Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1761/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil Sədi oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə 547 manat, ödənilmiş 30 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil Sədi oğlu məhkəmə iclasında xx.xx.2023-cü il tarixli barışıq sazişini təqdim edərək bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə aralarında barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən Cavabdeh sazişi imzalamaqla 600 manat borcu etiraf edərək, xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş etdikdən sonra qalan 500 manatı hər ay 100 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. İddiaçı QSC 500 manatın cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 100 manatı ödəmişdir, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla ödəyəcəkdir. Bu sazişin şərtlərinin könüllü icra edilməməsi tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında xx.xx.2023-cü il tarixli barışıq sazişini müdafiə edərək bildirdi ki, İddiaçı QSC ilə onun arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən o, 600 manat borcu etiraf edərək, xx.xx.2023-cü il tarixdə 100 manat ödəniş etmişdir. Qalan 500 manat xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla İddiaçı QSC-yə ödəyəcəkdir. Barışıq sazişinin nəticələri ona aydındır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, tərəflərin barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarından və təqdim edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən edilir ki, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil Sədi oğlu və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinə əsasən Cavabdeh 600 manat borcu olmasını etiraf etmişdir. Həmin puldan 100 manatını xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-yə ödəmişdir. Qalan 500 manatı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 100 manat olmaqla İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ödənilməmiş qalan 500 manat vəsaiti xx.xx.2023-cü il tarixədək Cavabdeh qəbul etməyi öz üzərinə götürmüşdür. Tərəflər hazırkı sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar həll edilməsi barədə razılığa gəlmişlər və qeyd olunan mübahisənin yuxarıda göstərilən şərtlərlə həll edilməsini öz üzərlərinə götürmüşlər. Tərəflər bəyan edirlər ki, bu Barışıq sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur. Saziş təsdiq olunduqdan sonra məhkəmənin icraatında olan 2(004)-1761/2023 nömrəli mülki iş üzrə icraata xitam verilir. Bu sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. Odur ki, tərəflər bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə - İddiaçı QSC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin və 2(004)-1761/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən 500 (beş yüz) manat borcu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 manat olmaqla 5 ay müddətində xx.xx.2023-cü il tarixədək İddiaçı QSC-yə ödənilməsi Cavabdeh öhdəsinə qoyulsun. Həmin məbləğin qəbul edilməsi İddiaçı QSC-nin öhdəsinə qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1761/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1761/2023
04.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver