Məhkəmə qərarları › İş №e-2(004)-1739/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1739/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1739/2024 27.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdehlər "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbininə dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ("xxxx" MMC) və "xxxx" MTK ilə onun arasında bağlanmış 14 dekabr 2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 2-ci bəndinə əsasən ödənilməli olan 25020 manat, illik 5% olmaqla (14 dekabr 2007-ci ildən) 21267 manat olmaqla, cəmi 46.287 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativindən və Cavabdeh2ndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. ünvan 1 ünvanda yerləşən mənzilin ümumi sahəsi 145,2 kv.m olmaqla, hər kv.m-nə 650 manat olmaqla, ümumi 94.380 manat ödənilmişdir. "xxxx" MMC və "xxxx" MTK-nin maliyyə arayışlarına əsasən mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən ünvan 3 İddiaçı mülkiyyətindədir və çıxarışda mənzilin ümumi sahəsi 131,30 kv.m qeyd olunmuşdur. Əsassız hesablanmış, yəni mənzilin ümumi sahəsi 145,2 kv.m 650 manatdan 94.380 manat yox, çıxarışa əsasən ümumi sahəsi 131,30 kv.m-lə hesablanmalı idi. (Yəni, 145,2 kv.m - 131.30 kv.m = 13,9 kv.m aralığındakı fərqlə artıq pul ödənilmişdir) Belə ki, müqavilədə qeyd olunmuş mənzilin ümumi sahəsi 13,9 kv.m aralığındakı fərqlə bu günkü bazar qiyməti ilə təxminən 1800 manatdan hesablanaraq, ümumi 25.020 manat təşkil edir. Cavabdehlər ”Fəzail-M” MMC və "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 2-ci bəndinə əsasən mənzilin dəqiqləşdirilmiş qiyməti mənzil tam hazır olduqda faktiki ölçmə yolu ilə dəqiqləşdirilir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmədə keçirilən məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə iclasına 5-10 dəqiqə üzürlü səbəbdən gecikə bilər. İddia tələbini müdafiə edirlər, iddia tələbinin tam təmin olunması xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini gözləsə də, o, məhkəməyə gəlməmişdir. Həmçinin iddiaçı özü məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh "xxxx" MTK-nın Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqinə dair verdiyi xx.xx.2024-cü il tarixli ərizəni müdafiə etdi və izahatında bildirdi ki, 2011-ci ilin yanvar ayından etibarən "xxxx" MMC-nin ünvan 2 ünvanda tikdiyi yaşayış binasında sakinlər məskunlaşmışdır. Həmin dövrdən kooperativin ümumi yığıncağının qərarına əsasən binada yaşayanlardan kommunal xidmət haqları yığılır. Kommunal xidmət haqqının dəyəri mənzilin hər kv.m üçün 30 qəpik hesablanmaqla sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Həmin ünvanlarda yaşayan 2016-cı ildən, blok C mənzil 86-da yaşayan İddiaçı 2015-ci ildən indiyədək kommunal xidmət haqlarını ödəməmişlər. Bu səbəbdən "xxxx" MTK cavabdehlər X8, X9, X5 və İddiaçı qarşı “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) xx.xx.2021-ci il tarixli 2(004)-2413/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı "xxxx" MTK apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4156/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, ünvan 3 ünvanda kommunal haqqına görə 2015-ci ildən yaranmış 5139 manat borcun 1.500 manatının cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin ödənilməsi qət edilmişdir. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçıya mənzil 2009-2010-cu illərdə təhvil verilmiş və iddiaçı təmir işlərini aparmış və mənzilin ölçüsünün müqavilədə göstərilən ölçüyə uyğun olduğunu qəbul etmiş, heç bir etiraz bildirməmişdir. Sonradan koomunal xidməti borcunu ödəmədiyinə görə məhkəməyə müraciət edilmiş və qətnaməyə əsasən borcun tutulması qət edilmişdir. Bu səbəbdən iddiaçı kommunal xidmət haqlarını ödəməmək üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC və İddiaçı arasında bağlanmışdır, "xxxx" MTK müqavilə tərəfi olmamışdır. Hesab edir ki, iddia əsassızdır. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. İddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə vermişlər. İddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqinə dair verdiyi xx.xx.2024-cü il tarixli ərizəni müdafiə etdi və izahatında bildirdi ki, hazırki iddia tələbində qanunvericiliyin tələbinə uyğun olaraq 5 illik iddia müddəti tətbiq olunur. Lakin iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı 2011-ci ildən qeyd edilən mənzildə yaşayır. Mənzil 2009-2010-cu illərdə təhvil verilmişdir. Mənzil təhvil veriləndə təmirsiz olub. Həmin dövrdə mənzillərin ölçülməsi qaydaları hazırkı qaydalardan fərqli olmuşdur və sakinlər həmin qaydaları qəbul etmişlər. Hesab edir ki, tərəflər arasında müqavilə bağlanmışdır və burada hər hansı bir əsassız varlanmadan söhbət gedə bilməz. İddiaçıya müqaviləyə uyğun olaraq mənzil təhvil verilmişdir. İddiaçı mənzili qəbul etmiş, təmir işlərinə başlamış və mənzilin ölçüsü ilə bağlı heç bir etirazı olmamışdır. İddia tələbi əsassızdır, həmçinin iddia müddəti ötürülmüşdür. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehlərin nümayəndələri və vəkilinin izahatlarını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbini müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri, cavabdehlərin təqdim etdikləri iddia müddətinin tətbiqinə dair ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı (podrat) müqaviləsinin 1.1-ci bəndinə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 3138-ci məhəllə ünvanda inşa etdiyi çoxmənzilli yaşayış kompleksində ev 4 ünvanda yerləşən ümumi sahəsi 145,2 kv.metr olmaqla, 3 otaqdan ibarət 86 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə tərəflər mənzilin ümumi dəyəri 94.380 manat olmaqla, mənzilin sahəsi üzrə hər kv.metr üçün 650 manat olması barədə razılığa gəlmişlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyərini tam olaraq "xxxx" MMC-yə ödəmişdir. "xxxx" MMC müqavilə öhdəliyini yerinə yetirmiş və mənzil təmir etməsi üçün 2009-2010-cu ildə İddiaçı təhvil vermişdir. "xxxx" MMC və "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarından müəyyən edilir ki, İddiaçı mənzilin pay dəyərini tam ödəmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı mənzilini özəlləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2023cü il tarixli çıxarış almışdır. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3138-ci məhəllə 4 nömrəli evin 86 nömrəli mənzilinin ümumi sahəsinin 131,30 kv.metr olduğu göstərilmişdir. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********72-05301-093379 reyestr nömrəli texniki pasportda İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3138-ci məhəllə 4 nömrəli evin 86 nömrəli mənzilinin ümumi sahəsinin 131,30 kv.metr, 3 yaşayış otağından ibarət olduğu göstərilmişdir. Mənzilin balkonunun sahəsi hesablanarkən əmsal tətbiq edilmiş və 16,9 kv.m x 0,3 = 5,1 kv.m olduğu göstərilməklə, 11,8 kv.m azalmışdır. Əmsal tətbiq edilmədikdə isə mənzilin ümumi sahəsi 131,30+11,8=143,1 kv.m təşkil edir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********666400 nömrəli arayışdan müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, sonradan adı dəyişdirilərək Cavabdeh2 MMC olmuşdur. Hüquqi ünvanı AZ1031, ünvan 4 Universiteti” MTK-nın sədri Hikmət Cəfərov xx.xx.2024-cü il tarixdə və Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024cü il tarixdə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişlər. İddiaçı "xxxx" MTK cavabdehlər X8, X9, X5 və İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan X1 olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan X2 olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Məmmədova Lalənin kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan İddiaçı kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2413/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı "xxxx" MTK apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6549/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2413/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 2040/2022 nömrəli qərarı ilə iddiaçı "xxxx" MTK-nın kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6549/2021 nömrəli qətnaməsi qismən - iddianın cavabdeh İddiaçı qarşı təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4156/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, cavabdeh İddiaçı 1500 (bir min beş yüz) manat pul vəsaitinin iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli akta əsasən podratçı "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 3138-ci məhəllədə yerləşən yaşayış binalarını sifarişçi "xxxx" MTK-ya təhvil vermişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kooperativin istismarı üçün nəzərdə tutulan haqqın məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 2015-2016-cı il üzrə yaranmış borca vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik müddətini tətbiq etsə də, maddənin dispoziyasında nəzərdə tutulan 3 illik müddətlə bağlı məsələyə qiymət verməmiş, İddiaçı 3 ildən az müddətdə olan borc öhdəliyini müəyyən etmədən bütün borcuna iddia müddətini tətbiq etmişdir. Halbuki iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində təkcə 2015-2016-cı il tarixlər üçün deyil, ondan sonrakı dövrlər üçün də borcu tələb etmişdir. Mülki Məcəllənin 373.3-cü maddəsi tətbiq edilirdisə, həmin normanın tələblərinə görə də vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddətinin axımının hər vaxtaşırı icra edilməli olan öhdəlikdən sonra başlaması nəzərə alınmalı idi. Mülki Məcəllənin 373.3-cü maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan halda, iddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixində müraciət etdiyindən yalnız ondan əvvəlki üç il ücün ödənilməmiş haqları tələb etməkdə haqlıdır. İş materiallarından və iddia tələbinin məzmunundan görünür ki, kommunal xidmət haqqının dəyəri mənzilin hər kv.m. üçün 30 qəpik təşkil edir. İş materiallarında olan mənzil tikintisi haqqında müqavilədən görünür ki, İddiaçı məxsus mənzilin ümumi sahəsi 145.2 kv. təşkil edir. Belə olan halda, mənzilin aylıq kommunal xidmətlərə görə ödənilməli olan haqqı 43,56 manat (145,2x0,30) təşkil edir. İddiaçı ona məxsus mənzilə görə hər ay 43,56 manat ödəməli olduğundan onun MTK-ya 3 illik borcu 1568,16 manat müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh İddiaçı tərəfindən 1500 manat ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3884/2023 nömrəli (*** işarələnmiş) qərarında göstərilmişdir ki, müqavilələr “Mənzilin alqı-satqı müqaviləsi” adlandırılsa da, ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri podrat müqaviləsinə uyğundur. İddia müddətinin tətbiqinə dair gəlinən nəticə həmçinin qanuni olmuşdur. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilələrin şərtlərinə əsasən satıcı öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı 24 ay müddətində təhvil verəcək. Həmçinin, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzillər iddiaçıya təhvil verilərək, o, 2010-2011-ci illərdə orada təmir işləri görmüşdür. Hazırkı işdə iddiaçı mənzili təmir etdiyi halda, onu qəbul etməsi məhkəmənin müəyyən etdiyi halıdır. İddiaçı özü də, mənzili daha gec tarixdə ona təhvil verməsini iddia etməmişdir. İddiaçının dəlili iddia müddətinin onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verildiyi tarixindən hesablanmalı olmasıdır ki, bu, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir. Digər tərəfdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, mənzili təmir edən iddiaçının mənzilin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilin qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi mənzili təhvil verəcək. İddiaçı çıxarış alınmamışdan əvvəl 2010-2011-ci ildə mənzilini təmir etməyə başlamışdır. İddiaçının mənzil sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış alındıqdan sonra xəbər tutmasına dair dəlili əsassızdır. İddiaçı həmin mənzili təmir etmiş və təmir zamanı mənzilin ölçülərinə uyğun materiallar almış və görülən işlərin haqqını mənzilin sahəsinə uyğun olaraq ustalara ödəmişdir. Deməli, iddiaçı mənzilin təmiri zamını onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən hərəkətlərin heç birini görməmiş, bununla da, heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehlərin nümayəndələrinin dəlili əsaslıdır. Çünki, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3138-ci məhəllə 4 nömrəli evin 86 nömrəli mənzili 2010-2011-ci ildə X7 təhvil verilmişdir. İddiaçı isə “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yəni, iddiaçı X6 öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün mənzili ilkin qeydiyyatdan keçirərək çıxarış aldığı xx.xx.2023-cü il tarixi deyil, məhz mənzilin ona təhvil verildiyi gün, yəni 2010-2011-ci ildir. Hətta kommunal xidmət haqlarına görə borcun yaranması vaxtından 2015-2016-cı ildən hesablansa da, iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Hazırkı halda iddiaçı X10 icranın qüsuru barəsində tələbi işi (mənzili) qəbul etdiyi gündən, yəni 2011-ci ildən bir il ərzində irəli sürə bilərdi. Göründüyü kimi, X10 bir illik iddia müddəti ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin nümayəndələri iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, iddia əsassız olduğuna və müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “Cavabdeh2 ("xxxx" MMC) və "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin 2-ci bəndinə əsasən ödənilməli olan 25020 manat, illik 5% olmaqla (14 dekabr 2007-ci ildən) 21267 manat olmaqla, cəmi 46.287 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativindən və Cavabdeh2ndən tutularaq ididaçı İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar