Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1810/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 ASC-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 ASC-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC "xxxx" MMC-nin iddiaçıya 09 yanvar 2023-cü il tarixdən işdən azad olunması barədə 01-k saylı 09 yanvar 2023-cü il tarixli əmrinin ləğv edilərək işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi, eləcə də mediasiya prosesinə görə ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 yanvar 2015-ci il tarixdə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə kadr üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun 06 yanvar 2016-cı il tarixli, 07 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh2 ASC "xxxx" MMC-nin direktorunun 16-K saylı, 09 fevral 2016-cı il tarixli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Cəmiyyətə mühasibat uçotu və hesabatı şöbəsinə 8-ci dərəcə ilə mühasib vəzifəsinə işə qəbul edilmişdir. “Ağdaş Sukanal” TSC-nin direktorunun 50-K saylı, 29 oktyabr 2019-cu il tarixli əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh2 ASC "xxxx" MMC-nin direktorunun 358-K saylı, 30 oktyabr 2019-cu il il tarixli əmri ilə bağlanmış əmək müqaviləsinə əsasən Ağdaş sukanal sahəsinin iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna 8-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. 01 iyul 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Ağdaş sukanal sahəsinin Sukanal sistemlərinin təhlili qrupuna 8-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. Cavabdeh "xxxx" MMC-də işlədiyi müddətdə vəzifəsinə vicdanla yanaşaraq vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir, rəhbərlik tərəfindən barəsində hər hansı formada tənbeh tədbirləri tətbiq edilməmiş, vəzifəsinə görə nümunəvi işçi olmağa daim səy göstərmişdir. 2022-ci ilin sonlarında rəhbərliklə aralarında əsaslı səbəblər olmadan müəyyən anlaşılmazlıqlar yaranır, bu səbəbdən də işdə problemlər yaşanırdı. X12 sahəsinin direktoru Abil Zakirovun qanunsuz hərəkətlərinə və göstərişlərinə göz yummadığına və buna etiraz etdiyinə görə aralarında problemlər yaranmışdı. Məhz ona görə də Ağdaş sukanal sahəsinin direktoru hər dəfə ona bildirirdi ki, “mən səninlə işləmək istəmirəm, ərizəni yaz öz xoşunla işdən çıx”/ İddiaçı buna qəti etirazını bildirəndən sonra onun barəsində Cavabdeh2 ASC "xxxx" MMC-nin rəhbərliyinə yalan məlumatlar verməklə rəhbərliyi onun tutduğu vəzifə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyinə, işçilər arasında nifaq yaratdığına və s. inandıra bilmişdir. Ona görə də Cavabdeh2 ASC "xxxx" MMC-nin rəhbərliyi 06 yanvar 2023-cü il tarixdə iddiaçını Cəmiyyətə çağırmış, kabinetdə Ağdaş sukanal sahəsinin direktorunun ona göstərdiyi təsirləri təkrarən göstərməklə öz ərizəsi ilə işdən çıxmağını təkid etmişdir. Belə ki, rəhbərlik iddiaçıya əgər öz ərizəsi ilə işdən çıxmasa, onu ləkələyərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağı, bundan sonra onun heç bir yerdə işə qəbul edilməyəcəyini bildirmişdir. Bundan sonra iddiaçı məcbur olub həmin tarixdə öz təşəbbüsü ilə cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmək məcburiyyətində qaldmışdır və belə bir ərizə yazmışdır. İddiaçı ərizə yazandan 3 gün sonra, yəni 09 yanvar 2023-cü il tarixdə Cavabdeh2 ASC "xxxx" MMC-nin direktor müavinin 09 yanvar 2023-cü il tarixli 01-K saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Rəhbərliklə aralarında olan danışıqlar iddia tələbinə əlavə etdiyi səs yazıları ilə tam öz təsdiqini tapır. İddiaçı 10 yanvar 2023-cü il tarixdə rəsmi ərizə ilə Cavabdeh2 ASC-nin sədrinə müraciət edərək işdən çıxmağına dair ərizənin ona Cavabdeh2 ASC "xxxx" MMCnin direktoru və Cəmiyyətin Ağdaş sukanal sahəsinin rəhbərliyi məcbur etdiklərini, əgər ərizə yazmasa onu bir bəhanə ilə işdən qovacaqları kimi hədələrinə görə yazdığını, yəni həmin ərizəni yazmağa məcbur edildiyini bildirərək, öz xahişi ilə işdən azad olunmağı barədə ərizəsini əsassız hesab edilərək onu öz vəzifəsinə bərpa edilməsini xahiş etmişdir. Ərizə aidiyyati üzrə baxılması üçün Cavabdeh2 ASC "xxxx" MMC-yə göndərilmişdir. Cavabdeh2 ASC "xxxx" MMC 19 yanvar 2023-cü il tarixli məktubu ilə ona bildirmişdir ki, ərizəsində konkret tarix qeyd etdiyindən (işdən çıxmağına dair ərizə nəzərdə tutulur) işəgötürən qanunvericiliyin tələblərini pozmadan Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə qanuni əsaslarla xitam vermişdir. İddiaçı 06 yanvar 2023-cü il tarixdə Cavabdeh2 ASC "xxxx" MMCdə ərizə yazarkən ərizədə yazılan tarixi göstərməmişdir. Lakin qeyd edilən məktubda göstərilir ki, guya o ərizənin yazıldığı tarixi qeyd etmişdir. Görünür, cavabdeh ərizəni “qanuniləşdirmək” üçün iddiaçıdan sonra ərizəyə ərizənin yazılma tarixini özlərinə sərf edən tarixi qeyd etmişlər. O işdən azad olunmağı barədə ərizəni yazdığı gündən 4 gün sonra ərizəsinin əsassız, yəni etibarsız hesab edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona qarşı qərəzli olduğuna görə işdən azad olunmağı barədə ərizəyə özlərinə sərf edən tarixi yazmış və ya yazdırmış, bununla da xəbərdarlıq müddətinin bitdiyini əsas göstərmişdir. Lakin cavabdeh xəbərdarlıq müddəti başa çatana kimi iddiaçının vəzifəsinə yeni işçinin götürülübgötürülməməsi, götürülmüşdürsə, bu barədə ona rəsmi qaydada heç bir xəbərdarlıq etməmişdir. Hər bir halda, o belə bir rəsmi xəbərdarlığı almamışdır. O ərizəni 06 yanvar 2023-cü il tarixdə Cavabdeh2 ASC "xxxx" MMC-də olarkən yazmışdır və ərizəyə tarix qoymamışdır. Cavabdeh2 ASC "xxxx" MMC-nin iddiaçının öz ərizəsi əsasında aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 01-K saylı, 09 yanvar 2023-cü il tarixli əmrini qanun pozuntusu ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edirməklə, həmin əmr ləğv edilməklə iddiaçının işinə bərpa olunmalı və məcburi işburaxmaya görə əmək haqqı almalıdır. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin nümayəndasi X3 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ASC "xxxx" MMC ilə 1051 nömrəli əmək müqaviləsi bağlamaqla Cavabdeh2 ASC "xxxx" MMC-nin Ağdaş sukanal sahəsinin iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debit borclarla iş qrupuna mühəndis qəbul edilmişdir. MMC-nin 01,07.2020-ci il tarixli, 47-k nömrəli əmrinə əsasən əmək müqaviləsinə dəyişiklik edilmiş, həmin sahədə sahənin Sukanal sistemlərinin təhlili qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur.İddiaçı S.M. Musayev xx.xx.2023-cü il tarixində 09 yanvar 2023-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etmişdir. İşəgötürən 09 yanvar 2023-cü il tarixində 01-k saylı əmri ilə əmək müqaviləsinə xitam vermişdir. Əmrin surəti və son haqq-hesab həmin gün işçiyə verilmişdir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.Bundan əlavə, fərdi əmək mübahisələri üzrə iddia müddətini tətbiq edilməsi AR Əmək Məcəlləsinin 296-ci maddəsi ilə nizama salınır. Həmin maddənin birinci hissəsinə əsasən “Bu Məcəllənin 294cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edilməsi”.Həmin maddənin ikinci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur.”Həmin maddənin dördüncü hissəsinə əsasən “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür”.İddiaçı, iddia ərizəsini məhkəməyə qanunda nəzərdə tutulmuş 1 (bir) ay müddətini ötürməklə təqdim etmişdir. İddiaçı əmrin surətini, son haqq-hesabı xx.xx.2023-cü il tarixində almışdır.Həmin vaxtdan isə nəinki 1 (bir) ay hətta 3(üç) ay keçmişdir. İddiaçının ərizədə göstərdiyi hallar həqiqətə uyğun deyildir və onların heç bir hüquqi əsası yoxdur. İddiaçı Məharət oğlunun “işə bərpa tələbi”nə dair iddia tələbi üzrə icraata iddia müddətini tətbiq edilməsi və iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, işdən çıxmağı barədə 06 yanvar 2023-cü il tarixli ərizədəki əl yazısı ilə yazılmış yazılar, həmçinin “9 yanvar” tarixi onun tərəfindən yazılmışdır, 9 yanvardan işdən azad etmələri barədə məlumatı var imiş, lakin direkor müavini bildirdi ki, direktor məzuniyyətdən gələnə kimi onu işdən çıxartmayacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddia tamamilə əsassızdır. Vəfa Qəyyumov MMC-nin direktor müavinidir. X14 Musayev arasında baş verən məsələlərin mülki işə heç bir aidiyyatı yoxdur. İddiaçının işəgötürəni, eyni qaydada işdən azad edən şəxsi Abel Zakirov deyil, MMC-nin direktoru Tural Abbasovdur. İddiaçı şəxs MMC-nin nomenklatur işçisidir. İddiaçı işdən çıxan zaman Bakıdakı kadrlar şöbəsinə ərizə yazmalıdır, o ərizə də MMC-nin kadrlar şöbəsində qeydiyyatdan keçdikdən sonra icraya verilir. Sahə rəisinin İddiaçı işə götürmək və ya işdən azad etmək kimi bir səlahiyyəti yoxdur. Tural Abbasov məzuniyyətdə olduğu üçün İddiaçı Vəfa Qəyyumov işdən azad edib. Bu səlahiyyətdə təqdim etdikləri sənədlərdə göstərilir. İddiaçının verdiyi izahatlar bir-birilə zidiyyətlidir. Belə ki, keçən məhkəmə iclasında ərizədə tarixin onun tərəfindən qeyd olunmadığını bildirirdi, lakin hazırki iclasda ərizənin əslinə baxış keçirildikdən sonra tarixin onun tərəfindən qeyd olunduğunu etiraf etdi. Bundan başqa yenə də qeyd etmək istəyir ki, işçi öz ərizəsi ilə işdən azad edilib, bu isə AR Əmək Məcəlləsində əmək müqaviləsində xitam verilməsinin hallarından biri kimi qeyd olunmuşdur. İşəgötürən tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib. İddiaçı yanvar ayının 6-sı ərizəsini yazmış, həmin ərizədə həmin ayın 9-u tarixində isə işdən çıxmağı xahiş etmişdir. Ona görə 9-u tarixindən işdən çıxma əmrləşdirilmişdir. Əks halda bu işçinin hüququnun pozulması ilə nəticələnə bilər, çünki işçi ərizədə dəqiq tarix göstərmişdir. Həmin gün ona əmrin surəti, sonuncu haqq-hesab və digər bütün sənədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilmişdir. Bundan başqa işçi onun hüquqlarının pozulduğunu aşkar etdiyi gündən bir ay müddətində məhkəməyə müraciət etməlidir. Mediasiya haqqında Qanunda da nəzərdə tutulur ki, 10 gün müddətinə arayış verilməlidir, 1 ay müddətinə də məhkəməyə müraciət olunmalıdır. Beləliklə, iddia müddəti də ötürülmüşdür. İddia həm əsassız olduğuna görə, həm də iddia müddəti ötürüldüyündən rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisidir. Onlara dair hissədə iddia rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər tam əsassızdır və buna görə də iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus 560832 nömrəli əmək kitabçasının surətindən görünür ki, 01 iyul 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən həmin tarixli əmrlə Ağdaş sukanal sahəsinin Sukanal sistemlərinin təhlili qrupuna 8-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmiş, 09 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1051 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş Sukanal sahəsinin iş əmrlərin yoxlanılması, qanunsuz istifadə və debit borclarla iş qrupuna 8-ci dərəcə ilə mühəndis vəzifəsinə işə qəbul edilmışdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 oktyabr 2019-cu il tarixində bağlanmış 1051 nömrəli əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixində edilmiş dəyişikliyə əsasən Musayev X2 sahəsinin Sukanal sistemlərinin təhlili qrupuna 8-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2020-ci il tarixli 47-k nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmrin surətindən görünür ki, Musayev X2 sahəsinin Sukanal sistemlərinin təhlili qrupuna 8-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 06 yanvar 2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, onunla bağlanılmış əmək müqaviləsinə 09 yanvar 2023-cü il tarixindən xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 yanvar 2023-cü il tarixli 01-K saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə 09 yanvar 2023-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. 30 oktyabr 2019-cu il tarixindən 09 yanvar 2023-cü il tarixinədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 81(səksən bir) təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, onun 06 yanvar 2023-cü il tarixli ərizəsinin əsassız qəbul edilərək öz iş yerinə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2023-cü il tarixli 13-16-1/5/2 M-10/2-xxxx/2023 saylı Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış məktubda işəgötürən qanunvericiliyin tələblərini pozmadan əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyindən əmrdən narazı qaldığı üçün məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 mart 2023-cü il tarixli 08-K saylı əmri ilə X9 xx.xx.2023-cü il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş sukanal sahəsinin Sukanal sistemlərnin təhlili qrupuna 12-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin 23 dekabr 2022-ci il tarixli əmək məzuniyyəti haqqında 1106-ş nömrəli əmrin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan iş ili hesabına xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 9 təqvim günü əmək məzuniyyəti verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh2 ASC-nin "xxxx" MMC-nin 19 yanvar 2023-cü il tarixli 09 saylı Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərləri arasında vəzifə bölgüsü haqqında əmrin surətindən görünür ki, direktor vəzifəsini əvəz edən direktor müavini Vəfa Qəyyumovun icra edilməsi təyin edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 01 iyul 2020-ci il tarixli 47-k nömrəli əmrin əsasında edilmiş dəyişikliyə əsasən Musayev X2 sahəsinin Sukanal sistemlərinin təhlili qrupuna 8-ci dərəcə ilə mühəndis-qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. İddiaçı 06 yanvar 2023-cü il tarixində 09 yanvar 2023-cü il tarixindən işdən azad olunması barədə ərizə yazmış, işəgötürən tərəfindən ərizədə qeyd edilən tarixdə, yəni 01-k saylı 09 yanvar 2023-cü il tarixli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 10 yanvar 2023-cü il tarixində iddiaçı ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız sayılması və işinə bərpa olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində ərizədə tarix qeyd etmədiyini göstərsə də, məhkəmə baxışı zamanı həmin ərizənin əsli cavabdeh MMC tərəfindən təqdim edilmiş və iddiaçı məhkəmə baxışı iclasında xx.xx.2023-cü il tarixli ərizəsindəki əlyazma ilə yazılan yazıların, eləcə də “09 yanvar” yazısının və imzanın ona aid olduğunu bildirmişdir. İddiaçı həmin ərizəni yazarkən müdriyyət tərəfindən təzyiqlərə məruz qaldığını, elə bir ərizə yazmadığı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağı hədəsini bildirmişdir. Bundan əlavə eyni zamanda, qeyd etmişdir ki, o belə bir ərizə yazsa da Cavabdeh2 ASC-nin "xxxx" MMC-nin direktoru məzuniyyətdə olduğu müddətdə işdən çıxarılmayacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. - 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. -69-cu maddənin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci bəndinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. -300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməli idi. İddiaçının işdən azad edilmə barədə əmr verilənədək işəgötürənə ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə verməsi işdən müəyyən edilmir. Əmək müqaviləsi bu ƏM-nin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildiyindən, bu müddətdən sonra, yəni 10 yanvar 2023-cü il tarixdə İddiaçı əvvəlki ərizəsini etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş CD-diskə yazılmış danışıqların məzmununu iddiaçıya təzyiq kimi qiymətləndirmir. Əmək Məcəllənin 70ci maddəsinin “Ç” bəndi ilə deyil, öz ərizəsi ilə işdən azad edilməsi işəgötürəndən çox, işçinin mənafeyinə uyğun olduğundan, bu halda işəgötürənin belə bir ə rizəyazmağa iddiaçını məcbur etməsi ağlabatan deyil. Əksinə işəgötürənin işçiyə güzəşt e dərək, onu öz ərizəsi ilə işdən çıxmasına şərait yaratmasını göstərir. Bundan əlavə səs yazıları səsləri yazılan şəxslərin iradəsinə zidd, onların məlumatı olmadan yazıldığından həmin disk mötəbər sübut kimi nəzərə alınmır. Belə ki, iddiaçı özü də izahatında danışıqların həmin şəxslərin xəbəri olmadan telefon vasitəsilə yazıldığını etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 ASC-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddiası cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs statusuna malikdir və işəgötürəndir, cavabdeh "xxxx" ASC-nin struktur vahidi deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edildiyindən cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia tələbi rədd edildiyindən, iddiaçıya tərəfindən ödənilmiş 60 manat mediasiya xərci İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 ASC-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1810/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1810/2023
26.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver