Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1766/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi “faktiki olaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “faktiki olaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.2020-ci ildə vəfat etmiş anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Bakı şəhəri 42 saylı Notariat Ofisini maraqlı şəxs kimi göstərmişdir. Məhkəmə Maraqlı şəxs2 iş üzrə maraqlı şəxs kimi cəlb etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi anası Tağıyeva Sultan Səməd qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı Ərizəçi və digər vərəslər, X21 və bacısı Maraqlı şəxs2 faktiki idarəçiliyə qəbul etmişlər, anaları vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərini keçirmiş, ehsan vermişlər. Ərizəçi tez-tez valideynlərinin qəbrini ziyarət edir, miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə baş çəkmişdir. Ərizəçi mirası faktiki qəbul etsə də, mirasın adına sənədləşdirilməsi üçün müəyyən edilmiş vaxt ərzində notariusa ərizə verməmişdir. X21 vaxtında notariat ofisinə ərizə vermişdir. Bacısı Maraqlı şəxs2 mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 mərhum anası Tağıyeva Sultan Səməd qızından miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, şahid ifadələri ilə təsdiq edilir ki, ərizəçi Maraqlı şəxs2, eləcə də digər vərəsələr Ərizəçi və X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tağıyeva Sultan Səməd qızından miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31,1 kv.metr sahəsi olan fərdi yaşayış evinə mərhumun vəfatından sonra gəlibgetmişlər, yas mərasimlərində iştirak etmişlər. Həmin halın mövcudluğu isə ərizəçinin miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən ərizəçinin dəlilləri əsaslı olmuşdur və miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Yəni məhkəmə Maraqlı şəxs2 faktiki olaraq mirasın qəbul edilməsini müəyyən edərək, Ərizəçi faktiki olaraq mirasın qəbul edilməsini təsdiq etmişdir. Çünki, qətnamə ilə müəyyən olunur ki, Ərizəçi da xx.xx.2020-ci il tarixdə vəfat etmiş Tağıyeva Sultan Səməd qızının mülkiyyətində olan Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evinə mərhumun vəfatından sonra gəlib-getmiş, yas mərasimlərində iştirak etmişdir. Həmin halın mövcudluğu Ərizəçi da miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etdiyini və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirdiyini təsdiq edir. Buna baxmayaraq, Ərizəçi Bakı şəhəri 42 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 42 saylı Notariat Ofisi 18 fevral 2023-cü il tarixli 34 saylı məktubla cavab vermişdir ki, Ərizəçi təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, miras Ərizəçi tərəfindən istər qanunla müəyyən edilmiş müddətdə, istərsə də qanunda nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilməmişdir. Bu səbəbdən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Buna görə, Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclasında izahatında bildirdi ki, anaları X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı faktiki olaraq o, X21, bacısı Ərizəçi qəbul etmişlər. X21 notariusa ərizə vermişdir. O və bacısı Ərizəçi mirası faktiki qəbul etsələr də, notariusa ərizə verməmişlər. O, mirasın qəbulu üçün Bakı şəhəri 42 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Notarius ona bildirmişdir ki, mirasın qəbulu üçün müəyyən edilmiş vaxtı ötürmüşdür, lakin qardaşı Firdovsi və bacısı Mətanət gəlib ərizə versələr, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilər. Qardaşı Firdovsi və bacısı Mətanət notariusa gəlib ərizə vermədiklərinə görə, o, məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun mərhum anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Onun mirası qəbul etməsi faktı məhkəmə qaydasında olduğuna görə, o, bacısının mirası qəbul etməsi üçün notariusa razılıq ərizəsi verməmişdir. Hesab edir ki, bacısı Ərizəçi da onun kimi əziyyət çəkməli və məhkəmə qaydasında miras əmlakı qəbul etməsi faktı müəyyən ediləndən sonra miras mənzilə dair sənəd ala bilər. X29 2015-ci ildə vəfat etmişdir. Atasından iki otaqlı mənzil miras qalmışdı. Həmin iki otaqlı mənzili anası satmış, ona və bacısı Ərizəçi pul vermişdir. Qalan pula anası X9 adına bir otaqlı mənzil almışlar. Daha sonra anası onun yanına köçmüşdür. Bundan sonra anası Sultan Tağıyeva həmin bir otaqlı mənzili onun qızı Nərgizə bağışlamışdır. Firdovsi atasından qalan evdən pay istəməmişdir. O, bacısı Ərizəçi miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evindən pay almasını istəmir. Odur ki, ərizənin rədd edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri 42 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Bakı şəhəri 42 saylı Notariat Ofisinin notariusu Tufat Məmmədov məhkəməyə məktub göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxs Bakı şəhəri 42 saylı Notariat Ofisinin notariusu Tufat Məmmədovun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi və Maraqlı şəxs2 onun bacılarıdır. Anaları anası Tağıyeva Sultan Səməd qızı xx.xx.2020-ci il tarixdə vəfat etmiş və mülkiyyətində olan Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı o, bacıları Mətanət və Məlahət faktiki idarəçiliyə qəbul etmişlər, anaları vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərini keçirmiş, ehsan vermişlər. Ərizəçi tez-tez valideynlərinin qəbrini ziyarət edir, miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə baş çəkmişdir. Ərizəçi mirası faktiki qəbul etsə də, mirasın adına sənədləşdirilməsi üçün müəyyən edilmiş vaxt ərzində notariusa ərizə verməmişdir. O, vaxtında notariat ofisinə ərizə vermişdir. Bacıları Mətanət və Məlahət isə notariusa ərizə verməmişlər. Anası sağlığında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini hərbiçilərə kirayə vermişdi, o, anasının vəfatından sonra kirayədə qalan şəxslərin həbçi ailəsi olmasını nəzərə alaraq onlardan kirayə haqqını almamışdır. O, Məlahətin miras əmlakı qəbul etməsi üçün notariusa gedib razılıq ərizəsi verməmişdir. Çünki, anası sağlığında həmin evi şifahi olaraq ona vəsiyyət etmişdir. O, valideynləri ilə birlikdə əvvələr 4 otaqlı evdə yaşamışdır. O, həmin 4 otaqlı evi satmış, özünə üç otaqlı, atası və anası üçün iki otaqlı mənzil almışdır. Atası 2015-ci ildə vəfat etdikdən sonra miras qalmış həmin iki otaqlı evi anası Sultan Tağıyeva satmış, qızları Mətanət və Məlahətə pul vermiş, qalan pula isə özünə bir otaqlı mənzil almışdır. Sonradan həmin bir otaqlı mənzili də Məlahətin qızı Nərgizə bağışlamışdır. O, atasından miras qalmış iki otaqdan özünə pay istəməmişdir. Hazırda o, bacıları Mətanət və Məlahətin miras əmlaka dair şəhadətnamə almalarına etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.1962-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1962-ci ildə Tovuz şəhərində doğulmuşdur. X3, anası X12r. xx.xx.1988-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X10 xx.xx.1988-ci ildə 1130 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada Süleymanova soyadı verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-3130/2022 nömrəli qətnaməsi ilə ərizəçi Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-312/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə təmin edilmişdir. Ərizəçi Maraqlı şəxs2 mərhum anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən edilmişdir ki, AZ-İİ seriyalı 122182 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir ki, X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1289 nömrə ilə qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 42 saylı Notariat ofisinin 19 yanvar 2022-ci il tarixli 13 nömrəli Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı məktubda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X16 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 42 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Məhkəməyə təqdim olunmuş vərəsəlik işində olan Bakı şəhəri 42 sayı Notariat ofisinə X8 tərəfindən verilmiş **********754 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizədən görünür ki, o, anası X5 irs qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət mirası qəbul edir. Onunla yanaşı Ərizəçi və Maraqlı şəxs2 da vərəsədirlər. AZ seriyalı 503336 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1963-cü ildə Tovuz şəhərində anadan olmuş, anası X19, X3dur. AZ seriyalı 190691 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1962-ci ildə Tovuz şəhərində anadan olmuş, anası X19, X3dur. 385317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası X12r Yasamal rayonu 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X16 Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 9 nömrəli evin 53 nömrəli mənzilində xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək mərhum həyat yoldaşı X17 ilə birlikdə, həmin tarixdən xx.xx.2020-ci ilədək (ölənədək) qeydiyyatda olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin məhkəmə tapşırığının icrası ilə əlaqədar olaraq qəbul edilmiş Tovuz rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 10(62)-8/2022 nömrəli qərardadından görünür ki, Abdullayeva Fəridə qızının, X6 və X7 18 avqust 2022-ci il tarixdə Tovuz rayon Məhkəməsinə dəvət edilsə də, məhkəməyə gəlməmişlər. X6 və X2 məhkəməyə icra nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə gətirmək mümkün olmuş və Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən, həmin şəxslər Tovuz rayon Məhkəməsinin inzibati binasında şahid qismində dindirilmiş və bu barədə protokol tərtib edilərək tapşırıq verən məhkəməyə göndərilməli olan sənədlərdə lazımi qeydlər aparılmışdır. Abdullayeva Fəridə qızı isə nümayəndəlik ərazisində olmadığına görə dindirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər X14 və X7 ifadələrində göstərmişlər ki, mərhum Sultan Tağıyeva onların qonşusu olmuşdur. Onun 3 övladı olmuşdur. Hər üç övladı ana yurduna gəlib gedir. Məlahət xanım daha çox gəlib-gedir. Sultan Tağıyeva sağlığında evi hərbiçilərə kirayəyə vermişdir, həmin vaxtlar kirayə haqqı alırdı. Sultan Tağıyevanın ölümündən sonra oğlu Firdovsi hərbiçilərə hörmət etdiyinə görə kirayə haqqı almır. Ata və analarının ölümündən sonra hər üç övladı gəldi, ehsan verdi. 1 həftə bundan qabaq qızı Mətanət xanım gəldi, ata anasının qəbrini ziyarət edib getdi. Göründüyü kimi, şahid ifadələri ilə təsdiq edilir ki, ərizəçi eləcə də digər vərəsələr, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X9 mülkiyyətində olan Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evinə mərhumun vəfatından sonra gəlibgetmişlər, yas mərasimlərində iştirak etmişlər. Həmin halın mövcudluğu isə ərizəçinin miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən ərizəçinin dəlilləri əsaslı olmuşdur və miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində tərtib edilmiş aktda göstərilir ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan X20, X25 və Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olan Ərizəçi bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olan Ərizəçi mərhum anasının Tovuz rayonu Yuxarı Öysüzlü kəndinin ərazisində, hazırda onların yaşadığı evə yaxın fərdi yaşayış evi vardır. Ərizəçi Bakı şəhərində yaşamasına baxmayaraq hər il mütəmadi olaraq həmin evi ziyarət edir və günlərlə orada qalaraq evin təsərrüfatına qayğı göstərir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Ərizəçi digər vərəsələr olan X21 və bacısı Maraqlı şəxs2 ilə birlikdə mərhum anaları X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət mirası əmlakı faktiki idarəçiliyə qəbul etməsi faktı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, digər vərəsələr Firdovsi Tağıyevin ifadəsi və Maraqlı şəxs2 izahatı, təqdim edilmiş xx.xx.2023-cü il tarixli akt və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Ərizəçi qanunla müəyyən edilmiş müddət keçdikdən sonra mirası qəbul etmək üçün notariusa ərizə verdiyinə görə, Bakı şəhəri 42 saylı Notariat Ofisinin notariusu Tufan Məmmədov 18 fevral 2023-cü il tarixli 34 saylı məktubla Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi miras əmlakı faktiki qəbul etmişdir, üzürlü səbəblərdən miras əmlakı öz adına sənədləşdirmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariusa ərizə ilə müraciət etməmiş, müddəti üzürlü səbəblərdən ötürmüşdür. Hazırda ərizəçi mirasın qəbulu faktını başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-in 305.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, ərizəçi mərhum anasından miras qalmış fərdi yaşayış evinə digər vərəsələrlə birlikdə faktiki sahiblik etmiş və həmin evi idarə etməklə ona yiyələnmiş, miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Odur ki, ərizə təmin edilməli, ərizəçinin anasından miras qalmış fərdi yaşayış evini qanun üzrə birinci növbəli vərəsə kimi faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2020-ci ildə vəfat etmiş anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Bu qətnamə miras əmlaka dair Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1766/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1766/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver