəqəmlər dəyişmir, lakin malların yeri dəyişir. Bu da audit yoxlamasının aparılmasında çətinlik yaradır. Şirkətin mühasibatlığının bilə-bilə və ya bilməyərək çox pis vəziyyətdə və mürəkkəb aparılması, sənədlərin çoxluğu və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin artıq fəaliyyət göstərməməsi və səlahiyyətlərinin tədricən başqa şirkətlərə keçməsi, həmçinin İddiaçıla birlikdə işləyən şəxslərin bir qisminin hal-hazırda da işləməsi, bir qisminin isə işdən çıxması və onlar tərəfindən lazımı sənədlərin təqdim edilməməsi audit yoxlamasına çətinlik yaradır və kənar audit rəyinin məhkəməyə təqdim edilə bilməməsinə gətirib çıxarmışdır. Kənar audit hal-hazırda fəaliyyətini davam etdirir. İddiaçı Gilan şirkətlər qrupundan uzun müddət işləmişdir və bir neçə şirkət “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC adı altında birləşdirilərkən İddiaçı direktor təyin edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC həm malların alışı və satışı, həm də yerli və xarici malların distributirlik fəaliyyət ilə məşğul olması, distributirlik fəaliyyətinin mürəkkəb olması audit yoxlamasının tez zamanda yekunlaşmasına mane yaradır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan" xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC Təsisçilərin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik olan direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC ilə İddiaçı arasında bağlnamış Əmək müqaviləsində görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən direktor vəzifəsini icra etməyə başlamışdır. İş materiallarında olan"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin Təsisçilərinin Nöbədənkənar Ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cəmiyyətin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən verilməlidir. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli aktlardan görünür ki, şirkətə olan 5556,05 manat, 92372,72 manat, 769037,39 manat, 62944,08 manat, 12565,03 manat, 3651,13 manat, 805683,37 manat, 754610,35 manat, 49818,50 manat, 10920,62 manat, 21454,83 manat, 60965,76 manat, 8030,35 manat, 20136,66 manat məbləğində borclar ümidsiz borc kimi dəyərləndirilmişdir. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin Təsisçilərinin xx xxxx 2020-ci il tarixli Qərarından görünür ki, Cəmiyyətin 2017-2018-ci illər üzrə maliyyətəsərrüfat fəaliyyətini, o cümlədən mümkün mənimsəmə və ya israf etmə hallarını yoxlamaq üçün kənar auditin cəlb edilməsi qərara alınmışdır. Həmin Məcəllənin 68-cimaddəsininbirincihissəsinəəsasənəmək müqaviləsinə yalnız bu Məcəlləilə müəyyən edilmişəsaslarla və qaydada xitam verilə bilər. HəminMəcəllənin 70-cimaddəsinin«ç» bəndinəəsasənişçiözünün əmək funksiyasını və ya əmək müqaviləsiüzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsiişəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-cimaddəsininikincihissəsinəəsasənbu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerindəişin, istehsalın, əmək vəicra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habeləəmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin direktoru vəzifəsini icra etmişdir. İddiaçı iddia ərizəsində onun MMC-nin direktoru olduğu dövrdə şirkətə böyük məbləğdə gəlir gətirdiyini qeyd etmişdir. Lakin şirkət hal-hazırda müflis olmuşdur. Həmçinin iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin direktoru İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktlardan görünür ki, şirkətə olan külli miqdarda – 5556,05 manat, 92372,72 manat, 769037,39 manat, 62944,08 manat, 12565,03 manat, 3651,13 manat, 805683,37 manat, 754610,35 manat, 49818,50 manat, 10920,62 manat, 21454,83 manat, 60965,76 manat, 8030,35 manat, 20136,66 manat məbləğində borclar ümidsiz borc kimi qiymətləndirilmişdir. Həmçinin həmin aktlarda qeyd olunan obyetktlərin müflisləşməsini sübut edən hallar, borcluların axtarılması, borcların qaytarılması istiqamətində hansı səylərin göstərilməsi və obyekt sahiblərinin tapılması üçün hüquq mühafizə orqanlarına rəsmi müraciət mövcud deyildir. İddiaçı və digər vəzifəli şəxslər tərəfindən imzalanmış və məhkəməyə təqdim edilmiş aktlardan müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-də direktor qismində fəaliyyəti nəticəsində şirkətə külli miqdarda ziyan vurulmuş və şirkət maddi cəhətdən ağır vəziyyətə düşmüşdür.Bunun nəticəsində təsisçilərin ümumi yığıncağının qərarı ilə iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Beləlikləməhkəməhesabedirki, direktoruolanİddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-dətutduğu vəzifədə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi və qanunsuz hərəkətlərə yol verməsi cavabdehtəşkilattərəfindən işçi tərəfindən əmək funksiyalarının keyfiyyətsiz yerinə yetirilməsi kimiqiymətləndirilərək, tənbehtədbiriqismindəonunlabağlanmışəməkmüqaviləsininləğvedilməsiqanunauyğunvəəs aslıolmuşdur. Yuxarıda göstərilənlərə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi əsaslı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçının "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi, xx xxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixindən başlayaraq məhkəmə qətnaməsi çıxarılan günədək pulun, dəymiş mənəvi ziyanın qarşılığı olaraq 150000 manat məbləğində pulun və qanunsuz işdən çıxarılmaqla əlaqədar məcburi iş buraxmaya görə işə bərpa edilən günədək orta əmək haqqı müqabilində ödənilməli məbləğin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar