Məhkəmə qərarları › İş №e-2(004)-1701/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1701/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1701/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə tərəfindən ödənilmiş 90 manat xidmət haqqının, 380 ABŞ dolları məbləğində transport xərcinin, yaşadılmış mənəvi və psixoloji sarsınıtı nəticəsində dəymiş mənəvi ziyana görə 1500 manat və dövlət rüsumu olaraq ödənilmiş 43 manat, ümumilikdə 2267 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulub onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ********** mobil telefon nömrəsi artıq uzun müddətdir ki, Cavabdeh MMC-ə daşınmışdır. Car ilin yanvar ayının 9-da onun BƏƏ-ə şəxsi səfəri ilə əlaqədar olaraq Cavabdeh MMC-nin rominq xidmətindən yararlanmaq məqsədilə 40 manat Cavabdeh MMC-ə ödəniş etmiş və bunun qarşılığında 3 gün ərzində ona 3 GB internet paketi təqdim edilməli idi. Lakin, o BƏƏ-nin Abu-Dabi hava limanında Cavabdeh MMC-nin ona bildirdiyi qaydada rominq internet xidmətinə qoşulmağa çalışsa da, bu mümkün olmamış və sonda ona məlum olmuşdur ki, rominq internet xidməti üzrə 3GB internet xidməti göstərilməməsinə baxmayaraq onun hesabından 39 manat pul vəsaiti əsassız və qanunsuz olaraq silinmişdir. Buna görə də, yenidən 10 manat əlavə ödəniş etmiş, yenə də onun internet rominq xətti açılmamışdır. Cavabdeh MMC–nin müştəri xidmətləri ilə əlaqə saxlanılmış və onun Bakıdakı qanuni nümayəndəsinə bildirilmişdir ki, guya telefonda mobil internet açıq olduğundan vəsait silinmişdir. Baxmayaraq ki, onun mobil telefon cihazı Cavabdeh MMC-nin ona bildirdiyi qayda internet xidmətinə qoşulu olsa da, internet xidməti göstərilməmişdir. Sual olunur ona rominq internet xidməti göstrilmədiyi halda onun internet paketi necə qurtara bilər və ya pul vəsaiti necə silinə bilər?. Buna görə də, o təkrar olaraq yenidən xx.xx.2024-cü il tarixdə məcbur olub 39 manat məbləğində Cavabdeh MMC-ə ödəniş etmiş və ona 3 GB internet paketinin aktiv olunması barədə bildiriş gəlsə də, yenə də, rominq internet xidməti ona təqdim edilməmişdir. Nəticə etibarı ilə Cavabdeh MMC tərəfindən ondan ümumilikdə 78 manat pul vəsaiti hesabından silinsə də, əsassız olaraq o rominq üzrə internet xidməti ilə təmin edilməmiş və nəticə etibarı ilə ona xarici ölkədə, maddi, habelə mənəvi və psixoloji sarsıntı yaşadılaraq mənəvi ziyan vurulmuşdur. Onun rominq internet paketindən istifadə etməkdə məqsədi BƏƏ-də ingilis dilini bilmədiyinə görə intenret tərcümə proqramında istifadə etməklə transport xidmətlərindən və digər xidmətlərdən münasib qismətlə istifadə etmək olmuşdur. Lakin, Cavabdeh MMC tərəfindən ona rominq internet paketi təqdim edilməməsi səbəbindən o internet tərcümə xidmətində istifadə edə bilməmiş və nəticə etibarı ilə BƏƏ-də çox əlverişsiz vəziyyətə düşərək əlavə transport və digər xərclərə məruz qalmışdır. Belə ki, internet paketi ona vaxtında təqdim olunsa idi internet tərcümə xidmətindən istifadə etməklə sərfəli ictimai nəqliyyat və noviqasiya xidmətindən istifadə edə bilərdi, lakin internet paketi olmadığına görə o Abu dabi və Dubay şəhərlərində şəhəri tanımadığına və internet tərcümə proqramını istifadə edə bilmədiyinə görə azmış, güclü psixoloji və mənəvi sarsıntı keçirmişdir, habelə məcburiyyət qarşısında qalıb lüzumsuz yerə taksi xidmətindən istifadə etmişdir və Abu-Dabi və Dubay şəhərlərində taksi xidmətinə görə 380 ABŞ dolları məbləğində əlavə xərc çəkmişdir. Bununla yanaşı Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə yaşadılmış mənəvi və psixoloji sarsınıtı nəticəsində ona 1500 manat məbləğində mənəvi ziyan dəymişdir. Daha sonra, Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. "xxxx" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. 077 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "xxxx" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 09 yanvar 2024-cü il tarixdə X2 səyahət etmək üçün aviabilet almışdır. Səyahət etməmişdən öncə rominq xidmətinə görə ödənişlər etmişdir. Lakin cavabdeh tərəf ona rominq internet xidməti göstərməmişdir. Nəticə etibarilə o rominq internet xidmətindən istifadə etmədiyinə görə psixoloji və mənəvi sarsıntı keçirmişdir. Belə ki, rominq internet xidmətindən istifadə etməklə, internet naviqasiya və internet tərcümə proqramı vasitəsi ilə əlverişli şəraitdə 4 gün müddətinə istirahət edəcəyini düşünmüşdür. Sübut olaraq passportunun surətini, aviabiletin surətini, səyahət zamanı və səyahətdən öncə cavabdeh tərəfdən ona daxil olan sms bildirişləri məhkəməyə təqdim etmişdir. Həmin sms bildirişlərdən görünür ki, həqiqətən də onun tərəfindən iki dəfə 40 manat və bir dəfə 10 manat olmaqla 90 manat rominq internet xidmətinə görə ödəniş edilib. Sms bildirişlərin məzmunundan görünür ki, cavabdeh tərəf ona rominq internet xidmətini təqdim edə bilməmişdir. İstirahət bitdikdən və Azərbaycana qayıtdıqdan sonra "xxxx" MMC-nin Ənvər adlı əməkdaşı telefonla zəng vuraraq, çətinliklərin olduğunu, onlar tərəfindən rominq internet xidmətinin təqdim edilmədiyini, ödənilmiş məbləğin müəyyən qismini ilkin olaraq 50 manat, digər hissəsini müxtəlif vaxtlarda internet paketi təqdim etməklə, habelə xarici səfər zamanı rominq internet xidməti göstəriləcəyi ilə bağlı təkliflər irəli sürülmüşdür. Lakin o həmin təklifi qəbul etməmişdir. 380 ABŞ dolları transport xərcləri ilə bağlı bildirmək istəyir ki, taksi xidmətləri ilə bağlı qəbz verilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı Dubayda "xxxx" MMC-nin rominq internet xidmətinin açılması ilə bağlı müraciət etmişdir. O, mobil internet xidmətindən istifadə etmiş və 44,92 manat borc yazılmışdır. Bununla bağlı, məhkəməyə izahlı qaimə təqdim edilmişdir. Təyyarə biletində və izahlı qaimədə olan saat fəqləri ilə bağlı bildirmək istəyir ki, təyyarə biletlərində standard gediş-gəliş vaxtı qeyd edilir və yarım saata qədər ləngimə olur. İstənilən hava limanında rominq xətti açıq olduğu zaman radiobaza stansiyaları varsa, məsafədən asılı olmayaraq dalğa varsa, internetdən istifadə etmək mümkündür. İddia əsassızdır və rədd edilməsini xahiş edir. Ümumi olaraq bildirə bilər ki, "xxxx" MMC-də belə bir tendensiya mövcuddur ki, bütün abunəçilərinə məmnuniyyət xatirinə gəlirlərindən imtina edirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə tərəfindən ödənilmiş 78 manat xidmət haqqının, 380 ABŞ dolları məbləğində transport xərcinin, yaradılmış mənəvi və psixoloji sarsıntı nəticəsində ona dəymiş 1500 manat məbləğində mənəvi ziyanın ödənilməsi Cavabdeh MMC-yə təklif edilmişdir. Əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan SMS bildirişlərindən görünür ki, ***-***-**-** nömrəyə xx.xx.2024-cü il tarixi saat 12:55-də Rominq xidməti ilə əlaqədar müvafiq məzmunlu məzmunlu ("BEE-ne xos gelmisiniz! X3 Emirliklerində BUTUN operatorların shebekelerinde 1GB=19.9 AZN ve 400 MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! 14 günlük 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES yigin. Rominq tariflerini, istifadeden evvel www.azercell.com/roaming den deqiqleşdirmeyi tövsiye edirik. Seferiniz uğurlu olsun!") məlumat SMS-i də göndərilmişdir. xx.xx.2024-cü il tarixi saat 17:21 və 17:22-də müvafiq mətnli bildiriş SMS-ləri ("Hormetli Abunechi, bu emeliyyat uchun balansinizda kifayet qeder vesait yoxdur. Balansinizi artirib sorğunuzu bir daha tekrarlayin.") də nömrəyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixi saat 10:19-da müvafiq mətnli bildiriş SMS-i ("3GB rominq internet paketi aktiv edildi. 30 gun erzinde istifade ede bilersiniz Olkeler ve mobil operatorlarin siyahisi: https://bit.ly/rmng-az DİQQET:Emin olun ki, rominqde internetxidmetitelefonunuzda aktivdir. Seferden once rominq xidmetini aktiv etmeyi unutmayin! Fakturali xett ucun START yazib 8808 gonderin; Fakturasiz xett ucun ise *135*1#YES yigin.") də nömrəyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixi saat 08:57-də müvafiq mətnli bildiriş SMS-i "3GB rouming internet paketinin 3GB trafikini bitirmisiniz. Yeni internet paketi sifarish etmek uchun bu sehifeye kechid edin: internet.azercell.com" nömrəyə göndərilmişdir. İş materiallarında olan 077 *** ** ** nömrəsi ilə bağlı "xxxx" MMC-nin elektron məlumat bazasından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixi saat 12:56-dan saat 13:33-ə qədər olan müddətdə müxtəlif internet xidmətlərindən istifadə edilmişdir.(youtube, watsapp, facebook və s.) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli Abunə müqaviləsinə əsasən fakturasız (SimSim) xətt sistemində İddiaçı istifadəsinə verilmiş ***-***- **-** nömrədə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək X1 “DU” operatoruna məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. Araşdırmalar zamanı Rominq və Mobil İnternet xidmətləri ilə bağlı Cavabdeh MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. ***-***-**-** nömrəyə xx.xx.2024-cü il tarixi saat 12:55-də Rominq xidməti ilə əlaqədar müvafiq məzmunlu məzmunlu ("BEE-ne xos gelmisiniz! X3 Emirliklerində BUTUN operatorların shebekelerinde 1GB=19.9 AZN ve 400 MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! 14 günlük 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES yigin. Rominq tariflerini, istifadeden evvel www.azercell.com/roaming den deqiqleşdirmeyi tövsiye edirik. Seferiniz uğurlu olsun!") məlumat SMS-i də göndərilmişdir. 077 *** ** ** nömrədə "DU" operatorunun şəbəkəsində xx.xx.2024-cü il tarixi saat 12:56-da (4,537 MB) Mobil İnternet xidmətindən istifadə edilmiş və tariflərə müvafiq olaraq da (1 MB üçün 9,9 manat (ƏDV daxil)) haqq (44,92 manat), eyni tarixdə saat 13:23-də (1,01 MB) Mobil İnternet xidmətindən istifadə edilmiş və tariflərə müvafiq olaraq da (1 MB üçün 9,9 manat (ƏDV daxil)) haqq (10 manat) hesablanmışdır. Bundan sonra 077 *** ** ** nömrədə xx.xx.2024-cü il tarixi saat 17:21 və 17:22-də 3GB-lıq Rominq internet paketi aktiv etmək üçün *100*3001#YES kodu yığılmışdır. Lakin ********** nömrənin balansında kifayət qədər vəsait olmadığından müvafiq Rominq İnternet paketinin aktivləşməsi mümkün olmamışdır. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 17:21 və 17:22-də müvafiq mətnli bildiriş SMS-ləri ("Hormetli Abunechi, bu emeliyyat uchun balansinizda kifayet qeder vesait yoxdur. Balansinizi artirib sorğunuzu bir daha tekrarlayin.") də nömrəyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixi saat 10:18-də 45 manat məbləğində həyata keçirilmiş ödənişdən sonra eyni tarixdə saat 10:18-də yenidən 077 *** ** ** nömrədə 3 GB -lıq Rominq internet paketi aktiv edilməsi üçün*100*401#YES kodu yığılmış və balansda kifayət qədər məbləğ olduğundan 3 GB-lıq Rominq internet paketi aktiv edilmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 10:19-da müvafiq mətnli bildiriş SMS-i ("3GB rominq internet paketi aktiv edildi. 30 gun erzinde istifade ede bilersiniz Olkeler ve mobil operatorlarin siyahisi: https://bit.ly/rmng-az DİQQET:Emin olun ki, rominqde internetxidmetitelefonunuzda aktivdir. Seferden once rominq xidmetini aktiv etmeyi unutmayin! Fakturali xett ucun START yazib 8808 gonderin; Fakturasiz xett ucun ise *135*1#YES yigin.") də nömrəyə təqdim edilmişdir. 3 GB -lıq Rominq internet paketinin qiyməti 39,90 manatdır. 077 *** ** ** nömrəyə təqdim edilmiş 3 GB həcmli Rominq internet paketinin xx.xx.2024-cü il tarixi saat 10:19-dan xx.xx.2024-cü il tarixi saat 08:57-dək 3 GB həcmi "DU" operatoruna məxsus mobil rabitə şəbəkəsində tam istifadə edilmiş və buna dair müvafiq məzmunlu bildiriş SMS-i "3GB rouming internet paketinin 3GB trafikini bitirmisiniz. Yeni internet paketi sifarish etmek uchun bu sehifeye kechid edin: internet.azercell.com" eyni tarixdə saat 08:57-də nömrəyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır. Müvafiq müqavilə üzrə xidmət haqqının ödənilməsi abunəçinin öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. 077 *** ** ** nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "xxxx" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Belə ki, iddiaçı təyyarədə olduğu müddət ərzində internet şəbəkəsindən istifadənin mümkünsüz olduğunu buna baxmayaraq bununla bağlı cavabdeh tərəfindən onun hesabından pulun çıxılmasını qeyd etsə də, iş materiallarında olan 077 *** ** ** nömrəsi ilə bağlı "xxxx" MMC-nin elektron məlumat bazasından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixi saat 12:56-dan saat 13:33-ə qədər olan müddətdə müxtəlif internet xidmətlərindən istifadə edilmişdir. (youtube, watsapp, facebook və s.). İş materiallarında olan aviabiletə dair çıxarışdan görünür ki, İddiaçı bakıdan Abu Dabiyə olan uçuş saatı 10:15-dən 13:20-yədir. İddiaçı məhz buna əsaslanaraq qeyd edir ki, həmin müddət ərzində o təyyarədə olduğu üçün internet paketindən istifadə edə bilməzdi. Məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul etmir. Mövcud təcrübəyə əsasən qeyd etmək olar ki, uçuşların vaxtlarında müəyyən gecikmələr və ya ehtimal olunan zamandan daha əvvəl enişlərin olması mümkündür. Bundan başqa, təyyarə hava limanına eniş etdikdən sonra onun üçün ayrılmış zolağa gedənə qədər müəyyən zaman kəsiyi keçir. Bu müddət ərzində, həmçinin təyyarə eniş edərkən - havada olduğu müddətdə də sərnişinlərin əksəriyyəti telefonu uçuş rejimindən çıxara və internet şəbəkəsindən istifadə edə bilərlər. İş materiallarına əlavə edilmiş 077 *** ** ** nömrəsi ilə bağlı "xxxx" MMC-nin elektron məlumat bazasından çıxarış bu halı təsdiq edir. Bu baxımdan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə iddiaçı tərəfindən tələb edilən 90 manat xidmət haqqının cavabdehdən tutulması qanuni və əsaslı deyildir. Məhkəmə həmçinin iddia tələbinin “380 ABŞ dolları məbləğində transport xərcinin, yaşadılmış mənəvi və psixoloji sarsınıtı nəticəsində dəymiş mənəvi ziyana görə 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rominq internet xidmətinin göstərilməməsinə görə 90 manat xidmət haqqının cavabdehdən tutulmasından asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia həmin hissədə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar