Məhkəmə qərarları › İş №e-2(004)-178/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-178/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-178/2024 11.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi Şükürov Rauf Azər oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Grand Plaza MTK-dan 7950 manat kompensasiyanın və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Plaza MTK ilə 25 iyul 2018-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən o xx.xx.2005-ci il tarixdə 5 nömrəli reyestr kitabının 82 nömrəli səhifəsində 003228 nömrəsi ilə qeyd edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003228 Şəhadətnamə ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindəki ümumi sahəsi 54, 2 kv.m olan (faktiki sahəsi 58 kv.m) ibarət olan qeyri-yaşayış sahəsini sökülmək üçün Grand Plaza MTK-ya təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi üzərimə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 74 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 18 mart 2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən şirkət 19,5 kv.m hissəsi 1500 manat olmaqla 29250 manat kompensasiya ödənilmişdir. Sonradan verilən mənzilin sahəsi ölçülmüş və

49. 17 kv.m olduğu müəyyən edilmişdir. Cavabdeh Grand Plaza MTK-ya sahənin az verilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçi ilə cavabdeh şirkət arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh şirkət iddiaçıya məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında yerləşən və sahəsi 54.2 m2 olan evin sökülməsinin müqabilində 74 m2 olan təmirsiz ev verməyi öhdəsinə götürür. Sonradan isə yəqin ki, həmin kvadrat üzrə mənzil verilə bilmədiyinə görə 19.5 m2 29250 manat kompensasiya verilmişdir. Sonradan iddiaçı evin sahəsini ölçdürdüyündə evin sahəsi 49.17 m2 olduğunu müəyyən etmişdir. Evin pulu tam ödənilib və ev onlara təhvil verilib. Maliyyə arayışı da mövcuddur. Çatışmayan kvadrat üçün 1500 manatdan hesablanmaqla kompensasiya tələb edirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdi ki, tərəflərindən düzgün hesablanılmaqla ev verilib. Əgər iddiaçı tərəf etiraz edirsə, o zaman ekspertiza təyin edilməsini və evin ölçülməsini xahiş edirlər. Əgər iddiaçının iddia etdiyi kimi olarsa, o zaman əlavə kompensasiya ödəməyə razılıq verərlər. İddiaçının həmin ərazidə qeyri-yaşayış sahəsi olub və o qeyri-yaşayış sahəsinin müqabilində 2 ev vermişlər. Bu evlərdən biri də hazırki mübahisə predmeti olan evdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 25 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 74 m2 olan, təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Faktiki sahə 58 m2-dir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli 25 iyul 2018-ci il tarixli 065 saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı inşa edilən binanın 2-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 54,5 m2 təmirli mənzilin verilməsi müəyyənləşdirilir. Yaşayış sahəsinin yerdə qalan (74 m2 – 54,5 m2 = 19,5 m2) 19,5 m2 hissəsi hər m2-nə 1500 AZN olmaqla (19.5 x 1500 = 29250 AZN) əvəzləşdirilərək 29250 AZN məbləğində qiymətləndirilib. Tikinti şirkəti tərəfindən ona kompensasiya şəklində ödənilir. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli 36 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 065№-li xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 74 m2 olan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə Cavabdeh MMC qarşısında heç bir borcu yoxdur. İş materiallarında olan X2 Mərkəzinin 22 may 2023-cü il tarixli məktubundan görünür ki, aparılmış ölçü və hesablamanın nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək Cavabdeh MMC tərəfindən təhvil verilmiş ümumi sahəsi 54.2 m2 olan mənzilin arakəsmələri nəzərə alınmaqla faktiki sahəsi 49.17 m2 və arakəsmələr nəzərə alınmamaqla 46.90 m2 sahəsi təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 45.9 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 54.5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Həmin Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırda İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 iyul 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 74 m2 olan, təmirsiz mənzil verməyi öhdəsinə götürdüyünü, lakin evin sahəsinin 49.17 m2 olduğunu bildirərək əlavə kompensasiyanın ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 45.9 m2 təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 54.5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar