Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1696/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icrası tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında tikilən yaşayış binasında müqavilənin N 1 əlavəsində göstərilmiş sxemə uyğun 4-cü blok, 4, 5 yaxud 6-cı mərtəbədə 4 otaqlı tam təmirli mənzili İddiaçı1 təhvil verməsi, cavabdehdən İddiaçı1 xeyrinə kirayə haqqı üçün ödənilməmiş 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaitinin, həmçinin mənzilin təhvil verildiyi günədək hər ay üçün 500 (beş) yüz manat məbləğində vəsaitin tutulması, cavabdehdən İddiaçı2 Rac oğlunun xeyrinə kirayə haqqı üçün ödənilməmiş 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə təqdim etdikləri iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2 və 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Azərbaycan Respublikası MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi etibarnamədə iddiaçının adaından verilmiş iddia ərizəsinin nümayəndə tərəfindən imzalanması səlahiyyəti xüsusi olaraq göstərilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı2 öz hüquqlarının müdafiəsini vəkil Nümayəndə etibar etmiş, digər İddiaçı1 adından iddia ərizəsinə imza etmək səlahiyyətləri göstərilməmiş və onun adından nümayəndəyə etibarnamə verilməmiş, buna dair sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da, iddiaçılar tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 73.1, 74.2 və 149.1 maddələrinin tələblərinə əməl edilməmişdir. Bundan başqa, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərərkən təhvil verilməsi tələb edilən mənzilin Nəsimi rayonu ərazisində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, iddia ərizəsinə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar öz seçimlərinə görə iddia ərizəsini müqavilənin icra yerinə görə də verə bilərdilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan aidiyyət məslələrinin müəyyən edilməsində əsasə məqsəd xüsusi ilə daşınmaz əmlaklarla bağlı mübahisələrə (işlərə) baxılarkən, mübahhisənin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və daha operativ baxılmasının, təmin edilməsindən (məsələn, zərurət yaranarsa əmlaka yerində məhkəmə baxışının keçirilməsinin, ekspert və mütəxəssislərin yerli baxışda iştirak edərək rəy alınmasının təmin edilməsi və s.. ) ibarətdir. İş materiallarında olan İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı2dur. “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Əmlakın Dövlət Reyestrindən 365 nömrəli reyestr kitabının 34194 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə 00801 1000774-05101-093007 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45.6 kv.metrdən (faktiki 53.87 kv.metr) ibarət 2 otaqlı (faktiki 2 otaq olan) mənzili sökülmək üçün Cavabdeh MMCyə təhvil verməyi öhdəsinə götürmüş, “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 4 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsini sökülməsini və həmin ərazidə, binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) təqvim ayı ərzində Baki şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında inşa ediləcək yeni çoxmənzilli hündürmertebəli yaşayış binasında bu Müqavilənin № 1 Əlavəsində göstərilmiş sxemə uyğun 4-cü blok, 4-cü, 5-ci və ya 6-cı mərtəbədə, 76 kv.metrdən ibarət, 2 otaqlı mənzili təhvil verməyi və 3 (üç) təqvim ayı ərzində təmir etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən Baki şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59, mənzil 72 ünvanında qeydiyyatda olan və həmin ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı1dır. “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Əmlakın Dövlət Reyestrindən 2710 nömrəli reyestr kitabının 252517 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə **********74-05101 093038 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ilə öz mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 64.8 kv.metrdən (faktiki 97.5 kv.metr) ibarət 3 otaqlı (faktiki 4 otaq olan) mənzili sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, “Tikinti şirkəti” "Grand Plaza” MMC ünvan 5 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsini sökülməsini və həmin ərazidə, binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) təqvim ayı ərzində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında inşa ediləcək yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasında bu Müqavilənin № 1 Əlavəsində göstərilmiş sxemə uyğun 4-cü blok, 4-cü, 5-ci və ya 6-cı mərtəbədə, 133 kv.metrdən ibarət, 4 otaqlı mənzili təhvil verməyi və 3 (üç) təqvim ayı ərzində təmir etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh, iddiaçıların mülkiyyət hüququ əsasında mülkiyyətlərində olmuş və sökülmüş mənzillərinin yerində onlara həmin ünvanda inşa ediləcək yeni çoxmənzilli hündürmertebəli yaşayış binasında tam təmirli mənzilləri təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların işin baxılması üçün ödədikləri dövlət rüsumu özlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icrası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixli (rüsum nömrəsi:********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-1696/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1696/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver